Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

269 
məqsədilə kompleks dən təmizləyici maşınlardan (OVP-
20;OS-4.5;SM-4 və s.) keçirilir. 
Toxumun biçimdən sonrakı işlənməsi təkrarolunmaz proses 
olduğuna görə işin bütün mərhələlərinə ciddi əməl olunmalıdır. 
Sortlaşdırılmış toxumun keyfiyyətinə toxumçu-aqronom daimi 
nəzarət etməlidir. 
Toxumtəmizləyən maşın başqa bitkinin və ya sortun toxu-
munun işlənməsində istifadə edildikdə o, əvvəliki bitki və ya 
sortun qalığından təmizlənməlidir. 
Toxumun saxlanılmasında onun digər fiziki-mexaniki xüsu-
siyyətləri ilə yanaşı tənəffüsü və nəmliyi nəzərə alınır. 
Havalanma şəraiti pis olduqda toxumun cücərmə qabiliyyəti 
azalır. Toxumun tənəffüsü onun nəmliyindən əhəmiyyətli dərə-
cədə asılıdır. Toxumun yaxşı saxlanılması üçün onun nəmliyi 
böhranlı nəmlikdən az olmalıdır. Böhranlı nəmlik buğda, arpa, 
çovdar üçün 14.5-15.5;dənli paxlalılar üçün 15.0-16.5; 
qarğıdalı üçüm 13.5-14.5 və günəbaxan üçün isə 8-10.0%-dir. 
Toxumun nəmliyi böhranlı  nəmlikdən artıq olduqda sax-
lanmaya davamsız olur. İri partiyada saxlanılan (2.5-3.0 m-dən 
hündür) toxumların nəmliyi böhranlı  nəmlikdən 1.5-2.0 aşağı 
olmalıdır. 
Nəmlikdən asılı olaraq aşağıdakı toxum qrupları  fərq-
ləndirilir
1. Quru toxumlar (nəmlik 14%-dən az) -saxlanmaya da-
vamlı; 
2. Orta quru toxumlar(14-15.5% nəmlikdə). Tənəffüsü quru 
toxumlara nisbətən 2-4 dəfə intensivdir. Saxlanmaya davam-
sızdır. 
3. Az nəmli toxumlar(nəmlik 17%-ə  dək). Quru toxumlara 
nisbətən 4-8 dəfə artıq tənəffüs edir. Saxlanmaya xüsusi diqqət 
tələb edir. 
4.  Nəmli toxumlar (17%-dən çox nəmli). Tənəffüsü quru 
toxumlara nisbətən 20-30 dəfə intensivdir. Saxlanmaya 
yararsızdır. 


270 
Qurutma zamanı toxumun cücərmə qabiliyyətini saxlaması 
üçün onun 40-45ºS-dən çox qızmasına yol vermək olmaz. Təzə 
yığılan toxumların cücərmə qabiliyyəti nisbətən az olur. Ona 
görə toxum səpilməzdən  əvvəl müəyyən müddət saxlanıl-
malıdır. 
Toxum saxlanılan anbar əvvəlcədən hazırlanmalıdır. Bu 
zaman köhnə  məhsulun qalıqları  və zibillər təmizləndikdən 
sonra dezinfeksiya olunmalıdır. 
Elit toxumların xüsusi kisələrdə saxlanılması tövsiyyə 
olunur. Toxum tökülən kisələr 15 sm hündürlüyündə  ağac 
altlıq üzərində yığılmalıdır. Üst-üstə yığılan toxum kisələrinin 
sayı bitkinin növündən asılı olaraq 5-8-dən çox olmamalıdır. 
Hər dakkanın və ya yığımın üstünə toxumun sortunu və səpin 
keyfiyyətini əks etdirən etiket (yarlıq) əlavə edilir. 
Təsərrüfatlar sorttəzələmə  və sortdəyişmə planına uyğun 
olaraq, vaxtaşırı yüksək nəsil toxumlar alıb, həmin toxumları 
öz sahələrində artırırlar. Toxumluq sahələrə  ən yaxşı, cins, 
mütləq çəkisi yüksək və standarta uyğun olan toxumlar səpil-
məlidir. Toxumluq sahələr ayrıldıqdan və  səpildikdən sonra 
fermer təsərrüfatlarının  adı, bitki və sortun adı, hektarı, 
toxumluq sahəsinə  təhkim olunmuş adamın familiyası, adı  və 
atasının adı, habelə vəzifəsi yazılmış lövhə vurulmalıdır. 
Toxumluq sahələrində yüksək aqrotexniki tədbirlər həyata 
keçirilməlidir ki, sortun səpin keyfiyyəti və torpağın münbitliyi 
artsın və  sahədə alaqlar məhv edilsin. Yüksək  aqrotexniki 
tədbirlərin tətbiqi nəticəsində, nəinki məhsuldarlıq artır, həm 
də toxumun cins keyfiyyəti yüksəlir. 
 
 
 
 
 


271 
XVII FƏSİL 
 
TOXUMLARIN SORT KEYFİYYƏTİNİN  
PİSLƏŞMƏSİ SƏBƏBLƏRİ 
 
Toxumun sort keyfiyyəti, yəni təmiz sortluğu toxum parti-
yasında olan başqa sortlara məxsus dənlərin miqdarı ilə 
müəyyənləşdirilir.   
Payızlıq bərk və yumşaq buğdaların sort təmizliyi Dövlət 
Standartlarının (DÜST) aşağıdakı  tələbinə cavab verməlidir: 
Elit toxumlar üçün 99,8%-dən yuxarı; birinci dərəcəyə məxsus 
olan birinci və sonrakı reproduksiyalı toxumlar üçün 99,5%; 
ikinci dərəcəyə  məxsus olan toxumlar üçün 99% ; üçüncü 
dərəcəli toxumlar üçün isə 95%. Standartlarda xüsusi olaraq 
qeyd edilmişdir ki, bərk buğdanın elit və birinci dərəcəli 
toxumlarında yumşaq buğda qarışıqları (sort qarışığı şəklində) 
0,1%-dən, ikinci dərəcəli toxumlarda isə 0,5%-dən çox 
olmamalıdır.  
Yazlıq və payızlıq arpanın (DÜST 10470-63), çəltiyin 
(DÜST 10250-62), noxudun (DÜST 10246-62) və başqa pax-
lalı bitkilərin sort təmizliyinin göstəriciləri buğdanınkı kimidir. 
Toxum istehsalı elə  təşkil edilməlidir ki, toxumsəpən maşın-
larda, kombaynda, xırmanda və anbarlarda baş verə biləcək 
mexaniki qarışığa yol verilməsin.  
Toxumluq  əkinlərində qarışıqlardan  ən çətin ayrılanı mor-
foloji və bioloji cəhətdən  əsas sorta oxşayan qarışıqlardır. 
Burada sortun biotipik tərkibini və  hətta özünü də itirmək 
ehtimalı yaranır. Çünki bu zaman ilkin toxumçuluq pitomnik-
lərində başqa sortları seçmək çətinləşir, ya da mümkün olmur.  
Toxumçuluqda mürəkkəb və ciddi vəziyyətlərdən biri də 
çətin ayrılan  və yüksək çoxalma qabiliyyətinə malik növ və 
cins qarışıqlarının olmasıdır. Buna misal olaraq buğdada 
çovdarın, vələmir əkinlərində yabanı vələmirin (yulafcanın) və 
arpanın, bərk buğdada yumşaq buğdanın olmasını göstərmək 


272 
olar. Ona görə də sort qarışıqlarına yol verilməməlidir.  
Yuxarıda deyildiyi kimi, sortların pisləşməsi aşağıdakı 
bioloji qanunauyğunluqların nəticəsində baş verir: 
1)  təbii tozlanma (bioloji zibillənmə);  
2)  haçalanma; 
3)  mutantların əmələ gəlməsi; 
4)  yeni və köhnə xəstəliklərə qarşı immunitetin azalması; 
5)  sortun ekoloji depressiyası 
 
Təbii tozlanma. Təbiətdə tam örtülü tozlanan  bitkilər 
yoxdur, çünki bunların özündə  də müəyyən miqdarda çarpaz 
tozlanma halı müşahidə olunur. Mədəni bitkilər içərisində  ən 
ciddi öz-özünü tozlayan bitki arpa hesab olunur. Lakin bu da 
bəzi meteoroloji  şəraitlərdə çarpaz tozlanmaya qadirdir. Öz-
özünü tozlayan bitkilər (məsələn, buğda) əkinlərdə bir-birindən 
aralı olmadıqları  və müəyyən miqdarda  açıq çiçəkləndikləri 
üçün sortarası, bəzən növarası spontan hibridləşmə baş verir. 
Belə hibridləşmə toxumçuluq üçün arzuolunmaz haldır. Çünki 
hibrid toxumların miqdarı 0,2-0,5% və daha çox ola bilir ki, 
heteroziqot toxumların alınması üzündən toxumçuluq  üçün 
qorxulu sayılır.  
Haçalanma.  Hibridlərin heteroziqotluğu nəticəsində bitki-
lərdə haçalanma yaranması əkinlərdə yeni sort qarışığının əmə-
lə  gəlməsinə  səbəb olur. Bu qarışıqlar (fərdlər) təkrar  əkinlər 
zamanı yenidən haçalanır və alınan bitkilər öz xarici görkəminə 
və bioloji xüsusiyyətlərinə görə əsas sortdan kəskin fərqlənir.  
Təbii çarpaz tozlanma nəticəsində yaranan toxumlar da 
haçalanmaya səbəb olur, nəticədə  əkinlərdə sort və növ 
alaqlarının miqdarını çoxaldır. Beləliklə, toxumluq  sahələrdə 
sort təmizliyi aşağı düşür.  
Mutantların  əmələ  gəlməsi.  Mutantların  əmələ  gəlməsi 
bioloji proses olub, bitki aləmində az miqdarda baş verir. Mu-
tantların yaranmasının səbəbləri çox (radioaktivlik, qidalanma 
şəraiti, işıqlanma və s.) olduğuna görə onlardan hansının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə