Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

69
 
 
Mənə yeni vəzifə  təklif edəndə qarşıma iki şərt 
qoydu: sadiqlik və məsuliyyət. Bir də kitabları ilə bə-
rabər bir qutu Naxçıvan duzu verdi. Bu iki söz və əş-
yavi yazı nümunəsi olan duz hər  şeyi deyirdi. Təbii 
ki, sadiqlik və  məsuliyyət istənilən rəhbərin işçisin-
dən gözlədiyi və  tələb etdiyi ilk və  əsas amildir. Bu-
nun geniş izahına ehtiyac yoxdur. Amma duz məsələ-
si vicdanıma oyulmuş bir möhür oldu. Çünki elimizin 
duza münasibəti hamımıza bəllidir. Tarixin aşılanma-
sından keçib bu gününə gələn duz kultu bir qutsallığa 
çevrilib.  İsa müəllimin duzu mənə verərkən baxışla-
rındakı  dərinlik çox şeyi ifadə edirdi: duza sədaqət, 
duz dağı olmaq, duzu tapdalamamaq, duzu artıq et-
məmək, duz verməyi bacarmaq və duz dağı kimi sa-
bit, uzunömürlü, səxavətli, mərd, yenilməz və sirli ol-
mağı bacarmaq. (Bu yazını yazdığım  ərəfədə  işdən 
sonra İsa müəllimin otağında bir kitab üzərində çalış-
mamızda onun şəxsi albomunu gördüm. Bir az vərəq-
lədik. O zaman İsa müəllimin duz dağına olan ürək 
yanğılı  məhəbbətinin, heyranlığının, hətta aşiqliyinin 
ifadəsini gördüm. “Duz dağı mənim romantikamdır” 
deyən İsa müəllimin albomunda 50-dən çox duz dağı 
ilə bağlı  rəsm vardı. Bir çoxunda isə özü yox idi. Sa-
dəcə sehirli duz dağı vardı). İsa müəllimin bu duz yü-
künü çiynimə qoyması onun daima sayğı ilə andığı 
müəllimləri professor Əziz  Şərifə, professor Abbas 
Zamanova, akademik Məmməd Cəfərə, professor Ya-
vuz Axundluya qoyduğu ehtiramın və sayğının  əla-
mətini xatırlatdı  mənə... Çünki söhbətlərimiz zamanı 
onlar haqqında kövrələrək danışdığı xatirələr, onların 
gənclərə  və millətimizə göstərdiyi xidmətlərini vur-


70
 
 
ğulaması, daima böyük tutması bir insanın duz-çörə-
yə olan hörməti idi... 
İsa müəllimin 1987-ci ildə Məmməd Cəfər müəlli-
mə yazdığı məktub onun sədaqət simvolu olan duza 
münasibətinin tərənnümüdür: 
"Əziz və unudulmaz ustad, salam! 
Sizin mənə çox doğma olan adınız, şəxsiyyətiniz, əsər-
ləriniz, xidmətləriniz, səmimiyyətiniz günlər, illər keçdikcə 
nəzərlərimdə daha da müqəddəsləşir. "Məmməd Cəfər mək-
təbi"nin şagirdi olmağımla yalnız fəxr edə bilərəm. Az-çox 
elmi vərdiş qazanmağım üçün hamıdan çox Sizə, Sizin nü-
munənizə minnətdaram". 
İkinci bir tərəfdən bu duz qədim diyarımız olan 
Naxçıvanın simvoludur və bunun üçün də duzla bağ-
lı məhz Naxçıvanda yaranan bir alqış var: Səni görüm 
duz dağına dönəsən. Bunun anlamı isə alqışlanan in-
sanın duz dağı kimi əbədi, səxavətli olması deməkdir. 
Öz yurdu üçün xoş  əməllərlə  əbədi olması, istər mə-
nəvi, istərsə də maddi tərəfdən dövləti üçün səxavətli 
olmaq  İsa Həbibbəyli prinsipidir. İsa müəllimə sanki 
əməli saleh analarımız milyon dəfə “səni görüm, duz 
dağına dönəsən” alqışını uca göylərə göndərmişlər ki, 
bu gün duz dağı və İsa Həbibbəyli anlayışlarının xey-
li ortaq cəhətini görə bilirik.  
Bir dəfə söhbətlərimizdə belə bir fikir dedi: “Mə-
nim üçün ən yaxşı naxçıvanlı odur ki, o Azərbaycana, 
Azərbaycançılığa xidmət etsin. Yalnız bu cür əməllər 
sahibi naxçıvanlı olmağı ilə fəxr edə bilər”. 
İsa müəllimlə tanışlığımda, dostluğumda, bu 
məktəbin üzvü olduğum yeddi ay içərisində ondan 
Cəlil Məmmədquluzadə kimi ətrafındakıları maarif-


71
 
 
ləndirmək və  cəhalətdən uzaqlaşdırmaq  ideyalarını, 
akademik Abbas Zamanov kimi elmin inkişafı üçün 
gənclərə uzatdığı əli, səmimiliyi, qayğını, Heydər Əli-
yev kimi idarəçiliyi, karizmatik dünyagörüşü, diqqə-
ti, möhkəm yaddaşı, uzaqgörənliyi gördüm, öyrən-
dim və öyrənməkdəyəm... 
İsa müəllimin qayğısını bir doktorant, bir kadr, bir 
oğul kimi hiss etmək və görmək çox asan və qürurve-
ricidir. Bu böyük insandan bu cür münasibəti görmək 
heç də  çətin deyil. Demək olar, İnstitutun kollektivi
gənc aspirantlar bu qayğını addımbaşı görür və yaşa-
yır.  İsa müəllim, adətən, köməkçisi ilə  mənə tez-tez 
jurnal və  qəzetlər göndərir. Bu materialları  vərəqlə-
yəndə görürəm ki, hansısa bir məqalənin üstündə as-
pirant və doktorantlarımızdan birinin adı yazılıb. Bə-
zən də ad yazılmır, sadəcə “Biz də bir qızın işi Macar-
Azərbaycan ədəbi əlaqələri olmalıdır, ona verin” tipli 
cümlə yazılıb. Bu cür diqqətli olmaq hər insanın ba-
cara biləcəyi iş deyil. Adını belə tanımadığı bir tədqi-
qatçıya lazım olacağını düşündüyü məqalələri o qə-
dər işin arasında seçib göndərmək sadəcə müdriklik 
əlamətidir. Açığı mən İsa müəllimi tanıyana qədər elə 
bilirdim ki, çox aktiv və  işgüzar adamam. Lakin alt-
mış beş yaşı haqlamış İsa müəllimi gördükdən, onun-
la işlədikdən sonra özümü o qədər passiv, astagəl hiss 
edirəm ki, pafoslu görünməsin, bəzən pessimizmə be-
lə qapılıram. Çünki onun sürətinə yetişə bilmirik. 
Onun diqqətcilliyinin qarşısında çox aciz qalırıq.  
AMEA kimi mötəbər bir qurumun vitse-preziden-
ti,  İnstitutun direktoru kimi idarəçiliklə  məşğul ola-
ola, ictimai-siyasi xadim kimi dövlət tədbirlərində iş-


72
 
 
tirak etməklə bərabər iki tədbirin arasında keçiriləcək 
hər hansı bir tədbirin dəvətnaməsini belə redaktə et-
məyə vaxt tapmaq, hazırlanacaq slaydlara şəkillər be-
lə təklif etmək, nəşr ediləcək jurnalları vərəq-vərəq in-
cələmək, sadəcə yüksək zəka sahibinə, millətin taleyi-
ni öz taleyi hesab edən seçilmiş insanlara məxsusdur.  
Təsadüfi deyil ki, akademik Abbas Zamanovun 
hələ 1987-ci ildə Naxçıvan tarix muzeyinin direktoru 
Sübhi müəllimə yazdığı  məktubda  İsa müəllim haq-
qında bu fikirləri işlətmişdir. 
“Möminə Xatun məqbərəsinin  şəkli qiyamətdir. 
Bundan beş-on nüsxə  mənə göndərsəniz  əla iş gör-
müş olarsınız. Bu, mənim xaricdəki dostlarım üçün 
ən yaxşı  hədiyyə olar. Siz tapa bilməsəniz  İsa Həbib 
tapar. O, qoçaq adamdır, tapar. Hər hansı bir çətinlik 
onun qarşısında diz çökür. İsa Həbib aləmdir”. 
Bir az da İsa Həbibbəyli və  Ədəbiyyat  İnstitutu 
haqqında... 
Açığı, bir neçə il öncə ölkəmizdə gedən inkişaf 
Azərbaycan Milli Elmlər Akademiyasında o qədər 
hiss edilmirdi. Elmin keşiyini çəkən akademiyamıza 
yeni prezidentin təyin olunmasından sonra bütün ins-
titutlarda bir canlanma başladı. İstər kadr siyasəti, is-
tər elmi müəssisələrə yaradılan  şərait Azərbaycan 
Milli Elmlər Akademiyasını ölkənin ictimai-siyasi hə-
yatında nüfuzlu bir qurum kimi yenidən söz sahibi 
etməyə başladı. Bu baxımdan Akademik İsa Həbib-
bəylinin Nizami adına Ədəbiyyat İnstitutuna direktor 
təyin edilməsi  ədəbiyyatşünaslıq elmimiz və  ədəbiy-
yatımız üçün böyük bir töhfə oldu. Yarandığı gündən 
Ədəbiyyat  İnstitutunun direktorları ölkə üçün çox 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə