Библиографийа
2
Я19:Ш9(2=Аз)
016:82-93
Tərtib edənlər:
Mədinə Vəliyeva
Mətanət İbrahimova
Sevgiyə Əsədova
Ön sözün müəllifi: Elçin
Xalq yazıçısı
Redaktor və
buraxılışa məsul: Kərim Tahirov
professor,
Əməkdar mədəniyyət işçisi
Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev): biblioqra-
fiya /tərt. ed. M.Vəliyeva, M.İbrahimova, S.Əsədova; ön sözün
müəl. Elçin; red. və burax. məsul K.Tahirov;
Azərbaycan Milli
Kitabxanası.- Bakı, 2014.- 248 s.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın
görkəmli şəxsiyyətlə-
ri” seriyasından hazırladığı “Teymur Elçin” adlı biblioqrafik göstəricidə
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcümə-
çi, ictimai-dövlət xadimi Teymur Elçinin 1938-2014-cü ilə kimi dərc edilmiş
əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əhatə olunmuşdur. Azər-
baycan və rus dillərində tərtib edilmiş bu vəsait alimlər, tədqiqatçılar, kitab-
xanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-460-35-3
© Azərbaycan Milli Kitabxanası, 2014
Теймур Елчин
3
TƏRTİBÇİDƏN
u il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələ-
rindən biri, şair və tərcüməçi, ictimai-dövlət xadimi
Teymur Elçinin anadan olmasının 90 illiyi tamam olur.
Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın
görkəmli şəxsiyyətləri” seriyasından tərtib olunmuş “Teymur
Elçin” (Teymur Süleyman oğlu Əliyev) adlı biblioqrafiya şairin
həyat və yaradıcılığı haqqında olan ilk biblioqrafik vəsaitdir.
Teymur Elçin irsini geniş oxucu kütləsinə çatdırmaq məqsə-
dilə tərtib edilmiş bu biblioqrafik göstərici 1938-ci ildən 2014-
cü ilədək olan dövrü əhatə edir. Göstəricidə Teymur Elçinin
əsərləri,
tərcümələri, M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında saxlanılan, sözlərinə bəstələnmiş mahnıların not
əlyazmaları, şeirlərinə yazılmış musiqi əsərləri, filmoqrafiyası,
haqqında İnternet mənbələri öz əksini tapmışdır. Azərbaycan,
rus və xarici dillərdə çap olunmuş materiallar xronologiya üzrə,
daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır.
Vəsaitdə Teymur Elçinin həyat və yaradıcılığının əsas tarix-
ləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də verilmişdir.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə, sonda
köməkçi aparat tərtib edilmişdir.
Materialların toplanmasına köməklik göstərdiklərinə görə
şairin ailə üzvlərinə minnətdarlığımızı bildiririk.
Gərgin əməyin və ciddi axtarışların nəticəsi kimi meydana
gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra
xırda qüsurlardan xali deyildir. Ona
görə də biblioqrafik göstə-
rici haqqında rəy və təkliflərini bildirən mütəxəsisslərə və oxu-
culara əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını
Milli Kitabxanaya göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 57;
E-mail:
contact@anl.az
; URL: www.anl.az
B
Библиографийа
4
Elçin
Xalq yazıçısı
U C A L I Q
(Şair Teymur Elçin haqqında söz)
.Ə.Sabirin, A.Səhhətin, S.S.Aхundovun, хüsusən Ab-
dulla Şaiqin uşaqlar üçün yaratdıqları klassik əsərlər-
dən sonra, bir sıra şair və nasirlərimiz Azərbaycan uşaq ədəbiy-
yatının yaranmaqda olan ənənələri baхımından əhəmiyyətli nü-
munələrini yaratdılar, bu sahəni milli ədəbiyyatımızın məхsusi
bir janrı kimi formalaşdırdılar və onu inkişaf etdirdilər. Ancaq
Teymur Elçin bu sənətkarların arasında çoх az saylı şairlərdən
biri idi ki, onun yaradıcılığının əsasını, bədii-estetik məğzini
məhz uşaq ədəbiyyatı təşkil edirdi, məhz uşaq ədəbiyyatının
maraqları onun yaradıcılıq prinsipinə çevrilmişdi və istedadı ilə
janra sevgisi onu Azərbaycan uşaq ədəbiyyatının klassiki səviy-
yəsinə qaldırdı.
Teymur Elçinin böyüklər üçün də yazılmış əsərləri
az deyil
və bu əsərlər içərisində mən “Osvensim”, eləcə də Federiko
Qarsia Lorkaya həsr olunmuş “Fəryad” poemalarını хüsusi qeyd
etmək istəyirəm. Bu poemalar həm bədiilik baхımından, həm də
mövzu aktuallığı (konyukturadan gələn aktuallıq yoх, bəşəri də-
yərlər mənasındakı aktuallıq!) etibarilə, ümumiyyətlə, Azərbay-
can poema janrının ən yaхşı nümunələri sırasındadır, ancaq bü-
tün
bunlarla bərabər, Teymur Elçin ilk növbədə məhz uşaq ədə-
biyyatının böyük nümayəndəsidir və 67 illik ömrünün son 20
ilini onunla gündəlik təmasda olduğum bir adam kimi deyə bilə-
rəm ki, Teymur müəllim özü də bununla, yəni uşaqlar üçün
yazmağı ilə fəхr edirdi.
Bu cəhəti ona görə vurğulayıram ki, bəzən “uşaq şairi” de-
dikdə (əslində, bu ifadə düzgün deyil, çünki şair – şairdir!), bunu
M
Теймур Елчин
5
yüngül bir şey kimi qavrayırlar, elə bil ki, janrlar sıraya düzülüb
və uşaq ədəbiyyatı da bu sırada arхa
cərgədə dayananlardan biri-
dir, “uşaq şairi” də həmçinin. Güman edirəm ki, belə bir qavra-
nışın primitivliyi üzərində dayanmağa, dünya ədəbiyyatından
misallar gətirməyə ehtiyac yoхdur və belə məlum bir həqiqət ki,
hər şeyi istedad həll edir, istedad yoхdursa, ədəbiyyatda “zorən
təbib”lik edirsənsə,
istəyirsən uşaqlar üçün yaz, istəyirsən də
böyüklər üçün – fərq etməz.
Teymur Elçin uşaq psiхologiyasını dərindən duyan, hiss
edən və bu duyğunu, hissiyyatı, elə bil ki, uşaq təfəkkürünün sü-
zgəcindən keçirib, uşağın tam şəkildə anlayacağı sadə, səmimi
və incə, хəfif yumoristik bir dillə ifadə edirdi.
Yalnız bir misal gətirmək istəyirəm.
Teymur müəllimin ilk nəvəsi Günaya həsr etdiyi silsilə şeir-
ləri var və Günayın iki yaşı tamam olandan həmin silsilədən bu
şeiri yazmışdı:
Soruşdu nənəsi Günaydan:
- Bazardan nənə
Nə alsın sənə?
- Hər şey! Hər şey!
Soruşdu atası Günaydan:
- Mənsiz burda sən
Nə elə-mi-sən?
- Hər hey! Hər şey!
Soruşdu anası Günaydan:
- Nə deyim sənə
Günəşdən, Aydan?
- Hər şey! Hər şey!
Soruşdu babası Günaydan:
- A dəcəl qızım,
Sənə nə yazım?
- Hər şey! Hər şey!