Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

91
 
 
kimi qəbul edilməsi mümkün deyil və bu cür qələmə 
vermək istəyənlər böyük yanlışlıq içindədirlər.  Əgər 
təbdil termini ilə, plagiat termininə eyni mənanı ver-
sək, onda ən böyük plagiatçı  Məhəmməd Füzuli ol-
malıdır. Çünki o da Nizami kimi “Leyli və  Məcnun” 
poemasını yazmışdır. Lakin Ədəbiyyat nəzəriyyəsi 
“nəzirə”ni, “təbdil”i, “iqtibas”ı  qəbul edibdir və bir 
zamanlar  şair və yazıçılar bundan istifadə etdikləri 
üçün fəxr hissi də duymuşlar. Adı  çəkilən  əsəri oxu-
duqca,  Şərq müdriklərindən çəkilən misallarla, nü-
munələrlə  və  Şərq fəlsəfəsini  əks etdirən  əhvalatlarla 
tanış olduqca müəllifin əsərə nə qədər doğma yanaş-
dığını görürük. 
Sədi Şirazinin, Mövlanə Cəlaləddinin əsərdə istifa-
də edilən ibrətamiz fikirləri dediklərimizə sübutdur. 
Tədqiqatçı Salidə  Şərifovanın dili ilə desək, bura-
da M.Ə.Talıbovun nəsr qələmi, düşüncələri duyulur, 
ürəyi döyünür. 
Əsər fars dilində yazılsa da, Çoşşanın məktubla-
rındakı  bəzi dialoqlar Azərbaycan dilində verilib. 
Əsəri tərcümə edən Mirəli Mənafi də bunu diqqətdən 
qaçırmayıb, bununla bağlı xüsusi qeyd verib: Bu dia-
loq  əsərin orijinalında da Azərbaycancadır. Bundan 
sonrakı  bəzi dialoqlar, xüsusilə, ləhcə xüsusiyyəti ilə 
fərqlənən dialoqlar əsərin orijinalında olduğu kimi 
(azərbaycanca) saxlanılmışdır. Həmin dialoqlardan 
biri bu cürdür: 
“– Hay canım, hey babam hey, tap hey! Budur, eş-
şək ləpiri buradan keçib. Orada yatağı  məlumdur. 


92
 
 
Hay axtar, tap hay, odur ha! – deyə o, itləri məni ax-
tarmağa qızışdırırdı”.
5
 
Bu dialoq qədim Azərbaycan torpağı olan Zənca-
nın Şərəfabad şəhərində eşşəyi axtarmağa çıxan Səfər-
qulunun dilindən verilib. 
Bütün bunlar əsərin azərbaycanlı müəllifə aid ol-
duğunun sübutudur. Bəli,  əsərdə “Hamı  sərraf Horş 
(Avropalı bankir) və Rotşild və ya yeni top ixtiraçısı 
Krup (Almaniyada metallurgiya şirkəti) deyildir ki, 
yüz kürurdan artıq sərmayəsi olsun. Bu cür sərmayə-
darlıq və varlılıq da bizim əsrimizin hadisələrindən-
dir. Tarixçilərin dediklərinə görə, dörd yüz il bundan 
əvvəl inkişaf və mədəniyyət həddi-kəmala çatmamış-
dı. Bir nəfər də bu dərəcədə təkamül etməmişdi” kimi 
fikirlərə  də rast gələ bilirik.
6
 Lakin bu cür fikirlərin 
XIX əsr rus və türk ədəbiyyatı vasitəsilə Avropa ilə ta-
nış olan azərbaycanlı mütəfəkkirlərin  əsərlərində gö-
rülməsi təbii hal idi. Digər bir tərəfdən isə neft Bakısı 
dünyanın diqqətində idi. Avropalı iş adamlarının Od-
lar diyarına gəlişi özləri ilə mədəniyyətlərini də gətir-
mişdi. Həm bu cür misallara, həm də şərq fəlsəfi fikri 
ilə cilalanmış bir əsəri sadəcə Şərq və Qərb fəlsəfəsini 
dərindən bilən bir şəxs yaza bilərdi. Bu parametrlərin 
hamısı da Əbdürrəhim bəy Talıbovda var idi. 
Nəzərə alsaq ki, Əbdürrəhim bəy Talıbov  ərəb, 
fars, rus, ingilis və fransız dillərini yaxşı bilib, deməli, 
azərbaycanlı  ədibin bu əsəri yazması  və ya təbdil et-
                                                            
5
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. 
Bakı, Yazıçı, 1979. 
6
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. 
Bakı, Yazıçı, 1979.
 


93
 
 
məsi mümkün idi. “Kitab yüklü eşşək” romanı bütün 
ruhu ilə  Şərq-Azərbaycan mədəniyyətinin məhsulu-
dur.  İstər Məhəmmədhəsən Xan Etimadüssəltənə, is-
tərsə  də  Əbdürrəhim bəy Talıbov yazsın, fərqi yox-
dur. Lakin heç bir halda əsərin tərcümə əsəri olduğu-
nu qəbul etmək olmaz. 
Fransız yazıçısı Pol De Kukun bu mövzuda yazdı-
ğı  əsər ola bilər (Amma nə  qədər araşdırsaq da, bu 
mövzuda xüsusi bir əsəri olduğunu görmədik. Bəlkə 
də, hansısa əsərində kiçik bir haşiyəyə çıxıb, bu da bu 
əsərə  və müəllifinə  xələl gətirə bilməz), lakin bəzi 
şəxslərin yeni – nəsə qeyri-adi bir şey tapıblarmış ki-
mi, konkret elmi fakt olmadan “Sən demə, bu əsər 
fransız yazıçısı Pol de Kukun imiş”, “Apulleyin imiş”, 
“Kontes de Sequr adlı bir fransızın imiş” deməsi o qə-
dər ciddi görünmür. 
Tahirə  Həsənzadənin fikri ilə razılaşsaq,  əsərin 
müəllifi Məhəmmədhəsən Xan Etimadüssəltənədir. 
Bu məqam isə əsərin ciddi bir tədqiqata ehtiyac duy-
duğunu göstərir. Nəzərə alsaq ki, Məhəmmədhəsən 
Xan Etimadüssəltənə Qacarlar dövlətinin tanınmış si-
malarından olmuş, Nəsrəddin  şah Qacarın (1831-
1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri ol-
muşdur, o zaman heç bir vəzifə tutmayan bir ədibin 
onun əsərini öz adı ilə təqdim etməsi mümkün deyil-
di. Hələ  Əbdürrəhim bəy Talıbovun  İranın Birinci 
Milli Məclisinə deputat seçilməsi (deputat seçilsə  də, 
bundan imtina etmişdir)  də göstərir ki, Əbdürrəhim 
bəyin  İran dövləti ilə  də  əlaqələri güclü imiş. Bu bir 
daha sübut edir ki, onun Məhəmmədhəsən Xan Eti-
madüssəltənəyə aid olan bir əsərə sahib çıxmaq kimi 


94
 
 
nə imkanı, nə  də arzusu olmuşdur. Xeyrulla Məm-
mədovun dili ilə desək, “Əbdürrəhim Talıbov kimi 
böyük alim və  ədibin “Kitab yüklü eşşək”  əsəri ilə 
məşhurlaşmağa ehtiyacı yox idi”. 
Hədəf Nəşrlərinin 2014-cü ildə çap etdiyi romanın 
yeni nəşri də Əbdürrəhim bəy Talıbovun adı ilə veri-
lib. Əsərin yeni və daha tutarlı faktlar meydana çıxa-
na qədər  Əbdürrəhim bəy Talıbova məxsus olduğu 
qənaətindəyik. Ümid edirik ki, bu məqalə ilə  tədqi-
qatçıların diqqətini bir daha bu əsərə  cəlb etmiş ola-
rıq. 
 
 
Ədəbiyyat məcmuəsi XXV buraxılış. 2014. 
             http://kulis.az/news/7655 
 
 
 
 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə