Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

153
 
 
Silahlardan aralı, 
Günahlardan aralı, 
       Allahlardan aralı. 
 
Misralardan bəlli olur ki, Zəlimxan müəllim “İde-
al” romanından başlamış “Mənim məhəbbətim” adlı 
bir səhifəlik son yazıya qədər Muğanna yaradıcılığı 
ilə  dərindən tanışdır. Müəllifin “Sehr qoxuyan kişi” 
ifadəsi isə maraqlı bir tapıntıdır. Elmi ədəbiyyatda 
magik realizm – əfsunlu realizm kimi səciyyələndiri-
lən Muğanna yaradıcılığının baş obrazı olan İsa Mu-
ğannaya yaraşan uyğun poetik ifadələrdəndir – “Sehr 
qoxuyan kişi” ifadəsi. Ustad sənətkarın İsa Muğanna 
kimi yazdığı bütün əsərlərində bir sirr, bir məna giz-
lənib. Hər bir sözü üzərində fikirlər yürüdülə, müza-
kirələr açıla bilər. Şairin “Silahlardan aralı, Günahlar-
dan aralı, Allahlardan aralı” misraları ilk baxışdan 
oxucunu düşündürə bilər. Lakin əminəm ki, Muğan-
na ideoloji fikri ilə tanış olan oxucu, gülümsəməyə 
bilmir bu məqamda. Dünyanı “Ağ” görmək istəyən 
yazıçı  həyatının son 30 ilini təhrif olunmuş dinlərin, 
allahların mahiyyətini açmağa çalışdı. Onun konsep-
siyasına görə bu gün dünyanı dinlərlə idarə edənlər 
pul allahları, qorxu allahları, təhrif allahlarıdır. 
Hər hansı bir oxucu əsərləri ilə yazıçını oxuya, du-
ya, anlaya bilər. Hətta onunla dərdləşə, söhbətləşə də 
bilər. Lakin bu cür bir poemanı yazmaq üçün vacibdir 
ki, oxuduğun əsərin müəllifi dostun ola, həm də onun 
yazdıqlarına pərəstiş edəsən, simpatiya ilə yanaşasan 
və hər cümləsinə qibtə edəsən ki, belə bir əsər ortalığa 
qoya biləsən. 


154
 
 
  
Əzizimiz, Muğanna!  
Heç kəs soruşmasın ki, 
Haralıyam,  
hardanam.  
Mən də Odərlərdənəm,  
Mən də SafAğlardanam. 
 
Bəlkə, bir zamanlar Zəlimxan müəllim də İsa Mu-
ğanna ilə söhbətlərində onun göylərdən Ün eşitməsi-
nə inanmadığını deyib və ya eyhamını vurub, bəlkə 
də sadəcə ürəyindən keçirib. Amma poemanı oxu-
duqca görürsən ki, bu gün Zəlimxan müəllim İsa Mu-
ğannaya və onun Ününə tam varlığı ilə inanır. Və za-
man-zaman planetdən Muğannanın göndərdiyi ilahi 
səsi, siqnalı  eşidir, qədim elm olan ağ, maq, muğ - 
SafAğ elminin fəlsəfəsini sözün qüdrəti ilə bizə  təq-
dim edir.  
 
Doqquz oğlu, övladı, 
Bir-bir güllədən keçən, 
İsa, Musa babanın 
İsahaq, Musahəqtək, 
Anadilə çevrilib 
Tüstülənən ahı da, 
Yazıq Taftı qarının 
Açılmaz sabahı da 
SafAğ elmindən gəlir. 
Cümrünün tütəyində 
Alovlanan nəfəs də, 
Tapdığın sinəsindən 


155
 
 
Qopan o qəmli səs də, 
Çayın hayqırtısı da, 
Selin gurlaması da, 
Sudüşən çəmənində 
Şehin parlaması da 
SafAğ elmindən gəlir. 
 
Yuxarıdakı misralar İsa Muğanna taleyi ilə, obraz-
larının taleyinin ifadəsidir. Çünki İsa Muğannanın adı 
onun  əmisinin, Musa isə babasının adıdır ki, biz bu 
haqda İsa Muğannanın “Həyatımdan səhifələr” oçer-
kindən oxuyuruq: “İsa əfəndi mənim doğuluşumdan 
səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi 
Padişahlıqda dünyasını  dəyişmiş  əmim idi. Nəriman 
Nərimanov sosialist ideyaları  təbliğ etdiyinə görə 
həbs  olunub  Tiflis  həbsxanasında bir il yatdıqdan 
sonra, 1906-cı ildə Bakıya gedərkən SafAğ elmi haq-
qında məlumat toplamaq üçün yolunu SafAğ alimlə-
rinin kəndi Padişahlıqdan salıb, orada babamla doğ-
ma qardaş  qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə 
Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıye-
vin kompanyonu, babamın  əmisi oğlu “Xozeyin Mə-
həmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik 
qardaşı Musa ilə birlikdə Bakıya çağırtdırıb. Qara şə-
hərdəki hərbi gimnaziyaya qəbul elətdirib,  şəxsən 
“silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Niza-
midən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü 
dərs deyib. Musa gimnaziyanı qurtarmamış  xəstələ-
nib Padişahlığa qayıdıb.”(5, səh.16-17)  İsa Muğanna 
istər bədii  əsərlərində, istər müsahibələrində, istər 
publisistik məqalələrində, istərsə də adını çəkdiyimiz 


156
 
 
“Həyatımdan səhifələr”  əsərində elə bir üslub seçib 
ki, oxucu birmənalı olaraq bütün bu olanların bir bə-
dii təxəyyülün məhsulu yox, İsa Muğannanın öz tale-
yi olduğu qənaətinə  gəlir. Çünki İsa Muğanna  ədə-
biyyatla  əbədiyyatın,  ədəbiyyatla həqiqətin,  ədəbiy-
yatla tarixin, ədəbiyyatla göyün, ədəbiyyatla yerin 
arasında olan “sehr qoxuyan kişiydi”. 
“İdeal” romanı ilə  əsası qoyulan SafAğ elminin 
fəlsəfəsini bir dərviş kimi oxuculara izah etməyə çalı-
şan şair yazır: 
 
SafAğ elmi deyir ki,  
Cahilliyə nöqtə qoy,  
Cəhaləti məhv eylə.  
İnsanlar arasında 
Qanlı düşmənçiliyi,  
Ədavəti məhv eylə. 
... 
SafAğ elmi deyir ki, 
Öz işini halal gör, 
Öz işini təmiz tut, 
Can gəldi-gedəridi
Elmi candan əziz tut. 
 
İsa Muğanna ideologiyasının  əsasında duran ən 
ali amal elm idi. SafAğ elmi. Bu elm cəhalətin kökünü 
kəsmək, onu məhv etmək üçün işıq gəmiləri tərəfin-
dən insan oğluna göndərilmişdir. Lakin insan oğlu 
cəhalətə uyaraq bu elm qılıncının qəbzəsindən tuta 
bilmir, onun üçün də dünya qan gölünə, bəşəriyyət 
nəfsinin qurbanına çevrilib. Bu misralarda Nəsimi fəl-


157
 
 
səfəsindən qaynaqlanan İsa Muğanna ideologiyasının 
mayasını Zəlimxan Yaqub sanki Şah Xətayi modelinə 
çevirib oxuculara təqdim edir. Bu model İsa Muğan-
nanın xalq genetik yaddaşından, yoxluğu var edən  
ruhundan yoğrulduğunu daha praktik şəkildə göstə-
rir. Seçilmişlər zamansız olsa da, dediklərinin zamana 
görə önəmi daha böyükdür. Kodlaşdırılmış mesajları 
İlahi Ünün gücü ilə seçilmiş  bəşər övladına yetirirsə, 
onun həzm olunmasında sonrakı varisin işi daha 
önəmlidir. Muğannadan sonra Zəlimxan Yaqubun bu 
poema ilə üzərinə götürdüyü mənəvi yük SafAğ elmi-
nin xalq təfəkkürünə, düşüncəsinə yaxınlaşdırılması 
missiyasıdır.  
 
Səsi sazdan gəlirdi,  
Ünü neydən gəlirdi.  
İstədiyi nə varsa, 
Enib göydən gəlirdi.  
Mələklər qanad çalır,  
Göydə yalanlar olmur. 
Göydə təhriflər olmur, 
Göydə talanlar olmur. 
Göydə əqrəblər olmur, 
Göydə ilanlar olmur.  
İlana zəhər verən 
Filan filanlar olmur. 
 
–  deyən müəllif bu misralarla adiliyin içindəki 
qeyri-adiliyi, sadəliyin içindəki mürəkkəbliyi, yoxlu-
ğun içində varlığı sözlərlə yansıtsa da, Muğannanın 
Yerdən üz döndərib göylərə olan etibarının və inamı-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə