Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

82
 
 
faq salmaqla onları öz əlləri ilə qırdırmaq və beləliklə 
xalqın başını qatıb torpaqlarını  işğal etmək, nemətlə-
rini tar-mar etmək indinin özündə  də geniş yayılmış 
haldır. 
Türklər arasına ilk dəfə bu nifaqı çinlilər salmış-
dılar. Görkəmli türkoloq Murad Adcının “Qıpçaq çö-
lünün yovşanı” adlı kitabında oxuyuruq ki, “...Çinlə 
təxminən beş əsr müqəddəs müharibə getdi. Qıpçaq-
ların yığcam ordusu çinlilərin milyonluq ordularını 
dəfələrlə  məğlub etdi (müəllif qıpçaq sözünü, ümu-
miyyətlə, türk mənasında işlədir). Nəticə etibarilə, qə-
ləbə döyüş meydanında həll olunmadı, diplomatiya-
da mahir olan çinlilər qıpçaqların – türklərin cəmiy-
yətinə nifaq toxumu səpdilər... Və axır ki, onları şimal 
və  cənub qollarına ayırdılar. Cənublular çinlə sülh 
bağladılar,  Şimallılar isə  qərbə  hərəkət etdilər... xalq-
ların böyük köçü başladı...”  
Gördüyümüz kimi bu məsələ dastanın bir sıra 
boylarında öz əksini tapmışdır. Bir neçə boya nəzər 
salsaq, bunu aydın görərik. Məsələn, “Uşun qocanın 
oğlu Səgrək boyu”nda söylənilir ki, Uşun qocanın oğ-
lu Əgrək neçə ildir düşmənlərin əsirliyindədir. Onun 
kiçik qardaşı Səgrək xandan izin alır ki, gedib qarda-
şını xilas etsin. Xan bir neçə igidi də ona qoşub getmə-
yinə icazə verir. Səgrək başına yığdığı igidlərlə kafir-
lərin üstünə gedir, düşmənlərin qoşununu məhv edir, 
pəhləvanlarını öldürür. Səgrəyin öhdəsindən gələ bil-
məyəcəklərini görən düşmənlər qardaşı qardaş əli ilə 
məhv etməyə çalışırlar. Əgrəyi aldadaraq azadlıq vəd 
edirlər və onu Səgrəyin üstünə göndərirlər. Çünki bi-
lirlər ki, Səgrəyi  Əgrəydən başqa kimsə  məğlub edə 


83
 
 
bilməz.  Əgrək qardaşını yatdığı yerdə yaxalayır. La-
kin burda xalqımızın milli mənəvi dəyəri olan qopuz 
qardaşları bir-birinə tanıdır. Onlar birləşib düşməni 
məhv edir və vətənə dönürlər.              
 
Yaxud “Salur Qazanın dustaq olduğu və  oğlu 
Uruzun onu xilas etdiyi boy”a diqqət yetirək. Demək 
olar ki, burada da hadisələr eyni ilə  əvvəlki boydakı 
kimi cərəyan edir, lakin burada qardaşı qardaşa yox, 
atanı  oğluna qarşı qoyurlar. Oğuzların düşməni olan 
Təkür Qazana deyir ki, üstümüzə düşmən gəlir onları 
məğlub etsən, səni buraxarıq.  Burada da düşmən ba-
şa düşür ki, onların düşməni olan oğuzları məğlub et-
mək, yenmək olmaz. Ona görə  də Qazandan istifadə 
etmək istəyirlər.  Lakin bu da baş tutmur. Şübhəsiz ki, 
bu olan bir hadisədir, lakin Dədəm Qorqud bunu öz 
istəyinə uyğun olaraq yaratdğı üçün burada da hadi-
sələr xoş sonluqla bitir.                                                    
 
Dastanın sonuncu boyu olan “İç Oğuza Dış  Oğu-
zun dönük çıxması  və Beyrəyin öldüyü boy”, yəni 
türklərin var-dövlət naminə casusların  əli ilə parça-
lanmasını, Türk dünyasının faciəsi kimi qiymətləndi-
rilmişdir. Boyda deyilir: Qazan həmişə  qələbədən 
sonra öz evini talan etdirərdi, yəni ev-eşiyini, var-
dövlətini Oğuz elinin ixtiyarına verərdi. Növbəti ta-
lanların birində  Dış  Oğuz bəyləri iştirak edə bilmir. 
Bununla da Dış Oğuzla İç Oğuz arasında düşmənçilik 
başlayır. Dış  Oğuz  İç Oğuza düşmən kəsilir. Qazan-
dan incimiş bəylər Aruzun fitvasıyla razılaşırlar. Am-
ma Qazanın sadiq dostu, Oğuz elinin dirəyi olan igid 
Beyrək Qazana dönük çıxmır. Bunu görən Aruz Bey-
rəyi özü qılınclayır və özünün də düşündüyü kimi, 


84
 
 
Beyrəyin aradan qaldırılması Qazanın zəifləməsinə 
səbəb olur. Sonda Dış Oğuzla İç Oğuz üz-üzə gəlir və 
iki qardaş bir-birini vurur. Son boyun belə faciəli bit-
məsi, demək olar ki, dastanın kədərli finalına çevrilir. 
Düzdür, bu boyun da sonunda ənənəvi hal təkrar 
olunur. Yenə  Dədəm Qorqud şadlıq edir, amma bu 
şadlıq daha əvvəlki  şadlıqlardan deyildi, çünki artıq 
Oğuz elinin birliyinə xələl gəlmişdi. 
Gördüyümüz  kimi, Dədəm Qorqud türkün öz 
içində məhv edilməsini bir daha önə çəkmiş və bunun 
da heç vaxt türkə xeyir gətirmədiyini ifadəli  şəkildə 
söyləmişdir: 
 
Hanı dediyim bəy ərənlər,                              
               Dünya mənimdir deyənlər?                      
               Əcəl gəldi, yer gizlətdi,     
               Fani dünya kimə qaldı?      
               Gəlimli-gedimli dünya,      
    Son ucu ölümlü dünya! 
 
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanın-
dan belə  nəticəyə  gəlmək olar ki, türklərin mərdliyi, 
ərənliyi, igidliyi əzəldəndir, lakin onlar bir olanda da-
ha güclü olurlar. Biz bunu görkəmli şairimiz Bəxtiyar 
Vahabzadənin “Kitabi-Dədə Qorqud”dan və digər ta-
rixi faktlardan bəhrələnərək yazdığı “Özümüzü kəsən 
qılınc” pyesində bir daha görürük. B.Vahabzadə bu  


85
 
 
əsərində hələ kökü “Kitabi-Dədə Qorqud”dan gə-
lən və indinin özündə  də türklərin  ən zəif nöqtəsi 
olan “Türk birliyi” problemini böyük məharətlə qoy-
muş, pusquda duran alçaq, hiyləgər düşmənin yeri 
gələndə bu zəiflikdən öz məqsədlərinə uyğun istifadə 
etdiyini qeyd etmişdir.    
 
“Elm” qəzeti. 4 dekabr, 2002-ci il. № 37-38 
 


86
 
 
“Kitab yüklü eşşək” romanı haqqında 
 
Cəmiyyətimizdəki naqislikləri, insanların nəfs və 
qürurun  əsiri olduğunu gördükcə yadıma “Kitab 
yüklü eşşək” əsərinin qəhrəmanı “Çoşşa”nın nəsihət-
ləri düşür, bu heyvanın insana münasibətini tez-tez 
xatırlayıram. Bəlkə, kimsə düşünər ki, bu qədər pey-
ğəmbərlər, üləmalar, alimlər ola-ola niyə  məhz eşşə-
yin - Çoşşanın nəsihətləri? Təsəvvür edirsinizmi, insa-
na bir dahi yol göstərir, öyüd-nəsihət edir, amma biz 
buna o qədər əhəmiyyət vermirik və ya dəyərləndirə 
bilmirik. Çünki nəsihət edən birmənalı şəkildə hamı-
dan üst mövqedədir və onun dedikləri qəbul edilən-
dir və bu, təbiidir. Amma mədəni səviyyəsinə, sava-
dına görə özündən qat-qat aşağıda olduğunu qəbul 
etdiyin biri səni tənqid edərsə  və yol göstərərsə, bu 
tənqidlər və iradlar həqiqəti  əks etdirərsə, o zaman 
analar demiş, “adamın yeddi qatından keçər”. 
Bir insan oğlu olaraq, həmcinsimin heyvan tərə-
findən haqlı  tənqidi adama çox ağrı verir. Bəşəriyyət 
binayi-qədimdən bu günə didaktik materiallarla tər-
biyələnməyə, həyatı dərk etməyə vadar edilsə də, vir-
tual bir dünya olmasına baxmayaraq, bir metr torpaq 
üçün hələ də qan tökür, hərisliyinin qurbanı olur, hər 
gün bir addım əxlaqsızlığa doğru sürüklənir. Mövhu-
matın və cəhalətin içində çırpınır. Şəxsi mənafelər bə-
şəri mənafeləri tapdalayır və insan oğlu bu eybəcər-
likləri özünün uydurduğu  şeytanın boynuna atır. 
Hərdən cəmiyyətimizi bu cür görəndə Tanrının niyə 
məhz indi peyğəmbər göndərmədiyini də düşünür 
insan. Axı insanların düzgün yola çəkilməsi üçün bu 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə