Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

65
 
 
Duz dağının əzəməti 
 
Böyük  şəxsiyyətlərin  şəninə  tərif söyləmək, yaz-
maq çox çətindir. Çünki yazılacaq yazı, deyiləcək söz 
nə  qədər müdrikcəsinə deyilsə  də, böyük adamın 
əməllərini, gördüyü işlərin genişliyini, dərinliyini ifa-
də edəcək qüdrətdə olmur. Böyük arzular əmələ çev-
riləndə onu ifadə etməyə sözün qüdrəti də çatmır. 
Onun üçün də  mən  ənənəmə sadiq qalıb akademik 
İsa Həbibbəylinin 65 illik yubileyi münasibətilə sadə-
cə xatirələrimi və düşüncələrimi yazmağı  qərara al-
dım. 
Akademik İsa Həbibbəyli ...  Düz bir il bundan ön-
cəyə qədər bu ad mənim üçün Naxçıvan Dövlət Uni-
versitetini yenidən quran və dünyaya tanıtdıran bir 
rektor, Cəlil Məmmədquluzadə yaradıcılığının funda-
mental araşdırıcısı, Azərbaycan elminin inkişafı na-
minə  fədakar bir alim mücəssəməsi, Akademiyanın 
vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adı-
na  Ədəbiyyat  İnstitutunun direktoru, dövlətçilik yol-
larında Ulu Öndər məktəbinin layiqli nümayəndəsi 
mənalarını ifadə edirdi. Bu cür assosiasiya Akademik 
İsa Həbibbəyli adını eşidən hər kəsdə yaranır. Çünki 
Akademikin uzunmüddətli yorulmaz fəaliyyəti onu 
görünən məğrur və qürurlu bir dağ kimi ucaltmış, el-
mi və siyasi camiyyədə sevdirmişdir.  İsa Həbibbəyli 
görkəmli elm xadimi, təhsil adamı kimi xalqımız tərə-
findən sayılıb seçilən bir ziyalıdır. Bütün bu qeydlə-
rim, sanki, görünən dağı ifadə edir... O dağı ki, bir tə-
rəfi sərt qayalar, bir tərəfi yaşıllıqlar olan yer səthində 


66
 
 
məğrur, qürurlu, yenilməz və müdrikcəsinə ucalmış-
dır. 
Bu gün isə İsa Həbibbəyli adı mənim üçün tama-
mən başqa bir məna ifadə edir, bunun adı doğmalıq, 
səmimilik və dostluqdur. 
Cəmiyyətimizdə var olan bu cür ziyalıların siyasi, 
elmi, ictimai fəaliyyətini mətbuatdan izləyir, oxuyur 
və müəyyən fikirlərdə oluruq. Bəzən isə onlar haqqın-
da haqlı  və ya haqsız  şəkildə mühakimə yürüdür və 
fərqli rəy formalaşdırırıq. Bu cür komplekslərlə uca 
dağa yaxınlaşmağın mümkün olmadığını, çətinliyini, 
qəlbinə gedən yolların keçilməzliyi ilə aramızda bir 
məsafə yaradırıq. Lakin görünən dağın qəlbindəki 
zənginliyi, sərinliyi, istiliyi, böyüklüyü, sevgini gör-
mək üçün ona yaxın getmək və uzaqdan böyük gö-
rünən bu dağın hər parçasını incələmək və tanış ol-
maq lazımdır. 
Bir neçə il idi ki, doktoranturaya qəbul olmaq 
üçün cəhd edirdim. Gah özümdən, gah da digərlərin-
dən asılı olaraq bu iş alınmırdı. Bir gün qərar verdim 
ki, yenidən müraciət edim. Nəzərdə tuturdum ki, bu 
münasibətlə Nizami adına  Ədəbiyyat  İnstitutunun 
yeni direktoru Akademik İsa Həbibbəylini təbrik 
edər,  ədəbiyyat sahəsində gördüyüm işlər haqqında 
ona məlumat verər, özümün timsalında gənclərin fəa-
liyyəti ilə onu tanış etmiş olaram. 
İstədiyimdən artıq oldu... Heç bir zaman ünsiyyə-
timiz olmayan, heç bir yerdən şəxsi tanışlığımız olma-
yan bu səmimi ziyalı ilə görüşdüm. Müəllifi və redak-
toru olduğum bir neçə kitabı  hədiyyə etdim. Dokto-
ranturaya qəbul olmaq arzumu dilə  gətirdim. Birinci 


67
 
 
görüşümüz qısa oldu: “Sənədlərini ver baxarıq”, – de-
di. Bir neçə həftədən sonra sənədlərimi elmi katibliyə 
verdim və yenidən görüşdük... Bu dəfə isə İsa müəlli-
min yaratdığı  səmimi münasibətdən cürətlənib təsis 
etmək istədiyim pyes müsabiqəsi haqqında da danı-
şıb, dəstəyini istədim. Böyük həvəslə bu məsələdə ya-
nımızda olacağanı dedi... Hətta yerindəcə müsabiqə-
nin adının “Anamın kitabı” olmasını  təklif etdi. Mə-
nim romantik Cavid sevgisi ilə yaratmaq istədiyim bu 
müsabiqəyə realist Cəlil sevgisi də daxil oldu. Bir az 
nə işlə məşğul olduğum haqqında məlumat istədi. Be-
ləcə bir dəfə də görüşdük... Və dördüncü görüşümü-
zün təşəbbüskarı  İsa müəllim oldu. Həmin  ərəfədə 
akademik Teymur Kərimlinin yeni vəzifəyə getdiyi 
üçün, onun vəzifəsini mənim tutmağımı istədiyini de-
di. Elə hökmlə, elə inamla dedi ki, nə müzakirə etmə-
yə, nə də düşünməyə imkanım oldu. Çünki bu təkli-
fin arxasında müdrik bir insanın gəncliyə olan inamı, 
etibarı dururdu. Beləliklə, mənim doğma  Ədəbiyyat 
İnstitutunda doktorant olmaq arzum birdən-birə bu 
mötəbər elm ocağında direktor müavini olmaqla bit-
di. İsa müəllimin bu təklifini, addımını onun gənclər-
lə işləmək, gəncləri önə çəkmək, gəncliyə stimul ver-
məsi kimi qiymətləndirirəm. Çünki bir gənc kimi mən 
də öz qınıma çəkilib, təhsilimiz və elmimiz üçün gü-
cüm çatan dərəcədə müstəqil fəaliyyət göstərirdim. 
Mənim kimi, bir çox gənc var ki, dövlət və millət 
üçün heç kimdən heç nə gözləmədən  əməli işlər gö-
rür. Lakin dövlətçiliyimizin sadiq carçısı, elmimizin 
fədakar insanlarından biri olan İsa müəllim kimi ziya-
lılarımız  əllərini gəncliyin çiyninə qoyduqları, onlara 


68
 
 
daha işıqlı yol göstərmək arzusunda olduqları zaman 
dövlətimiz və millətimiz üçün xeyirli və uğurlu olur.  
Elə buna görə də İsa müəllim haqqında düşündü-
yüm zaman onun elmi, siyasi fəaliyyəti ilə  bərabər, 
insani keyfiyyətlərinə daha çox heyranlıq duyuram.  
Çünki çox az insan olur ki, siyasi fəaliyyət göstərərək 
həm dövlətin, həm də xalqın etibarını itirməsin, sima-
sını  dəyişməsin.  İsa müəllim elmi, ictimai-siyasi fəa-
liyyətində Ulu Öndər Heydər Əliyevə, prezidentimiz 
İlham  Əliyevə verdiyi dəyərlə  bərabər, həyatının bö-
yük bir hissəsini bəxş etdiyi doğma Naxçıvanında el 
ağsaqqalı kimi tanınması və adının rəğbətlə qarşılan-
ması bunun bariz nümunəsidir. Ziyalının şəxsiyyəti o 
zaman bütövləşir ki, onun əməlləri ilə əqidəsi üst-üs-
tə düşsün, yaradıcılığı ilə həyat tərzi vəhdətdə olsun. 
Bu zaman geniş anlamda qəbul etdiyimiz “insan” an-
layışı ilə tanış oluruq, bu ziyalıdır, bu müəllimdir, bu 
siyasi xadimdir, bu elm fədaisidir, bu vətəndaşdır  –  
bu İsa Həbibbəylidir. 
İnsanların həyatında kimlərinsə təsiri olur həmişə. 
Bu təsir işıqlı adamlardan olduğunda o bu işığın tam-
lığa doğru göstərdiyi yolla gedir. Zənn edirəm ki, da-
marlarında bəy nəslinin qanını daşıyan İsa Həbibbəy-
linin həyatında böyük mütəfəkkir Cəlil Məmmədqu-
luzadənin, akademik Abbas Zamanovun və Ümum-
milli lider Heydər Əliyevin təsiri daha güclüdür. Bəl-
kə də, məhz buna görədir ki, İsa müəllim sirli, qapalı, 
qorxulu,  müəmmalarla dolu qara rəngi sevmir. O şəf-
faflığı, ağı, paklığı sevir və buna üstünlük verir. İsa 
müəllimin həyatının və yaradıcılığının bütün sahələri 
Ağ yolla gedir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə