Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   10   ...   39

30
 
 
və xurafatın ən böyük nümayəndələri ilə də üzləşməli 
imiş.  Ən yaxın həmsüfrələrini Nişapurda itirən Xəy-
yam son dayaq və arxası olan Məlikşahla Xacə Niza-
mı da Bağdadda itirəsi olur. Onun Xəlifə sarayında 
gördükləri hər insanı; istər  mömin, istər dinsiz, istər 
müsəlman, istərsə  də kafiri dəhşətə  gətirər. Hamı 
üçün əmirəlmöminin din rəhbəri şəxsiyyətsiz, bir qa-
dın düşkünü, əqidəsiz bir yalançı imiş... 
Balıq başdan iylənər.  İslamı nüfuzdan salan, bü-
tün Şərqi ətalət və geriliyə sürükləyən bu din rəhbər-
ləri olmamışlarmı? Bunları görən Xəyyamın, onlara 
qarşı laqeyd və ya üsyankar mövqe tutmasını dinsiz-
lik adlandırmaq olarmı? 
Hamıya o dünyada vəd etdiyi cənnəti özü üçün 
bu dünyada yaradıb kiçik yaşlı “huri”lərlə eyş-işrətə 
dalan xəlifə Müqtədi Billahı və onun simasında İslamı 
hörmət və nüfuzdan salan bütün böyük din xadimlə-
rini Cavid Xəyyamın acı gülüşü və  kəskin sözləri ilə 
damğalayır. 
Birinci pərdənin bitməyi ilə süjetdə olan düyünün 
açılması razvyazkada tamamlanmış olur. Altıncı pər-
də “Xəyyam”dramının finalıdır.  Əsərin  əvvəlində 
gördüklərimizdən Xəyyam və Saqi, düşmən cəbhə-
dən isə qocalıb əldən düşmüş Müfti və onu müşayiət 
edən Naib qalmışdır. Nə dünyanı lərzəyə gətirən Alp 
Arslan və  Məlikşah, nə bütün Şərqi siyasəti ilə idarə 
edən Xacə Nizam, nə də terroru ilə hamını qorxu içə-
risində saxlayan Sabbah vardır. Qalan haqqı-həqiqəti 
bu dünyada arayıb tapan Xəyyam və həmin haqqı-hə-
qiqəti arayaraq cəhalət və xurafat toxumu yayan Müf-
tidir. Mübarizə yenə davam edir. Lakin Xəyyam hə-


31
 
 
yatının son anlarını onu sevən, əzizləyən gənc nəslin 
içərisində keçirirsə, Müfti təklənmişdir. Düzdür, Müf-
ti kimilər hələ yaşayacaq, indinin özündə    də, gələ-
cəkdə  də mövcud olacaqlar. Lakin onların sözü, mə-
həbbəti el içində yaşamayacaqdır. Harda cəhalət və 
xurafat bataqlığı olsa, orada Müfti kimilər üfunət ya-
ya biləcəklər. 
Xəyyam son monoloqunda Saibi görüb adət-ənə-
nəni nişan verərək ondan tez ayrılmaq istəyən qızlara 
müraciətlə: 
 
Uydunuz bunca xurafata yetər! 
Bu həy iştə ölümdən də betər. 
Əl verir paslı, sönük adətlər! 
Şən təbiət sizi azadə dilər. 
… 
Bir nəfəsdir bu sürəksizcə həyat 
Bir nəfəs!... getdimi? Gəlməz… 
(əlini ürəyinin üstünə qoyub titrək səslə) 
Heyhat!.. 
 
   – deyir. Dramın bu yeri “Azər” dastanının sonu ilə 
ideya cəhətdən oxşarlıq təşkil edir. Cavid “Azər” das-
tanında da buna bənzər fikirlər işlətmişdir. Eyni döv-
rün məhsulu olan həm “Xəyyam”, həm də “Azər” 
dastanının son hissələri Cavidin bir növ əbədiyyət 
nəğməsi idi. 
 
“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında”. 
(Hüseyn Cavid – 130) Beynəlxalq elmi konfransın 
materialları. Bakı, 2012. 22-24 oktyabr. 


32
 
 
Hüsüyn  Cavid Allah haqqında 
əsər yazacaqdı... 
 
Romantik faciənin  əsas nümayəndəsi olan H.Ca-
vid yaradıcılığının romantik qəhrəman tiplərinə diq-
qət yetirsək, yaradılışın yaradana doğru inadla ad-
dımlamasını görərik. 
Filosof-şair H.Cavidin dram əsərlərində ilk ro-
mantik qəhrəmanı ailə-məişət mövzusunda olan 
 
“Ana” faciəsindəki ana obrazı idi. Bu əsərdə, sanki, 
Cavid bütün humanist, insanlığa xidmət edən fikirlə-
rini ortaya qoymaq istəmişdir. Düzdür, ananın faciəsi 
içərisində onun etdikləri çox qeyri-adidir, lakin Cavid 
əmin idi ki, ana kimi obrazlar bəşəriyyəti sürüklənən 
bəlalardan qurtara bilər. 
Romantik qəhrəman axtarışında olan H.Cavid ya-
radıcılığına “Maral”la davam edərək yenə ailə-məişət 
mövzusuna toxunur. Böyük problemlərin həllini cə-
miyyətin ən kiçik qurumu olan ailədə axtarır. “Ana”-
ya nisbətən “Maral”da romantizm zəifdir. Lakin onun 
ailə-məişət mövzusunda yazdığı “Maral”, “Afət” 
pyesləri dramaturgiyamızda qadın hüquqsuzluğuna 
toxunulan ilk əsərlər idi. Ümumiyyətlə, H.Cavid ro-
mantizminin özünəməxsusluqlarından danışarkən 
onu da deməliyik ki, Cavid romantik qəhrəman tip-
lərinin heç birini; nə müsbət, nə də mənfi obrazlarını 
ideal  şəkildə  nə  mənfiləşdirmiş, nə  də müsbətləş-
dirmişdir. Hər hansı bir obrazına diqqətlə baxsaq, gö-
rərik ki, romantik qəhrəmanın daxili aləmində ikilik 
var, bir tərəddüd var, yaxşılıqla pislik bir-birinə üstün 
gələ bilmir. Bu da onu deməyə əsas verir ki, Cavid nə 


33
 
 
qədər romantik olsa da, yaratdığı insan obrazı sada-
ladığımız keyfiyyətlərinə görə bizlərdən elə  də  fərq-
lənmir. Şərq fəlsəfəsindəki dualizmin təsiri Cavid ya-
radıcılığında aydın görünməkdədir. Bu, yəni ikilik 
bəşər övladının xislətidir. 
Biz Cavidin yaradıcılığına ümumilikdə diqqət ye-
tirsək, görərik ki, onun yaradıcılığında bir süjet xətti, 
bir kompozisiya var. Kiçik hadisələrə, məhəlli prob-
lemlərə, məişət problemlərinə toxuna-toxuna Cavid 
yaradıcılığı yüksələn xətt üzrə inkişaf edir. Əsərləri-
nin ardıcıllığına fikir versək, görərik ki, o, Səlma ana, 
Maral kimi obrazlardan sonra kamil insan (“Şeyx Sə-
nan”), İblis (“İblis”), Allahın yerdəki elçisi Peyğəmbər 
(“Peyğəmbər”) mövzularına ardıcıllıqla müraciət et-
miş, hətta bəzi mənbələrdə deyilir ki, Cavid son vaxt-
lar Allah haqqında da əsər yazmağı fikirləşirmiş. 
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, hə-
qiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri 
də  dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir 
keçir. Misal üçün, hamımızın görə biləcəyi kiçik bir 
hadisəni drama çevirən Cavid Ana-Səlma (“Ana”) ob-
razını, aktual mövzuda olan “Uçurum” və  “Şeyda” 
pyeslərindəki Cəlal və Şeyda obrazını yaradır. Bunlar 
Cavidin dramaturgiyasının ilk qələm təcrübələri idi. 
Bu qəhrəman tipləri nə qədər romantik olsalar da, or-
ta səviyyəli oxucunun, tamaşaçının anlaya biləcəyi, 
başa düşə biləcəyi səviyyədədir. Lakin  biz Cavidin 
Şeyx Sənan (“Şeyx Sənan”), Arif (“İblis”) obrazlarına 
diqqət yetirsək görərik ki, onlar haqqa, həqiqətə qo-
vuşmağa daha yaxındırlar, necə ki Şeyx Sənan qovu-
şur. Arif isə çılğın bir gəncə oxşayır, hər şeydə günahı 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə