Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

104
 
 
su Vahid Təbrizi şeiri vəznli, qafiyəli və xəyal olunan 
kəlam adlandırmışdır. Akademik İ.Kraçkovski bədii, 
bəyan və  məanini  şeir üçün əsas xüsusiyyət sayma-
mış, üstünlüyü vəznə verərək yazmışdır: ”Bu üç el-
min  şeirə heç dəxli yoxdur. Şeirin  ən yayılmış  tərifi 
demək olar ancaq vəzn üzərində qurulmuşdur”. Gör-
kəmli İran alimi P.N. Xonlərinin şeir haqqında son qə-
rarı belədir: “Həqiqət budur ki, əgər dünyanın hər 
hansı bir dilində şeir varsa, vəznlidir”. 
Doğrudan da dərin, incə məna və bədiiyyata nəsr-
də  də rast olunur. Hətta nəsrin səc adlanan forması 
da mövcuddur. Lakin vəzn ancaq nəzmə – şeirə aid 
olan xüsusiyyətdir. Bu baxımdan, vəzni, ahəngi, ölçü-
nü şeirin əsas xüsusiyyəti hesab etməliyik. 
Deməli, seir – incə, dərin mənaya, özünəməxsus 
deyim üslubuna, bədii ifadə və təsvir vasitələri ilə ifa-
də olunan obrazlılığa, ahəngdar vəzn və gözəl, səlis 
qafiyə sisteminə malik olan bədii söz sənətidir. 
Dünya şeir praktikasında 6 vəzn məlumdur.  
1. Antik vəzn – e.ə. VIII əsrdə Yunanıstanda yara-
dılmış, III əsrdən etibarən Roma ədəbiyyatında işlə-
dilmiş  şeir vəzni sistemidir. Uzun və  qısa hecalara 
əsaslanan müxtəlif stopalarla, modellərlə yaradılır 
(xorey, yamb, amfibraxiy, anapest, daktil və s.) Bir 
növ  əruz təfilələrinə bənzəyən bu stopalar antik vəz-
nin əsasını təşkil edir. Eramızın XVIII əsrindən etiba-
rən M.Lomonosov tərəfindən rus şeirinə gətirilmiş və 
rus poeziyasının yaranıb inkişaf etməsində mühüm 
rol oynamışdır. 
2. Tonik vəzn – “Tonos” sözünün mənası yunanca  
“vurğu” deməkdir. Vurğulu hecaların müəyyən qay-


105
 
 
dada düzümü və sıralanması əsasında yaradılır. Daha 
çox flektiv dillərə uyğundur.  XIX əsrin sonlarından 
etibarən, Qərb və Rus ədəbiyyatında geniş tətbiq olu-
nur. 
3. Sillabik vəzn – hecaların misralarda sayca, kə-
miyyətcə bərabərliyi əsasında yaranmışdır. Bizdə ona 
heca vəzni deyilir. Şeirimizin əsas vəzni olsa da, onu 
ancaq türk ədəbiyyatına aid etmək olmaz. Çünki bu 
vəzn, demək olar ki, bütün dünya xalqları tərəfindən 
işlədilir. 
4. Sillabik – tonik vəzn. Bu vəzn misralarda hecala-
rın kəmiyyətcə eyni düzümü ilə bərabər həm də vur-
ğulu hecaların müəyyən tərzdə düzümünü tələb edir. 
5.  Əruz vəzni – 72 tip təfilənin yaratdığı müxtəlif 
qəliblər üzərində qurulur. Qəlib  şeirimizdə misranı, 
təfilə isə misra bölümünü (bölgünü) bildirir. Əruz 
vəzni daha çox Yaxın Şərq xalqları, o cümlədən, Azər-
baycan  poeziyasında geniş tətbiq olunmuşdur. Əruz 
vəzni uzun və qısa, bizim dilimiz üçün isə açıq və qa-
palı hecaların misra-qəlib daxilində  həm miqdar, kə-
miyyət, həm də keyfiyyətcə eyni təkrarından yaranır. 
Yüksək dəqiqlik və sənətkarlıqla yazılmış əruz vəznli 
şeirdə misralarda olan səslərin miqdarca bərabərliyi 
ilə yanaşı, həm də uzun, qısa, qapalı, açıq hecaların 
eynilə  təkrarını M.Ə.Sabirin aşağıdakı misralarında 
görə bilərik: 
 
Çırmanırıq keçməyə çay gəlməmiş, 
Başlayırıq qızmağa yay gəlməmiş. 
 


106
 
 
Yuxarıda misraların hər birində 28 səs vardır. Bun-
lardan 11-i sait, 17-si samitdir. Hər misrada olan 11 
hecadan 5-i açıq, 6-sı qapalıdır. Onların düzümü, diq-
qət yetirsəniz, eynilə  təkrarlanmışdır. Bu cür ahəng, 
vəzn bərabərliyinə başqa vəznli şeirlərdə rast gəlmək 
qeyri-mümkündür. 
6. Rübai vəzni. Bu vəzni bir sıra mütəxəssislər əru-
za aid etsələr də, dövrümüzün şeir vəznləri sahəsində 
ən böyük mütəxəssisi olmuş  mərhum prof. Ə.Cəfər 
onu ayrıca bir vəzn adlandırmışdır. Rübai vəzni ilk 
dəfə farslar tərəfindən yaradılmış və sonra Şərq poeti-
kasında geniş tətbiq olunmuşdur. 
Apardığımız araşdırmalar sayəsində bu nəticəyə 
gəlirik ki, min illik poeziyamız tarixində  ədəbiyyatı-
mızda yuxarıdakı  şeir vəznlərindən üçü geniş  işlən-
mişdir. Bunlar heca, əruz və rübai vəznləridir. 
Yazılı  ədəbiyyatımızda  əruz vəzninin tarixi daha 
qədimdir. Biz əruz vəznli şeirə VII-VIII əsrlərdə ərəb 
ölkələrində yaşayan və  “Əl-Azərbaycani” nisbəsi ilə 
şeirlər yazan Musa Şəhavat, İsmayıl İbn Yasər, Əbdül 
Abbas əl Əma kimi şairlərin yaradıcılığında rast olu-
ruq. Daha sonralar ta indiyə  qədər  əruz vəzni həm 
farsdilli, həm də türkdilli şeirimizdə geniş  tətbiq 
olunmuşdur. 
“Ümumən 19 bəhri olan əruz vəzninin milli poezi-
yamızda 12 bəhri, 72 növü, 267 variant qəlibi işlən-
mişdir”. (Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbay-
can əruzu). 
Əruz vəznli  şeirimizdə  işlənən bəhrlər aşağıdakı-
lardır: həzəc, rəməl, mütədarik, rəcəz, müzare, mün-


107
 
 
sərih, müctəs, mütəqarib, xəfif, səri, kamil və müqtə-
zəb. 
Nədənsə orta məktəb üçün buraxılan “Ədəbiyyat 
nəzəriyyəsi” və ali məktəblər üçün çap olunan “Ədə-
biyyatşünaslığın  əsasları” kitabında bəhrlərin sayı 11 
göstərilmiş, müqtəzəb bəhri onların arasında qeyd 
olunmamışdır. Arzu edərik ki, həmin kitabların gələ-
cək nəşrlərində bu anlaşılmazlıq aradan götürülsün. 
Müasir poeziyamızda  əruza olan meyil güclən-
məkdədir. Buna misal olaraq Baba Pünhan, Hacı 
Ələmdar Mahir, Şahin Fazil, Hacı Rüfət  Əliyev (Ra-
fiqoğlu), Kərbəlayi Mahir Cürət, Arif Buzovnalı və di-
gər  şairlərimizin yaradıcılığını göstərə bilərik. Son 
dövrdə, xüsusən, meyxana janrının inkişafı və bu sə-
nətlə məşğul olanların əruza olan dərin və elmi mara-
ğı, söylədiklərini meyxanalarda vəznə riayət etmək 
cəhdləri təqdirəlayiq hadisədir. 
Mərhum prof. Ə.Cəfərin  əruza gətirdiyi islahatlar 
bir sıra ərəb mənşəli terminlərin öz dilimizdə olan is-
tilahlarla verilməsi, təfilələrin  əkrəmi modelləri ilə 
əvəz olunması  əruz elmini öyrənməkdə  gərəkli və 
əvəzolunmaz bir vasitədir. Lakin bu sahədə çalışan 
mütəxəssislərin və elmi ədəbiyyatın azlığı əruzun öy-
rənilməsində bir çox çətinliklər törətməkdədir. 
Bu çətinliklərdən biri də onun ədəbiyyatımızda 
alınma bir vəzn olduğu haqda fikirlərin söylənilmə-
sindədir. Guya biz və bütün Yaxın  Şərq xalqları bu 
vəzni  ərəblərdən almışıq. Bununla razılaşa bilmərik. 
Əvvəla, vəzn ictimai bir hadisədir. O, xalqın ruhunda 
yoxdursa, süni yolla, ya məcburən, ya xoşluqla onun 
poeziyasına gətirilə bilməz. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə