Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

34
 
 
göylərdə axtarır, gücündən böyük işlərə girişir. Bu, 
onun dünyanı  dərk etmək yolundakı çabalarıdır. La-
kin Arif haqqı tapmaq, ona yaxın olmaq istərkən şərə 
mübtəla olur. Bu, hər bir gəncin özünüdərki zamanı 
düşə biləcəyi bəlalardır. “İblis”i yazarkən Cavidin 35 
yaşı olduğu fikrimizin anlaşılmasına kömək edən 
amillərdəndir. Düşünmək olar ki, axı Cavid “Şeyx Sə-
nan”ı yazarkən daha cavan idi. Bəli. Amma onu da 
nəzərə almaq lazımdır ki, insanlar fərqli olduğu kimi, 
dahi şairin yaratdığı obrazlar da daxili keyfiyyətlərinə 
görə bir-birilərindən fərqlənirlər.  Şeyx Sənanın Arif-
dən üstün cəhəti o idi ki, o özünüdərk mərhələsini 
keçmişdir. O, Füzulinin Məcnunundan dərs almışdır. 
Cismin bir heç, ruhun isə əbədi olduğunu dərk etmiş
ilahiyə doğru üz tutmuşdur. Onun da eşqi ilahi eşq 
idi. Filosof-şairin yaratdığı üçüncü qəhrəman tipləri 
sırasına Peyğəmbəri (“Peyğəmbər”), Xəyyam (“Xəy-
yam”) obrazlarını daxil edə bilərik. Bu obrazlar dinin 
dediyi mərhələləri – şəriəti, təriqəti, mərifəti keçmiş, 
həqiqət mərhələsindədirlər. Onlar özünüdərkin  ən 
yüksək pilləsindədirlər. Xəyyam nə Arif kimi çılğın, 
üsyankar, şübhəçi, nə də Sənan kimi sevgisi uğrunda 
gözlənilməz addım ataraq əqidəsindən dönən bir ob-
razdır. Onun dini-fəlsəfi fikri, təfəkkürü formalaşa-
raq, dünyaya daha obyektiv baxma imkanı vermişdir. 
Öz dostlarını, sevgilisini, həmfikirlərini itirən, dinin 
başında duranların əxlaqsızlığını görən Xəyyamda fi-
kir dəyişikliyi görmürük. Çünki o artıq filosofdur, ka-
mil insandır, öz yaşam tərzini, qarşısına çıxacaq prob-
lemləri  əvvəlcədən bilirdi. Bəli, Xəyyam bu bəşəriy-
yəti artıq tanıyırdı. Türkiyəli təsəvvüf alimi A.Yükse-


35
 
 
lin məqalələrinin birində fars şairi Ömər Xəyyamın 
yaradıcılığını təhlil edərkən qərara gəldiyi bir çox mə-
qamlar fikirlərimizin  əsassız olmadığını  təsdiqləyən 
elmi sübutdur: “Din yolunu bilməyin  şəriət, o yola 
əməl etmənin təriqət, Allah razılığını əldə etmək üçün 
birləşdirmənin həqiqət olduğunu söylər. Həvəsə uy-
maya şəriət deyilməyəcəyini, şəriətsiz təriqətin müm-
kün olmayacağını, riyaziyyatdan isə yalnız xəyal do-
ğacağını dilə  gətirir. Bütün sufilər kimi o da insana 
böyük bir önəm verir: ulduzlar belə insana verilmiş 
yem dənələridir. Dünyanı göstərən qədəhin qoyuldu-
ğu sandıq qəlbdədir. 
Mənəviyyat yolçuluğunda riyaziyyatı yox, eşqi se-
çir. Xəyyama görə, “Müfti ilə  şəhər vaizinin məhkə-
məsində dilləri tutur, dövlət quşudur eşq…
 
Ancaq 
eşq bülbül kimi ağlayıb sızlamaq deyil, səsi belə  çıx-
madan ölmək, yox olmaqdır… 
Sevgililər iki başlı, tək bədənli pərgar kimidir, am-
ma,  əlbəttə, bir yerdə birləşəcəkdirlər. Sən və  mən 
pərdənin arxasındayıq; o pərdə qalxdığında nə  sən, 
nə  də  mən qalacağıq. Məscidi, mədrəsəni, kilsə  və 
monastırları dolduranlar cəhənnəmdən qorxan, cən-
nəti umanlardır. Allah sıralarından xəbərdar olanlar 
isə bu növ toxumu könüllərə əkməzlər”
2

Bəli, Cavidin də Xəyyamı həqiqət pilləsinə çatmış, 
kamilləşmiş, dünyanı dərk etmiş bir obrazdır. Sevgili-
si Sevdanın ölümü zamanı söylədiyi fikirlər Xəyya-
mın iç dünyasını daha yaxşı açır. 
 
                                                            
2
http://sufizmveinsan.com/tasavvuf.html. Ahmet F.Yüksel. İstanbul 


36
 
 
Söylə kimdən diləyim mən imdad? 
Həp təbiət, bəşəriyyət cəllad. 
 
Yuxarıdakı fikirlərimizi əsas tutaraq “Cavid Allah 
haqqında da əsər yaratmağı fikirləşirdi” fikrinə inana 
bilərik. Çünki buna Cavidin həm gücü, həm də haqqı 
çatırdı. Çünki o, Şərqin mövhumat içində  qıvrıldığı 
bir vaxtda Peyğəmbər haqqında əsər yazdı və xalq tə-
rəfindən sevildi. İndiyə qədər hər yazıçının cürət edə 
bilmədiyini Cavid 100 il bundan öncə etmiş, belə bir 
mübahisəli mövzuda səhnə  əsəri yazmışdır. Özü ka-
milləşdikcə, haqqa yaxınlaşdıqca obrazları da həmin 
yolu keçən Cavid Tanrı haqqında əsər yazmağa haqqı 
çatan dahilərdən idi. 
Bəlkə  də, Cavid ömrünün ahıl çağlarında o cür 
möhtəşəm bir əsəri bizlərə bağışlayacaqdı… Bəlkə də, 
Cavid o əsərin eskizini hazırlamışdı, bəlkə də yarada-
cağı Allah obrazının monoloqlarını yazmışdı... Heç nə 
bilmirik. 
Çox maraqlıdır ki, Cavid həbs ediləndən sonra əli-
mizdə olan bir-iki məktubundan başqa heç nə yox-
dur. Bəşəriyyətin taleyini düşünən filosof, ola bilməz 
ki, məşəqqətləri görə-görə heç nə yazmasın, qeydlər 
aparmasın. 
Bəlkə  də, həmin adı  çəkilən  ən ali obraz yaradıl-
mış  və  bəlkə, tariximizin də gizlədildiyi bizə  məlum 
olmayan arxivlərdə gizlədilir. 


37
 
 
Hüseyn Cavid yaradıcılığında  
demonizm 
 
“Demonizm”– “demon” anlayışını ilk dəfə Sokrat 
dilinə  gətirmiş, haqsızlıq,  ədalətsizlik  əleyhinə içəri-
sindən üsyan edən səsləri eşidərək onları “demon” – 
“Allahın səsi” adlandırmışdır. Bu baxımdan demo-
nizm bəşər tarixində zülmə,  ədalətsizliyə qarşı bir 
mübarizə vasitəsi kimi müsbət hadisədir. 
Demonizm tiraniyanı ədalətsizlik, zülm, haqsızlıq 
üzərində qurulan səltənəti daim inkar edir. Əslində 
onun üsyanı göylər səltənətinə qarşı yox, yerdəki ca-
hil, mövhum, əzazil tirana və onun cəmiyyətinə qarşı-
dır. 
Platon Allahı “formalar forması”, yəni dünyada 
hər bir şeyə forma verib onu qoruyub saxlamaq və ya 
dəyişmək hüququna malik olan bir qüvvə adlandır-
mışdır. 
Bəşər düşüncəsi ta qədimdən xeyirlə  şərin müba-
rizəsini qəbul etmiş, bu mübarizədə xeyirin əvvəl-axır 
şərə qalib gələcəyinə, işıqlı, ölümsüz, səfalətsiz, ehti-
yacsız bir səltənət qurulacağına inanmışdır. Bunun 
timsalını ən qədim və ən böyük dualist din olan Zər-
düştilikdə görürük. Həm zərdüştilik dövründə, həm 
ondan əvvəl, həm sonra mövcud olan politeist dinlər-
də  də xeyir və  şər qüvvələr daim mübarizədədir. Bu 
dinlərdə də xeyrin qələbəsi labüd göstərilir. 
Tarixin sonrakı dövrlərində yaranan İudaizm, 
Xristianlıq, İslam dinləri monoteist mövqedə dursalar 
da, onlarda da xeyirlə şərin mübarizəsi ön plana çəki-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə