Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

140
 
 
yinə böyük ümidlə baxır. Süleyman peyğəmbərin və-
təninin qədim türk torpaqları olduğu, peyğəmbərin 
isə türk yanında olduğu qənaətinə gəlir insan. Zəhərli 
bir heyvan olan ilanın belə dünyanın maariflənməsi-
nə, barışın bərqərar olmasına, günahsız axan qanların 
durdurulmasına görə insanın-türk oğlunun yanında 
olması oxucunu heyrətləndirməyə bilmir. Peyğəmbə-
rin türk torpaqlarını işğal etmək üçün bu qədim diya-
ra hücüm etmiş Rus Çarı Aleksandra “Türkün heç bir 
düşməni yoxdur, bizim yeganə düşmənimiz cəhalət-
dir” – deməsi demək olar ki, İsa Muğanna yaradıcılı-
ğının, yaratdığı SafAğ elminin əsas qayəsidir. Cəhalə-
tin insanlığı uçuruma sürükləməsi daima ədibləri dü-
şündürmüş, onlara həqiqəti çılpaqcasına söyləməklə 
yol göstərmişlər. Türk oğlunun bugünkü azğın bir 
dünyada intellektlə qalib gələcəyini söyləyən Muğan-
na Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin, 
ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədə-
niyyət...” səslənişinə XXI əsrin sonunda bir daha səs 
vermişdir. İnsanlığı dini cəhalətlə parçalayıb istismar 
etməyi qarşısına məqsəd qoyan qüvvələrə qarşı sadə-
cə elm və  mədəniyyətlə qalib gəlməyin mümkünlü-
yünü söyləyən dahi, bəşəriyyətin iblisləşməsinin acı-
sını çəkir, onu tale ağrısı kimi dərk edirdi. Şəxsi taleyi 
ilə milli taleyi vəhdətdə görənlər millətinin qurtulu-
şunu bəşəriyyətin qurtuluşu kimi də dərk edənlərdir. 
Bu millətçiliyin adı isə Cavid millətçiliyi, bəşəriliyidir.  
Muğanna 1997-ci ildəki müsahibəsində  təhrif 
olunmuş tarixin üstünün açılması ilə bağlı deyirdi: 
Heydər bəy dəfələrlə təkrar edib ki, “Qədim tariximi-
zi yazın!”, yazmırlar. “Azərbaycan akademikləri” ya-


141
 
 
zanda isə yunan dilində “Arti” yazırlar. (OdƏr yaz-
mırlar!) “Pat” yazırlar (BağOd yazmırlar!), hətta I 
Pyotrun yürüşündən sonralar da öz qədim adı ilə Bağ 
Od adlandırılmış indiki mərkəz  şəhərimiz “Ba Ki” 
haqqında həqiqəti də gizlədib təhrifdillilərimizin, təh-
rifşüurlularımızın özlərinin vasitəsilə “zdes tatsan” 
deyirlər. 
Öz nəsrində daima təhrif dünyadan danışan  İsa 
Muğanna “İlan dərəsi” kitabındakı əsərlərlə – “Həya-
tımdan səhifələr”, “İlan dərəsi”, “Söz yarası”, “Qırx 
kisə  qızıl”  əsərləri ilə yenə  ənənəsinə sadiq qalmış, 
“İdeal” romanında tezis şəklində yanaşdığı mistik 
məsələlərin tarixlə uyğun mətləblərinin açılmasına 
çalışmış, oxucusunu tarix və gerçəklik qarşısına gəti-
rərək bir daha düşünməyə vadar etmişdir.  
 
İsa Muğanna. “İlan dərəsi” (Əsərlər, povestlər).  
Hədəf Nəşrləri 2013. 
 
 
 
 


142
 
 
“İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı ilə 
tanışam” demək mümkün deyil 
 
Firuzə xanım: Allahdan bir arzum var ki, İsa yaşadığı 
müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmə-
rəm. 
İsa Muğanna:- Onda gərək əbədi yaşayasan! 
 
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər 
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər 
olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağır-
lığı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda 
olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirmə-
yən, sadə kənd uşağının dünya sirlərini özündə daşı-
yan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı 
quruya-quruya oxuması ona bir istiqamət verdi. Hə-
yat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin al-
tında gizlənən tarixi, dildəki kodlu sözlərdə yaradılı-
şın sirlərinin necə gizlədildiyini araşdırmağı, öyrən-
məyi “İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra 
kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə 
gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ar-
dıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə... 
“İdeal” romanını oxuduğum gündən müsahibim 
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan 
“sağ ol” aldım. Sonra da özüm üçün də üstüörtülü 
qalan suallara cavab verməyim istənildi. Çıxılmazlara 
girirdim bəzən və sonda bir gün bu kişinin özü ilə gö-


143
 
 
rüşüb bu suallara cavab alacağımı düşünürdüm hə-
mişə. 
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün 
çox cəhd etdim. Bütün yazıçı dostlarıma, ona yaxın 
olacaq bir neçə başqa şəxslərə də xahişdə bulundum. 
Amma mümkün olmurdu ki, olmurdu. Adətən də, 
səhhətinin yaxşı olmadığı üçün bu baş tutmurdu. 
Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni 
İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə 
muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə 
üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-
rüşməyin mənim üçün ən şad xəbər olduğunu bilirdi. 
Və beləcə İsa Muğannanın əlini sıxmaq və o əllər-
dən öpmək  şərəfinə nail oldum. Qapalı dünyamdakı 
bütün suallara Muğannanın özündən cavab aldım. Bu 
sirli insanın təvazökarlığı  və  məntiqi  əsərlərində ol-
duğundan daha çox heyran etdi məni. 
Həyat yoldaşı Firuzə xanımla münasibətləri və bu 
yaşda insanların bir-birinə necə hörmət və  sədaqətlə 
yanaşmaları onlara qibtə etməyə  məcbur edirdi ada-
mı. 
İlk görüşümüz elə  Əli  İbrahimbəyli ilə birgə baş 
tutmuşdu. Elmə, incəsənətə  və  mədəniyyətə böyük 
qiymət verən Əli müəllimin və mənim suallarım Mu-
ğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci 
illərin Yazıçılar Birliyinə, ordan bu günə  və  gələcəyə 
aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az 
nəfəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi nara-
hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə