Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

162
 
 
Amma  şair ruhlu bu insanın qanunlar çərçivəsində 
özünə “Ümman” təxəllüsünü seçməsi heç də təsadüfi 
görünmür. Cahana sığmayan ürəyinin bir ümman ki-
mi böyük, yeraltı çayları, dağları, cərəyanları, florası 
və faunası ilə  zəngin olması onun sərhədsizlik içəri-
sində özünə sonsuz bir sərhəd müəyyənləşdirməsin-
dən xəbər verir: 
 
    Mən əzəl üzdə fağır kənd balası Qanun idim, 
    Sən məni dalğası tüğyan edən Ümman elədin. 
 
Düşünən  insan müəyyən bir çərçivəyə heç bir za-
man sığa bilmir. Hələ burda vətən sevgisi, ilahi sevgi 
ön planda olarsa, bu çərçivələrin olması heç mümkün 
deyil. Öz ümman düşüncənin sərhədlərini müəyyən-
ləşdirmək isə böyük ürək tələb edir. 
 
    Onun təlatümlü  məhəbbətiylə 
    Necə sakit durum, çağlamayımmı? 
    Qələmdən od düşür vərəqlərə də, 
    Odu söndürməkçün ağlamayımmı? 
 
Onun azad ruhu kimisə incitmədən belə ürəklərdə 
yaşamağı bacarır. Özünə qəlblərdə xanə müəyyənləş-
dirmək və orada yaşamaq cəsarət tələb edir. 
 
    Arzular içindən ən gözəl arzu 
    Seçib ürəyində yaşayacağam. 
    Nazlı baxışından, dəniz gözündən 
    Keçib ürəyində yaşayacağam. 
 


163
 
 
Şeiriyyət tərənnüm üzərində köklənir. Tərənnüm 
də  nə  qədər qəlblərə xitab edə bilirsə, deməli,  şeirin 
tələbləri bir o qədər artıq yerinə yetirilmişdir. Ürək 
yanğısı ilə  qələmə aldığı  şeirlərin səmimiliyi, rənga-
rəngliyi və heyrətləndiriciliyi onun qələminin zaman-
zaman şahə qalxacağına insanda şübhə yaratmır. 
   
     Bir dəfə görüşdük, elə dondun baxışımda, 
     Açmaz donu, qəlbimdəki közlərdə kədər var. 
   
Məcazlar o qədər zərgər dəqiqliyi ilə seçilib işlənir 
ki, oxuyan hər kəs: istər ədəbiyyatçı olsun, istərsə də 
orta savadı olan oxucu olsun, bu məcazın qurulması-
na heyrətlənməyə bilmir. 
Şairin sözə orijinal yanaşma tərzi, kiməsə oxşa-
maq istəməməsi artıq ədəbi yolunun müəyyənləşmə-
sini bir daha göstərir. 
  
    Nə gözəldir! 
    Öz gücünlə  yeriyəsən bu həyatda. 
    Qazandığın uğurla yox, 
    Bəxş etdiyin uğur ilə sevinəsən bu həyatda. 
   
*** 
    Şöhrəti yox, sərvəti yox, 
    İnsanlığı mənsəb bilib, 
    Vəzifəndə dayanasan sabitqədəm. 
    Göz süzülə, 
    Can tükənə, 
    Ömür bitə. 
    Daha nə qəm! 
    Daha nə qəm! 


164
 
 
Öz ayaqları üzərində durmaq, hər şeyi unudub in-
sanı sevmək şairin borcudur. Şair insanlıq qarşısında 
öz borcunu qurduğu oyun dolu misralarla, oxucunu 
düşünməyə vadar etməklə yerinə yetirir. 
 
    Ruhundan biçəcəm özümə donu
    Canına qovuşmaq, hicranın sonu. 
    Sevgi ordum ilə, həsrət ordunu 
    Biçib ürəyində yaşayacağam. 
 
Həsrətə sitəmlə yox, sevgi ilə son qoymaq ilahi 
eşq sahibinə xas olan haldır. 
 
    Bir alov ol, ürəyimi isindir, 
    Qaragözlüm, gözlərimə qonaq gəl. 
    Baxışımı fərəhləndir, sevindir, 
    Qaragözlüm, gözlərimə qonaq gəl. 
 
Şair xəyalları ilə belə  xəyal dilində, incə, zərif və 
xəfifcəsinə rəftar edir. Onu elə bir həya ilə səsləyir ki, 
xəyal belə bu səslənişə, bu çağırışa baş əyməyə bilmir. 
Daima özünü təsdiqləməyə  cəhd edən, sözü qiy-
mətə mindirməyi bacaran şair vətən, millət sevgisinin 
olmadığı yerdə bütün şöhrəti, ad-sanı  rədd edir, saf 
arzu və istəklərinin hamıda olması üçün sanki dualar 
edir və şeirlərinin birində yazır: 
 
    Ümman, tam Vətənsiz gözləmə şöhrət, 
    Bütövü bölənə, kəsənə nifrət! 
    Kaş ola hamının köksünə qismət
    Vətən sevgisiylə döyünən ürək 


165
 
 
Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı 
  
Açığı indiyə qədər dostum Müşfiq XANın əsərləri 
haqqında geniş bir yazı yazmamağımın iki səbəbi var: 
biri bəyənmədiyim  əsər haqqında nəsə yazmağın tə-
rəfdarı olmamağım, ikincisi isə dostun yaradıcılığı 
haqqında yazacağın məqalənin cəmiyyətin birmənalı 
qəbul etməməsi. Bizim ellərin “
qonşu qızı öpülmüş 
olar
” kimi müdrik bir məsəli fikrimi ifadə etmək üçün 
yararlı məsəldir, məncə. 
Amma Müşfiq XANın son əsəri olan “
Qatil üçün 
nekroloq
” romanı haqqında fikrimi bildirməyim həm 
XANın qələminin püxtələşməyinə (və ya mənim zöv-
qümə uyğun yazmasına görədir, bəlkə  də), həm bu 
romanın nəşrinin Müşfiq XANın doğum gününə düş-
məyindən doğan məsələdir. 19 iyul Müşfiq müəlli-
min,  əziz dostumun, müəllim məsləkdaşımın, vətən-
daş yazıçının, istedadlı  gəncin doğum günüdür. Hə-
mişə qeyri-adiliyi ilə  fərqlənən Müşfiq müəllim bu 
dəfə də bizim üçün adi, amma əslində adiliyin özün-
də olan qeyri-adi hərəkəti ilə  fərqləndi. Doğum gün-
lərində onun telefonunu da söndürüb səssizliyə çəkil-
məsi, öz dünyaya gəlişinin səbəblərini özüylə söhbət-
lərində araşdırması onu biz dostlardan fərqləndirirdi. 
Bu dəfə isə öz romanını özünə hədiyyə edərək onu 
sevənləri ətrafına yığdı və sözü ilə özünü təbrik etdi. 
Bəlkə də, cəmiyyətimizdə bu istedadlı gənci çox adam 
tanımır. Amma onu izləmək, onu tanımağın gənclərə 
bir nümunə olacağına  əminəm. Müşfiq XAN (İmzası 
ilə  də  fərqlənir. Bu təxəllüsün açılışı “Xalqım 
Azərbaycan Naminə”dir.) İxtisasca bioloqdur. Öz ixti-


166
 
 
sasını mükəmməl bilməsi onu AMEA-nın aspirantı 
olmasına qədər gətirib çıxarmış, ixtisasına dair abitu-
riyentlər üçün 10-dan çox metodik vəsait yazmışdır. 
Gənc müəllimlər və məktəblilər üçün yazdığı 400 sə-
hifəlik “Biologiya 6-11” metodik vəsaiti bu sahənin 
fundamental  əsərlərindəndir. Biologiyanın kimya ilə 
qardaş  fənn olmasından irəli gəlir ki, Müşfiq XAN 
uzun illər kimya fənnindən dərs demiş kimyadan me-
todik vəsaitlər hazırlamışdır. 
Yaradıcılıq isə onun üçün çox önəmlidir. Qarşısına 
qoyduğu məqsədi yerinə yetirmək üçün saatlarla çalı-
şar, yoruldum deməz. Hərdən gecənin gec saatların-
da mənə  gələn (“Bəy, bu romanın da belin sındır-
dım”, “Bəy, hər şey hazırdı, narahat olma”) mesajları 
bunu deməyimə əsas verir. Əminəm ki, detektiv jan-
rında Azərbaycan  ədəbiyyatının  ən yaxşılarından ol-
mağa, oxucularını daim sevindirməyə cidd-cəhdlə ça-
lışan Müşfiq XAN artıq özünü ədəbiyyatda tapmağı 
bacarıb. 
“Sonuncu hədiyyə”  əsərinin təqdimatında pafoslu 
səslənsə  də, Müşfiq XANı aysberqə  bənzətmişdim. 
Açığı  mən bu aysberqi çoxdan görmüşəm. Amma 
oxucuların bunu görməsi üçün ciddi zamana ehtiyac 
var. Çünki o universal bir adamdır. Bunu onunla bir-
gə  işlədiyimiz Fənlərin Dostluğu Olimpiadasında 
görmüşəm. Bu insan bütün fənlərə  bələddir. Kimya, 
fizika, riyaziyyat, coğrafiya kimi fənləri orta məktəb 
səviyyəsində mükəmməl bilir. Bundan əlavə, o, lirik 
fikirləri və səmimi baxışları ilə insan duyğularını, ürə-
yini, ruhunu oxşamağı bacarır. Dili nə  qədər acı olsa 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə