Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

158
 
 
nın səbəblərini daha aydın izah edir. Bir çox insan 
Yerdə olan bəlaların, faciələrin, vəhşətlərin, dəhşətlə-
rin məhz göylərdən gəldiyinə bu gün də inanmaqda-
dır. Bütün dini kitabların söykəndiyi bir həqiqət var: 
Cənnətdən yerə qovulan və ya göndərilən ilk insan 
Adəmdir və bu ilk insan həm də ilk peyğəmbərdir. 
Bu gün bəşəriyyətin caynaqlarında can verdiyi nəfs, 
tamah, qan da elə Adəmin ailəsi ilə dünyaya tanışdır. 
Bu da onu deməyə əsas verir ki, göylərdən yerə gön-
dərilən Adəm özü ilə bir çox bəlaları gətirmiş və bəşə-
riyyətə miras qoymuşdur. Yuxarıdakı misralara diq-
qət etdikdə, Muğanna həqiqətinin nüvəsində göylərin 
paklığından danışıldığını görərik. Bəlkə  də, məhz bu 
səbəbdəndir ki, insan övladı  bəzən də  məcazi anlam 
daşıyan göylərdən, qutsal yaşam tərzindən qovuldu 
və dünyamıza göndərildi. (Bəlkə də, Adəm yerə endi-
rilməmişdən öncə yerdə yaşayanlar vardı və bu yaşa-
yanların xisləti pozulmamış, korlanmamışdır. Bəlkə 
də, Adəm və arvadının Tanrı  dərgahından qovulan-
dan sonra yer üzündəki özbaşınalıqlarının qarşısını 
almaq üçün öz nurundan yaratdığı yeni bir qövmü 
Yerə göndərib. İstənilən halda Göy Yerdən daha pak 
və daha aydındır, həm materiya, həm də ideya baxı-
mından.) 
Göylərin kir, ləkə, hiylə, təhrif saxlamadığı üçün 
aqil insanların  əksəriyyəti kimi Muğanna həqiqət 
Ününü yalnız göylərdən eşitmək istəyirdi. Çünki gü-
nah ifadəsi göylərdə yaşayanların nə  ağlından keçir, 
nə də dillərinə gəlirdi. Ustad sənətkarın eşitdikləri və 
ya eşitmək istədikləri isə o qədər batini mənalarla 
yüklü idi ki, yerdəki insan bunu anlamaqda və  dərk 


159
 
 
etməkdə  çətinlik çəkirdi. “Ün” poemasının misraları 
isə bu simvolların açılmasında çətinlik çəkənlər üçün 
daha sadə dillə sirli elmi izah edir. 
Həmin batini elmdir, dindir ki, “bu din (və bütün 
dinlər) məhəbbət dinidir. Qanun və ehkam yığıntısı 
deyil. Biz ərəblərin, bizə “əcəm” deyərək ixrac etdik-
ləri din adlanan dəbilqənin altında can vermək üzrə-
yik! (buna deyərlər, həyəcan siqnalı, yoxsa “din əldən 
getdi, qoymayın, millət kafir oldu”. Bunlar hamısı 
boş-boş şeylərdir.) Din bizimdir... Amma ərəb dövlət-
çiliyi tarixi bizim deyil. Din bizimdir... Amma İran şi-
əliyi bizim deyil. Mən  İmadəddin Nəsiminin təqdim 
etdiyi Həzrəti Mühəmmədi sevirəm! O, Hərra mağa-
rasında “Hu” deyərək, özündən gedən aşiqdir. Mən 
Xətayinin vəsf etdiyi Əlini sevirəm! O Əli ki, mənə 4-
cü xəlifə olaraq lazım deyil”. (6, səh. 43) Xalq şairi Zə-
limxan Yaqubun “Ün” lirik poeması bütövlükdə  İsa 
Hüseynov-İsa Muğanna yaradıcılığını özündə ehtiva 
edən dəyərli bir əsərdir. Poema yaradıclığının demək 
olar ki, olmadığı dövrdə bu cür bir əsərin yazılması 
istər nəzmin, istərsə  də  tərənnümün  ən incə  məqam-
ların, zərif və ilahi mətləblərin daşıyıcısı olduğunu bir 
daha sübut edir. 
Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması axıcı 
dili, üslubu, daşıdığı tarixi əhəmiyyəti ilə XXI əsr 
Azərbaycan  şeirinin qızıl fonduna düşəcək,  ədəbiy-
yatşünaslığın  ən maraqlı  tədqiqat obyekti kimi yaşa-
yacaq əsərlərdəndir.  
 
Kaspi qəzeti. 07 dekabr 2014-cü il 
 


160
 
 
Ədəbiyyat 
 
1.  İsa Muğanna. Seçilmiş  əsərləri. 6-cı cild. Bakı, 
“Avrasiya-press”, 2009.  
2. Azərbaycan jurnalı, Zəlimxan Yaqub “Ün”, 
№10, 2014. 
3. Mən Onsuz da Əbədiyəm. X.Ulutürk. “Gənclik” 
2003.  
4.  İsa Muğanna Seçilmiş  əsərləri. 6-cı cild. Bakı, 
“Avrasiya-press”, 2009. 
5. Kredo qəzeti. № 44 (799) 31 oktyabr, 2014. 
6. İsa Muğanna, “İlan  dərəsi”.  2013. 
7. Fəxrəddin Salim. “Milli Yaddaş sistemində 
Ürfan və təsəvvüf”. Bakı, Elm və təhsil, 2010.  
 
 
 
 
 
 


161
 
 
Ümman boyda bir sevgi 
 
Qanun Ümmanın yaradıcılığa uşaq ikən başladığı-
nı bilirəm. Deyirlər, şair olmurlar, şair doğulurlar. Bu 
fikri Qanun Ümmanın timsalında tərəddüdsüz qəbul 
etmək olar. Qədim və tarixi sirləri köksündə yaşadan 
Naxçıvan torpağının bədii fikir tarixinə böyük ustad-
lar, mütəfəkkirlər bəxş etdiyini hamımız yaxşı bilirik. 
Hər səhər yuxudan durub təmiz havanı ciyərlərinə 
çəkəndə  İlanlı dağın uca zirvəsini görüb şair olma-
maq, atanın  əlindən yapışıb Mömünə Xatun türbəsi-
nin yanından keçəndə, oradakı seyrəngahı görəndə 
şairin özünün dediyi kimi “qələmin  əldə od tutub 
yanmaması”,  Şahbuzun, Ordubadın köksündəki Ba-
tabat gölünü, Göy-gölü görüb ruhun coşmaması, öz 
köynəyini yırtmaması, Əlincə qalasının əzəmətindən, 
Araz çayının zümzüməsindən ilham almamaq müm-
kün deyil. Əhatəsində olduğun insanlar haqq sözə 
qiymət verdikdə, azadlıq eşqindən daima sərxoş ol-
duqda, zülmün boynuna güclü haqq biləyi kimi do-
laşdıqda sənin haqq sözü demək üçün vətənpərvər 
şair olmamağa haqqın yoxdur. Qanun Ümmanın bu 
mühitdə böyüməsi, onun sözdən qanadlanmış qələm 
atına sahib olması heç də təsadüfi deyil. 
Şairin adının və təxəllüsünün çox maraqlı olduğu 
diqqətdən yayınmır. Adın hələ dünyaya yenicə göz 
açdığı bir zamanda qoyulması adi bir haldır. Amma 
adla xarakterin üst-üstə düşməsi zamanın və  əməllə-
rin məcmusudur. Doğrudan, bu qələm sahibi məişət-
də qaydalara çox ustalıqla əməl edir. Onun yaşam tər-
zinin istənilən sahəsində bir qayda, bir qanun var. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə