Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

99
 
 
əruz haqqında heç bir məlumat vermir. “Ədəbiyyat-
şünaslığın  əsasları”, “Ədəbiyyat nəzəriyyəsi” kimi 
dərsliklər Sovet dövrünün ideologiyasını daşıdığın-
dan  əruz bölməsinin  əruz elmini zəif bilən adamlar 
tərəfindən yazılması səbəbindən bu mənbələr əruzun 
öyrənilməsinə yardımçı ola bilmir, əksinə elmdə çaş-
başlıq salmağa xidmət göstərir. Bu səbəbdən nəinki 
orta, hətta ali məktəblərdə  də filoloq adını daşıyan 
müəllimlər əruz bəhsini tədris etməkdə çətinlik çəkir-
lər. Müəllimlərimizin çox böyük bir qismi əruz vəznli 
şeiri oxumaqda çətinlik çəkirsə, onların tələbələri, şa-
girdləri barədə nə fikirdə ola bilərik?! 
Keçən  əsrin  əvvəllərində ziyalılarımızın  əksərinin 
bacardığı bir işi indi həmin sahənin mütəxəssisləri 
çox zəif bilirsə  vəziyyət problem halını alır və onun 
həlli vacib məsələlərdən birinə çevrilir. Apardığımız 
müşahidələrdən bu nəticəyə gəlirik ki, əruz vəznli şe-
ir harda söylənilməsindən asılı olmayaraq, hətta mə-
nası anlaşılmasa da, əgər öz ölçüsündə düzgün söylə-
nilirsə dinləyicini məftun edir. Bakıda “Məcməüş-şü-
əra” (rəhbəri Fazil Şahin), “Vahid poeziya klubu” 
(rəhbəri Həkim Qəni)  ədəbi məclislərinin fəaliyyəti 
əruz vəznli şeirin yaranması, yazılması və inkişafında 
böyük uğurlar qazanmışdır. Meyxana sənətinin hal-
hazırkı inkişafı  və geniş yayılması  və meyxana us-
tadlarımızın yeni-yeni bəhr və növlərə müraciət et-
məsi, meyxananın özündə belə  vəzn qırılmasına qə-
bahət kimi yanaşılması müsbət hadisədir.  
Azərbaycanın bir çox mədəniyyət mərkəzləri tari-
xən şeiri, sənəti özündə yaşadan və onun inkişafında 
təməl olan mənbələrdir. Əgər qədim dövrlərdə Şama-


100
 
 
xı, Gəncə, Təbriz şəhərləri bu vəzifəni öz üzərinə gö-
türmüşdürsə XIX əsrdə  ədəbi məclislərin artması ilə 
əlaqədar olaraq bir azda genişlənmiş, Lənkəran, Nax-
çıvan, Qarabağ və Tiflisi də əhatə etmişdir. XX əsrdən 
etibarən  mədəni mərkəz rolunu, ümumiyyətlə, Bakı 
oynamışdır. 
Əruz vəznli şeir XX əsrdə təkcə Sabir, Cavid, Va-
hidin adı ilə  deyil, vəzn baxımından onlardan geri 
qalmayan onlarla sənətkarın adı ilə bağlıdır. Ədəbiy-
yat tarixində adları yaşayan S.Vurğun, S.Rüstəm, 
C.Xəndan, M.Seyidzadə, B.Vahabzadə kimiləri ilə ya-
naşı, Ələkbər Şahid, Rüfət Əhmədzadə, Rüfət Zəbioğ-
lu, Qulam Feyzullayev, Həkim Qəni,  Ənvər Nəzərli, 
Rəhim Saraylı, Fazil Şahin, Hacı  Ələmdar Mahir və 
digər  şairlərimiz də bu sahədə az külüng çalmamış-
lar. 
Gənc nəslin  əruza diqqət yetirməsi, bu vəznin tə-
ləblərini tam ödəyəcək səviyyədə şeirlər yazması ürə-
yimizi fərəh hissi ilə doldurur. Bunların sayı çoxdur. 
Şəxsən tanış olub yaradıcılıqlarını müəyyən dərəcədə 
araşdırdıqlarımızdan Kərbalayi Mahir Cürət, Hacı 
Rüfət Rafiqoğlu, Arif Buzovnalının adını çəkə bilərik.    
Əruza qarşı müxtəlif təqiblərdən, soyuq münasi-
bətlərdən danışan çoxdur. Biz də bu fikirlə müxtəlif 
məqamlarda razı oluruq, lakin tam yəqinliklə deyə bi-
lərik ki, XX əsr Azərbaycanda  əruzun  əsl çiçəklənmə 
və inkişaf dövrüdür. Buna ümumi savadlanma, mət-
buat və kitab çapı  işinin genişlənməsi, hamının anla-
yacağı və istifadə edə biləcəyi yazı qrafikasının (istər 
kiril, istər latın) tətbiqi,  Ə.Cəfər, S.Əliyev və s. kimi 
əruzşünas-alimlərimizin yetişməsi və  əvvəlki dövrlə-


101
 
 
rə nisbətən daha geniş  tədqiqat işlərinin aparılması, 
ümumən, xalqımızın milli hislərinin oyanması kimi 
amilləri misal göstərə bilərik. 
Yuxarıda göstərdiyimiz bütün mənfi və müsbət 
halları qarşılaşdırsaq görərik ki, bir vəzn kimi xalq 
içində  əruza böyük hörmət və  məhəbbət vardır. Bir 
elm kimi isə xalqın lap hörmət və məhəbbəti olsa da, 
onu öyrənməkdə acizdirlər. Əvvəla, bu elmin ən düz-
gün, dəqiq örnək yeri olan prof. Ə.Cəfərin “Əruzun 
nəzəri əsasları və Azərbaycan əruzu” kitabı çox kiçik 
tirajla çap olunduğundan axtaranlar onu tapmaqda 
acizdirlər. İkincisi, bu kitab o dərəcədə elmidir ki, hər 
maraqlanan onu qavraya bilmir. Deməli, həmin kita-
bın müddəaları əsasında çoxlarının başa düşə biləcəyi 
elmi-kütləvi bir dildə əruz elmi və əruz vəzni mövzu-
sunda bir kitab yazılmalıdır ki, heç olmasa filoloqları-
mız onu öyrənib tədris edə bilsinlər. 
Keçən  əsrin sonlarında respublikamızda T.Quli-
yev kimi gənc əruzşünas-alimin yetişməsi fərəhli hal-
dır, lakin T.Quliyev və sayı çox az olan əruza meyilli 
bir neçə alimlə  həmin sahədə olan kadr qıtlığını ara-
dan götürmək çox çətindir. Bu isə ona gətirib çıxara 
bilər ki, mərhum Ə.Cəfərin əruz elmi sahəsində etdik-
lərinin üstündən qələm çəkib 30-40 ildən sonra Ərə-
bistan, İran və ya Türkiyədən bu elmi öyrənmək üçün 
ölkəmizə mütəxəssislər dəvət etməli olacağıq. Bunun 
nəticəsində milli əruz elmi və milli əruz vəzni istilah-
ları xalqımız üçün yenidən əlçatmaz bir əfsanəyə çev-
riləcəkdir. 
Ə. Cəfərin  əruz elmində etdiyi islahatlar (reform-
lar) onun anlaşılmasında və milli bir vəzn kimi qəbul 


102
 
 
edilməsində çəkdiyi zəhmət nə qədər böyükdürsə, bi-
zim onun fəaliyyətini tədqiq və təbliğ etməkdə hünə-
rimiz bir o qədər kiçikdir. 
 
Sumqayıt şəhər 21 saylı məktəbin müəllimi  
Zülfəli Zülfəliyev 
Bakı şəhər Yasamal rayon 20 saylı məktəbin müəllimi 
Şəmil Sadiq 


103
 
 
Milli şeir vəznlərimiz 
 
Milli şeirimizin neçə vəzni vardır və bunlar hansı-
lardır – problemini həll etməkdən ötrü, öncə qarşıya 
çıxan bir neçə suala cavab vermək lazım gəlir: 
1. Şeir nədir? 
2. Vəzn nədir? 
3. Hansı vəznlər ədəbiyyatımızda işlənmişdir? 
Şeir sözünün lüğəti mənaları çoxdur – dərketmə, 
bilik, anlama, duyma, hissetmə və s. Terminoloji mə-
nada isə dərin və incə mənalı, xəyallar və təsəvvürlər 
daşıyan, vəznli, qafiyəli söz və yaxud ifadədir. 
Hər hansı bir şey haqqında daha dəqiq məlumat 
əldə etməkdən ötrü onu tərkib hissələrinə ayırırlar və 
hər birini ayrı-ayrılıqda tədqiq edib həmin o anlayış 
haqqında dəqiq elmi nəticəyə gəlirlər. 
Şərq poetikasının tələblərinə görə  şeirin 5 tərkib 
hissəsi vardır: məani, bəyan, bədii, vəzn və qafiyə. 
Bunlardan üçü bəlağət elminə aiddir. Məani – dərin 
incə fikir və mənaları, bəyan – şeirə uyğun gələn xü-
susi bir dili, yəni bədii üslubu, bədii – bədii təsvir və 
ifadə vasitələrini, vəzn – misraların ahəng və ölçüsü-
nə görə bərabərliyini, qafiyə – misra sonluqlarının fo-
netik uyğunluğunu özündə birləşdirir.  
Vəznin  şeirin beş  tərkib hissəsi içərisində  ən  əsas 
xüsusiyyət olduğunu həm Şərq, həm də Qərb alimləri 
dönə-dönə təsdiq etmişlər. İbn Sinaya görə, şeir insa-
nı fikrə, xəyala daldıran, sözlərdən, fikirlərdən yara-
dılmış  vəznli bir sənət  əsəridir. Nəsrəddin Tusinin 
fikrincə, şeir xəyalla yaradılmış bərabər vəznli və qa-
fiyəli kəlamdır. XV əsrin məşhur Azərbaycan əruzçu-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə