140
yinə böyük ümidlə baxır. Süleyman peyğəmbərin və-
təninin qədim türk torpaqları olduğu, peyğəmbərin
isə türk yanında olduğu qənaətinə gəlir insan. Zəhərli
bir heyvan olan ilanın belə dünyanın maariflənməsi-
nə, barışın bərqərar olmasına, günahsız axan qanların
durdurulmasına görə insanın-türk oğlunun yanında
olması oxucunu heyrətləndirməyə bilmir. Peyğəmbə-
rin türk torpaqlarını işğal etmək üçün bu qədim diya-
ra hücüm etmiş Rus Çarı Aleksandra “Türkün heç bir
düşməni yoxdur, bizim yeganə düşmənimiz cəhalət-
dir” – deməsi demək olar ki, İsa Muğanna yaradıcılı-
ğının, yaratdığı SafAğ elminin əsas qayəsidir. Cəhalə-
tin insanlığı uçuruma sürükləməsi daima ədibləri dü-
şündürmüş, onlara həqiqəti çılpaqcasına söyləməklə
yol göstərmişlər. Türk oğlunun bugünkü azğın bir
dünyada intellektlə qalib gələcəyini söyləyən Muğan-
na Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin,
ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədə-
niyyət...” səslənişinə XXI əsrin sonunda bir daha səs
vermişdir. İnsanlığı dini cəhalətlə parçalayıb istismar
etməyi qarşısına məqsəd qoyan qüvvələrə qarşı sadə-
cə elm və mədəniyyətlə qalib gəlməyin mümkünlü-
yünü söyləyən dahi, bəşəriyyətin iblisləşməsinin acı-
sını çəkir, onu tale ağrısı kimi dərk edirdi. Şəxsi taleyi
ilə milli taleyi vəhdətdə görənlər millətinin qurtulu-
şunu bəşəriyyətin qurtuluşu kimi də dərk edənlərdir.
Bu millətçiliyin adı isə Cavid millətçiliyi, bəşəriliyidir.
Muğanna 1997-ci ildəki müsahibəsində təhrif
olunmuş tarixin üstünün açılması ilə bağlı deyirdi:
Heydər bəy dəfələrlə təkrar edib ki, “Qədim tariximi-
zi yazın!”, yazmırlar. “Azərbaycan akademikləri” ya-
141
zanda isə yunan dilində “Arti” yazırlar. (OdƏr yaz-
mırlar!) “Pat” yazırlar (BağOd yazmırlar!), hətta I
Pyotrun yürüşündən sonralar da öz qədim adı ilə Bağ
Od adlandırılmış indiki mərkəz şəhərimiz “Ba Ki”
haqqında həqiqəti də gizlədib təhrifdillilərimizin, təh-
rifşüurlularımızın özlərinin vasitəsilə “zdes tatsan”
deyirlər.
Öz nəsrində daima təhrif dünyadan danışan İsa
Muğanna “İlan dərəsi” kitabındakı əsərlərlə – “Həya-
tımdan səhifələr”, “İlan dərəsi”, “Söz yarası”, “Qırx
kisə qızıl” əsərləri ilə yenə ənənəsinə sadiq qalmış,
“İdeal” romanında tezis şəklində yanaşdığı mistik
məsələlərin tarixlə uyğun mətləblərinin açılmasına
çalışmış, oxucusunu tarix və gerçəklik qarşısına gəti-
rərək bir daha düşünməyə vadar etmişdir.
İsa Muğanna. “İlan dərəsi” (Əsərlər, povestlər).
Hədəf Nəşrləri 2013.
142
“İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı ilə
tanışam” demək mümkün deyil
Firuzə xanım: Allahdan bir arzum var ki, İsa yaşadığı
müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmə-
rəm.
İsa Muğanna:- Onda gərək əbədi yaşayasan!
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər
olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağır-
lığı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda
olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirmə-
yən, sadə kənd uşağının dünya sirlərini özündə daşı-
yan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı
quruya-quruya oxuması ona bir istiqamət verdi. Hə-
yat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin al-
tında gizlənən tarixi, dildəki kodlu sözlərdə yaradılı-
şın sirlərinin necə gizlədildiyini araşdırmağı, öyrən-
məyi “İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra
kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə
gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ar-
dıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə...
“İdeal” romanını oxuduğum gündən müsahibim
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan
“sağ ol” aldım. Sonra da özüm üçün də üstüörtülü
qalan suallara cavab verməyim istənildi. Çıxılmazlara
girirdim bəzən və sonda bir gün bu kişinin özü ilə gö-
143
rüşüb bu suallara cavab alacağımı düşünürdüm hə-
mişə.
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün
çox cəhd etdim. Bütün yazıçı dostlarıma, ona yaxın
olacaq bir neçə başqa şəxslərə də xahişdə bulundum.
Amma mümkün olmurdu ki, olmurdu. Adətən də,
səhhətinin yaxşı olmadığı üçün bu baş tutmurdu.
Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni
İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə
muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə
üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-
rüşməyin mənim üçün ən şad xəbər olduğunu bilirdi.
Və beləcə İsa Muğannanın əlini sıxmaq və o əllər-
dən öpmək şərəfinə nail oldum. Qapalı dünyamdakı
bütün suallara Muğannanın özündən cavab aldım. Bu
sirli insanın təvazökarlığı və məntiqi əsərlərində ol-
duğundan daha çox heyran etdi məni.
Həyat yoldaşı Firuzə xanımla münasibətləri və bu
yaşda insanların bir-birinə necə hörmət və sədaqətlə
yanaşmaları onlara qibtə etməyə məcbur edirdi ada-
mı.
İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş
tutmuşdu. Elmə, incəsənətə və mədəniyyətə böyük
qiymət verən Əli müəllimin və mənim suallarım Mu-
ğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci
illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələcəyə
aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az
nəfəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi nara-
hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi.
Dostları ilə paylaş: |