Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   81   82   83   84   85   86   87   88   89

283 
XIX FƏSİL 
 
 BİTKİLƏRİN  TOXUMLARI VASİTƏSİLƏ  
QORUNMASI VƏ SAXLANMASI 
 
Mədəni bitkilərin genetik ehtiyatları  əsasən toxumları 
vasitəsilə çoxaldılır və qorunur. 
Toxumların qorunmasında məqsəd mədəni bitkilərin milli 
genofondunu təşkil edən mədəni bitkilərin, onların yabanı  əc-
dadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və  gələ-
cək nəsillər üçün zəmanətli qorunub-saxlanılmasını, onları hər-
tərəfli öyrənməklə  ərzaq məhsulları istehsalında, kənd təsər-
rüfatı  işlərinin dayanıqlı aparılmasında, elmi-tədqiqat, selek-
siya və digər fəaliyyətlərdə istifadəsini, bitki materiallarına 
olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin  ərzaq, 
ekoloji və bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılma-
sını təmin etməkdən ibarətdir. 
Toxumların saxlanmaya hazırlanması, saxlanması, daimi 
monitorinqi, nümunələrin artırılması  və  hərtərəfli öyrənilməsi 
üçün elmi və texniki tələblərə uyğun  şərait olduqda həyata 
keçirilir. 
Azərbaycan üçün prioritet sayılan bitkilərin müxtəlifliyini
həmçinin endem, nadir, itmək təhlükəsi olan bitki növlərini və 
növdaxili müxtəlifliyini, yerli xalq seleksiyası sortlarını, 
seleksiya proqramları üçün mühüm əhəmiyyət daşıyan və digər 
qiymətli genetik materialları toxumları vasitəsilə saxlayırlar. 
Mədəni bitkilərin genetik ehtiyatları  əsasən toxumları va-
sitəsilə çoxaldılır və qorunur. Bura aşağıdakılar aiddir: 
1. mədəni bitkilərin yabanı əcdadları və onların yaxın növ-
ləri və növdaxili müxtəlifliyi; 
2. ərzaq, bəzək və dərman təyinatlı yabanı bitki materialı; 
3. yerli. xalq seleksiyası sortları;  
4. elmi seleksiya sortları (becərilən, istifadədən çıxarılmış və 
ya tövsiyə olunan sortların milli kataloquna daxil edilməmiş);  


284 
5. seleksiya xətləri, təsərrüfat  əhəmiyyətli  əlamətlərin 
mənbəyi və donorları; 
6. məxsusi genetik materiallar (mutantlar, hibridlər, nişan-
lanmış  xətlər, biotexnologiya üsulları ilə yaradılmış bitki for-
maları); 
7. genetik məlumatın  əsas daşıyıcıları - nuklein turşuları 
(DNT və RNT)); 
8. mədəni bitkilərin genetik ehtiyatlarından istifadə hüquq-
ları. 
 
Toxumların mühafizəsi və səmərəli istifadəsi sahəsində 
fəaliyyətin əsas prinsipləri 
 
Toxumların mühafizəsi və  səmərəli istifadəsi sahəsində 
fəaliyyətin əsas prinsipləri aşağıdakılardır: 
1.  Toxumların mühafizəsi və  səmərəli istifadəsinin təmin 
edilməsi məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi 
əsaslarla uzlaşdırılması; 
2. Toxumların mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar 
fəaliyyətin planlaşdırılması zamanı aqroekosistemlərin təbii və 
sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması; 
3. aqrofitomüxtəlifliyin qorunub-saxlanması  və istifadəsi 
üzrə fəaliyyətin bu sahədə mövcud qanunvericiliyin tələblərinə 
uyğun həyata keçirilməsi; 
4. aqroekosistemlərdə  təsərrüfat və ya digər fəaliyyətin 
səbəb olduğu antropogen çirklənmənin müəyyən edilməsi və 
onun qarşısının alınması; 
5. gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən 
alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı 
istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb 
olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların 
aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması. 
6. Toxumların milli genofond nümunələrinin  əldə edilməsi 
şərtlərinin və onların istifadəsindən alınan gəlirlərin bərabər 
paylanma mexanizmlərinin müəyyən edilməsi və  həmçinin bu 


285 
ehtiyatların toplanması, təhlükəsiz qorunub-saxlanması, öyrə-
nilməsi və istifadəsi qaydalarının müəyyən edilməsi. 
7.Azərbaycan Respublikasının bir sıra bitkilərin ilkin və 
ikinci  əmələgəlmə  və  mədəniləşdirmə  mərkəzi olmasını sübut 
etmək və Azərbaycan xalqı  tərəfindən yaradılmış bitki sort-
larının mənşəyini təsdiq etmək məqsədilə genetik pasportlaş-
dırmanın həyata keçirilməsi; 
 8. Azərbaycan xalqına məxsus ənənəvi mədəni bitki brend-
ləri siyahısına daxil olan bitki nümunələrinin öz xarakterik 
xüsusiyyətlərinin və adaptiv xassılırini qazandığı  ərazilərdə 
becərilməsinin stimullaşdırılması. 
Azərbaycan Respublikasının Milli Genbankında (bundan 
sonra Milli Genbank) ümummilli dəyərə malik mədəni bit-
kilərin genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və 
nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, 
formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları 
üçün  əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit 
seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat 
materiallarının toxumları toplanır, orta və uzunmüddətli saxla-
ma şəraitində etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, 
elmi və digər məqsədlər üçün paylanır, hərtərəfli öyrənilir, 
səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir, 
məlumat bazası yaradılır. 
 
Toxumları ilə qorunan mədəni bitkilərin genetik 
ehtiyatlarının milli kolleksiyalarının qrupları 
 
Toxumları ilə qorunan mədəni bitkilərin genetik ehtiyatları-
nın milli kolleksiyaları öz təyinatına uyğun olaraq aşağıda-
kıqruplara bölünür:  
1.  Milli baza kolleksiyaları - mədəni bitkilərin genetik eh-
tiyatlarının milli kataloquna daxil edilən, bu ehtiyatların qiy-
mətli və nadir nümunələrindən ibarət olmaqla müvafiq müx-
təlifliyi mümkün qədər tam əhatə edən, əlaqələndirici institutun 
strukturunda yaradılmış milli genbankda beynəlxalq standart-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə