Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

128
 
 
kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat 
birliyi böyük, nadir xoşbəxtlikdir...
7
Elə bu cümlədən 
ürəklənib kitabın adını da təklif etdim: “İlan dərəsi”. 
Bir az düşündü və “olar” dedi. Çünki təklifi etdiyim 
zaman kitabın üz qabığının dizaynını da aparmışdım. 
“Ağ  gəlini yaxşı fikirləşmisiniz”, – dedi. Zəif görən 
gözləri ilə  ƏsƏlmənin təsvir edildiyi rəsmə baxıb: 
“Bunu daha yaxşı oxşatmısınız”, – dedi. Bu, ikimizin 
də gülüşünə səbəb olmuşdu. 
Azərbaycan  ədəbiyyatında çox böyük rezonans 
doğuran “İdeal” əsəri haqqında, demək olar ki, ölkə-
mizin ən böyük alimləri öz tənqidi fikirlərini yazmış-
dır. 
Akademik  İsa Həbibbəyli “İsa Hüseynovdan İsa 
Muğannaya: Axırıncı  əlyazma və bütöv dünya” mə-
qaləsində qeyd edir ki, “İsa Hüseynovun yaradıcılığı 
Azərbaycan bədii nəsrinin böyük ustadı  Cəlil Məm-
mədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasın-
da körpü funksiyasını daşıyır.  İsa Hüseynovun əsər-
ləri Azərbaycan altmışıncılarının möhtəşəm bir prolo-
qudur. Sanki, İsa Hüseynov doğma və yad adamlar 
haqqındakı  qənaətlərini, yazıçı  təəssüratlarını Azər-
baycan altmışıncılarına təhvil verib, özü tamam yeni 
bir sahə ilə, “İdeal” romanı ilə  və onun davamı olan 
yeni dünyanı  təsvir etməklə  məşğul olmağa keçmiş-
dir. “İdeal” yalnız  İsa Hüseynovun yaradıcılığında 
                                                            
7
Şəmil Sadiq. “Odərlər” romanı. İsa Muğanna. Ali roman. 
(Bakı, Hədəf Nəşrləri 2013.) 


129
 
 
deyil, geniş  mənada Azərbaycan  ədəbiyyatında özü-
nəməxsus bir istiqamətdir”.
8
 
İsa Hüseynovun birdən-birə İsa Muğanna olduğu-
nu düşünən və yazanlar da az olmamışdır. Amma 
onun ta doğulandan Muğanna olub, sivilizasiyanın 
yaradılışından xəbər verən Muğlardan olması  nəsil-
nəcabətinin keçdiyi həyat yolundan görünür. İsa Mu-
ğanna doğulduğu gündən  İsa  Əfəndi olmuşdur. Hər 
şeyi bilən ağa, üləma, sayğıdəyər, bilgiyə sahib anla-
mında işlənən “Əfəndi” kəlməsi  İsa Muğanna doğu-
landa ona verilən ilk ad idi. İlahi bir səs bu adı  İsa 
Muğannanın ata qohumu Hilal xalaya dedizdirib. 
Müəllif bunu özü belə qeyd edir: “Hilal xala sevinclə 
xeymədən eşiyə atılıb, deyib: – Gözün aydın, ay 
Omar ağa,  İsa  əfəndi gəldi!”  İsa  Əfəndi Muğannanın 
əmisi olmuşdur. Tarixi sirləri varisləri ilə gələn nəsil-
lərə ötürən Muğlar, Muğannalar İsa Əfəndiyə “Nəslin 
Günəşi” deyərlərmişlər. Çünki o, SafAğ elminin bili-
cisi və bu elmi  gənclərə çatdırmaqda görəvləndirilən 
bir şəxs idi. O, dövrü üçün çox təhlükəli “İstoriya İs-
lama” kitabını yazmışdır. Yaradılışın sirlərini qəlbin-
də daşıyan, amma bildiklərinin hamısını OdƏrlərə 
ötürə bilməyən bir SafAğ alimi idi. Çünki vaxtsız və-
fat etmişdir. Bu şanlı və müqəddəs iş İsa Muğannanın 
çiyninə düşdü və o, bu şərəfli işi ləyaqətlə, yolundan 
dönmədən həyata keçirdi. Mehdi Hüseynə “Anadil 
ötəndə” öçerkinə görə “atamı daha yaxşı tanıyı-
ram”deyib öz gördüklərindən yazan İsa Muğanna 
ömrünün sonuna qədər gördükləri və eşitdiklərindən 
                                                            
8
"Ölümdən sonrakı həyat". İsa Həbibbəyli. İsa Hüseynovdan İsa 
Muğannaya: Axırıncı əlyazma və bütöv dünya. (Bakı Hədəf Nəşrləri.) 


130
 
 
başqa heç nə yazmadı. Gördükləri onun həyatına bi-
çilən yaşam, eşitdikləri isə Bağ atanın ona babaları, 
ataları  və  işıq vasitəsi ilə dedikləridir.  İsa Muğanna-
nın yazdıqlarını anlamayan, dərk edə bilməyən  şəxs 
gərək, onun 81 yaşında yazdığı “Həyatımdan səhifə-
lər” oçerkini oxusun. O bir OdƏr nəslinin  şəcərəsini, 
dərk etdiyi həqiqətləri bu əsərində yazmış, o əsərləri 
niyə və necə qələmə aldığını pafossuz qeyd etmişdir. 
Bu oçerk İsa Muğannanın yaşadıqlarını  və yazdıqla-
rını özündə əks etdirən bir tezisdir sanki. 
İsa Muğanna möcüzəli bir şəxsiyyətdir. “Həyatım-
dan səhifələr”i oxuyanda bir hadisə oxucunu mistika 
ilə tarixi gerçəkliyin vəhdətində  vəcdə  gətirir. Çünki 
“Həyatımdan səhifələr” nə qədər tarixə söykənən bir 
oçerk olsa da, bir o qədər də mistik inancı ehtiva edir. 
Əsərdən bir daha İsa Muğannanın Hüseynovdan Mu-
ğannaya çevrilməsinin təsadüfi olmadığının  şahidi 
oluruq. Müəllifin həyatında baş verən həqiqətləri 
mistik bir yozumla təqdim etməsi qeyri-adi düşüncə 
sahibi olduğunu ortaya çıxarır. “Postmodernist mətn-
lərdə məqsəd hadisəni danışmaq deyil, hadisənin ya-
ratdığı duyğuları anlatmaqdır ki, bu da “yalnızlıq, 
gerçək həqiqət, depressiya” kimi duyğuların ifadəsi-
dir“.
9
 
Əsərdən məlum olur ki, İsa Muğannanın və ömür-
gün yoldaşı Firuzə xanımın valideynləri rəhmətə ge-
dəndən sonra həm özünün 6 bacı-qardaşı, həm də Fi-
ruzə xanımın 6 bacı – qardaşını evləndirib köçürmək 
                                                            
9
İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar. 
2014.06.22. http://modern.az/articles/59560/1/ 


131
 
 
bu kişinin müqəddəs vəzifəsi olur. Onları evləndirib 
yola salandan sonra, yəni evləndikdən 20 il sonra hə-
yatının sevinci-Sevinc adlı  qızı dünyaya gəlib. Bu, 
doğrudan da, bir möcüzədir. İsa Muğannanın vəfatın-
dan sonra Firuzə xanım bu müəmmalı  həyat tərzinə 
bu cür qiymət verir: “İsayla o qədər ağrılı-acılı gün-
lər  gördük ki... İsanın da,  mənim də atam müharibə-
yə gedib qayıtmadılar. Davud Nəsib adında  şair var 
idi, tanıyırdınızmı? Bax, o, kiçik qardaşım idi. Atam 
elə onun ancaq üzünü  görə bildi. Onların  evində İsa 
böyük uşaq idi, bizim evdə də mən. Onların hamısını 
böyüdüb ali təhsil verdik, ailə sahibi elədik. Amma, 
demək olar ki, indi onların böyük əksəriyyəti dünya-
dan köçüb. Mən bilmirəm nədir günahımız ki, onlar 
bizdən qabaq köçdülər, axıra qalan biz olduq”.
10
 
Bundan sonra isə “Yanar ürək”, “İdeal”, “Doğma 
və yad adamlar”, “İsahəq, Musahəq” yazılır, cəmiy-
yət İsa Hüseynovu İsa Muğanna olaraq tanıyır. Bu, o 
zaman olur ki, İsa Muğanna şəcərənin layiqli yaşama-
sını təmin edir. Seçilmiş olduğunu sübut edir. Beləcə 
gah silsilənin çağdaş nümayəndəsi Səmədi, gah da ən 
qədim nümayəndələri-ƏsƏlməni (Süleyman peyğəm-
bəri),  ƏsƏlEyi (İsa peyğəmbəri) BağhəmOdu (Mə-
həmməd peyğəmbəri), ÜnƏsimi (Nizami Gəncəvini), 
Nəsimini yazdı. Yazdı və qəbiristanlığa çevrilmiş be-
yinləri SafAğ  işığı ilə  işıqlandırmağa çalışdı. Amma 
bəzi qəbiristanlıqlar bunu dərk edə bilmədi.  İsa Mu-
ğannanın ağlını itirdiyini söylədi və yazdı. Düzdür, 
İsa Muğannanın SafAğ elmi haqqında dedikləri bir 
                                                            
10
Xalq Qəzeti. 4 may 1997. Faciənin kökü. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə