Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

132
 
 
insanın asanlıqla qəbul edə biləcəyi fikirlər deyildi. 
Bunun üçün gərək beynində SafAğ  işığı olsun. Bey-
nində bu işıq olanlar və ya bu işığı görmək istəyənlər 
onun yazdıqlarını duya və ya anlaya bilərlər. Hüseyn 
Cavid heç də təsadüfən “Şeyx Sənan” əsərində Səna-
nın və Xumarın  əl-ələ tutub uçduğunu yalnız ruhu 
pak olanların gördüyünü yazmamışdır. O pak ruhla-
rı – SafAğ  işıqlarını yalnız saflaşmışlar görə bilərdi. 
Nəzərə alsaq ki, beyinlərimizin işığı sönüb, onda biz 
İsa Muğannanın 40 ilə yaxın bir zamanda SafAğ elmi 
haqqında yazdıqlarını necə başa düşə bilərik? 
“İdeal” romanındakı “Qapalı dünya”, “Eysar çar-
mıxda”, “Peyğəmbərin möhürü” kimi hissələri və on-
dan sonra bu ideyanı daha da dərinləşdirib “Cəhən-
nəm”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq”, “İlan də-
rəsi və ya peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” kimi 
əsərləri ağlı başında olan heç kim yaza bilməz. Çünki 
bu ağıl göylərlə əlaqəyə girə bilmirsə, ordan qidalana 
bilmirsə, onları nə düşünə və  qələmə ala bilər, nə də 
anlaya...  İnsan göylərlə – Yaradanla əlaqəyə girməyi 
və onu eşitməyi bacardığı bir zaman ağlı-SafAğ  işığı 
başındakı  kəllə sümüyündən  ət qeyri-iradi fikirlər 
söylər. “Həyatımdan səhifələr” oçerkini vərəqlədikcə 
görürük ki, İsa Muğanna ağlı başından çıxıb göyləri 
gəzən və eşidən bir OdƏrdir...   
 
*** 
İsa Muğannanı tarixi keçmişimiz, insanın yaradı-
lışı, mifik düşüncələr maraqlandırsa da, o, çağdaş cə-
miyyətimizdə gedən proseslərə heç bir zaman biganə 
qalmamışdı. 85 yaşlı yazıçı iki eynəyi üst-üstə geyə-


133
 
 
rək, böyük bir lampa işığında oxuyub-yazmasına bax-
mayaraq, milli taleyimizə təhlükə olan bütün məsələ-
ləri izləyir, öz analitik düşüncələrini istər müsahibələ-
rində, istərsə son yazdığı povest və romanlarında 
ürək ağrısı ilə  qələmə alırdı.  İsa Muğanna yerlə gö-
yün əlaqəsindən danışır, qədimdə yerdə olanların xə-
bərini göylərdən aldığını deyirdi. Orxan Fikrətoğlu-
nun “Ölü mətn” romanında deyildiyi kimi, “Hələ 
göydən səs, mələk, fikir və adam gəlməkdədir. Qeyb-
dən xəbər eşidənlər var. Bizim elin kahininə Dədə de-
yirlər. O, bizim mətnimizi yazır”. Bu ifadələr sanki 
İsa Muğannanı ifadə edir. Hətta Orxan Fikrətoğlunun 
Cəlil Məmmədquluzadəyə ruhən bağlılığı göstərir ki, 
özünü Cəlil  ədəbi məktəbinin yetirməsi hesab edən 
Muğanna yaradıcılığının ikinci mərhələsi-magik rea-
lizmi Orxan Fikrətoğluna da təsir etmişdir. Bu baxım-
dan “Ölü mətn”də adı keçən təhrifsiz Dədə elə  İsa 
Muğannanın prototipidir, demək olar.  
Yaranışının tarixi və səbəbləri bilinməyən erməni-
türk düşmənçiliyi mövzusunda hələ “Cəhənnəm”, 
“Qəbiristan” romanlarında yazmış yazıçı “Qırx kisə 
qızıl” və “Söz yarası” povestlərində bu mövzuya ye-
nə toxunmuş, düşmənin fitnəkarlığını bir daha gös-
tərməyə çalışmışdır. 
  
*** 
İsa Muğanna “İdeal” romanında qoyduğu bir ide-
yanı – “Xalqların vahid kökü və vahid dili” ideyasını 
“Qırx kisə qızıl” povestində çox anlaşıqlı bir dillə qə-
ləmə almışdır. Öz prinsiplərindən vaz keçməyən, bə-
şərin taleyi düşüncəsinin carçısı olan filosof-yazıçı bu 


134
 
 
əsərində SafAğ elmini başa düşməyənlərə müəllimlik 
etməyi qarşısına məqsəd qoymuşdur. Düzdür, müəl-
lifin bu müəllimliyi-ustadlığı bütün əsərlərində var, 
amma bu əsərdə ustad sənətkar sanki dediklərinin 
dərin mənasını anlamayan şagirdlərinə bütün bu mət-
ləbləri daha asan, daha sadə və bir az da onun ruhuna 
daha yaxın olan əhvalatlarla yoğuraraq çatdırmışdır.  
“Qırx kisə qızıl” povesti bir gəncin-Zahidin dilin-
dən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale kita-
bı əsərin baş qəhrəmanı Zahid və Nəsibənin saf sevgi-
sinin təqdimi ilə gərilmiş fikirləri sanki sığallayır, ox-
şayır. Amma bu şirin sevgi nəğməsi bir həyat fəlsəfə-
sini özündə daşıyır. 
Əsərdə erməninin dilindən danışılan “Aşıq Qərib” 
dastanının əsli, sözsüz ki, rəmzi mənadadır. Bütün ta-
rixçilərin gəldiyi bir qənaət var: bütün insanlığın və 
türkün qədim tarixi bu gün gizli qüvvələr tərəfindən 
gizlədilir və ya təhrif edilmiş formada bizə  təqdim 
edilir.  İsa Muğanna da “Aşıq Qərib” dastanının  əsil 
variantını bu əsərdə  təqdim etməklə, tarixi şəxsiyyət 
olan Məmmədhüseyn Təhmasibi bir obraz kimi təsvir 
etməklə, hətta Məhəmmədhüseyn Təhmasibi bu das-
tanın  əsl variantını  nəşr etdirməməkdə günahlandır-
maqla, Ermənistandakı gizli “Matenadaran” kitabxa-
nası haqqında “Matenadaran əməkdaşı” Karens Ka-
rapetyanın dilindən danışmaqla, Mircəfər Bağırovun 
antimillət fəaliyyətini təqdim etməklə, Göyçə mahalı-
nın ermənilərə necə verilməsini, insanların necə köçü-
rülməsini göstərməklə türk dünyasını öz tarixini araş-
dırmağa, düzgün kimliyini bilməyə  səsləyir. Tarixi 


135
 
 
əsərləri özünə mövzu seçən bədii əsərlərin bir funksi-
yası da bu olmalıdır, bizcə. 
Yazıçının bir çox əsəri kimi, “Qırx kisə  qızıl”ı da 
vərəqlədikcə, sanki, tarixi bir əsər oxuduğunu, bitir-
dikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin 
də tarixi əsər olduğunu düşünürsən. Çünki bədii ədə-
biyyat olmasına baxmayaraq, o qədər inandırıcı bir 
dil, fakt var ki, dəhşətə gəlirsən. Bəlkə də, İsa Muğan-
nanın yazdıqları bir tarixdir və oxucuların dəli olma-
ması üçün adını bədii ədəbiyyat qoyub. Axı nə qədər 
də olmasa, bədii ədəbiyyat təxəyyülün məhsulu kimi 
qəbul edilir. Amma biz dünya ədəbiyyatından da 
görmüşük ki, bu gün dünyanı heyrətə  gətirən texni-
kaların: yeraltı  gəmilərin, vertolyotların nəzəriyyəsi 
elə ilk dəfə Jül Vernin bədii  əsərlərində verilmişdir. 
Sonralar isə alimlər bu fantastik fikirlərdən bəhrələ-
nərək yeni ixtiralar etdilər və bu ixtiralar bu gün hə-
yatımızın  əsas amilinə çevrildi. Jül Vern deyirdi ki, 
bir adamın xəyal edəcəyini başqasının reallaşdırması 
çətin deyil. Bəli, bu gün, bəlkə  də, bizlərə  xəyal kimi 
görünən  İsa Muğanna ideyaları, açılmamış gizlin 
mətləblər, gizlin tarixlər bir gün bir tarixçi, arxeoloq 
tərəfindən kəşf ediləcək. 
İsa Muğanna yenə bir çox stereotipləri yıxdı. Çün-
ki əsərdə Uğur Mağarov, Mircəfər Bağırov, Məmməd-
hüseyn Təhmasib, Yemliyanov kimi tarixi şəxsiyyət-
lər və ya tarixi şəxsiyyətlərin prototipləri var. O, indi-
yə qədər kimsənin cürət edib söyləmədiyi bir fikri bə-
dii obrazın dilindən təqdim edir: “Karens necə hey-
rətləndisə, hətta dizləri üstə qalxdı. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə