Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

42
 
 
H.Cavidin “Topal Teymur” əsəri qəhrəmanlıq 
dramıdır. Xeyirlə  şərin mübarizəsi, Cavidin digər 
əsərlərində olduğu kimi, burada çox da qabarıq nəzə-
rə çarpmır. 
Əsərdə təsvir olunduğu kimi, iki cahangir üz-üzə 
gəlmişdir. Bunlardan biri Yıldırım Bəyazid, digəri 
Əmir Teymur idi. Yıldırım Bəyazid serb qızı olan Me-
liçanın, sərxoşluqdan ayrılmayan vəzirinin,  ədalətsiz 
divan adamlarının dediyi ilə oturub-duran, öz sara-
yında xain, mənfur niyyətli adamlara yer verib ehti-
ram göstərən iradəsiz, lakin inad bir şəxsiyyətdir. Şər 
və çirkabla əhatə olunan bir hökmdar heç vaxt ədalət, 
nizam, qayda və qanun yaradıcısı ola bilməz. 
Əmir Teymur isə ayıq, hər  şeydən  şübhələnən, 
hətta ən yaxın adamlarına da bir işi etibar edəndə onu 
dəfələrlə yoxlatdıran,  ən xırda intizam, qayda-qanun 
pozğunçuluqlarına qarşı amansız olan, lakin ədaləti 
heç vaxt əldən verməyən, dostlarına sonsuz məhəb-
bət, düşmənlərinə  nəhayətsiz kin və  qəzəb bəsləyən 
bir  şəxsiyyətdir. Onun demonik ruhu hərblə yoğru-
lub. Bununla belə, Əmir Teymur şeirə, sənətə, gözəlli-
yə qarşı laqeyd deyildir. Onu apardığı mübarizədə 
heç nə – nəinki tək-tək, hətta yığın-yığın insanlar, uc-
suz-bucaqsız məmləkətlər, bəşərin başına gətirilən fa-
ciələr çəkindirə bilmir. Qarşıya qoyduğu məqsədə, fi-
kir və əməlinin qələbəsinə o hər şeyi qurban verməyə 
qadirdir. Yıldırım Bəyazidə söylədiyi sözlər dedikləri-
mizə sübutdur: “Heç maraq etmə, xaqanım!..  Əgər 
dünyanın zərrə  qədər dəyəri olsaydı, yığın-yığın in-
sanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir 
kor, mənim kimi bir topal müsəllət olmazdı”. 


43
 
 
Bir nəticə hasil olur, onların hər ikisi icraçıdır. Biri 
durğunluq, şər mühitə xidmət edir, digəri isə dağıdıcı 
da olsa, qurub-birləşdirməyə, qayda-qanuna riayət 
edən bir cəmiyyət yaratmağa cəhd göstərir.  Əmir 
Teymur özünü yol azmışlara qarşı mübarizə aparan 
bir “Allah bəlası” adlandırırdı. 
H.Cavid “Şeyx Sənan”  əsərini dini ayrıseçkilik 
əleyhinə yazmış, hələ dinlərin indiki formada möv-
cud olmadığı, ən ilkin dövrdə ilahiyə və yaxın bildiyi 
adamlara məhəbbət  şəklində olduğu bir zamanla in-
diki təzadlı dövrü qarşılaşdırmışdır. Allah bizi xristi-
an və ya müsəlman yaratmayıb. Bizi yaradarkən “ya-
xın və  əziz bildiklərini sev”– deyib. Bu sevginin ən 
yüksək forması eşqdir. Sənanın Xumara olan məhəb-
bəti Məcnunun Leyliyə olan məhəbbətinə bənzəsə də, 
daha əzablı, daha keşməkeşlidir. 
Yuxuda buta alan, sevginin dalınca Tiflisə  gələn, 
daim şübhələr içində yaşasa da, pak eşqinə, məhəbbə-
tinə  şəkk gətirməyən Sənan demonik bir obrazdır. O 
həm  İslamın, həm də Xristianlığın mövhumat və  cə-
halətinə üsyan edən, “Allah birdir, din də bir olmalı-
dır və bu dinin əsası eşqdir”, – deyən bir şəxsiyyətdir. 
Öz mürşidlərinin əhatəsindən uzaqlaşıb Xumarın ata-
sının və onun ətrafındakı xristian cahillərinin tələblə-
rini yerinə yetirərək istəyinə yenə də çata bilmədiyini 
anlayan Sənan Xumarın dəvəti və təhriki ilə sevgilisi 
ilə birlikdə uçuruma atılır. Onlar səadəti bu dünyada 
yox, özlərini inkar edərək o dünyada arayır və tapır-
lar. 
Cavidin I Dünya Müharibəsi  əleyhinə yazılmış 
“İblis” faciəsi ictimai məzmun və dərin fəlsəfi mənası-


44
 
 
na görə  həmişə aktuallığını qoruyub saxlayan bir sə-
nət abidəsidir.  Əsər boyu ən çox iki obrazla rastlaşı-
rıq. Bunlardan biri şərin carçısı və hərəkətverici qüv-
vəsi olan İblis, digəri  əvvəl  İblisə nifrət edən, sonra 
isə onun köləsinə çevrilən mütərəddid ruhlu Arifdir. 
Arif insanlardan, müharibədən, dünyanın keşməkeş-
lərindən uzaqlaşaraq İxtiyar adlı bir ərəbin ocağına sı-
ğınan, onun nəvəsi ilə evlənən və səadəti, Allahı təq-
dir,  İblisi inkar edən bir şəxsiyyətdir. Biz onu əsərin 
ilk səhnələrində bu cür görürük. Tərəddüdlü, sabitqə-
dəm olmayan Arifin cahanda baş verən bütün fəlakət-
lərə qarşı  İblisi günahkar bilməsi və ona qarşı etdiyi 
inkaredici çıxışlar  İblisi vadar edir ki, onu tənhalıq-
dan çəkib çıxartsın və cəmiyyətin təzadlı, keşməkeşli 
burulğanına atsın. 
İnsan ilk günahını nəfsi ucbatından etmiş və indi-
yəcən, bundan sonra da edəcəyi bütün günahlar onun 
nəfsini boğa bilməməsindən irəli gəlir. Arifə bütün tə-
rəddüdlü insanlarda olduğu kimi, bu hissin güclü ol-
duğunu bilən İblis torunu Rənanı səhnəyə gətirməklə 
qurmağa başlayır.  İlk məhəbbəti yada düşən və özü-
nü cilovlaya bilməyən Arif müxtəlif qiyafələrdə zü-
hur edən İblisin fitnələrinə uyur, cinayət yoluna düşə-
rək Xavəri boğub öldürür. İblisin təhriki ilə əlinə silah 
alır, şərab içir, cibinə altun doldurur. Qadın, silah, şə-
rab, altun-İblisin insanları yoldan çıxartmaq üçün is-
tifadə etdiyi ən güclü vasitələrdir.  İlk cinayətlərdən 
qorxub geri çəkilməyən Arif ikinci bir cinayətə yol ve-
rərək yəhudi sələmçisini öldürür. Eşq, ehtiras və qan 
onun gözünü elə tutur ki, doğma qardaşı Vasifi belə 
tanımır. Qardaşını  qətlə yetirəndən sonra ağlı, huşu 


45
 
 
başına gələn Arif bütün bu işlərdə özünü yox, İblisi 
günahkar sayır.  Ədalət carçısı Elxan və son pərdədə 
səhnəyə  çıxanların hamısı  bəd  əməllərinin səbəbini 
İblisdə görür: “Qəhr olmalı, məhv olmalı İblis!” – de-
yə fəryad və üsyan qaldırır. 
Kimdir günahkar? Mövhumi, rəmzi-simvolik həm 
də ola bilsin ki, gerçək, fövqəlbəşər bir qüvvə olan İb-
lismi, ya öz nəfsi ucundan həmcinsinə, yaxınına, uza-
ğına düşmən kəsilən, Allahın “Mən səni dünyanın əş-
rəfi yaratdım” – deyə müraciət etdiyi insanmı? 
H.Cavid bu suala İblisin son monoloqunda tutarlı 
bir cavab verir. Oxucuya da, tamaşaçıya da əsl tiran-
ların, İblisin xidmətində duran şeytan xislətli insanla-
rın daxili aləmi açılıb göstərilir. Bunlar xaqanlar, şah-
lar, tülkü siyasilər, xadimi ədyanlar, qadın düşkünlə-
ri, məzhəb, din ayıranlar və s. şərin xidmətində du-
ranlardır.  İblis bu cür insanların, o, yerə enməsə  də, 
şərə xidmət edəcəyinə inanır və insandakı  nəfs,  şəh-
vət, təkəbbür və digər mənfi xislətlərin onun üçün bir 
ovlaq yeri olduğunu tam yəqinliyi ilə söyləyir: 
 
    Mən tərk edirəm sizləri əlan, nəmə lazım? 
    Heçdən gələrək, heçliyə olmaqdayım azim. 
    İblis nədir?- Cümlə xəyanətlərə bais... 
    Ya hər kəsə xain olan insan nədir? – İblis!.. 
 
Bəli, Sokrat, Xəyyam kimi insanlar İblis köləsi ola 
bilməz. Onların ruhuna yaxınlıq edən demon bu cür 
adamları ancaq xeyrə xidmət etməyə  səsləyə bilər. 
İbn Səbbah kimi ruhunu çoxdan İblisə satanlar bun-
dan heç bir peşmanlıq duymazlar. Arif kimi həyatının 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə