Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r


Milli əruzumuz dünən, bu gün və sabah



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

95
 
 
Milli əruzumuz dünən, bu gün və sabah 
 
Mədəniyyətin zirvələrinə çatmış və inkişafın yük-
sək pillələrində duran bir çox xalqlarda olduğu kimi, 
bizim də bədii ədəbiyyatımızın iki qolu vardır: şifahi 
və yazılı.  Şifahi  ədəbiyyat nümunələrinin tarixini tə-
yin etmək çətin və bəzən qeyri-mümkün olduğu hal-
da, yazılı ədəbiyyat dəqiq tarixə malikdir. Folklor kol-
lektivin, yazılı ədəbiyyat nümunələri isə fərdi yaradı-
cılığın məhsuludur. Bizi çox vaxt “şair xalq” adlandı-
rırlar. Bu, təsadüfi deyil. Folklorumuzun böyük bir 
qismi nəzmlə yaradılmış, yazılı  ədəbiyyatımız isə ta 
XIX  əsrə  qədər bir sıra istisnalar nəzərə alınmasa, 
nəsrdən uzaq olmuşdur (Xaqani və Füzuli yaradıcılı-
ğında olan nəsr). 
Şeirin 5 tərkib hissəsi vardır: məani, bəyan, bədii, 
vəzn, qafiyə. Bunlardan, şübhəsiz ki, şeri şerə bənzə-
dən ən mühüm cəhət vəzndir. Dərin məna, fikir, dü-
şüncə  və hissiyyatdan ibarət olan məani-şeirin ruhu, 
bəyan, bədii, qafiyə  şerin tənidirsə (forması, qurulu-
şu, söz tutumu), vəzn onun canıdır. Mənasız, fikirsiz 
şeir ruhsuz bədənə bənzəyər. Fiziki bir hal kimi ruh-
suz bədən mümkündür, cansız bədən isə ölümə məh-
kumdur. Vəzn ruhsuz bədii nümunəni də  nəzm sə-
viyyəsinə çatdıran bir vasitədir. Ta qədim zamanlar-
dan şeirimiz iki vəzndə yaradılıb: əruz və heca vəzn-
lərində. “Bunlardan hansı qədimdir?” – sualına cavab 
vermək çətindir, çünki VII-VIII əsrlərdən etibarən 
ərəb, fars və Azərbaycan dillərində yaradılan yazılı 
ədəbiyyatımızın başlanğıcında  əruz vəzni dayanır. 
Qazi Bürhanəddin və  Nəsiminin bir sıra heca vəznli 


96
 
 
şeirlərini nəzərə almasaq, “hecanı yazılı  ədəbiyyatı-
mıza  Ş.İ.Xətai gətirmişdir” fikri ilə razılaşmalı olaca-
ğıq. Bu isə XVII əsr deməkdir. 
Şifahi  ədəbiyyat nümunələrinin tarixini təyin et-
mək nə qədər çətin olsa da, onların bəzilərinin qədim-
liyi heç də  şübhə doğurmur. Ovsun, bəlkə  də  ən qə-
dim bədii janrdır. Aşağıdakı nümunəyə diqqət yeti-
rək: 
                      Haş gedə, huş gedə,  
                      Ox sənə tuş gedə. 
                      fA ilün   fA  ilün (mütədarik bəhri) 
 
Ovsunlardan sonra qədimliyinə görə növbə  nəğ-
mələrə düşür. “Kos-kosa” oyunu və oradakı nəğmələ-
rin Novruz bayramı və Zərdüştilik dövrü ilə bağlı ol-
duğunu inkar etmək çətindir. Buradakı  nəğmələr 
münsərih bəhrindədir: 
  
                     Ay uyruğu-uyruğu 
                     Saqqalı it quyruğu. 
                     müftə ilün   fA ilü 
 
“Qodu-qodu” mərasimi ilə əlaqədar oxunan “can, 
gülüm, can-can” nəğməsi də həmin ölçüdədir.  
Atalar sözlərindən “Yüz ölç, bir biç” (fə lün  fə 
lün), “Keçmə namərd körpüsündən, qoy aparsın sel 
səni…” (fA ilAtün  fA ilAtün  fA ilAtün  fA ilün) nü-
munələri rəməl bəhrindədir. Dədə Qorqudun məşhur 
“Ayrana ayran demədim mən Dədə Qorqud” – deyi-
mi isə (müftə ilün müftə ilün  müftə ilAtün) rəcəz 
bəhrində söylənilmişdir. (Məşhur  əruzçularımızdan 


97
 
 
Sabir Əliyev “Şifahi ədəbiyyat və əruz vəzni” mövzu-
sunda geniş tədqiqat işləri aparmışdır. Maraqlananlar 
alimin bu mövzuda yazdığı  əsərləri ilə tanış ola bi-
lərlər). Belə misalların sayını qat-qat artırmaq müm-
kündür. Nəhayət, bir nəticəyə gələcəyik ki, şeirimiz ta 
qədim zamanlardan əruzsuz yaradılmamışdır. Heca 
ilə  bərabər  əruz da aparıcı mövqe tutmuşdur. Fikri-
miz bu vəznləri qarşı-qarşıya qoymaq, hansınısa üs-
tün hesab etmək deyil. Əksinə, məqsədimiz indiyə 
qədər bir sıra üzdəniraq (millətimizin nümayəndələri 
olsalar da) ədəbiyyatşünaslar tərəfindən “bizim deyil, 
ərəblərindir” – deyə yadlaşdırmaq istədikləri milli 
əruzumuzun mövqelərini özünə qaytarmaqdır. “Bi-
zim deyil, ərəblərindir” – deyənlər bir şeyi yaddan çı-
xarırlar ki, əruz vəzni və  əruz elmi istilahlarını eyni-
ləşdirmək olmaz.  Elmi hər hansı bir xalq və ya həmin 
xalqa mənsub olan bir fərd, yaxud bir neçə adam ya-
rada bilər, vəzni isə yox. Tarixən Sokrat, Aristotel, İbn 
Sina, Nəsrəddin Tusi, Aleksandr Humbolt, Labsçev-
ski, Eynşteyn və s. bu kimi dahi şəxslər bir sıra elm-
lərin yaradıcısı olmuşlar. Elm fərdi xüsusiyyət daşı-
dığı üçün kiminsə  tərəfindən yaradılacağı  şübhə do-
ğurmur, o cümlədən,  əruz elmi və onun yaradıcısı 
ərəb mənşəli  Xəlil ibn Əhməd. Vəzn isə ictimai hadi-
sədir. O, bütövlükdə böyük bir arealda, bir neçə regi-
onda mövcud ola bilər. Eyni vəzndə müxtəlif dilli bir 
neçə qonşu və uzaq xalq yarada bilər. Vəznin yaradı-
cısı isə yoxdur. İstər heca, istərsə  də  əruz vəzni 
ümumbəşəri xüsusiyyət daşıyır. Bu baxımdan, folklo-
runda olan qədim nümunələri eramızdan çox-çox əv-
vəllərə gedib çıxan Azərbaycan xalqı da əruz vəzni-


98
 
 
nin yaradıcılarından və inkişafına təkan verənlərdən 
biri olmuşdur. 
”Bizim deyil, özgənindir” – deyənlər 1000 illik ya-
zılı ədəbiyyatımızın (son dövr nəzərə alınmazsa) apa-
rıcı  vəzni olan əruzu özgələşdirməklə hansı  məqsəd-
ləri güdür, kimin dəyirmanına su tökür? – bunu onla-
rın öz vicdanlarına buraxaq. 
XI əsrdən başlayaraq Xətib Təbrizi, Qivami Mütər-
rizi, Nəsrəddin Tusi, Vəhid Təbrizi, Bahar Şirvani, 
Hüseyn  Əfəndi Qayıbov,  Əkrəm Cəfər, Sabir Əliyev, 
Tərlan Quliyev kimi əruzçularımız ərəb-fars və xüsu-
sən son dövrlərdə milli əruzumuzun inkişafı üçün az-
mı əziyyət çəkmişlər? Yuxarıda adları çəkilən alimlər 
sırasında hamımızın ustadı, mərhum elmlər doktoru 
prof. Ə.Cəfərin adını xüsusi çəkmək lazımdır. Bir çox 
şərq və  qərb dillərini gözəl bilən poliqlot ustadımız 
Ə.Cəfər tədqiqi ilə məşğul olduğu elmi və bədii əsər-
ləri orijinaldan oxumuş, ilkin mənbəyə yaxından bə-
ləd olmuşdur. Bunun da, şübhəsiz ki, ona daha dəqiq 
elmi nəticələr çıxarmağa böyük köməyi vardı. Alimin 
“Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı 
XX əsrdə bu sahədə yazılmış ən mükəmməl tədqiqat 
əsəridir. Ustadın qədim və müasir ədəbiyyatımızın 
əruz vəzni üzərində apardığı araşdırmalar, gəldiyi 
nəticələr, irəli sürdüyü islahatlar bu elmi öyrənmək 
istəyənlər üçün əvəzedilməz bir mənbədir. Lakin ki-
tabın hədsiz dərəcədə elmiliyi və terminoloji zənginli-
yi bir tərəfdən, onun az tirajla çap olunmağı isə digər 
tərəfdən  əruzu bir elm kimi öyrənmək istəyənlərin 
qarşısında çətinliklər yaradır.  Əlimizdə olan ədəbiy-
yat nəzəriyyələri isə, demək olar ki, öz səthiliyi ilə 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə