49
sövq edir və onların araşdırılmasını, öyrənlməsini və dəyişməyi
nəzərdə tutmur. (islama görə kafir öldürülməli, cəhənnəmdə yanmalı,
küfr isə analiz edilməməli, diskussiya edilməməli, rədd edilməidir,
şəxsi günahlar və səhvlər isə analiz edilib düzəldilmək əvəzinə
şeytanın üstünə atılır). Beləliklə, cəmiyyətdə insanlar və qruplar,
habelə islam millətləri daim bir- birlərilə münaqişəyə girir,
icmaçılığa, konsensusa, anlaşmaya çalışmırlar. Bu səbəbə görə,
islam xalqarı və insanları bir -birilə mübarizə edir və ayrı yaşamağı
üstün sayırlar; xristian xalqları isə hamını, düşməni də sev
konsepsiyası ilə daha tez birləşir və əməkdaşlıq edir.
10. Savadsızlığın artması, qızların təhsildən uzaqlaşdırılması.
11. Məmur qərarının məhkəmə və qanundan üstünlüyünün
getdikcə artması, öz mənafeyini üstün güdməsi, bəzən ictimai
mənafeyə zidd və onun qarşısının alınmasının mümkünsüz olması.
Trendlərlə münasibət bu olmalıdır ki, zərərli trendlərin qarşısı
lazımı tədbirlərlə alınmalı, faydalı trendlər gücləndirilməli, daha çox
arzu edilən trendlərin bünövrəsi qoyulmalıdır.
Ölkənin həyatına və ictimai proseslərə, şübhəsiz, müxtəlif
qiymətlər mövcuddur. Məsələn, ölkə rəhbəri, prezident İ Əliyev
xüsusilə dövlətin fəaliyyətini uğurlu, idarənin xarakterini isə
məharətli hesab edir. (bax www.President.az ). Lakin mən bu
mövqedə nəyin pis olduğunu, hansı prinsipal problemlərin, prioritet
məqsədlərin olduğunu və onların hansı yollarla həll ediləcəyini və
seçilən üsulların müdrikliyini və məqsədəuyğunluğunu görə
bilmirəm. Belə ki, bu bölmədə mənim məqsədim Azərbaycanı
rasionallaşması üçün zəruri mülahizələri ortaya çıxarmaqdır. Bu
danılmaz bir həqiqətdir ki, hər bir varlıq və çoxluqun, idarə və canlı
sistemin rasional olmadığına görə rasionallaşmaya ehtiyacı vardır.
Həyat məhz daim uzaqlaşan horizonta (kamilliyə) doğru
rasionallaşma prosesidir. Rasionallaşma isə daha yaxşı olanı tapmaq
məqsədinə doğru səhvləri və problemləri, yanılmaları tapmadan
mümkün deyildir.
Ictimai idarəetmədə müşahidə edilən xarakterik metodlar,
məqsədlər, problemlər, yanılma və səhvlər.
Idarədə iqtisadi balans qanunu əhəmiyyətli rol oynayır. Lakin hər
bir an və dövr üçün balans həmişə müxtəlif nəticələri və məqsədləri
özündə əks etdirir. Hazırda mənim fikrimcə, iqtisadi balansın
məqsədi qiymətləri yüksək olan bahalı ölkə yaradılmasına
50
yönəlmişdir. Bu, a) kommunal tariflərin və enerji daşıyıcılarının
qiymətlərinin və dövlət xidmət rüsumlarının qaldırılması və b)azad
idarə olunmayan bazarda qiymətlərin süni qaldırılması nəticəsində
ümumi qiymət artımı ilə maaşların qaldırılması yarışı metodu ilə
həyata keçirilir. Nəticədə insan həyatı yaxşılaşmır. Bu üsulla dövlət
buraxdığı səhvlərin və nəticədə yaratdığı problemlərin zərərini çox
vaxt iqtisadi rəqəmlərin balansı naminə adi xalqdan çıxarmağa cəhd
edir. Düşünürəm ki, balansı təşkil edən hər bir rəqəmin yaranma
köklərinə baxılsa və aşkar edilən əyriliklər düzəldilsə, onu süni
surətdə bu ya digər mənbələr hesabına balanslaşdırmağa ehtiyac
qalmaz. Nəticədə insan həyatı pisləşməyə doğru deyil, xeyli dərəcədə
yaxşılaşmağa doğru yönəldilər. Məsələn, qiymət artımının,
inflyasiyanın böyük dərəcədə səbəbləri səhv idarədə və nəzarətdədir
(gömrük, vergi əyrilikləri, nəzarətsiz bazar, nəzarət edilməyən
monopoliyalar, kalkulyası göstərilməyən və düz hesablanmayan
qimətlər) .
Mənim müşahidələrimə görə ölkənin idarəsində hədsiz səhvlər
edilir. Lakin səhvlərdən dərs alınmır. Effektiv idarəetmə tələb edir ki,
idarə edən öz qərarını həm 1) idarə olunanın mənafeyi ilə
razılaşdırsın, həm də 2) gələcək nəticələri nəzərə alsın və ən ağıllı
metodlarla qəbul etsin.
İctimai etirazlara, mitinqlərə, tətillərə, nümayışlərə icazə verilmir
və olduğu təqdirdə zorakı üsullarla-dubunka və həbslərlə-qarşısı
alınır. Dövlət cəmiyyətdən gələn azad fikir və təklifləri nəzərə
almamaqla, öz idarəsini daha yaxşı səmərələşdirməkdən məhrum
etmişdir. Səhvlər nəticəsində ölkə xarici mallar üçün böyük
mağazaya, xammal mənbəyinə çevrilmiş, elm, texnika yaradıcılığı
tənəzzülə uğramış, insanlar iki: varlı – kasıb qruplarına ayrılmışdır,
insanlar regionlarına, qohumluq, dostluq əlaqələrinə görə
diskriminasiyaya məruz qoyulur, şikayətləri əsasən vaxtında və
effektiv baxılmır, rüşvətxorluq, insan ehtiyaclarına etinasızlıq artır,
torpaqların azad edilməsi çətinləşmişdir. Əgər inkişaf etmiş müasir
Avropa ölkəsilə müqayisə etsək, orada dövlət idarəsi tandem
formasında , yəni iki qüvvənin: a ) dövlət və b) idarə olunanların,
vətəndaş birlikləri, firmalar, həmkarlar- tətil və nümayişlər,
diskussiyalarla qarşılıqlı təsiri – toqquşması, obyektiv düzgün
qərarın tapılması və razılaşmanın əldə edilməsi üsulu ilə aparılır.
Məsələn, Yunanıstanda, Almaniyada, demək olar ki, hamısında.
Lakin Azərbaycanda idarə tandem formasında, yəni iki tərəfin
51
qarşılıqlı təsiri və razılaşması ilə deyil, birtərəfli -zorakı üsulla
aparılır.
Budur, elmlə məşğul olan insanın elmi konfransa getməyə pulu
yoxdur. Niyə? Səbəb budur ki, elmə dövlət qiymət vermir, xeyriyyə
fondları yoxdur, dövlət fondu da qrant vermir. Bu fakt iqtisadi -
sosial siyasətin arzuolunan olmadığını göstərir. Məsələn, 2008–ci
ildə İsveçdə keçiriləcək beynəlxalq elmi öncəgörmə konfransa
dəvətnamə aldım və həmin ilin 13 Mayında H. Əliyev fonduna
maddi kömək üçün müraciət etdim. Lakin yazılı cavab verməkdən
imtina edərək, “belə işlərə qrant vermirik”- şifahi cavabını telefonla
aldım. Burada, yazılı cavab verməkdən imtina etmək- özü qanunun
pozulmasıdır və yardımın verilməməsi də fondun məqsədlərini icra
etməmək və ayrı - seçkilik etmək deməkdir. Konfrans üçün
hazırladığım məruzədə Azərbaycan həqiqətlərini-Ermənistanın
qəsbini və BMT-nin qərarlarını və nəticəsiz olduğunu bildirir və
dünya birliyini yeni, daha məsuliyyətli birlik yaratmağa və BMT-nin
məsuliyyətlə öz borcunu yerinə yetirməyə cağırmışdım və yeni
rasional cəmiyyət haqda, dünyanın gələcəyi haqda yeni fikirlər
söyləmişdim. Yaratdığım kamil cəmiyyət haqdakı nəzəriyyə və onun
praktiki layihəsi dünyanı yaxşılığa doğru sürətli dəyişdirəcək
əhəmiyyətli bir kəşvdir və Nobel mükafatına təqdim olunmaq üçün
yaxşı namizəddir. Eynilə həmin fondun nizamnaməsində də
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və elmə kömək etmək
məqsədləri yazılmışdır. Belə düşünürəm ki, əgər bir ölkə
vətəndaşının konfransa getməyə pulu yoxdursa və ölkə neft pulları
çox zaman səmərəsiz və ağılla izah olunmayan işlərə xərclənirsə və
fond nizamnamə məqsədlərini öz kefi ilə icra edirsə, bu Azərbaycan
xalqının bədbəxtliyidir. Bu fondun pul vəsaiti neftdən ayrılan xalq
pullarıdır ki, parlamentin nəzarəti və razılığı olmadan xərclənir,
əslində əksinə olmalıdır. Bu pullar H. Əliyev adından xərclənə
bilməz, bu onun şəxsi pulları deyil. Daha məntiqi və mənəviyyata
uyğun bu olardı ki, bu fond onun öz pulları hesabına yaradılaydı və
sərbəst, öz arzuları ilə də idarə edərdilər. Xalqın dövlət əlində olan
pulları hesabına dövlət şəxslərin adına xeyriyyə fondu yarada bilməz,
buna mənəvi haqqı yoxdur.
Ölkədə böyük miqdarda infrastruktur qurğuları, binaları tikilir.
Dövlət təbii olaraq əvvəl etmədiyini və ya az etdiyini indi edir. Nə
qədər lazımlı - məktəblər, diaqnostika mərkəzi, xəstəxana, yol, körpü
bəzən prioritet olmayan tikintilər-fontanlar, olimpiya qurğuları,
hündür qüllə bayraqlar, və s. tikilsə də ölkədə bunlar insanları səhv
Dostları ilə paylaş: |