Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

112
 
 
müxtəlif ölçüdə olsa da müəyyən bir məna və ardıcıl-
lıqla düzülür və bu düzüm mənsur  şeirin ahəngini
ölçüsünü yaradır. Mənsur şeir formasında hər iki vəz-
nin – əruz və hecanın ahənginə rast olmaq mümkün-
dür. Nəbati və Sabirin əruz çalarlı  mənsur  şeirlərinə 
poeziyamızda bəhri-təvil deyilir. Halbuki, onlar əru-
zun təvil bəhrində yazılmayıblar, onlar əruz ahənginə 
uyğun nəsrlə yazılmış  sənət nümunələridir. Heca 
vəzninin ahəng və ölçüsünə uyğun yazılmış  şeirlərə 
görkəmli yazıçı, pedaqoq və alimimiz Gülhüseyn Hü-
seynoğlunun yaradıcılığında rast oluruq. Belə bir nü-
munəyə diqqət yetirək: “Açıldı mücrü, örtüldü müc-
rü, boşaldı mücrü...”. Yuxarıdakı ifadələri heca vəz-
nində olan hər hansı bir şeirin beş hecalı bölgüsü ki-
mi, yaxud beş hecalı şeir növünün üç misrası kimi də 
qəbul etmək olar. Özünü vəzn buxovu ilə bağlamaq 
istəməyən, ancaq məna və bədiiyyat arayan, yeri gəl-
dikcə ahəng və qafiyəni unutmayan qüdrətli sənət-
karlar üçün bu, məqbul sayılsa da, ancaq ondan özü-
nü vəzn baxımından  əziyyətə salmaq istəməyən bir 
sıra  şairlərimizin sui-istifadə etməsi halı  məqsədəuy-
ğun deyil. 
Keçən  əsrin 20-ci illərinin sonlarında 30-cu illərin 
əvvəllərində poeziyamızda sərbəst vəznli şeir deyilən 
şeir nümunələri yaranmağa başladı. Bədiiyyat və 
ümumən  ədəbiyyatşünaslıq elmindən uzaq olan bir 
sıra  şairlərimiz buna  aludə oldular və  nəticədə  mət-
buat səhifələrində səliqəsiz nəsr və dəyərsiz olan yazı 
nümunələri çap olunmağa başladı. Əvvəla, o vaxt tez-
tez işlənən və son dövrlərə  qədər  ədəbiyyat nəzəriy-
yəsində adı çəkilən sərbəst vəzn anlayışı öz-özlüyün-


113
 
 
də düzgün deyil. Rus dilindəki “Вольный стих” isti-
lahı dilimizə düzgün tərcümə edilməmişdir.  Əslində 
onun  düzgün tərcüməsi “вольный” – sərbəst, “стих” 
– şeir, yəni sərbəst şeir deməkdir. Sərbəst şeir həm nə-
zəri, həm də praktiki cəhətdən mümkün və  gərəkli 
olan bir şeir formasıdır. Onun yaradıcıları  ədəbiyya-
tımızda Sabir və Caviddir. Sabirin “Əhval-pürsanlıq”, 
Cavidin “Qız məktəbində”, “Şərq qadını”, “Azər” po-
emasındakı həm heca, həm də əruz vəznli bir neçə şe-
irini bura aid etmək olar. Sonralar əruz vəznində sər-
bəst şeirin ən gözəl nümunələrini S.Rüstəm, heca vəz-
nində isə S.Vurğun, M.Müşfiq, R.Rza, X.Rza və baş-
qaları yaratmışdır. Bu, məqbul hadisədir və poeziya-
mızın gələcək inkişafında sərbəst  şeirin özünəlayiq 
yer tutacağı heç bir şəkk-şübhə doğurmur. Sərbəst şe-
ir vəznsiz  şeir deyil, bu forma şeirdə mövcud olan 
bölgülərin sərbəstliyini  nəzərdə tutur. Məsələn, heca 
vəznində  ən çox yayılmış 3, 4, 5, 6 hecalı bölgüləri 
yerli-yerində  işlətməklə  bəzən 11, bəzən 8, yeri gə-
ləndə 3, 4 hecalı misralar yaradaraq onları bir-birinə 
qafiyələrlə bağlayıb gözəl ahəng və axıcılığa malik 
nəzm nümunələri yaratmaq olar. Həmin bu formaya 
güclü bədiiyyat, dərin, incə  məna, məzmun da veri-
lərsə yaranan şeir nümunələri, doğrudan da ecazkar 
olur, yuxarıda qeyd etdiyimiz kimi, sərbəst şeir təkcə 
heca yox, həm də  əruz vəznində yaradılır və  əruz 
vəznində yaradılan sərbəst  şeirin imkanları daha ge-
nişdir. 7, 8 növ bölgü hara, 72 növ təfilə hara? Şübhə-
siz ki, üstünlük 72 növün yaratdığı ahəng  və ölçüdə 
olacaqdır. 


114
 
 
Təəssüflər olsun ki, 20-30-cu illlərdə yaranan və 
sərbəst vəzn şüarı ilə XX əsrin az qala sonlarına qədər 
ədəbiyyatımızda cövlan edən bir başqa cərəyan da 
var idi. Həmin cərəyanın nümayəndələri Qərbdə  və 
Rusiyada kök salan tonik vəznə meyil salmış və hətta 
qafiyəyə qarşı belə  çıxmışdır. Onlar bir şeyi anlamaq 
istəmirdilər ki, dilimiz iltisaqi dildir, vurğusu sabit-
dir. Flektiv dillərə uyğun gələn tonik vəzni dilimizə 
uyğunlaşdırmaq olduqca çətindir. Daha doğrusu qey-
ri-mümkündür. Aleksandr Blok, Vladimir Mayakov-
skiyə doğma olan bir vəzn əslində bizim üçün yaddır. 
Xalq bu azad şeir, sərbəst vəzn müəlliflərini qəbul edə 
bilməyəcək. Tonik vəzn ədəbiyyatımızda həm nəzəri, 
həm də praktiki cəhətdən sayılmasa da, sillabik-tonik 
vəznin inkişafına və onun sərbəst  şeirdə  işlənməsinə 
M.Müşfiq, R.Rza, S.Vurğun və digər şairlərin yaradı-
cılığında rast olduğumuzdan, deyə bilərik ki, imkan 
vardır. Məsələn, Mayakovskinin: 
 
Я волком бы 
выгрыз 
          
бюрократизм. 
К мандатам 
почтения нету. 
– tonik vəznli şeir parçasını R.Rza: 
Mən qurd kimi  
gəmirərdim 
                            bürokratizmi. 
Mandatlara qarşı 
yoxdur hörmətim. 


115
 
 
– misraları ilə silllabik-tonik vəzndə  tərcümə etmiş-
dir. 
 
Və ya  Nazim Hikmətin 
 
Sən yanmasan, 
Ben yanmasam, 
Biz yanmasaq, 
Nasıl çıkar 
      Karanlıklar aydınlığa? 
 
– misraları da sillabik-tonik vəznindədir. 
Dediklərimizə yekun vuraraq onu arzulayardıq ki, 
hal-hazırda yazan və  gələcəkdə hünərini poeziya sa-
həsində  sınamaq istəyən  şairlərimiz  şeir yaradarkən 
məna, obrazlılıq, xüsusi deyim tərzi, qafiyə ilə yanaşı, 
vəznə də xüsusi diqqət yetirsinlər. Dünya poeziyasın-
da dil qanunlarımıza uyğun gələ bilən yaxşı, gözəl nə 
varsa, onu poeziyamıza gətirməkdən çəkinməsinlər. 
“Filan  şey dəbdədir, filan şey Qərbdə yaxşı qarşıla-
nır” – düşüncəsi ilə dil qanunlarımızı pozan bayağı, 
süni forma və ölçüləri (buna misal olaraq, repi göstər-
mək istərdik) incəsənətimizə gətirməkdən çəkinsinlər.  
 
Əruzşünas alim Zülfəli Zülfəliyev                
F.ü.f.d.,dos. Şəmil Sadıqov
 
 
 
 
 
 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə