Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

167
 
 
da, ürəyi bir o qədər də yuxa, məhəbbəti bir o qədər 
şirin olan bu gənc yazıçı dostum mükəmməl bir fan-
taziyaya sahibdir. 
Söhbətlərimizdə  dəfələrlə onu qınayıram ki, qar-
daş, sən kimyanı, biologiyanı bu qədər yaxşı bildiyin 
halda, niyə elmi-fantastik əsərlərə müraciət etmirsən? 
Cavabı isə bu olur ki, bildiklərimi yox, quraşdırdıqla-
rımı, özüm yaratdıqlarımı yazmaq istəyirəm. Bir yazı-
çıya da xas olan ən böyük xoşbəxtlik təxəyyülünün 
sərhədsiz olmasıdır. Əsərlərinin kompozisiyası, süjeti, 
məntiqi onun fərasətindən xəbər verir. Amma Müşfiq 
XAN heç vaxt özünü yazmır. Çünki o təkrarı sevmir. 
Təkrarsız olmağı bacarmaq isə böyük iradədən, cəsa-
rətdən, fədakarlıqdan irəli gəlir. 
Bir az da özünü sözü ilə  təbrik edən yazıçının 
əsərindən danışaq!
 
XANın  əsərini oxudum, həm də bir-neçə saata. 
Çünki başladığım andan əsər məni alıb apardı. Qatil 
üçün nekroloq romanı  ədəbiyyatımız üçün yeni bir 
üslubda, yeni janrda yazılmasa da, məncə, Müşfiq 
XANın yaradıcılığında yeni bir başlanğıc nöqtəsidir. 
Çünki bu əsərdə müəllif  ənənəvi detektiv oyunlarını 
kənara qoymasa da, maraqlı süjet, gərəkli ideya, dü-
şündürücü personajlar seçib. Bu əsərdə Müşfiq 
XANın gənc bir yazar kimi artıq dilinin cilalanaraq 
rəvanlaşdığının şahidi oluruq. Sadə bir dillə yazılma-
sına baxmayaraq, səmimi duyğuları  tərənnüm edən 
ifadələr, aforizm formalı cümlələr susuz bir adamın 
sudan aldığı ləzzətə bərabərdir. 


168
 
 
Əgər bir əsər kitabı bitirdiyin anda bitirsə, demək 
ki, ölümə  məhkumdur.  Əsərin maraqlı obrazı  şair 
Əhmədin dili ilə desək: “Yaxşı ki, varsan deyəcək-
dim, onda fərqinə vardım – çoxdan yox imişsən”. 
Bəli, bir bədii əsərin yaşama hüququ qazanması o za-
man olur ki, o əsər oxucunun ruhunu oxşasın, ürəyin-
dən keçənləri orda görsün və ya görmək istədiklərini 
orda tapsın. Bu baxımdan, Müşfiq XANın “Qatil üçün 
nekroloq”  əsəri mənim üçün bu dediklərimə cavab 
verən bir əsər oldu. Əsər bir ideya daşımırsa, cəmiy-
yətə bir mesaj vermirsə, mövzu aktual deyilsə, o sadə-
cə zəif bir qığılcımı xatırladır, demək. Müşfiq XANın 
bundan  əvvəl yazdığı  Sonuncu hədiyyə” və  “Ün-
vansız sevgi kimi romanları klassik xəfiyyə üslu-
bunda və daha çox şou xarakterli əsərlər olduğunu 
hiss etdirirdi. Bu əsər isə nəinki Müşfiq XAN yaradı-
cılığında, o cümlədən də Azərbaycan detektiv janrın-
da bir partlayışdır. 
Yanlış xatırlamıramsa,  ədəbiyya-
tımızda silsilə  qətllər törədən qatilə  həsr edilmiş elə 
bir  əsər yoxdur, qatilin kimliyini öncədən oxucuya 
bəlli edib, onun hüquq-mühafizə orqanları ilə oyu-
nunu təsvir edən tərsinə detektiv janrında əsər yazıl-
sın. Ola 
bilsin ki, Azərbaycan detektiv janrının  əsas 
sütunu Çingiz Abdullayevin bu tip əsəri olsun, lakin 
özündə böyük bir ideya daşıyan və cəmiyyətə “eybə-
cərliklər eybəcərlikdən törəyir” mesajını verməyə ça-
lışan bir əsərin məhz detektiv janrında yazılmasına 
inanmıram. Azərbaycan detektiv məktəbi daha çox 
Konan Doylun klassik detektiv metodunda yazılmış-
dır. Həsən Seyidbəylinin, Çingiz Abdullayevin, Elxan 
Elatlının özünəməxsusluqları  ədəbiyyatımıza yeni 


169
 
 
rəng qatmışsa da, bu əsərdə müəllif detektiv çalardan 
mahircəsinə istifadə edib əsl ədəbiyyat nümunəsi ya-
ratmışdır. Bunlar Müşfiq XANın axtarışlarının nəti-
cəsidir. Bu, ondan xəbər verir ki, müəllif peşəsinin us-
tadı olmaq üçün dünya ədəbiyyatını izləyir, araşdırır. 
Yaxşı mənada “Qatil üçün nekroloq” əsəri süjet baxı-
mından Jon Verdonun “Ağlında bir rəqəm tut”roma-
nını xatırladır. Baş qəhrəman Zahid Oxtəkin hər dəfə 
törətdiyi qətllərdən sonra psixi sarsıntılarının nəticəsi 
olan mesajlar buraxır. Hüquq-mühafizə orqanlarının 
şübhələrini yayındıraraq öz əməllərini rahatlıqla hə-
yata keçirir, iyrənc bəşəriyyətin intiqamını  bəşərdən 
iyrənccəsinə alır. Sovet dövrünün hərbi sahəsində iz 
buraxan özbaşınalıqlarını  tənqid hədəfinə tutan mü-
əllif obrazın “ədalət məhkəməsini” Zahidin sarsıntı-
ları üzərində qurur. Hərbi hissədə əsgər olarkən hələ 
dünyagörüşü formalaşmamış bir gəncin başına gəti-
rilənlər, onun alçaldılması Zahidi bir ömür boyu qisas 
hissi ilə yaşamağa sövq edir. Əsər boyu oxucuya da 
psixoloji təsir edən qatilin Bəsidir Qafar, yazıqdı, ya-
zıqdı, bəsidir, yazıqdı!” cümləsi sanki əlimizdən tu-
tub obrazın faciəsini göstərməyə sürükləyir. Oxucu 
sürükləndikcə nifrətin belində  çırpınır və sonda bir 
anlıq bir insan olaraq eyni cinsdən olduğun bəşər öv-
ladının  əməllərindən utanır və  əl-qolun sınıb yanına 
düşür. 
Günay adlı  qızlarla cinsi yaxınlıqdan sonra onları 
vəhşicəsinə öldürməsi bir komandirin əsgərə olan 
münasibətindən doğur. Və sonda Zahid komandirin 
sevgilisi olmuş Günaya olan sevgi və nifrətini bütün 
Günaylardan almağa başlayır.  Əsər boyu oxucunun 


170
 
 
gözündə nifrətəlayiq bir obraz kimi inkişaf etdirilsə 
də, müəllif sonda bu vəhşi obraza qarşı oxucuda mər-
həmət hissi yaratmağı bacarır.  Əsərin son bir neçə 
cümləsi bu hissi oxucuda yaratmağı bacarır:
 “İndicə 
ölüm xəbərini aldığı amansız qatil, Bəşirlinin nəzərin-
də on səkkiz yaşı yenicə tamam olmuş sütül, kömək-
siz və əzilmiş sıravi Azərbaycan əsgəri idi. Bir az əv-
vəl oxuduğu məktubun təsirindən çıxa bilməmişdi. 
İndi polkovnik keçmiş əsgərin ölümünə kədərlənəcə-
yini, yoxsa qatilin öldürülməsinə görə sevinəcəyini 
müəyyən edə bilmirdi...”
 
Müşfiq XANın  əvvəlki  əsərlərindən fərqli olaraq 
bu  əsərdə keçmiş polkovnik, detektiv Tomar Bəşirli-
nin rolu az hiss olunur. Bu da müəllifin obrazı ilə ob-
razlaşması prinsipindən vaz keçməsi deməkdir. Çün-
ki Müşfiq XAN bir çox əsərlərinin qəhrəmanı olan 
mayor Qüdrətovu elə bir sevgi ilə yaradırdı ki, sanki 
obrazına valeh olmuşdu. Hətta real söhbətlərində  də 
onun təəssübünü belə çəkirdi. Lakin bu əsərdə Tomar 
Bəşirlinin rolu demək olar ki, şişirdilmədən, pafosdan 
uzaq yaradılmışdır.  Şair  Əhməd obrazı hardasa mü-
əllifin prototipidir deyə bilərik. Onun şairanəliyi, sər-
bəst düşüncə sahibi olması, bəşəri problemlərə satirik 
üslubda göstərdiyi münasibət diqqət çəkir. 
Əhməd dostu olmuş qatil – Zahid haqqında sorğu-
ya çəkilən zaman, müstəntiqin sakit-sakit onu dinlə-
məsi zamanı:  
Yoldaş müstəntiq, deyirəm, sənin di-
lində bilməyən bir fağır, həm də kar adam ola. Otu-
rub onunla yavanlıqsız yıxılana qədər içəsən. Sonra 
da qoyasan qarşına bütün dərdlərini danışasan ona
”, 
 deyir. Bu bir cümləlik fikir bir insanın mənəvi boş-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə