288
lanmış MBGE nümunələrinin mübadiləsi Elmi-Texniki Şura
tərəfindən təsdiq edilmiş nümunəyə uyğun hazırlanmış Ma-
terial Mübadiləsi Sazişi əsasında aparılır.
- Nümunələr kolleksiyaya daxil edilməzdən əvvəl fitosanitar
nəzarətindən keçirilir və fumiqasiya edilir.
- MBGE nümunələri toxumçuluq şirkəti, tədqiqat proqramı
və ya digər kolleksiya sahibləri tərəfindən kolleksiyaya
bağışlandığı halda, toxumlarla birgə nümunələrin pasport mə-
lumatları, taksonomik təsnifatı, milli adı və donorun iden-
tifikasiya nömrəsi də verilməlidir.
- MBGEMK nümunələrinə Elmi-Texniki Şura tərəfindən təs-
diq edilmiş formada milli unikal identifikasiya nömrəsi verilir.
- Nümunələrlə eyni populyasiyadan herbarilər götürülür.
- Pasport məlumatları olmayan MBGE nümunələri milli
kolleksiyaya qəbul edilmir. Onlar genbanka müvəqqəti sax-
lanmaya qoyulur, milli kolleksiyanın məlumat bazasında
müvafiq qeyd aparılır və ona müvəqqəti nömrə verilir.
Toxumların qurudulması və mühafizəsi
Növündən asılı olaraq, bütün toxum nümunələri saxlan-
madan öncə +5
o
C-dən +20
o
C-yə qədər temperaturda və 10 faiz
nisbi rütubətli mühitdə qurudulur.
Qısamüddətli saxlanmada toxumlar ətraf mühit tempe-
raturunda qurudulmalıdır.
Qurutmadan sonra uzunmüddətli saxlanma üçün bütün
toxum nümunələri münasib germetik konteynerlərə yığılaraq
möhürlənir. Lakin nümunəyə tez-tez müraciət etməyə ehtiyac
olduqda, toxumları germetik olmayan
konteynerlərdə saxlamaq
da mümkündür. Toxumların saxlanması üçün müxtəlif
konteynerlərdən, o cümlədən şüşə, tənəkə, plastik konteyner-
lərdən və laminasiyalı alüminium folqadan istifadə edilir.
Saxlanma zamanı müntəzəm olaraq toxumlarda nəmliyin
miqdarı ölçülməlidir.
Əsas kolleksiyalar uzunmüddətli şəraitdə -18±3
o
C tempera-