Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

258 
Qıcalar təhlil edildikdə aşağıdakı iki qrupa ayrılır: 
a) aprobasiya olunan əsas sortların qıcasına. Bu qrupa dənin 
və  qıcanın xarici rəngi və  dənin konsistensiyası uyğun gələn 
qıcalar, həmçinin sağlam və xəstə, kseniyalı qıcalar daxil edilir. 
Lakin təhlil zamanı onlar sayılır; 
b) Digər sortlara aid olan qarışıqlar (buna həm sağlam, həm 
də xəstə qıcalar daxil edilir). Bu qrupa ksensiyalı qıcalar daxil 
olmur.  
Hər nöqtədən götürülmüş 10 qıcanın sortluluğu, ksensi-
yalılığı  və  xəstəliklərə tutulma dərəcəsi tarla jurnalına ayrıca 
qeyd edilir. Xəstəliklərdən aşağıdakıları nəzərə almaq lazımdır: 
qovuqlu sürmə  xəstəliyi, toz sürmə, füzarioz, bakterioz, 
nikrosporioz (boz çürümə), qıcanın qırmızı sürməsi.  
Ksensiyalılıq 100 qıcaya 
görə hesablanır. Qarğıdalının 
aprobasiyası zamanı sortlara-
rası qoyulan qoruyucu məsa-
fəyə  də fikir verilir. Qarğıdalı 
sortlarında sortluluq dərəcəsi-
nin norması  aşağıdakı  cəd-
vəldə verilir.  
Qeyd: qarğıdalıda ksensi-
yalılıq, tipiklik təyin edilərkən, 
aprobasiyaya dair olan təlimatı 
əldə rəhbər tutmalı.
  
Qoruyucu məsafə 200 m. 
olmalıdır. Bu məsafə öz-özünə tozlanan xətlərin çoxalmasında 
300 m götürülür. Tarla aprobasiyası valideynlər çoxaldılan 
bütün sahələrdə (sort əkinlərdə, öz-özünə tozlanan xətlərdə, 
sadə xətlərarası hibridlərdə) aparılır.  
Birinci hibrid nəsil almaq üçün olan sahələrdə aprobasiya 
yox, yalnız ana bitkilərdə süpürgələrin vurulmasını müəyyən 
etmək məqsədilə tarla müşahidəsi aparılır. 5%-dən çox süpürgə 
olması müşahidə edilərsə, sahə çıxdaş olunur.  


259 
Sadə hibridlərin birinci 
hibrid nəsil sahələrində isə 
süpürgələrin miqdarı 0,5% 
olduqda sahə çıxdaş edilir.  
Tarla aprobasiyasını ta-
mamlamaq üçün mütləq an-
bar aprobasiyası aparılmalı-
dır. Anbar aprobasiyası za-
manı 100 s-ə  qədər olan hər 
tığdan 100 ədəd qıca və  hər 
yerdən 20 ədəd olmaqla 5 
yerdən götürülür. Məhsulun 
miqdarı artıq olduqda sonrakı hər 30 s üçün 10 ədəd əlavə qıca 
götürülür, qıcalar müxtəlif yerlərdən götürülür. Anbar 
aprobasiyası zamanı sorttəmizliyinə, zərərverici və  xəstəlilərə 
tutulmaya diqqət yetirilməlidir.  
Quru çürümə (diplodioz) və qovluqlu sürmə olduqda toxum 
çıxdaş edilib səpinə icazə verilmir. Superelit, elit və öz-özünə 
tozlanan xətlərin toxumlarında füzarioz, niqrosporioz, 
bakterioz və  qırımızı çürümə 100 qıcadan 20 ədəddən artıq 
olmamalıdır, olduqda isə  təmizlənməlidir. Öz-özünə tozlanan 
xətlərdə hibrid qarışığında və başqa reproduksiya toxumlarda
həmçinin sadə sortxətt, sortlararası, üç qatlı hibridlərin 
toxumları olan anbarda, anbar aprobasiyası apardıqda 
toxumlarda yuxarıda göstərilən xəstəliklərlə yoluxma hər 100 
qıcadan cəmi-I sinif toxumada -100-dən, II sinif toxumada -
150-dən, III sinif toxumdan isə 200-dən çox olmamalıdır. 
Anbar aprobasiyası tarla aprobasiyası aktları  tərtib edildikdən 
sonra aparılır. Sorttəmizliyi tapıldıqdan sonra sahələr 
dərəcələrə bölünür.  
 


260 
Qarğıdalı sorttəmizliyinin norması 
Cədvəl 27 
Dərəcələr 
Tarla aprobasiyası Anbar 
aprobasiyası 
əsas tip qıcalar 
az olmayaraq 
(%-lə) 
100 qıcadan 
kseniyalı dən-
lərin sayı çox 
olmamaqla 
əsas tip 
qıcalar və az 
olmayaraq 
(%-lə) 
100 qıcada 
kseniyalı 
dənlərin sayı 
çox olmaqla 
I  99,5  100 100 10 
II 98 300 
100 
100 
III 96 600 99 
200 
 
 
Pambığın aprobasiyası. 
Pambıq bitkisində aprobasiya 
eyni sortlarda və rayonlaşdı-
rılmış bütün pambıq sortları-
nın birinci və ikinci nəsil to-
xumları  əkilmiş sahələrdə 
aparılır. Birinci və ikinci nəsil 
toxum azlıq edərsə, sonrakı 
nəsillərin təmiz və  məhsuldar 
sahələrində aprobasiya apa-
rılmalıdır.  
Aprobator təsərrüfatın nümayəndəsi ilə birlikdə aprobasiya 
olunacaq sahəni diaqonal üzrə gedib yoxlayır. Sonra ikinci 
nəsil sahəsinin hər 100 hektarına, üçüncü reproduksiya 
sahəsinin hər 200 hektarına, dördüncü və sonrakı reproduksiya 
sahələrinin hər 200 hektarına 1,5-2 hektar sahə ayrılır. Sahə 
ayrıldıqdan sonra orada olan bitkilərin hansı sorta mənsub 
olduğu müəyyən edilir. Bu məqsədlə normal inkişaf etmiş 
bitkilərə malik olan və bir-birindən 20 m aralı iki cərgə 
götürülür. Hər cərgədə normal inkişaf etmiş 250 ədəd bitki 
nəzərdən keçirilib, hansı sorta aid olduğu yazılır (xəstə, boy 
nöqtəsi olmayan, haçaşəkilli kollar nəzərə alınmır). 


261 
Pambıq kollarının sortu 
müəyyən edilən zaman bit-
kinin morfoloji əlamətləri: 
yarpağın iriliyi və forması, 
əsas gövdənin tüklülüyü, 
budaqlanma tipi və kolun 
forması, qozanın iriliyi və 
forması, nazik lifli pamıqda 
göstərilən  əlamətlərdən baş-
qa, çiçəyin rəngini və  ləçək 
yarpağında olan xalı  nəzərə 
almaq lazımdır.  
Hər cərgədə bitkilər müəyyən edildikdən sonra onların 
təmizliyinin faizi tapılır. İki cərgədən alınan orta rəqəm həmin 
sahənin sorttəmizliyini göstərir.  İki cərgə arasındakı sorttə-
mizliyi 95-100% olduqda və onların arasındakı fərq 8 faizdən, 
90-94 olduqda 2%-dən, 80-90% olduqda 4%-dən, 80% olduqda 
isə 5%-dən yuxarı olarsa, yenidən sayılmalıdır. Yenidən 
sayıldıqda əvvəlki fərq alınarsa, 3-cü cərgə götürüb hesablama 
aparmaq lazımdır. Bu zaman 3 cərgədən alınan orta rəqəm 
həmin sahənin sorttəmizliyinin faizini göstərir.  
Çıxdaş olunmuş  əkin sahələrindən başqa bütün aprobasiya 
aparılan  əkin sahəsində hommoz, vilt və virus xəstəliklərinin 
yoluxma dərəcəsi də müəyyən edilir. Aprobasiya zamanı vilt 
və virus xəstəliyinə tutulma yalnız bitkiyə görə, hommozun 
hesabatı isə  həm bitkiyə  və  həm də bar orqanlarının 
(çiçəkyanlığı, qoza və qoza saplağının) xəstələnməsinə görə 
aparılır. İş aşağıdakı qayda üzrə yerinə yetirilir:
 
 
Birinci nəsil əkin sahələrində hər hektardan şahmat qaydası 
ilə 10 nümunə və hər nümunədə 10 bitki götürülür və baxılır. 
Sahələr ayrı-ayrı olduqda, hər sahədə ayrıca aprobasiya 
aparılmalıdır. Bar orqanlarının xəstələnməsi axırıncı iki bitkidə 
sağlam və xəstə qozaları saymaqla təyin edilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə