Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

144
 
 
Söhbət  əsnasında indiki gənclikdən  şikayətini də 
dilə  gətirdi ustad sənətkar.  Əsərlərinin oxunmama-
sından və yenidən nəşr olunmamasından danışdı. Elə 
bil neçə illərdir, arzusunda olduğum fikrimi səslən-
dirmək üçün kömək etdi mənə. Və söz verdim: “85 il-
lik yubileyinizə  “İdeal” silsiləsindən, SafAğ elminin 
əsasları olan 6 əsəri müasir tələblərə uyğun çap edə-
cəyik”. Bir neçə aydır ki, “İdeal”, “Məhşər”, “Qəbiris-
tan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”, “GurÜn”əsər-
lərinin redaktoru kimi çalışıram. Həftədə bir dəfə İsa 
müəllimi görməyə getdim, qeydlərimizi, dizaynları-
mızı ona göstərdim, kitabın formatı haqqında fikirlə-
rini öyrəndim, düzəlişlərini götürdüm. İki eynəyi üst-
üstə qoyub oxumasına baxmayaraq, ustad sənətkar 
hər bir kitabının korrektə səhvinə belə diqqət yetirir-
di.  Ən çox üstündə  işlədiyimiz  əsər isə  “İdeal” oldu. 
Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi his-
sələrə isə xeyli əlavələr etmişdi. Digər tərəfdən də 
“Yanar ürək”dən bu tərəfə “heç kəsin anlamadığı 
bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarəsində bö-
yük bir məna daşıyır, hər bir hərfi bir körpüdür. İsa 
Muğannanın xətti də o qədər mistikdir ki, bəzən elə 
olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra 
gələn hərf nədir deyə soruşmasaq olmurdu. 
Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı. İs-
tər Firuzə xanım, istərsə  də  qızı Sevinc xanım Qərb 
bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə əy-
ləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o 
qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz et-
məyə belə adam utanırdı.  Əsl azərbaycanlı  ağbirçək 
təcəssüməsidir Firuzə xanım. 


145
 
 
Firuzə xanımın İsa müəllimə qayğısı hər an diqqə-
ti çəkir, bir Azərbaycan qadınının timsalında onunla 
fəxr edirdim. Söhbətlərin birində Firuzə xanım dedi 
ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə 
məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. 
İsa müəllim özünəməxsus tərzdə güldü və dedi: – 
Onda gərək əbədi yaşayasan! 
Bəli,  İsa müəllim  əbədi yaşamağa haqqı çatan bir 
şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta ki-
mi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və bu 
dünyanı bir ideya altında birləşdirsin, sülhü, əmin-
amanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ günə 
çıxsın! 
Bu gün demək olar ki, redaktoru olduğum bu 
əsərlərin hamısının çapı bitdi. Ən son əlimə aldığım 
əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər mö-
cüzəvi bir görünüşlə ruhumun və kitab rəfimin  şahı 
oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə çəkindi-
yim bir iş baş tutdu. 
Mənim   də Ustad sənətkarımıza bir töhfəm oldu. 
“OdƏrlər” romanım. Roman haqqında İsa Muğanna-
ya danışdım. Kişinin elə bil çiçəyi çatladı. “Nə vaxt 
verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhəti-
nin o qədər də yaxşı olmadığını görürdüm. Bunu 
oxumasını ondan istəməzdim. Amma israrla çap edib 
göndərməyimi istədi. Kitabı verdim. Üç gündən son-
ra zəng etdi: 
– Ya Allah! Ya Allah! Necəsən?  Əsərini oxudum, 
ürəyimə çox yatdı. Çox mənalı, müdrik, ali roman 
yazmısan. Sevinə-sevinə  təbrik edirəm. Böyüksən, 
amma daha böyük gələcəyini gözləyirəm... Xahiş edi-


146
 
 
rəm səhifələrin arxasındakı qeydlərimə laqeyd ol-
ma...  Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale 
birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi bö-
yük, nadir xoşbəxtlikdir... 
Məncə, heç bir azərbaycanlı  “İdeal”ı oxumadan, 
Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz. Allah 
bu müdrik insana can sağlığı versin, yarımçıq qalan 
əsərlərini tamamlasın! 
 
www.publika.az 
 


147
 
 
İsa Muğanna yaradıcılığının “Ün” poemasındakı 
poetik təhlili 
 
Bu yaxınlarda xalq şairi Zəlimxan Yaqub mənə 
zəng etmişdi. “Zəlimxan müəllimdir, danışan” deyən-
də bir az təəccübləndim. Çünki telefon zənginə qədər 
elə bir ciddi münasibətimiz və ya ünsiyyətimiz olma-
mışdı. Amma bizi bağlayan bir ortaq bağ olduğunu 
bilirdim. Məhz bu ortaq bağa görə sanki çoxdandır, 
Zəlimxan müəllimlə münasibətlərimiz varmış kimi 
söhbəti davam etdirdik. Əlbəttə ki, Zəlimxan müəlli-
mi şirin və zəngin dilə, rəvan nitqə, xalq təfəkkürün-
dən süzülüb gələn türk-Turan sevdalı, haqq və ədalət 
yükümlü  şeirlərə sahib bir ədib olaraq əksəriyyət ki-
mi mən də tanıyır və  rəğbət bəsləyirdim. Lakin bu 
rəğbətin  əsas səbəblərindən biri Zəlimxan müəllimin 
də Ustad dediyi ustadım, böyük yazıçımız  İsa Mu-
ğanna idi. İsa Muğanna Zəlimxan müəllimi çox istə-
yirdi. Həmişə ondan söz düşəndə böyük hörmət və 
məhəbbətlə danışardı. Məhz buna görə  də  zənnim 
məni yanıltmadı. Söhbət elə ortaq bağımızdan getdi. 
Hələ uzun illər bundan qabaq İsa Muğannanın “Yeni 
Azərbaycan” qəzetində işıq üzü görən “Zəlimxan Ya-
qub və “Bisütun”da külüng səsi” məqaləsində yazdı-
ğı fikirlər onun Zəlimxan Yaquba verdiyi böyük də-
yərin nümunəsidir: ”Həq”dən – Ağdan xəbər verən 
Ün eşidənlər əsla şübhə eləmirlər ki, Zəlimxan Yaqu-
bun səsi də “Həq”dən – Ağdandır”... Külüngün “Bi-
sütun”u Bağıstana döndərsin, bütöv Azərbaycanda, 
vahid Bağdayda  əbədi vəkil  əbədi  şeirin gurlasın...” 
Söhbətimiz zamanı Zəlimxan müəllim dedi ki, Şəmil, 


148
 
 
ustadımızı tez-tez yuxuda görürəm, gör yuxuda mə-
nə nə dedi?! – “Bilirəm, məni yaxşı oxumusan. Ancaq 
sənə tam aydınlığı ilə çatmayan çox mətləblər var. 
Qaldırdığım problemlərə, toxunduğum məsələlərə 
yenidən güzgü tutmağa, SafAğlara, OdƏrlərə  cəmiy-
yətdəki təhriflərə aydınlıq gətirməyə böyük ehtiyac 
var. Hər  şeyi təzədən başla, məni yenidən oxu, ağlı-
mın, idrakımın, təfəkkürümün süzgəcindən keçən nə 
varsa, hamısını ürəyindən keçir. Mənim yaradıcılığım 
sağlığımda mən istəyən kimi açılmadı.  İnanıram ki, 
onu sizlər açacaqsınız. Vuruşun təhriflərlə, SafAğlar, 
Odərlər dünyanın naqis işlərini düzəltmək üçün bizə 
hava, su kimi gərək olacaq. Mən yazdığımı yazmı-
şam, dediyimi demişəm. Demədiyim çox şeyləri də 
ürəyimdə o dünyaya – inandığım dünyaya aparmı-
şam. 
Son söz Odər bəşəriyyətinin, uca hökmdarın – Ey 
Sarın, SafAğların olmalıdır.  
Mən ölməmişəm! Öz fikir gəmimdə yol gedir, 
dünyaya, dünyama və sizlərə baxıram”. (P.S. Zəlim-
xan müəllim mənə telefonda dediklərini daha bədii 
formada poemanın girişi kimi çap etdirdiyi üçün hə-
min mətni verməyi daha məqbul hesab etdim. 2, səh. 
39) 
Mən də bu sözlərdən təsirlənib, “Ün” adlı poema 
yazdım. Göndərim sənə, ona bir yaxşıca bax, sonra 
məsləhət bildiyin bir yerdə yayımlayaq. Mən bilirəm, 
sən Muğannaya ən böyük dəyər verənlərdənsən”. 
Bu fikirlər ruhumu oxşadı. Birinci ona görə ki, us-
tad hesab etdiyim fikir adamının yaradıcılığına bələd 
olduğumu bilən, dostluğumuzdan agah olan Xalq şai-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə