Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

108
 
 
Hörmətli alimlərimizdən Sabir Əliyevin şifahi xalq 
ədəbiyyatımızda apardığı araşdırmalar və tədqiqatlar 
nəticəsində folklorumuzda əruz vəznində bir çox şeir 
nümunələrinin ortaya çıxarılması da həmin vəznin 
alınma olduğu barədə fikri təkzib edir. Çünki ayrı-
ayrı şairlərə hər hansı bir vəzndə nəyi isə yazdırmaq 
mümkün olduğu halda, bütün bir xalqa vəzn sarıdan 
zor etmək qeyri-mümkündür. Əruz vəznli nümu-
nələrə tarixi bilinməyən atalar sözləri, tapmacalar, 
nəğmələr, bayatılar və s. nümunələrdə külli miqdarda 
rast olunmaqdadır. Bütün bunlar əsas verir ki, aşağı-
dakı  nəticəyə  gələk: ”Əruz bir elm kimi ərəblər tərə-
findən yaradılmışdır, lakin bir vəzn kimi bütün Şərq 
xalqlarının ümumi malı olmuşdur. Deməli, o, bizim 
üçün də alınma deyil, öz milli şeir vəznimizdir. Axı 
min il poeziyanda işlətdiyin bir  vəznə “mənim deyil, 
özgənindir” söyləmək düzgün deyil”. 
Hecanı  həmişə milli şeir vəznimiz adlandırmışlar. 
O, təkcə bizim yox, əksər dünya xalqlarının milli şeir 
vəzni sayılmaqdadır. Poeziyasını,  əsasən,  əruz vəz-
nində yaradan ərəb və farslarda da heca vəznli şeirlə-
rə rast olunur. Onu beynəlxalq terminologiyada silla-
bik vəzn adlandırırlar. Bu vəzn misralarda hecaların 
kəmiyyət bərabərliyinə  əsaslanır. Bu baxımdan silla-
bik istilahı, öz dilimizdə olmasa da, düzgün termin-
dir. Heca vəzni istilahı isə mübahisələr doğurur. Axı 
yuxarıda adlarını çəkdiyimiz 6 vəznin hamısı hecaya 
əsaslanır. Onların yaranmasında da heca mühüm rol 
oynayır, onların da hamısı elə heca vəznidir. Təsadüfi 
deyil ki, Ü.Hacıbəyov, M.Ə.Sabir kimi dahilərimiz bu 
vəzni “barmaq hesabı”, “barmaq üsulu” vəzn adlan-


109
 
 
dırmışlar. Bu vəznə yeni bir ad vermək məsuliyyətini 
öz üzərimizə götürmək istəmədik. Ancaq arzu edər-
dik ki, hörmətli filoloq-alimlərimiz və terminologiya 
komitəsi bu işə diqqət yetirsin və indiyə  qədər heca 
vəzni adlanan vəznə daha dəqiq elmi ad versinlər. 
Əks təqdirdə biz də onu sillabik vəzn adı ilə adlandır-
malı olacağıq. 
Bu vəzn yazılı ədəbiyyatımızda Xətai yaradıcılığın-
da ilk dəfə  işlənməyə başlamışdır. Doğrudur, 
Q.Bürhanəddin,  İ.Nəsimi yaradıcılığında da bir sıra 
nümunələrin heca vəznində olduğu barədə fikirlər 
yürüdülür. Ancaq həmin nümunələr varsa da, yenə 
də çox az miqdardadır. İlk dəfə onu yazılı ədəbiyyatı-
mıza Şah İsmayılın gətirdiyi faktı isə təkzibolunmaz-
dır. Hecada vəzn rəngarəngliyi əruza nisbətən müqa-
yisə olunmaz dərəcədə bəsitdir. Düzdür, poeziyamız-
da, nəzəriyyə kitablarında söylənildiyi kimi 2 hecalı-
dan tutmuş 16 hecalıya qədər və bunların müxtəlif  
bölgü quruluşu ilə ifadə olunmuş heca vəznli ölçülər 
vardır. Lakin onlar əruzun 72 növü, 267 variant qəlibi 
qarşısında say və ahəngdarlıq baxımından müqayisə-
yə gələ bilməz. Ancaq folklorumuzun, aşıq şeirimizin  
və XVI əsrdən etibarən yazılı  ədəbiyyatımızın böyük 
bir qismi bu vəzndə yaradıldığı üçün, millətimizin bir 
nümayəndəsi onu asanlıqla duyub, həmin vəzndə ya-
zılan  şeirləri oxuya bildiyi üçün heca vəzni digər 
vəznlər arasında xüsusi hörmətə layiqdir.  
“Avesta”dakı “Qat”ların, “Dədə Qorqud”dakı şeir 
nümunələrinin heca vəznində olduğunu ehtimal və 
təsdiq edənlər var. Bundan əlavə, A.A.Tufarqanlı, 
Xəstə Qasımı, Sarı Aşığı, Aşıq Alını, Aşıq Ələsgəri və 


110
 
 
s. çıxsaq  Ş.İ.Xətai, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, 
Ə.Cavad, S.Vurğun, S.Rüstəm, M.Şəhriyar və s. kimi 
böyük sənətkarlarımız  əsərlərinin  əsas bir qismini 
məhz bu vəzndə yazmışlar. Aşıq Qurbanidən üzü bə-
ri dədə  aşıqlarımız  şeirlərini bu vəzndə qoşmuşlar. 
“Koroğlu” kimi bir eposumuzun bütün şeirləri heca 
vəznindədir. 
Rübai  şeir vəznlərimizin üçüncüsü və sonuncusu-
dur. Mənşə etibarilə farslar tərəfindən yaradılan bu 
şeir vəzni farsdilli ədəbiyyatımızda daha çox işlən-
mişdir. Qətran, Xaqani, Nizami, Nəsimi kimi şairləri-
mizin yaradıcılığında rübainin gözəl farsdilli nümu-
nələrini görə bilərik.  Şərq  ədəbiyyatında rübainin ən 
böyük ustadı Ömər Xəyyam, bizim poeziyamızda isə 
Məhsəti Gəncəvidir. Türkdilli ədəbiyyatımızda rübai 
vəzninin gözəl nümunələrinə Füzuli, Nəbati, S.Ə.Şir-
vani kimi şairlərin yaradıcılığında rast oluruq. 
Apardığımız araşdırmalar nəticəsində XX əsrin 
əvvəllərindən etibarən türkdilli ədəbiyyatımızda rü-
bai vəzninin işlənmədiyi, unudulub getdiyi müşahidə 
olunmaqdadır. Doğrudur, rübai forması  ədəbiyyatı-
mızda işlənmişdir. Lakin şairlərimizin rübai adı ilə 
yazdığı  şeirlərin hamısı heca vəznli dördlüklərdən 
ibarət olmuşdur. Hətta Xaqani və Məhsətinin rübailə-
ri də heca vəznli dördlüklər formasında tərcümə edil-
mişdir. Lakin rübaini rübai edən onun özünəməxsus 
vəznidir. “Ərəb, fars, türk-azəri və s. Yaxın Şərq ədə-
biyyatında (rübainin nəzəri olaraq, ümumiyyətlə) 24 
vəzn növü var. Lakin Azərbaycan  ədəbiyyatında rü-
bai vəzncə 6 növdə yazılmışdır” fikrini söyləyən  
prof.  Ə.Cəfər rübaini vəzncə  əruzdan fərqləndirmiş, 


111
 
 
onun ayrıca bir vəzn növü olduğunu bildirmişdir. 
Rübai mənşə eibarilə əruz vəzninə daxil deyil. Əruzu 
ərəblər, rübaini farslar yaratmışlar. Rübai vəzni ancaq 
rübai janrında yazılan  şeirlərə  tətbiq olunur. Qəzəl 
janrında tətbiqini istisna  hal kimi ancaq Q. Bürhanəd-
dində müşahidə etmişik. Bu vəzn əruz və heca vəzn-
lərinə nisbətən  poeziyamızda az işlənmişdir. XX əsr-
də isə yuxarıda qeyd etdiyimiz kimi tamamilə unu-
dulub getmişdir.  
Gənc şairlərimizdən Hacı Rüfət Əliyevin (Rafiqoğ-
lu) XX-XXI əsrlərin qovşağında nəşr etdirdiyi “Toy 
çaldır Qarabağda” kitabında 6 rübaiyə rast oluruq. 
Həmin rübailər rübai vəzninin I və II növlərindəndir. 
Rübai vəzninin yenidən poeziyamıza qayıtması se-
vindirici haldır. Arzu edərdik ki, bundan sonra rübai 
janrında  şeir yazmaq istəyən  şairlərimiz onu heca 
vəznində yox, öz vəznində yazsınlar. 
Yuxarıda qeyd etdiyimiz  üç şeir vəznindən başqa 
poeziyamızda mənsur şeir və sərbəst şeir adlanan şeir 
formaları da vardır ki, onlar haqqında fikirlərimizi si-
zinlə bölüşməyi vacib bilirik. 
Mənsur şeirdə məani, bədii, bəyan çox qüvvətli ol-
duğu halda, vəzn və qafiyə bir o qədər gözlənilmir. 
Bu baxımdan onu şeir adlandırmaq mümkün olsa da,  
nəzm adlandırmaq məqbul deyildir. Mənsur  şeirdə 
bəzən vəzn və qafiyə ünsürlərinə də rast gəlmək olur. 
Lakin bu şeirlərdə olan vəzn əruz və heca vəznli şeir-
lərdə olduğu kimi ahəngdar və səlis deyildir. Burada-
kı vəzn  eyni bölgü və təfilələrin, yəni eyni kəmiyyət 
və keyfiyyətin təkrarından yox, vəzncə müxtəlif par-
çaların ritmik təkrarından yaranır. Bu ritmik parçalar 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə