Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

46
 
 
müəyyən dövründə  İblisə uyanlar nə  qədər peşman 
olsalar da, etdikləri səhvlər bizim üçün, oxucu və ta-
maşaçılar üçün bir örnəkdir. 
Demonizm-demon şərə xidmət edəndə, tərəddüd-
lü, zəif adamların ruhuna hakim olanda fəlakət, ira-
dəcə güclü, ruhən mətin, xeyrə xidmət edən adamlar-
da isə bütün bəşəriyyət üçün səadət gətirər. Bu ba-
xımdan “Tiran”ın inkarı şərə xidmət edənlərin, onun 
təqdiri isə xeyrə xidmət edənlərin amalı, kredosudur. 
Rahim və rəhman olan zalım və tiran ola bilməz. Lə-
nətlənib dərgahdan qovulan İblis və ona xidmət 
edənlər Tirandırlar. H.Cavidin tirana yönəldilmiş in-
karı onlara qarşıdır. 
 
Ədəbi-nəzəri məcmuə. (Ədəbiyyat nəzəriyyəsi 
şöbəsinin illik məcmuəsi). II kitab. Bakı, “Nafta-Press”, 
2004. 
 
 


47
 
 
Hüseyn Cavid yaradıcılığında sərbəst şeir 
 
Sərbəst şeirin xüsusi qafiyə sisteminə malik oldu-
ğunu az söyləməmişlər. Buna əsaslanan bir sıra  şair-
lər vəzn cəhətdən səliqəsiz nəsrdən belə  aşağı  səviy-
yədə duran əsərlər yaratmış və həmin yazıların guya 
özlərinə məxsus vəznə malik olduğunu sübut etməyə 
can atmışlar.  Ədəbiyyatşünaslıqda bu problem hələ 
indiyədək həll olunmamış vəziyyətdə qalmaqdadır. 
Müasir rus şərqşünaslığında sərbəst şeir eyni ölçü-
lü bölgülərin misralarda müxtəlif sayda yerləşdiril-
məsi kimi başa düşülür. “V russkom stixovedenie 
volnım stixom prinoto nazıvat stixi odinakovıx stop, 
no s raznım çislom stop v strokax.” M.L.Kasparov, 
Sovremennıy russkiy stix.”
3
 
Akademik M.C.Cəfərov “Şeirimizin dili və  vəzni 
haqqında” adlı  məqaləsində  sərbəst  şeir barədə belə 
mülahizə yürüdür: söhbət vəznsizlik haqqında get-
mir, əksinə, vəzndə sərbəstlik haqqında gedir. 
Yuxarıdakı fikirləri ümumiləşdirərək belə bir nəti-
cəyə gələ bilərik: sərbəst şeir hər hansı bir vəzn daxi-
lində bölgü və ya təfilə sərbəstliyi nəticəsində meyda-
na gəlir. Bu yolla yaranan şeirlər ədəbiyyatşünaslıqda 
ölçülü sərbəst  şeir adını almışdır. Lakin poeziyamız-
da, ölçülü sərbəst  şeirin yuxarıdakı  tələblərə cavab 
verə biləcək ilk mükəmməl nümunələrini kim yarat-
mışdır problemi hələ də mübahisəlidir. Prof. A.Axun-
dov “Şeir sənəti və dil” adlı monoqrafiyasında bu mə-
                                                            
3
Metrika i ritmika. Moskva. 1974, str. 373
 


48
 
 
sələ üzərində ayrıca olaraq dayanmış  və bir sıra qiy-
mətli fikirlər söyləmişdir. Lakin aşağıda Cavidin ölçü-
lü sərbəst şeirləri üzərində aparacağımız araşdırmalar 
bizi A.Axundovun bəzi fikirləri ilə razılaşmamaq 
məcburiyyətində qoyur. 
Razılaşa bilməyəcəyimiz əsas fikir odur ki, müasir 
şairlərimizin yaradıcılığını araşdıran hörmətli alim 
poeziyamızda ölçülü sərbəst  şeirin yaradıcısı kimi 
C.Novruzu götürmüş  və bu məsələdə ona ancaq 
M.Müşfiqin təsiri olduğunu söyləmişdir. Halbuki, Ca-
vid Müşfiqdən daha əvvəl, hətta indinin özündə  də 
vəzn texnikasına görə C.Novruzun ölçülü sərbəst  şe-
irlərini kölgədə buraxa bilən şeirlər və poetik parçalar 
yaratmışdır. Bir şeyi də qeyd etməyi vacib bilirik. Bu 
ondan ibarətdir ki, Müşfiq  şeir-sənət məsələlərində 
Cavidi həmişə özünün müəllimi bilmiş və ondan öy-
rənməyi müqəddəs bir vəzifə hesab etmişdir. Digər 
tərəfdən, (söylənilən xatirələrə  əsasən) Cavidin müa-
sirləri arasında ancaq Müşfiqin istedadına böyük 
ümidlər bəslədiyini az söyləməmişlər. Deməli, 
C.Novruz ölçülü sərbəst şeirin yaradıcısı yox, ona ya-
radıcılıqla yanaşan layiqli davamçısıdır. 
Əsrimizin  əvvəllərində  şeirdə bölgü sərbəstliyinə 
Cavidin “Ana” mənzum dramında və Sabirin “İki hə-
pənd”  şeirində rast gəlirik. Hər iki əsərdə - “Ana”da 
bölgü, “İki həpənd”də təfilə sərbəstliyi dialoqun (mü-
kalimənin) tələblərindən irəli gəlir. Bu, bəlkə də ölçü-
lü sərbəst şeiri yaradan ilk səbəblərdən biridir. Sabir-
də bu forma ötəri bir hal olmuşsa, Caviddə artıq ya-
radıcılıq üslubuna çevrilmişdi.  Əlbəttə, dramlarda 
olan ölçü sərbəstliyi hal-hazırda bizi maraqlandırmır. 


49
 
 
Fikirlərimizi sübut etmək üçün buna ehtiyac da duy-
muruq. Caviddə ölçü sərbəstliyinə malik olan “Öksüz 
Ənvər”, “Qız məktəbində”, “Çiçək sevgisi”, “Şərq qa-
dını” kimi şeirlər ədəbiyyatımızda ölçülü sərbəst şei-
rin banisi kimdir sualına cavab verməyə imkan verir. 
“Azər” dastanında da ölçülü sərbəst şeirin tələblə-
rinə cavab verə biləcək bir neçə şeir nümunəsi vardır. 
Bundan  əlavə, “Azər”də elə bir hadisəyə rast gəlirik 
ki, bu, ədəbiyyatımızda, hələlik ancaq Cavidə xas 
olan bir xüsusiyyət kimi qiymətləndirilə bilər. Yuxarı-
da M.C.Cəfərovun adını çəkdiyimiz məqaləsində belə 
bir fikrə rast gəlirik: “Vəzndə sərbəstlik... o deməkdir 
ki,  şair yeni məzmunu yeni formalarda daha müvəf-
fəqiyyətli ifadə edə bilmək üçün eyni əsərdə, ya eyni 
bir şeirdə, poemada müxtəlif vəznlər işlədə bilər”. Bu 
fikir “Azər”in bir neçə hissəsində özünü praktiki su-
rətdə büruzə verir. Məsələn, “Nil yavrusu”nda fəal 
müctəs, aktiv xəfif və  rəməlin 6, 8, 10-cu növlərinə
“Mühacirlər yuvası”nda həzəcin 8, 12-ci növlərinə, rə-
məlin 6-cı növünə, aktiv xəfifə və heca vəzninin 8, 11, 
14-cü növlərinə, “Məzarlıqdan keçərkən”də heca vəz-
ninin 3, 4, 5, 7, 11 və 14 hecalı növlərinə rast gəlirik. 
Klassik irsimizə müraciət edərkən buna bənzər hadi-
səyə M.Füzulinin “Leyli və Məcnun”unda rast gəlirik. 
Lakin “Azər”də olan vəzn sərbəstliyi “Leyli və  Məc-
nun”dakına bənzəməz, burada daha kiçik həcmli bir 
əsər daxilində daha artıq vəzn və onun növlərinin tət-
biqi ilə rastlaşırıq. Hər hansı kiçik həcmli bir əsər da-
xilində vəzn sərbəstliyi və bölgü, variant rəngarəngli-
yi baxımından Cavid ədəbiyyatımızda heç bir şairlə 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə