Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

247 
botaniki növmüxtəlifliyi, yaxud tipi o vaxt yazılır ki, bir 
botaniki növmüxtəlifliyinin miqdarı 85%-dən az olmamaqla bir 
tipli olsun. Əgər bir botaniki növmüxtəlifliyi 85%-dən az 
olarsa o zaman aprobasiya aktında “növmüxtəliflikləri” yaxud 
“tiplər qarışığı” yazılır. 
Seleksiya sort populyasiyalarıda yerli sortlar kimi aproba-
siya olunur. Sort əkinlərinin aprobasiyası zamanı hər sahə üçün 
ayrıca akt tərtib olunur. 
Əgər eyni sort üçün bir neçə sahədən aprobasiya dərzi 
(nümunəsi) götürülmüşsə və onlar eyni reproduksiyaya aiddirsə 
bu zaman aprobatora icazə verilir ki, bir aprobasiya aktı tərtib 
etsin. Lakin hər bir dərzin məlumatları aprobasiya aktında 
ayrılıqda göstərilmişdir. 
Məsələn: Payızlıq bərk buğdanın Qızıl buğda sortunun eyni 
reproduksiyalı, lakin üç müxtəlif sahəsindən olan əkinlərindən 
aprobasiya dərzi götürülmüşdür. Onların sort təmizliyi 
aşağıdakı kimi müəyyən edilmişdir. 
1 N
0
-li sahənin 100 hektarda   -97%; 
2 N
0
-li sahənin 50 hektarda     -96%; 
3 N
0
-li sahənin 250 hektarda   -95%; 
Bu zaman həmin sahələrin orta sort təmizliyi aşağıdakı kimi 
olur. 
1 N
0
-li sahə üçün                 -97 x 100 = 9700; 
2 N
0
-li sahə üçün                 -96 x 50 = 4800; 
3 N
0
-li sahə üçün                 -95 x 250 = 23750; 
                  YEKUNU:         400              38250 
Alınmış cəmi (38250), sahələrin cəminə (400) böldükdə orta 
sort təmizliyi faizi alınır. 38250:400=95,6.  Beləliklə, üç 
sahənin orta sorttəmizliyi 95,6 faizə bərabər olur. 
   Aprobasiya  dərzlərinin (nümunələrin) təhlili qurtardıqdan 
sonra həmin dərzlər saxlanmaq üçün təsərrüfatın anbarlarına 
təhvil verilir və bu barədə akta imza edilir. 
Aprobasiya dərzləri elmi-tədqiqat institutlarının təcrübə 
təsərrüfatlarında, ixtisaslaşdırılmış toxumçuluq təsərrüfatlarda 


248 
və digər özəl təsərrüfatlarda 12 ay müddətində saxlanılmalıdır. 
 Əkinlərin sort təmizliyinin aprobator tərəfindən müəyyən 
edilmiş göstəriciləri baş aprobator tərəfindən yoxlanılarkən 
onlar arasında yol verilə  bilən fərq normaları (faizlə) cədvəldə 
verilmiş  rəqəmlərdən artıq deyilsə onda aprobator tərəfindən 
müəyyən edilmiş sort təmizliyi düzgün hesab edilir və 
dəyişməz qalır. Sorttəmizliyi arasında artıq fərq yaranarsa və 
əkin digər kateqoriyaya daxil edilərsə o zaman baş aprobatorun 
təyin etdiyi göstərici  əsasında akta düzəliş edilərək qeydiyyat 
aparılır. 
Əkin  sahələrinin sort təmizliyinə görə  dərəcələrə bölünmə 
norması 
 
Bitkilər Minimum 
sort 
təmizliyinin  faizi 
 I 
dərəcə II 
dərəcə III 
dərəcə IV 
dərəcə 
Payızlıq və yaz-
lıq buğda, payız-
lıq və yazlıq 
arpa,  
99,5 98,0  95,0 
85,0 
s o r q o 
98 
95 
90 

Payızlıq və 
yazlıq çovdar, 
qarabaşaq  
1-3 nəsil 
(reproduksiya) 
4-7 nəsil 
(reproduksiya)
7-dən yuxarı və 
məlum olmayan 
nəsil (reproduk-
siya) 
 
 
Göstərilən dərəcələrdən aşağı olan toxumlar istifadə edilmə-
məlidir. Elit əkinlərdə sort təmizliyi 99,8%-dən aşağı  və su-
perelit  əkin sahələrində isə 100%-dən aşağı olan toxumlardan 
istifadə edilməsinə icazə verilmir.  
Aprobasiya dərzinin təhlili qurtardıqdan sonra bütün bitkilər 
dərzdə bağlanır və saxlanmaq üçün təhvil verilir.  
Dərz fermer təsərrüfatlarında 3 ay; toxumçuluq təsərrüfat-
larında və seleksiya stansiyalarında 12 ay müddətində saxlanır.  
Aprobatorun işinin düzgünlüyünü baş aprobator yoxlayır. 
Yoxlama zamanı aprobator ilə baş aprobator arasında aşağıdakı 


249 
miqdarda fərqə yol verilə bilər.  
Fərq göstərilən normadan artıq olmadıqda aprobasiya aktın-
da dəyişiklik edilmir.  Fərq çox olduqda və ya başqa dərəcələrə 
aid olduqda isə baş aprobator aktda müəyyən dəyişikliklər edir. 
 
Bitkilər 
I dərəcəli sahədə
II və III dərəcəli 
sahələrdə 
Faizlə 
Payızlıq, yazlıq, dənli və dənli-
paxlalı bitkilərdə  
0,3 0,6 
Yağlı bitkilərdə  
0,5 1,0 
 
15.4. Aprobasiya sənədlərinin tərtib edilməsi 
 
Əkinlərin aprobasiya aktı aşağıdakı kimi tərtib edilir: 
Elmi-tədqiqat müəssisələrinin təcrübə  təsərrüfatlarının ilkin 
artırma, Super elit, Elit reproduksiyalı əkinləri üçün aprobasiya 
aktı iki nüsxədən ibarət tərtib olur. Onlardan biri təsərrüfatda 
qalır, ikincisi isə Aqrar Elm Mərkəzinə təqdim edilir. 
Toxumçuluqla məşğul olan ixtisaslaşdırılmış  və özəl to-
xumçuluq təsərrüfatlarında toxumluq əkinlərində  hər bir sahə 
üzrə ayrıca aprobasiya aktı iki nüsxədən ibarət tərtib olunur. 
Onlardan biri təsərrüfatda qalır, digəri isə Dövlət Toxum 
Müfəttişliyinə təqdim edilir. 
Toxumçuluqla məşğul olan özəl toxumçuluq təsərrüfatla-
rında toxumluq əkinlərində hər bir sahə üzrə ayrıca aprobasiya 
aktı iki nüsxədən ibarət tərtib olunur və müəssisənin özündə 
saxlanılır. 
Toxuma yaramayan bütün sort əkinləri üçün aprobasiya aktı 
əvəzinə iki nüsxədən ibarət çıxdaş aktı yazılır. Onlardan biri 
təsərrüfatda qalır, digəri isə aprobasiya aparan təşkilata təqdim 
edilir. 
Fermer, kooperativ və özəl təsərrüfatlarda məhsuldarlığına 
və sort təmizliyinə görə toxuma yararlı digər sahə olarsa, 
aprobator və  təsərrüfatın nümayəndəsinin iştirakı ilə  həmin 


250 
sahə çıxdaş edilmiş sahə ilə əvəz oluna bilər. 
 Aprobasiya  aktı  tərtib olunan zaman onun bütün bəndləri 
aydın və dəqiq doldurulmalı və əkinlərin hansı reproduksiyaya 
aid olması sözlə yazılmalıdır. 
Elit toxum səpilmiş sahənin məhsulu birinci reproduksiya
birinci reproduksiyalı toxumla əkilmiş  məhsul ikinci 
reroduksiya və s. hesab olunur. Dənli və dənli-paxlalı bitkilərin 
toxumluq  əkinləri  beşinci reproduksiyaya qədər, qarğıdalı  və 
sorqo sortlarında isə üçüncü nəslə qədər nəzərə alınır. 
Seleksiya-təcrübə müəssisələrində 3 nüsxədən ibarət akt 
tərtib edilir. Elit toxumçuluq və toxumçuluq təsərrüfatlarında 4 
nüsxədən ibarət akt yazılır.  
Fermer təsərrüfatlarında toxumluq sahələri üçün iki nüs-
xədən ibarət akt tərtib edilir. Aktlardan biri fermer təsərrüfa-
tında qalır, ikincisi isə tabe olduğu nazirliyə göndərilir. Yuxa-
rıda göstərilən qaydaya uyğun olaraq hər sahə üçün ayrıca akt 
tərtib edilir. Lakin təsərrüfatda bir neçə sahə olduqda və onlar 
sort keyfiyyətinə, habelə sort dərəcəsinə görə eyni olduqda orta 
rəqəm tapılır.  
Təsərrüfatda aprobasiyaya daxil olmayan bütün əkin sahə-
ləri üçün akt 2 nüsxə  tərtib edilir, biri təsərrüfatda, ikincisi 
rayonlararası istehsalat idarəsində saxlanılır, cins toxum kimi 
verildikdə isə toxum tədarükü məntəqəsinə  göndərmək üçün 
aktın 3-cü nüsxəsi tərtib edilir. Çıxdaş olan əkin sahələri üçün 
2 nüsxə, toxumluq sahələri üçün isə 3 nüsxədən ibarət akt tərtib 
edilir.  
Aprobasiya aktlarını aprobator və təsərrüfatın nümayəndəsi 
– müəssisəsinin rəhbəri imzalayır. Aprobasiya aktına aqronom 
- aprobator  tərəfindən tərtib edilən sort şəhadətnaməsi  əlavə 
edilir.  
Bütün aprobasiya sənədləri pul sənədi kimi saxlanılır. Apro-
basiya aktına aqronom - aprobator düzəlişə dair imza etməlidir. 
Aprobasiya aktlarının düzgün tərtib edilməsini baş aprobator 
yoxlayıb təsdiq etməlidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə