Azərbaycan Tarixi
17
E.ə. VIII minilliyin
sonunda Azərbaycanda Mezolit
dövrünü əvəz edən Neolit dövrü e.ə. VI minilliyin ortalarınadək
davam etmişdi. Neolit dövründə əkinçi – maldar qəbilələr
təşəkkül tapır və saxsı məmulatı icad olunur. Bu dövrdə
yaranan ilk əkinçi məskənlərinin qalıqları Gəncə yaxınlığındakı
Gillidağ, Qobustandakı Anazağa, Ovçularzağası və Kənizə
düşərgələrindən, Cənubi Azərbaycanda isə
Təbriz
yaxınlığındakı Yanıqtəpə, Zaqros bölgəsindəki Həsənli və
Urmu bölgəsindəki Firuz təpə düşərgələrindən məlumdur.
1.2. Azərbaycanda Eneolit dövrü, Erkən və Orta Tunc
dövrü mədəniyyətləri. Azərbaycan ərazisində Eneolit yaxud
Mis – Daş dövrü e.ə. VI – IV minillikləri əhatə edir. Eneolit
abidələrinə Gəncə - Qazax bölgəsində Şomutəpə - Babadərviş
və Qarğalar təpəsi, Mil – Qarabağ bölgəsində İlanlıtəpə,
Çalağantəpə və Leylatəpə, Muğan bölgəsində Əliköməktəpə,
Naxçıvan bölgəsində Kültəpə arxeoloji düşərgələrində,
Kür və
Araz çayları hövzəsində, Qobustanda, Quba – Xaçmaz və Şəki
– Zaqatala bölgələrində, habelə Cənubi Azərbaycanda Urmu
gölü hövzəsində və Təbriz yaxınlığındakı Yanıqtəpə,
Dolmatəpə və Göytəpə arxeoloji düşərgələrində təsadüf
edilmişdir. Azərbaycanda bu dövr abidələri Kültəpə və
Şomutəpə arxeoloji mədəniyyəti adı ilə tanınır. Eneolit yaşayış
məskənləri oturaq həyat tərzi sürən əkinçi – maldar tayfalara
məxsus olmuşdur. Bu dövrdən başlayaraq ovçuluq və balıqçılıq
oturaq əkinçi – maldar əhali üçün köməkçi təsərrüfat sahəsinə
çevrilir.
Eneolit dövründə daş alətlərin hazırlanması texnologiyası
daha da təkmilləşdirilir, duluzçuluq kütləvi istehsal formasına
çevrilir. Eneolit dövründə təkmilləşmiş daş alətlərlə yanaşı mis
alətlər də meydana çıxır. Misdən istifadə metal
işləmə sənətinin
inkişafına səbəb olur. Ilk vaxtlar mis külçələrindən soyuq
döymə üsulu ilə iynə, biz və bıçaq tiyəsi kimi kiçik əmək
alətləri və müxtəlif bəzək əşyaları, o cümlədən muncuqlar
hazırlanırdı.
Qəzənfər Rəcəbli
18
Azərbaycanın Eneolit dövrü abidələri, o cümlədən
yaşayış evləri və təsərrüfat tikililəri, təsərrüfatda istifadə edilən
avadanlıqlar ilə Ön Asiyanın və Qafqazın qonşu ölkələrinin
Eneolit abidələri arasında müəyyən oxşarlıqlar da vardır. Bu da
Eneolit dövründə Azərbaycan əhalisinin qonşu
ölkələrlə
əlaqələrinin olduğunu göstərir.
Azərbaycan ərazisində Tunc dövrü e.ə. IV minilliyin sonu
– e.ə. II minilliyi əhatə edir. Bu dövrdə Misin möhkəmliyini
artırmaq üçün ona sürmə, qalay, nikel və mərgümüş qatmaqla
tunc (bürünc) adlı yeni xəlitə əldə edilir. Əmək alətlərinin
tuncdan hazırlanması məhsuldar qüvvələrin inkişafına səbəb
olmuşdur.
Tunc dövrü özü də üç dövrə bölünür: Erkən Tunc dövrü,
Orta Tunc dövrü və Son Tunc dövrü. Erkən Tunc dövrü e.ə. IV
minilliyin sonu – III minilliyi əhatə edir. Bu dövrün abidələri
tarixdə Kür – Araz mədəniyyəti adı ilə bəllidir. Kür – Araz
mədəniyyəti dövründə Azərbaycanda birinci böyük ictimai
əmək bölgüsü baş verir. Maldarlıq inkişaf edir,
insanlar böyük
heyvan sürüləri saxlayırlar. Qış aylarında mal – qara sürülərini
düzənlikdə - qışlaqda saxlayır, yay aylarında isə dağlarda –
yaylaqda bəsləyirdilər. Maldarlıq daha çox qayğı tələb etdiyi
üçün əhalinin bir qismi yalnız maldarlıqla məşğul olurlar. Bu
da bəşər tarixində birinci böyük ictimai əmək bölgüsünə,
maldarlığın əkinçilikdən ayrılıb müstəqil əmək məşquliyyəti
növünə çevrilməsinə səbəb olur. Təsərrüfatın iki müstəqil
sahələri olan əkinçilik və maldarlığın sərbəst inkişafı ilə
əlaqədar ayrıca əkinci və maldar soylar təşəkkül tapır.
Orta Tunc dövrü isə Azərbaycanda e.ə. III minilliyin son
rübündən başlayır və e.ə. II minilliyin ortalarınadək davam
edir. Orta Tunc dövrü Azərbaycanda Qarabağdakı Üzərliktəpə,
Göytəpə, Çinartəpə, Qaraköpəktəpə, Ağtəpə, Toxmaqtəpə
yaşayış yerləri və Borsunlu kurqanları, Muğandakı Mişarçay və
Cəfərxanlı yaşayış yerləri, Naxçıvandakı Kültəpə, Şortəpə və
Azərbaycan Tarixi
19
Nəhərcir yaşayış yerləri, Vayxır və Oğlanqala qalaları və b.
arxeoloji abidələri əsasında öyrənilmişdir.
Orta Tunc dövründə yaşayış məntəqələri
daha böyük
sahəni əhatə etmələri ilə fərqlənirlər. Məsələn, Çinartəpə
yaşayış məskəni 7 hektar sahəyə, Üzərliktəpə və Göytəpə
yaşayış məskənləri isə 3 hektar sahəyə malikdirlər. Naxçıvanda
öyrənilmiş yaşayış məskənləri möhtəşəmliyi ilə fərqlənir və
Qədim Şərqin şəhər – dövlətlərini xatırladırladırlar. Deməli,
Orta Tunc dövründə Azərbaycanda şəhərlər yaranmışdır.
Şəhərlərin yaranması ilə əlaqədar olaraq sənətkarlıq peşəkar
sahəyə çevrilir. Yaşayış məskənlərində aşkar edilmiş xüsusi
sənətkarlar məhəllələri cəmiyyətdə sənətkarlar təbəqəsinin
formalaşması ilə bağlı olmuşdur. Beləliklə, Orta Tunc
dövründə ikinci böyük
ictimai əmək bölgüsü baş verir,
sənətkarlıq əkinçilik və maldarlıqdan ayrılaraq müstəqil əmək
məşğuliyyəti sahəsinə çevrilir. Əhalinin təsərrüfat həyatında
dulusçuluq, metalişləmə, ağacişləmə, sümükişləmə və s. sənət
sahələri müstəqil inkişaf yoluna qədəm qoyurlar.
1.3. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü
mədəniyyətləri. İbtidai icma quruluşunun dağılması. Son
Tunc və Erkən Dəmir dövrü Azərbaycanda e.ə. XIV-VIII
əsrləri əhatə edir. Bu dövr Şimali Azərbaycanda üç böyük
arxeoloji mədəniyyət əsasında öyrənilmişdir: Xocalı – Gədəbəy
mədəniyyəti, Talış – Muğan mədəniyyəti və Naxçıvan
mədəniyyəti.
Xocalı – Gədəbəy mədəniyyəti e.ə. XIV-VIII əsrlərdə
Kiçik Qafqaz dağları və Kür çayının sağ sahili bölgələrində
mövcud olmuşdur. Bu mədəniyyətin ilk arxeoloji abidələri XIX
əsrdə Xocalı və Gədəbəy yaşayış məskənləri yaxınlığında
tədqiq edilmişdir. Xocalı –
Gədəbəy mədəniyyəti üçün
xarakterik olan abidələr müxtəlif tip qəbirlərdən (daş qutu,
torpaq qəbri, kurqan, dairəvi qəbir) və yaşayış yerlərindən
ibarətdir. Saysız-hesabsız maddi-mədəniyyət nümunələri
içərisində tuncdan baltalar, dəstəyi şəbəkə bəzəkli xəncər və
Qəzənfər Rəcəbli
20
qılınclar, oxlar, nizə ucları, kəmərlər, quş fiqurları və bəzək
əşyaları (tuncdan qolbaq, üzük və sırğalar, əqiq, sümük, şüşə və
metaldan muncuq və s.) üstünlük təşkil edirlər. Xocalı –
Gədəbəy mədəniyyətinin son mərhələsində formaca tunc
əşyalara oxşar qədim əşyalara da rast gəlinir. Xocalı – Gədəbəy
mədəniyyəti soyları əkinçilik və maldarlıqla məşğul olmuş, at
və dəvə saxlamış, sənətkarlıq məhsulları hazırlamışlar.
Talış – Muğan mədəniyyəti e.ə. XIV – e.ə. VII əsrləri
əhatə edir. Bu mədəniyyətin abidələri Talış dağları, Lənkəran
düzənliyi və Muğan yaylasının cənubunda yayılmışdı. Bu
ərazidə arxeoloji qazıntılar
XIX əsrin sonu və XX əsrin
başlanğıcında dağlıq hissədə, XX əsrin ikinci yarısında isə
bütün ərazidə aparılmışdı. Bu mədəniyyət əsasən qəbr abidələri
(kurqan, daş qutu, yerüstü daşdan hörmə “dolmen” qəbrlər və
sərdabələr) vasitəsilə öyrənilmişdir. Talış – Muğan
mədəniyyətinin fərqləndirici əlamətləri yəhərvari dəstəkli və
aypara bəzəkli tunc qılınc və xəncərlər, yastı baltalar, ox və
nizə ucları, qiymətli daşlardan və qızıldan bəzək əşyaları,
silindrik möhürlər, qara cilalı saxsı qablar və s. ibarətdir. Aşkar
edilmiş dəmir alətlər e.ə. II minilliyin sonu – e.ə. I minilliyin
əvvəlinə aiddir. Əhali düzənlik hissədə əkinçilik və balıqçılıqla,
dağlıq və dağətəyi hissədə maldarlıqla eyni zamanda
sənətkarlıq və ovçuluqla məşğul olmuşdur. Metalişləmə
sənətkarlığı və dulusçuluq inkişaf etmişdir. Talış – Muğan
mədəniyyəti soyları Xocalı – Gədəbəy mədəniyyəti soyları ilə,
Abşeron və Quba bölgəsi əhalisilə, Ön Asiyanın
mədəniyyət
ocaqları ilə sıx əlaqə saxlamışlar.
Naxçıvan mədəniyyəti e.ə. II minillik və I minilliyin
əvvəlini əhatə edir. Bu mədəniyyətə aid abidələr ilk dəfə 1865-
ci ildə aşkar edilmişdir. XX əsrin 20-30-cu illərində və xüsusilə
ikinci yarısında Naxçıvan mədəniyyəti abidələri geniş
öyrənilmişdi. Naxçıvan mədəniyyətində monoxron və palixrom
boyalı saxsı qablar (küpə, bərni, çaydan və cam) çoxluq təşkil
edir. Qəbir abidələrinin tipləri, dəfn mərasimləri və metal