Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

77
 
 
lərindən istifadə etmişdir ki, bunlara misal olaraq aşa-
ğıdakı misralarla başlanan qəzəlləri göstərmək olar: 
Birinci növ-dördbölümlü sınıq açıq naqis müzare: 
 
   məf'Ulü  fA'ilAtü  məfA'İlü  fA'ilAn 
   Gər nalə çəkməsin dili-bimar, neyləsin? 
   Aşiq gözüm gər ağlamasın zar, neyləsin? 
 
Üçüncü növ-dördbölümlü sınıq bütöv müzare, ya-
xud ikinci müzare: 
 
   məf 'Ulü  fA'ilAtün  məf'Ulü  fA'ilAtün 
   Könlümdəki muradım, 
   Ey yar sən bilirsən. 
 
Daha sonra, Qövsinin müctəs bəhrinin ikinci növ-
fəal müctəsdə (məfA'ilün fə'ilAtün  məfA'ilün  fə'ilün) 
yazdığı və aşağıdakı misralarla başlayan şeirini misal 
göstərmək olar: 
 
   Əgərki kəmxüsənü binəvayam, ey bülbül! 
   Kənar tutma ki, mən aşinayam, ey bülbül! 
 
Şairin rəzəc bəhrində yazılmış şeirinə misal olaraq 
üçüncü növ-dördbölümlü qısa rəzəc növündəki aşa-
ğıdakı qəzəli misal göstərmək olar: 
 
   müftə'ilün  məfA'ilün  müftə'ilün  məfA'ilün 
   Ərşdən ötdü eyləməz yarə əsər fəğanimiz, 
   Bir yerə yetsə yaxşıdır naleyi-natəvanimiz. 
 


78
 
 
Qövsinin münsərih bəhrində bizə yalnız bir qəzəli 
gəlib çatmışdır ki, o da birinci növ-dördbölümlü fəal 
münsərih növündə yazılmışdır. 
 
   müftə'ilün  fA'ilün  müftə'ilün  fA'ilün 
   Qəmzeyi-xunxarinə cürəti-nəzzarə yox, 
   Neyləyim ah etməyim, dərdü çox çarə yox. 
 
Qövsi Təbrizinin  şeirlərinin vəznini araşdırarkən, 
biz çox maraqlı bir şeirə rast gəldik. “Sənindir” rədifli 
bu şeir formaca gəraylıya oxşayır. Lakin şeirə diqqətlə 
fikir verilsə, onun istər vəznində, istərsə də qafiyə qu-
ruluşunda klassik ədəbiyyata xas xüsusiyyətlər özü-
nü göstərir. Prof. H.Araslı isə bu şeiri gəraylı kimi 
təhlil etmişdir. 
Şeirin bir neçə bəndinə diqqət yetirək: 
 
   Eylə kim, dərman sənindir, 
   Dərdi bidərman sənindir. 
   Hər nə etsəm, padişahım, 
   Eylə kim fərman sənindir. 
 
   Nəşeyi-didarinəm mən, 
   Ey güli-tər, xarinəm mən, 
   Bir əmanətdarinəm mən, 
   Dil sənindir, can sənindir. 
 
Yuxarıda qeyd etdiyimiz kimi prof. Həmid Araslı 
bu  şeiri xalq şeirinin gəraylı formasında təqdim et-
mişdir. 


79
 
 
Bu şeir aaba, bbba, qqqa quruluşunda yazılmış və 
doqquz bənddən ibarət bir şeirdir. Halbuki, gəraylı 
hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan 
ibarət olan, üç-beş  bəndlik  şeirə deyilir. Gəraylının 
qafiyə quruluşu isə belədir: abcb, dddb, cccb. 
Şeirin vəzninə isə fikir versək onu dördüncü növ 
ikibölümlü bütöv rəməl (fA'ilAtün fA'ilAtün) növün-
də olduğunu görərik. Göründüyü kimi, şair burada 
daxili qafiyələri məharətlə  işlətməklə yanaşı, həm də 
şeirin məzmununu, mənasını da itirməmiş, məzmun 
və forma vəhdəti prinsipini əsas tutmuşdur. Bütün 
bunlardan belə  nəticəyə  gəlmək olar ki, şeir Məhəm-
məd Füzulinin: 
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı? 
Fələklər yandı ahimdən, muradım  şəmi yanmaz-
mı? – 
  – qəzəli formasında daxili qafiyələrlə yazılmış və sırf 
əruz vəznində olan mükəmməl bir qəzəldir. 
 
 
“Filoloji araşdırmalar” məqalələr toplusu. XI 
kitab. Bakı Şirvannəşr, 2000 
 
 
 


80
 
 
Türklərdə tayfalararası nifaqın “Kitabi-Dədə 
Qorqud”da izləri
 
 
Qədim türk xalqlarının həyatını, mədəniyyətini, 
adət-ənənələrini özündə  əks etdirən, neçə-neçə  əsrlə-
rə sinə gərərək bugünümüzə gətirib çıxaran, tarixlərin 
yaddaşına  əbədi həkk olunan bir kitab var. “Kitabi-
Dədəm Qorqud alə lisani taifeyi oğuzan”adlanan bu 
kitab türk xalq akademiyasının yaratdığı  ən məşhur, 
dolğun və qədim tarixi abidədir. Azərbaycan xalqının 
ən qədim abidəsi sayılan (XI-XII əsrlərə aid) bu qəhrə-
manlıq dastanı elm aləminə XIX əsrdən məlum ol-
muşdur və  hələlik XV-XVI əsrlərdə üzü köçürülmüş 
iki  əlyazma nüsxəsi – Drezden və Vatikan nüsxələri 
əlimizdə vardır. 
Bu tarixi abidə üzərində tədqiqat aparan türkoloq-
ların bir qismi “Kitabi-Dədə Qorqud” dastanının ya-
ranma tarixini İslam dininin təşəkkülündən, yəni VII 
əsrdən sonraya aid etməyə çalışırlar. Lakin dastanda 
baş verən hadisələrə  nəzər salanda, bütün bunların 
hər hansı bir vahid ictimai-siyasi quruluşda baş verdi-
yini dəqiq söyləmək olmur. Belə ki, boylar içərisində 
“Basatın Təpəgözü öldürdüyü boy” daha çox mifik 
xarakter daşıyıb, dastanın islam dinindən  əvvəl ya-
randığını və ibtidai icma quruluşunun məhsulu oldu-
ğunu sübut etsə  də, digər boylarda məs: “Dirsə xan 
oğlu Buğac xan boyu”nda, “Salur Qazanın evini yağ-
malandığı boy”da, “İç Oğuza Dış Oğuzun dönük çıx-
ması  və Beyrəyin öldüyü boy”da feodalizm ictimai 
quruluşunun əlamətlərini görmək olar. 


81
 
 
Başqa boylarda, məsələn: “Duxa oğlu Dəli Domrul 
boyu”, “Vəkil oğlu  İmranın boyu”nda söylənilən  əh-
valatlar dini xarakter daşıyır və göründüyü kimi, İs-
lam dininin yaranmasından sonrakı dövrü əhatə edir. 
Bundan başqa, boyların  əksəriyyəti Görklü Məhəm-
məd Mustafaya ehtiramla, müraciətlə bitir və demək 
olar ki, bütün boylarda islam dininin bir sıra əlamət-
ləri özünü göstərir. Bu da, şübhəsiz ki, dastanın üzü-
nün köçürülməsi zamanı (XV-XVI əsrlərdə) dinin üs-
tünlük təşkil etməsi  ilə əlaqədar dini don geydirilmə-
si ilə bağlıdır. 
“Kitabi-Dədə Qorqud” dastanında türk xalqları-
nın qədimliyi ilə  bərabər, onların mədəniyyəti, adət-
ənənələri, yaşayış  tərzi, psixologiyası, igidliyi, vətən, 
namus uğrunda apardıqları birgə mübarizə poetik bir 
dillə təsvir olunur. Dastanın dili sadə, təmiz türk dili-
dir və o qədər safdır ki, neçə əsr bundan əvvəl yaran-
masına baxmayaraq, bu gün də asanlıqla oxunur və 
anlaşılır. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”dasta-
nı Azərbaycan  ədəbi dilinin tarixini öyrənmək baxı-
mından da çox zəngin mənbədir. 
“Kitabi-Dədə Qorqud” dastanının məzmunu hər-
tərəfli, orijinal mövzularla zəngindir. Bəzi orta əsr şa-
irlərinin yaradıcılığında da bu mövzulara rast gəlirik. 
Məsələn,  Ə.Firdovsinin “Şahnamə”sindən fərqli ola-
raq, “Kitabi-Dədə Qorqud”un boyları müsbət sonluq-
la bitir. “Kitabi-Dədə Qorqud” dastanında, türklərin 
yenilməzliyindən, ərliyindən geniş bəhs olunur və elə 
problemlərə toxunulur ki, o problemlərə indi də türk 
xalqları arasında rast gəlinir. Məsələn, qardaşla qar-
daşın, qohumla qohumun, xalqla xalqın arasında ni-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə