Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

123
 
 
Beləcə yazmaq fikrindən vaz keçib, başladım yazılan-
ları diqqətlə izləməyə. Gördüm ki, Əkrəm kimi milli 
ədəbiyyatımızın ruhuna yad olan, milli və dini kimli-
yinə aid olmayan bir şəxsin “atalıq” (düzdür ona ədə-
biyyatımızın atası ifadəsini kimsə  işlətməyib,  əstəğ-
fürullah, mən də bu düşüncədə deyiləm. Amma təəs-
süflər olsun ki, onun ruhunda qidalananlar var hələ 
də) etdiyi ədəbiyyatın bic balalarının olması  və inki-
şaf etməsi təbiidir. Elçisi gülüm olanın, başına külüm 
olar. 
İzlədikcə gördüm ki, qısa bir zamanda vətən xai-
ninə “insan” deyib müdafiə edən ziyalılarımızın sayı 
çoxaldı. “Bəşəri ideyalar”a sahib olan bu insan hü-
quqları qoruyucularının demirəm dədəsini, anasını 
söysən, deyirəm toyuğuna kiş desən, görəsən tole-
rantlıqlarını saxlaya bilərlərmi? Maşınının yerində 
maşın saxlasan, iki dəfə yanlış olaraq zəng etsən, val-
lah, adamın dədəsini yandırardılar. 
Bütün bunların fonunda kimsə  mənim dədəmi
anamı, evimi təhqir edib, aşağılayırsa, məgər mən 
susmalıyam? Qətiyyən yox. Susaramsa, deməli, hey-
siyyat və ləyaqətim yoxdur deməkdir. Hətta haqqımı 
bütün formalarda tələb etməliyəm düşüncəsindəyəm. 
Əgər bir xalq heysiyyatına toxunulduğunu anlayır, 
dərk edirsə, deməli, onun xalq kimi yaşamağa haqqı 
çatır. Əks təqdirdə isə yox. 
İndi gəlib el qınağını tənqid edərək, “yox biz Ək-
rəmi öldürsək, döysək, bizə Avropa nə deyər?” deyib 
hüquq müdafiəçisi olublar. Birincisi,  bu xalqı tanıyan 
olsa idilər, bilərdilər ki, anasını, bacısını  təhqir etmiş 
ermənini belə versən  əlinə, təəssüflər olsun ki, yenə 


124
 
 
ürəyi ağrıyıb, bağışlayan xalqdır. O ki qala özünün 
nankor övladının qanını tökə. Bunu bu xalqın ruhun-
dan qidalanan Cəlil və Cavidin yaratdığı obrazlar ay-
dın  şəkildə sübut edir. “Kamança” əsərindəki qəhrə-
manın erməni Baxşını  əsir götürəndən sonra bağışla-
ması, Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana-
nın oğlunun qatili Muradı öz vicdanı ilə baş-başa bu-
raxması, hətta oğlunun dostlarından gizlətməsi ən ba-
riz nümunədir. 
Yenə yazını davam etdirmək həvəsim o qədər ol-
madı. Çünki bu hadisələr ədəbi məsələdən siyasi mə-
sələyə çevrildi. Kimlərsə bundan istifadə edib dostum 
Yusif  Əli  Əfşar demiş “bu gün bədii  ədəbiyyatdakı 
obrazları bütöv bir millətin adına çıxaraq, dahilər ya-
ratmış millətmizi kölgələyirlər...” 
Amma Günel Mövludun “Qarabağ qaçqını olaraq 
Əkrəm  Əlyislinin romanı  mənim hislərimi təhqir et-
mir” ifadəsi adamı yaman incidir. Öz aləmində de-
mokratik çıxışlar edib zəhləmizi tökən bu xanım hə-
min dəqiqə bu ölkəni böldü. Qarabağlı, naxçıvanlı de-
yə ayırdı. Amma bir azərbaycanlı kimi bu cür ifadələr 
mənim heysiyyətimə toxunur. Necə olur ki, bundan 
əvvəl başqa bir çıxışında qaçqın düşdüyü dövrdən, 
qaçqın düşərgələrindən, itirilmiş doğma kəndindən, 
uşaqlığından, sahib ola bilmədiyi sinif yoldaşlarından 
danışarkən kövrəldiyini, hətta ağladığını gizlədə bil-
məyən bu xanım “Daş yuxular” romanını oxuyanda 
hislərini təhqir edəcək heç nə tapa bilmir.  


125
 
 
Heç olmasa əsərin obrazlarının uşaqlığından da-
nışdığı hissələri oxuyub “itirilmiş  uşaqlığı” olmayan 
adam kimi özünü təhqir olunmuş hiss etmək lazım 
idi. 
Bu  əsl riyakarlıqdır. Tolerantlıq donu geymiş bic 
adamların riyakarlığı kimi. 
 
www.publika.az 


126
 
 
İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və 
mistika 
 
İsa Muğanna... Bu ad bütün Azərbaycan oxucusu-
na doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli 
bir ömür yolu keçən  İsa Muğanna tutduğu qələmə 
həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə baxmaya-
raq, inandığı yoldan dönməyən dahi bir şəxsiyyət ki-
mi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də, 
dünya  ədəbiyyatında onun kimi ikinci bir şəxsiyyət 
yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə dönə-dönə 
qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə 
də, kimlərsə bunu cəsarətsizlik və lüzumsuz bir hal 
kimi qəbul edir. Amma, məncə, bu, İsa Muğannanın 
yazdıqlarına və düşündüklərinə sədaqətli olmasından 
və  səmimiliyindən irəli gəlir. Çünki qələminə  və sö-
zünə şübhə belə olmayan bir sənətkar öz əsərini yeni-
dən işləyir, onu əlavələrlə zənginləşdirirsə, bu bir növ 
onun səmimi söz ustadı olduğundan xəbər verir. Pro-
fessor Nizami Cəfərovun təbirincə desək, “Mən sizin 
yazdığınız hər cümlənin heyranıyam, çünki sizin yaz-
dığınız hər bir cümlə Azərbaycan dilinə tarixi nüfuz 
(və hörmət) gətirir. Sizin bədii intellektual təfəkkürü-
nüzün miqyası elədir ki, dünyada mövcud olmuş (və 
olan!) istənilən xalqın yazıçısının bədii intellekti ilə 
müqayisə oluna, həmin müqayisədə  ən qeyri-obyek-
tiv hakimin münsifliyi ilə qalib gələ bilər”.  
İsa Muğannanın “Yanar ürək”  əsərini yenidən iş-
ləyib “İdeal”, “Doğma və yad adamlar” əsərini “İsa-
həq, Musahəq” adlandırması, “Qəbiristan”ı, “GurÜn”   


127
 
 
və “Cəhənnəm”i yenidən əlavələrlə işləyib oxuculara 
təhvil verməsi səbir və əzm istəyir. Heç bir yazıçı bə-
dii  əsərinə qarşı bu qədər tələbkar deyil. Amma İsa 
Muğanna bunu bu ahıl yaşlarında da edirdi. Ömür-
gün yoldaşı Firuzə xanım belə Muğannanın bu tələb-
karlığına bəzən üsyan edirdi. Söhbətlərimizin birində 
ustad sənətkar dedi ki, “Gərək “Məşhər”i yenidən iş-
ləyim”. Bu zaman Firuzə xanım: “Ay İsa, bəsdir, sən 
Allah” deyərək etirazını bildirdi. İsa müəllim isə öz 
mövqeyində qaldı  və imkan tapan kimi işləyəcəyini 
desə də, ömür vəfa etmədi. 
İsa Muğannanın son  kitabı olan “İlan dərəsi”ndə 
dörd yeni əsəri verilib: “Həyatımdan səhifələr” oçer-
ki, “Qırx kisə qızıl”, “Söz yarası” və “İlan dərəsi və ya 
peyğəmbərin taleyi” povestləri. Bu əsərlər ilk dəfə 
Azərbaycan jurnalında çap edilsə  də, hələ kitab şək-
lində oxuculara təqdim edilməmişdir. Bu əsərlərin bi-
rinci nəşrini hazırlamaq ilk dəfə mənə nəsib oldu. Bu 
mənim üçün İsa Muğanna demiş “fantastikasız fan-
tastika” kimidir. Çünki bir vaxtlar əsərlərini oxuyub 
ideal dünya axtarışında olan bir tələbənin bu ideal 
dünyanı  təqdim edən bir dahinin əsərlərini çapa ha-
zırlaması  və ön söz yazması bir möcüzə kimidir. Pa-
foslu səslənməsini istəmədiyim bir fikri bura yazmaq 
istərdim, ön söz yazıb-yazmamağım haqqında çox 
düşünürdüm. Sərhədsiz bir ideya və fikir sahibinin 
əsərləri haqqında nəsə yazmağın məsuliyyəti məni sı-
xırdı. Amma Ustadım qəbul etdiyim Muğannanın şə-
rəfinə  və  əsərlərindən təsirlənərək yazdığım “OdƏr-
lər” romanımın ön sözünə yazdığı rəydəki son cümlə 
məni cürətləndirdi:  Çünki bizim ikimizin taleyi var bu 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə