17
4-12 bala verir. Əlverişli şəraitdə Kiçik Asiya qumsiçanı 30-70 sm
dərinlikdə qurduqları yuvaların sahəsi 2-4 m
2
-a çatır (Şəkil 21).
İran qumsiçanı (
Merionas persicus Blandford).
Lənkəran
zonasının dağətəyi dəmyə torpaqlarında, Naxçıvanda, Qarabağın
dağətəyi bölgələrində geniş yayılmışdır. Əsasən, mədəni buğda və
arpa əkinləri sahələrinə zərər vuraraq dənlərlə qidalanır. Payızda
yaşıl kütlə ilə də qidalana bilir. Fəsillərdən asılı olaraq, qışda
gündüz, yayda gecə həyat tərzi keçirir. Bütün il boyu çoxala bilir.
İran qumsiçanının yuvaları nisbətən kiçik 1,5-3 m
2
sahə tutmasına
baxmayaraq, yuvaları bir neçə mərtəbə olmaqla daha dərinə gedir
(40-120 sm). İran qumsiçanı dənlə qidalanmaqla yanaşı, böyük qış
ehtiyyatı yığır. Bu onun mədəni buğda və arpa əkinlərinə vurduğu
zərəri daha da çoxaldır (Şəkil 22).
Gəmiricilərə qarşı mübarizə tədbirləri aqrotexniki müba-
rizə məqsədilə, məhsul yığımından sonra sahədə önkotancıqlı
kotanla 25-30 sm dərinliyində şum aparılmalıdır. Bu tədbir siçan
yuvalarının məhv olmasına, onların üst qatlarının dağılmasına,
kiçik yaşlı siçan balalarının məhvinə səbəb olur. Yetkin fərdlər isə
yuvadan çıxıb başqa yerlərə gedərkən təbii düşmənlərin hücumuna
məruz qalaraq kütləvi surətdə azalır. Şumlama taxılın ətraf köv-
şənlik sahələrində də aparılmalıdır. Ətrafda olan qanqal, dəvə-
dabanı, qaratikan sahələri altında olan torpaqlar da dərin şumlan-
malıdır. Dağlıq Qarabağın işğal altında olan, baxımsız torpaq
sahələrində çölsiçanının kütləvi surətdə artaraq mədəni əkin
sahələrinə zərər vurması halları hər il müşahidə edilir. Belə
baxımsız sahələr aradan qalxmalı və mədəni əkin dövriyyəsinə
qayıtmalıdır.
Məhsulun tez və itkisiz yığılması, növbəli əkin sisteminin
tətbiqi zərərvericiyə qarşı vacib aqrotexniki mübarizə
tədbirlərindən hesab edilir.
Kimyəvi mübarizə. Bu məqsədlə siçanabənzər gəmiricilərə
qarşı müxtəlif aldadıcı yemlər hazırlanıb yuvalara qoyulur. Alda-
dıcı yemlər bitkilərin yaşıl kütləsindən, yoncadan, arpa, buğda və
qarğıdalının yaşıl yarpaqlarından və dənlərdən hazırlanır. Ən
səmərəli aldadıcı yem 1 kq buğda dənini 30-40 qram bitki yağında
isladıb üzərinə 100-120 qr sink-fosfid zəhəri əlavə edərək
18
qarışdırmaqla əldə edilir. Buğda dəni qabaqcadan odda
qovrulmalıdır ki, sahədə yuvaya qoyulduqdan sonra cücərməsin.
Hazırlanmış aldadıcı yemdən hər yuvaya 10-15 ədəd dən
qoyulur və üstü örtülür. Aldadıcı yemlərin norması, yuvaların
sayından asılı olaraq, 4-6 kq/ha-dır.
Qarğıdalı zərərvericiləri
Azərbaycanda qarğıdalıya ziyan vuran başlıca zərərvericilər
pambıq sovkası, payızlıq əkin sovkası, məftil qurdlar, qarğıdalı
gövdə kəpənəyi, mənənələr və siçanabənzər gəmiricilərdir.
Pambıq sovkası (
Chlorida obsoleta F.). Azərbaycanın bütün
bölgələrində yayılaraq qarğıdalının qıçalarına, erkək çiçəklərə
(süpürgələrə), yarpaqlara və gövdəyə zərər verir. Zədənin xarakteri
sovkanın inkişaf vaxtının qarğıdalının hansı vegetasiya dövrünə
düşməsindən asılıdır. Pambıq sovkası, əsasən, qarğıdalının süd
yetişmə mərhələsindən sonrakı dövrlərində güclü zərər vurur
(Şəkil 23).
Pambıq sovkasının yetkin fərdi kəpənəkdir və qanadları
açıldıqda 30-40 mm-ə çatır. Qabaq qanadlar bozumtul-qonur, tünd
qəhvəyi və yaxud qonur rəngdə, arxa qanadlarsa sarımtıl-ağ,
kənarları tündləşmiş qəhvəyi rəngdədir. Pup fazasında torpağın 3-8
sm dərinliyində və bitki qalıqları altında qışlayır.
Puplardan çıxmış kəpənəklər yumurtalarını yarpaq, gövdə və
yaxud qıçaların saçaqları üzərinə qoyur. Yumurtadan çıxmış ilkin
yaşda olan tırtıllar qıçanın saçaqları ilə qidalanırlar. 3-cü yaşdan
sonra onlar qıçanı deşərək içəri daxil olur. Çirklənmə ilə müşayət
olunan deşiklər, qıçanın içərisinə daxil olan yağış suları müxtəlif
xəstəliklərin də yaranmasına səbəb olur. Əksər tırtıllar öz
qidalanmasını bitirdikdən sonra qıçanın içində puplaşır.
Payızlıq əkin sovkası (Aqriotis segetum Schiff.). Qanadları
açıldıqda ölçüləri 40-50 mm olub, qonurumtul-boz və ya tüng-
qonur rəngli kəpənəklərdir. Qanadları üzərində çəpinə dalğalı
xətlər və üç böyrəkvari yumru ləkə vardır. Tırtıllar bozumtul
torpaq rəngindədir. Uzunluğu 52 mm-ə qədərdir, 6-7 dəfə qabıq
Şəkillərin kataloqu
Şəkil 2. İtaliya çəyirtkəsi -
Calliptamus italicus L
Şəkil 3. Ziyankar bağacıq -
Eurygaster integriceps Puta
Şəkil 1. Asiya çəyirtkəsi -
Locusta miqratoria L.
Şəkil 4. Taxıl böcəyi - Zabrus
tenebriodes eleqantus Men.
Şəkil 6. Taxıl sümürtgəni - Anisoplia
Austriymca major Roiff
Şəkil 5. Ağqalxanlı sümürtgən -
Anisoplia Cast.
19
Şəkil 12. Adi taxıl sovkası
-
Hadena
basilinea Schift.
Şəkil 8. Adi taxıl mənənəsi -
Schizaphis qraminum Rond.
Şəkil 7. Xaçlı sümürtgən -
Anisoplia Farraria Eq
Şəkil 10. Böyük taxıl mənənəsi -
Sitobion avenae F.
Şəkil 9. Arpa mənənəsi -
Brachycolus noxius Mordv.
Şəkil 11. Buğda tripsi -
Haplothrips tritici Kurd
20