Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

262 
Aparılan aprobasiya sahələri xəstəliklərə tutulma dərəcəsinə 
görə iki qrupa bölünür: birinci qrup bitkilərin hommoza 
tutulması 5%-ə, viltə tutulması isə 10%-ə  qədər olan sahələr, 
ikinci qrupa isə bitkilərin hommoza tutulması 6-20%-ə  qədər, 
viltə tutulması 11-20%-ə  qədər, bar orqanlarının hommoza 
tutulması 1%-ə qədər olan sahələr daxil edilir.  
Kartofun aprobasiyası. 
Kartof bitkisində aprobasi-
yaya başlamazdan qabaq 
aprobator aprobasiya oluna-
caq sahəni müəyyən etməli 
və sonra aşağıdakı  sənədlər 
ilə: səpilən toxumun keyfiy-
yətini göstərən attestat, sort 
şəhadətnaməsi və aprobasi-
ya aktı, sort alağının vurul-
masına və toxumluq sahə-
lərin ayrılmasına dair aktla 
tanış olmalıdır.  
Eyni zamanda aprobator 
toxumluq sahələrində görülən aqrotexniki tədbirləri: torpağın 
becərilməsi növləri ilə vaxtını, verilən gübrələri, səpin vaxtını, 
toxumun səpin üçün hazırlanmasını, suvarma və sairəni müəy-
yənləşdirib aprobasiya aktının 3-cü qrafasına qeyd etməlidir.  
Tarla aprobasiyası kartof toxumluğuna məsul olan şəxsin 
iştirakı ilə aparılmalıdır. Aprobasiya aşağıdakı qayda ilə 
aparılır: sahədə aprobator və  təsərrüfatın nümayəndəsi sahəni 
nəzərdən keçirib, gözəyarı aqrotexniki tədbirlərin vəziyyətini, 
məhsuldarlığı qiymətləndirib, aktda qeyd edir. Sonra aprobator 
aprobasiya olunacaq sahəni, nümunə sahəsinin və bitkilərin 
sayını, nümunəarası  məsafəni müəyyənləşdirir. Nümunə  və 
bitkilər aşağıdakı qayda ilə: 15 hektara qədər olan sahədə 25 
nümunə  və  hər nümunədə 20 kol (cəmi 500 kol) götürülür. 
Sahə 15 hektardan çox olarsa, sonrakı  hər 5 hektar üçün iki 


263 
nümunə götürülür. Nümunədə 20 kol ardıcıl olmalıdır, nümu-
nələr sahədə bərabər bölünməlidir. Bu məqsədlə sahənin enini 
və ya cərgənin sayını nümunənin sayına bölmək lazımdır. 
Alınan rəqəm nümunə arası məsafə və ya cərgəni göstərir.  
Bu cür hesablama qurtardıqdan sonra aprobator bütün 
bitkilərə baxıb, hansı sorta mənsub olduğunu, sağlam və ya 
xəstə olduğunu qeyd edir. Sort təyin edildikdə çiçəyə, yarpağa, 
gövdəyə, kola, yumruların rəngini və sairəyə görə bütün 
morfoloji əlamətlər təyin edilir.  
Ayrı-ayrı bitkilərdə  xəstəliyin tək-tək ləkələri olarsa-zəif; 
bütün bitkilərdə yarpaqlar xəstəliyə tutulduqda; lakin bitki 
sağlam olduqda – orta; bütün bitkilərin yarısı  və ya çoxu 
xəstəliyə tutulduqda – güclü dərəcədə fitoftoraya tutulmuş olur. 
Eyni zamanda sahədə olan qulluq işləri və hektardan gözlənilən 
məhsul sentnerlə qeyd edilir.  
 
Kartofun sort əkinlərinin sorttəmizliyinə görə 
dərəcələrə bölünmə norması 
                                                                        Cədvəl 28 
 
Tarla dəftərçəsinə əsasən sorttəmizliyi və xəstəliklərə yolux-
ma faizi tapılır və  xəstəlik norma üzrə hansı  dərəcəyə uyğun 
gəlirsə, həmin dərəcəyə daxil edilir. Karantin xəstəliklərinə və 
zərərvericilərə, həmçinin xərçəngə davamlı  sortun içərisində 
xərçəngə davamsız sortlara yol verilə bilməz, sorttəmizliyi 
normal, lakin xəstəlik normadan artıq olduqda toxumluq sahə 
Sort keyfiyyətini göstərən əlamətlər
Dərəcələr üzrə norma 
(%-lə) 
I dərəcə II 
dərəcə III 
dərəcə 
Sorttəmizliyi ən azı 
Xəstə bitkilər ən çoxu o cümlədən: 
98 

95 
1,5 
90 
3,5 
  a) cırlaşma əlamətinə malik olan 
bitkilər (mazayka, qıvrımlılıq, 
yarpaq qıvrımlılıq və s.) 
 
 

 
 
1,5 
 
 

 b)  qaraayaq və halqavarı çürümə     
xəstəlikləri olan bitkilər 
 
– 
 
– 
 
0,5 


264 
çıxdaş edilir.  
Çoxillik otların aprobasiyası. Çoxillik otların aprobasi-
yasından məqsəd onun sortunu və ya tipini, yüksək məhsuldar 
yerli sortları müəyyən etməkdir. Aprobasiya zamanı  sıxlıq, 
zərərverici və xəstəliklərlə yoluxma dərəcəsi, karantin alaqlar, 
çətin seçilən alaqlarla tutulma və toxumçuluğun aqrotexniki 
qaydalarına əməl olunması yoxlanılır.  
Bitkilərin sortu və ya 
tipi sənədlər üzrə, sonra 
isə sahədə yoxlamaqla 
aydınlaşdırılır. Seleksiya 
sortlarında məhsul ili 
müəyyən edilir. Sort ol-
mayan yonca sahələri ap-
robasiya olunduqda aşağı-
dakı qruplardan biri 
müəyyən edilir: yaşıl 
yonca, yaşıl hibrid yonca, 
sarı yonca, sarı hibrid 
yonca, mavi yonca. Üç-
yarpağın tipi çiçəkləmə dövrünə görə, çalımların sayına və 
birinci çalıma görə müəyyənləşdirilir. Buğum aralarının sayını 
müəyyən etmək üçün götürülən 200 inkişaf etmiş gövdədən 
100  ədədi zoğ  əsasında bıçaqla kəsilir. Hər zoğda olan 
buğumarasının sayı aprobasiya aktında qeyd edilmək üçün 
cədvəldə yazılır.  
Normal inkişaf 
şəraitində üçyarpaq aşağıdakılarla 
xarakterizə olunur: gec yetişən ( 1 çalımlı), orta hesabla buğum 
arasının sayı 8, erkən yetişəndə (2 çalımlı) isə  buğum arasının  
sayı 5-6 və ya 7 olur. Taxıllar fəsiləsinə daxil olan çoxillik 
otların aprobasiyası zamanı  dərzlər götürülür və növ zibilliyi 
təyin edilir.  


265 
XVI FƏSİL 
 
TƏSƏRRÜFATLARDA TOXUMÇULUQ SAHƏLƏRİ 
 
Təsərrüfatlarda təşkil olunan toxumluq sahələri təsərrüfatın 
bir sahəsi olub, təsərrüfatda becərilən bitkinin cins toxumunu 
yetişdirmək üçün ayrılır. 
Bu toxumluq sahələri alaq otlarından təmiz və münbit tor-
paqlarda təşkil olunmalıdır. Toxumluq sahələr ayrılan zaman 
nəzərdə tutmaq lazımdır ki, təsərrüfatlar özünü toxum materia-
lı, sığorta və keçid fondları ilə təmin edə bilsinlər. Toxumçuluq 
planlaşdırıldıqda toxumun alınma üsulu, sortdəyişmə  və sort-
təzələmə qaydası,  əkin sahəsinin quruluşu, kondisiyalı toxum 
çıxımı, səpin norması,  əsas, sığorta və  dəyişən toxum fond-
larının həcmi nəzərə alınmalıdır. Toxumçuluq prosesində-
toxumluq, sığorta və dəyişən toxum fondları yaradılır. 
Toxumluq fond-cari il səpini üçün kondisiyalı toxum 
ehtiyatıdır. Toxum fondu toxuma tələbatı 100% ödəməlidir. 
Siğorta fondu-məhsul olmayan halda hər il təzələnən toxum 
fondudur. Bu toxuma olan ümumi tələbatın 20-25%-i qədər 
olmalıdır.  İlk növbədə toxumluq və  sığorta toxum fondunun 
yaradılması təmin olmalıdır. 
Dəyişən fond-cari il səpini üçün payızlıq bitkiləri ötən ildəki 
məhsulundan yaradılan toxum fondudur. Dəyişən toxum 
fondunun  yaradılması onunla əlaqədardır ki, təzə  yığılan 
toxum,yığımdan səpinə qədər olan qısa müddətdə kifayət qədər 
yetişkən olmur və zəif cücərməyə malik olur. 
Toxumçuluğun planlaşdırılması sortdəyişmə  və sorttəzələ-
mənin dövrülüyündən və lazımı kateqoriyalı toxumun istehsal 
planından asılıdır. Toxumçuluğun həcmini planlaşdırılan za-
man bütün hesabatlar çoxaltma əmsalı, sığorta və  dəyişən to-
xum fondları  nəzərə alınmaqla lazımı kateqoriyalı toxum 
istehsalının plan-sifarişi əsasında qurulur. 
Məsələn, təsərrüfatı toxum və  əmtəəlik məhsullarla təmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə