D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
22
məsələ başqa cürdür. Bu xörək Rusiyada və bütün dünyada səciyyəvi
Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o
cümlədən də dağlılara daha çox tanışdır. Şaşlıq sözünün adına gəlincə,
baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda,
hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan
da var – İ.M.) öz dillərinin lüğət ehtiyatından çıxış edib onu izah edə
bilməz”.* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx narodov. M.Leqka i
pişeva promışlennost. 1983, s. 118)
Bugünkü ədəbi dilimizin lüğət tərkibində bir çox arxaikləşmiş
yemək adlarına rast gəlmirik. Təbiidir ki, onlar nə vaxtsa işlək olmuş,
xalqın məişətində, mətbəxində geniş yer tutmuşdur. Bunlardan eləsi var
ki, mənaca daralmış (məsələn, aş sözü kimi), bəziləri isə ədəbi dilimiz
üçün köhnəlmişdir. Tamam köhnəlmiş “Kitabi-Dədə Qorqud”da işlənmiş
yemək adlarından bəzisinə nəzər salaq:
Bazlamac (bozlamac) variantına da təsadüf edilir. “Kitabi-Dədə
Qorqud” dastanlarında sac üstə bişən fətir mənasında bazlamac sözünə
rast gəlirik: Gəldin ol kim soldıran soydır, mapadanca yerindən uru turar,
əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvdək yoğurd kəvəzlər,
toyınca tıqa-basa yeyər,
əlin bögrinə urar, aydır (FZ,SƏ, KDQ, 33).
Bozlamaş indiki Gülüstan is. –doğramac... Güllü qarı bir boşqab
bozdamaş qayırıb. /ADDL, 84-85/.
V.V.Radlovun lüğətində isə bazlama şəklində işlənir: bazlama
/osm./ Pirojnoe s iz sloenoqo testa s medom – qatlama şəkilli ballı pirojna
/Radl. T. IV, ç.2, s.1546/. Hinduşah Navçıvaninin “Sihah ül-əcəm”
lüğətində “bozlamac-yağlı çörək” mənasında qeyd olunmuşdur.
“Bozlamac” adının mənşəyi maraqlıdır. “Buz” sözü Midiyada
“kefləndirici içki” mənasında işlənmişdir. Midiyada buslar adlı bir qəbilə
olub ki, bu da kefləndirici içki hazırlayan deməkdir. Azərbaycanlılarda
isə maya sözünün acıtma və xama şəklində olması da maraqlıdır. “Xama”
termini isə Midiya dilindı “Xuoma” xatırladır ki, bu da müqqədəs
“şənləndirici içki” deməkdir”. Zənnimizcə, fətir və içki sözləri arasında
heç bir yaxınlıq yoxdur, bu ancaq olsa-olsa bir ehtimaldır.
Azərbaycan dilinin lüğət tərkibində ən qədim vahidlərdən olan
geyim adlarına da “KDQ” boylarında tez-tez rast gəlirik: kəpənək
(yapıncı), çəpkən,börk, don, kaftan (qaptan), kürk, ədük, külah və s.
“KDQ” boylarında milli türk sözlərilə yanaşı külah (baş geyimi) fars
alınmasına da təsadüf edirik:
Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc
dərisindən külah etsə, qulaqlarını örtmiyən, qolı-budı xırancə , uzun
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
23
baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi (c.
49-50).
Möhtəşəm mənəvi abidəmiz “Kitabi-Dədə Qorqud”da toy
mərasiminə, habelə müxtəlif milli adət-ənənlərimizə
də aid qiymətli sətir-
lər çoxdur. Dastanda elçilik “kiçik düyün”, toy “ulu düyün”, “ağır dü-
yün” adlandırılır. Bu gün el arasında işlənən “beşikkərtmə”, “beşik-
kəsmə”, nişanlı ifadəsi “Kitabi-Dədə Qorqud” boylarında öz əksini
tapmışdır: “Baybican bəg aydır: “Bəglər, allah-təala mana bir qız verəcək
olursa, siz tanıq alın: Mənim qızı Bayborə bəg oğlına beşikkərtmə
yavuqlu olsun.- dedi” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 52)
“Dügün” sözünün ədəbi dilimizin tarixində işlənmə mənzərəsini,
müddətini öyrənmək baxımındam aşağıdakı mülahizə də razılıq doğurur:
“dügün – ziyafət, böyük qonaqlıq. Bu söz XX yüzilliyin əvvəllərinə
qədər toy sözü ilə çox tez-tez sinonim kimi paralel şəkildə işlənmişdir,
indi isə bir sıra dialekt və şivələrdə təsadüf olunur. Ehtimal ki, toy feil
əsasına aiddir. bunun fonetik inkişafını belə təqdim etmək olar: toy-
toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi
azerbadjanskoqo yazıka. Dok. Disş, Baku, 1973, s. XIX).
Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci
istəmə adəti də qədim tarixə malikdir. Bu adət “Kitabi-Dədə Qorqud”
boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi
aşağıdakıları istəyir: “Dəli Qarçar aydır: “Bin buğra gətürün kim, maya
görməmiş ola. Bin dəxi ayğır
gətirün kim, heç qısrağa aşmamış ola.
Bin dəxi
qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün mana”- dedi” (c. 56).
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan türklərinin qədim
məişətini dolğun əks etdirən əvəzsiz abidədir. dastanın boylarında bir çox
məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar: Aya
(sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür
çadır), buqağu-buxov, qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik
(nənni), süylük (şiş, kabab şişi), tənəf (çadır ipi), çəlbir (qantarğa)
(Gətirdiyimiz məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə
nəşr etdirdiyi “KDQ” dastanından seçmişik). “Kitabi-Dədə Qorqud”
dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin, xalqımızın
mənəvi və maddi varlığı ilə əlaqədar söz və deyimlərin bolluğu diqqəti
çəkir: Əlbəttə, bütün bunları aşkarlamaq üçün əsaslı, ciddi araşdırmalar
zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk.
“KDQ” boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi,
habelə xalqımızın məişətini,
həyat tərzini,
məşğuliyyətini və nəhayət, özgün-
lüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında