Яли Щясянов, Адил Вялийев
14
tem anlayışı, həm də iqtisadi mühitin, rəqabəti və qarşıdurmanı
təşkil edən əsas siniflərin (qrupların) arasındakı qarşılıqlı mü-
nasibətlərin, ziddiyyətlərin inkişaf dərəcəsindən asılı olaraq
dövlətin bütün siyasi həyatını əhatə edir.
Siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsi-
ni, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi qu-
ruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibət-
lərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir;
siyasi hakimiyyət və təsisatların (partiyalar, ictimai təşkilatlar
və s.) fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönü-
münü müəyyən edir.
Cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilava-
sitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasi-
təsi ilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıq-
ların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-
ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir. Bu maraqlar
qəbul edildiyi təqdirdə onlar siyasi idarəetmə strukturları tərə-
findən qərarların qəbulu və həyata keçirilməsi yolu ilə ger-
çəkləşdirilir.
Siyasi sistemin əsas struktur
elementlərinin xarakteristikası
Siyasi sistemin strukturunu cəmiyyətin əsas institutları
hesab olunan dövlət (öz orqanları və təşkilatları ilə birlikdə),
siyasi partiyalar, ictimai hərəkatlar və təşkilatlar (sosial, dini,
milli, həmkar və s. xarakterli) təşkil edir.
Hər bir ölkənin siyasi sistemində hakim yer dövlət və
onun orqanlarına məxsusdur. O, bütün cəmiyyətin təşkilatı
çərçivələrini təyin edir, hüquqi normaların köməyi ilə öz və-
təndaşlarının və mülki təşkilatların davranışını formalaşdırır,
təşəbbüslərini dəstəkləyir.
Dövlət özü-özlüyündə ən kütləvi siyasi təşkilat funksiya-
sını icra edərək bütün cəmiyyət üzvlərini təmsil edir. Düzdür,
dövlət idarəçilik sistemindən asılı olaraq bütün ölkələrdə və-
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
15
təndaşların rəsmi siyasətə təsiri və rolu eyni olmur. Lakin istə-
nilən halda mövcud dövlətin vətəndaşı olmaq özü-özlüyündə
hər bir vətəndaş üçün məcburi məsuliyyət, hüquq və qanuni
haqlar yaradır. Əgər hər hansı partiya və ictimai təşkilata üzv-
lük vətəndaşın öz istəyi ilə reallaşır və yalnız üzvlərə hansısa
üstünlük yaradırsa, vətəndaş statusu daşıyan hər bir fərd öz öl-
kəsinin malik olduğu maddi və mənəvi resurslardan yararlan-
maq, dövlətin qanunlarından və s. üstünlüklərdən istifadə et-
mək üçün bərabər şəraitə malik olur. Əslində öz fəallıq dərəcə-
sindən asılı olaraq hər bir vətəndaş dövlət həyatında ayrıca bir
siyasi partiya və digər təşkilatın malik olduğu qədər hüquqa
malikdir və cəmiyyət həyatında onlar qədər iştirak edə bilər.
Dövlət cəmiyyət həyatında və xarici aləmdə mövcud olan
bütün digər institutlar və vətəndaşlar qarşısında suveren hü-
quqlara malikdir. O istənilən qərarı müstəqil şəkildə qəbul
edib, vətəndaşları qarşısında məsuliyyət daşıyır. Düzdür, müa-
sir dünyada dövlət öz qərarlarını həm xarici beynəlxalq, həm
də daxili institutların rəyi ilə uzlaşdırır. Lakin bu heç də döv-
lətin suveren hüququnu əlindən almır.
Dövlət istehsalat və digər maddi, mənəvi resursların sahi-
bi kimi çıxış edərək mülkiyyətçi rolunu icra edir. Onun malik
olduğu mülkiyyət bütün ölkə vətəndaşlarının ümumi sərvəti
hesab olunur və cəmiyyətin inkişafına xidmət edir.
Digər siyasi institutlardan fərqli olaraq dövlət həm də ge-
niş hüquqi və idarəetmə sisteminə malikdir və cəmiyyət həya-
tının bütün sahələrinə nəzarəti öz əlində saxlayır, qanunlar qə-
bul edir, onların icrasını təmin edir, ictimai davranış qaydala-
rını qoruyur.
Dövlət tək siyasi deyil, digər – hüquqi, texniki, iqtisadi,
mədəni və s. funksiyaları da icra edərək, başqa siyasi institut-
lardan ciddi fərqlənir. Dövlətin siyasi sistemi və idarəetmə
institutları bütöv cəmiyyətin, ayrı-ayrı insanların ideya və
Яли Щясянов, Адил Вялийев
16
maraqlarının dinamik münasibətlərini: siyasi hadisələri əks et-
dirən tələblər və bu tələblərin həyata keçirilmə prosesini özün-
də əks etdirir. Hətta, canlı siyasi proseslər müstəvisi, demək
olar ki, yox dərəcəsində olan avtoritar dövlətlərdə belə, haki-
miyyət başında durana mütləq tabe olmalarına baxmayaraq,
idarəedənlərin fəaliyyətində insanların cəhdlərini və istəklərini
daim özündə əks etdirən hansısa bir gizli ictimai təsir möv-
cuddur.
Dövlət cəmiyyət həyatının, siyasi inkişafın, iqtisadi, sosial
və mədəni proseslərin inkişaf strategiyasını müəyyən edir,
davranış normalarını yaradır, qanuna çevirir və onlara əməl
olunmasına nəzarət edir. Bütün məsələlərin həlli və təklif olu-
nan dəyişikliklərdə də son və həlledici səs dövlətə məxsusdur.
Dövlət orqanlarının ahəngdar və şəffaf fəaliyyəti siyasi
sistemin həlledici amili sayıldığından onun təmin edilməsinin
ən optimal yolu kimi müasir demokratik dövlətlərdə hakimiy-
yət bölgüsü tətbiq edilir. Qanunverici, icraedici və nəzarətedici
orqanlar yaradılır ki, bu da demokratik inkişafı təmin edir.
Siyasi sistem xalqın suverenitetinin, tam hakimiyyətinin
reallaşdırıldığı zəruri mexanizmdir. İstənilən cəmiyyətin siyasi
sistemi, onun sabitliyini, həyat qabiliyyətini və cəmiyyət həya-
tının şəffaflığını təmin edə biləcək müəyyən mexanizmlərin
mövcudluğu ilə səciyyələnir. Bu mexanizmlərin köməyi ilə
sosial ziddiyyətlər və münaqişələr təhlil və həll olunur, müxtə-
lif ictimai hərəkat, siyasi qurum və təsisatların səyləri bir araya
gətirilir, ictimai inkişafın əsas məqsədi, istiqaməti və dəyərlə-
rinə münasibətdə ümumi konsensusa nail olunur.
Demokratik dövlətlərdə siyasi sistemin əsas tərkib hissələ-
rindən biri siyasi partiyalardır. Bu institutlar bir qayda olaraq
ayrı-ayrı qruplar (şəxslər) tərəfindən yaradılaraq siyasi haki-
miyyətə gəlmək, yaxud ona təsir etmək yolu ilə özlərinin, tə-
rəfdarlarının və təmsil etdikləri digər qrupların marağını real-
laşdırmaq məqsədi daşıyırlar. Siyasi partiyalar cəmiyyətdə ha-
Dostları ilə paylaş: |