Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   81   82   83   84   85   86   87   88   89

286 
lara uyğun olaraq xüsusi təchiz edilmiş orta və uzunmüddətli 
təhlükəsiz saxlanma şəraitində mühafizə edilən, həmçinin 
xüsusi dövlət tingliklərində - sahə genbanklarında saxlanan 
çoxillik mədəni bitkilərin genetik ehtiyatlarından və onların 
yabanı  əcdadlarından ibarət olan kolleksiyalar. Bu kolleksi-
yalar milli sərvət statusuna malikdir; 
2. Aktiv işlək kolleksiyalar -mədəni bitkilərin genetik ehti-
yatlarının nümunələrindən ibarət olan, orta müddətli saxlanma 
şəraitində mühafizə olunan, öyrənilmək, elmi, seleksiya və 
maarifləndirici proqramları  təmin etmək, eləcə  də müxtəlif 
istifadəçilərlə mübadilə  və başqa məqsədlər üçün nəzərdə 
tutulmuş bitki ehtiyatları kolleksiyaları; 
3. Dublikat kolleksiyalar - mədəni bitkilərin genetik ehtiyat-
larının öyrənilmək və müxtəlif proqramlarda istifadə olunmaq 
məqsədi ilə müəyyən təşkilatların istifadəçilərinə verilən, 
həmçinin "qara qutu" prinsipi ilə gözlənilməz hadisələr və təbii 
kataklizmlər vaxtı  təhlükəsiz qorunub-saxlanma üçün başqa 
genbanklara (beynəlxalq və xarici genbanklar da daxil olmaq-
la) verilən dublikat nümunələrinin qorunduğu kolleksiyalar; 
4. Genetik kolleksiyalar - seçmə  və ya təcrübi metodlarla 
yaradılan, bir və ya bir neçə əlamətə görə irsi fərqləri aşkara 
çıxaran növdaxili formaların genetik ehtiyatlarının nümunə-
lərindən ibarət olan kolleksiyalar; 
5. Özək kolleksiyalar - növün əsas genetik müxtəlifliyini mi-
nimum miqdarında  əhatə edən nümunələrdən ibarət kollek-
siyalar; 
6. Herbari kolleksiyaları - bitki aləmi müxtəlifliyinin öy-
rənilməsinin mühüm vasitəsi olmaqla yabanı  və  mədəni bit-
kilərin və onların yabanı əcdadlarının herbari nümunələrindən 
ibarət kolleksiyalar; 
7. DNT və RNT kolleksiyaları - yüksəkmolekulyar genom və 
(və ya) klonlaşdırılmış formada saxlanan, bitki mənşəli genetik 
ehtiyatların nuklein turşuları nümunəsindən ibarət olan 
kolleksiyalar. 
 


287 
Toxumların toplanması 
 
- Hər bir nümunə toplandıqdan və ya bərpa edildikdən 
sonra Milli Genbanka verilir. 
- Toplanma toxumların yetişmə dövrünə mümkün qədər 
yaxın vaxtda və onların təbii dağılması başlayana qədər həyata 
keçirilir. 
- Toxumun yığılması ilə qurutma mühitinə keçirilməsi ara-
sında optimal vaxt 3-5 gün olmalıdır. 
- Yeni toplanmış toxumlar yaxşı ventilyasiya olunan kon-
teynerlərə yerləşdirilməlidir. Burada temperatur 30
0
C-ni və 
nisbi rütubət (RH) 85 faizi keçməməlidir. 
- Yığım zamanı nümunənin ilkin taksonomik təsnifatı, yığım 
sahəsinin üçölçülü (coğrafi enlik, uzunluq, hündürlük) koordi-
natları, toplanmış bitkilərin arealının təsviri, toplanmış bitki-
lərin miqdarı ilə bağlı məlumatlara, həmçinin düzgün saxlan-
ma üçün zəruri olan digər məlumatlara dair formalar, o 
cümlədən bitkilərin pasport identifikatorları  tətbiq edilməlidir 
(1, 2 və 3 nömrəli əlavələr). 
- Toxum nümunələrinin minimum ölçüsü allellərin 95 faiz 
saxlanması  və ya nümunələr götürülən populyasiyanın faktiki 
ölçüsü üçün yetərli olmalıdır.  
- Toplanmış hər bir nümunə qəbul edilmiş standarta uyğun 
olaraq nömrələnir. 
 
Toxum nümunələrin kolleksiyaya  
daxil edilməsi 
 
-  Milli kolleksiyalara bütün toxum nümunələri müvafiq 
sənədləşmə əsasında daxil edilir.  
- Ölkə daxilində aparılmış ekspedisiya nəticəsində toplanmış 
nümunələr müvafiq qaydada qəbul edilir və təmizləmədən son-
ra genbankda saxlanmaq üçün soyuducu kameraya yerləşdi-
rilir və ya bərpaya göndərilir. 
- Azərbaycan Respublikasının hüdudlarından kənarda top-


288 
lanmış MBGE nümunələrinin mübadiləsi Elmi-Texniki Şura 
tərəfindən təsdiq edilmiş nümunəyə uyğun hazırlanmış Ma-
terial Mübadiləsi Sazişi əsasında aparılır.  
- Nümunələr kolleksiyaya daxil edilməzdən əvvəl fitosanitar 
nəzarətindən keçirilir və fumiqasiya edilir.  
- MBGE nümunələri toxumçuluq şirkəti, tədqiqat proqramı 
və ya digər kolleksiya sahibləri tərəfindən kolleksiyaya 
bağışlandığı halda, toxumlarla birgə nümunələrin pasport mə-
lumatları, taksonomik təsnifatı, milli adı  və donorun iden-
tifikasiya nömrəsi də verilməlidir. 
- MBGEMK nümunələrinə Elmi-Texniki Şura tərəfindən təs-
diq edilmiş formada milli unikal identifikasiya nömrəsi verilir.  
- Nümunələrlə eyni populyasiyadan herbarilər götürülür. 
- Pasport məlumatları olmayan MBGE nümunələri milli 
kolleksiyaya qəbul edilmir. Onlar genbanka müvəqqəti sax-
lanmaya qoyulur, milli kolleksiyanın məlumat bazasında 
müvafiq qeyd aparılır və ona müvəqqəti nömrə verilir. 
 
Toxumların qurudulması və mühafizəsi 
 
Növündən asılı olaraq, bütün toxum nümunələri saxlan-
madan öncə +5
o
C-dən +20
o
C-yə qədər temperaturda və 10 faiz 
nisbi rütubətli mühitdə qurudulur.  
Qısamüddətli saxlanmada toxumlar ətraf mühit tempe-
raturunda qurudulmalıdır. 
Qurutmadan sonra uzunmüddətli saxlanma üçün bütün 
toxum nümunələri münasib germetik konteynerlərə  yığılaraq 
möhürlənir. Lakin nümunəyə tez-tez müraciət etməyə ehtiyac 
olduqda, toxumları germetik olmayan konteynerlərdə saxlamaq 
da mümkündür. Toxumların saxlanması üçün müxtəlif 
konteynerlərdən, o cümlədən  şüşə, tənəkə, plastik konteyner-
lərdən və laminasiyalı alüminium folqadan istifadə edilir.  
Saxlanma zamanı müntəzəm olaraq toxumlarda nəmliyin 
miqdarı ölçülməlidir. 
Əsas kolleksiyalar uzunmüddətli şəraitdə -18±3
o
C tempera-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə