Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

254 
dan satılana kimi müəyyən edilən sortluq keyfiyyətini saxlama-
ğa, toxumlar təsərrüfatdan kənara  buraxılan zaman onları müəy-
yən edilən formada serifikatlarla təmin etməyə zəmanət verir.      
       Toxumçuluq təsərrüfatının rəhbəri                                              
                                                                          (imza) 
M.Y                              “          “           2012  il 
 
 
15.5.  Müxtəlif bitkilərin aprobasiyası 
 
Buğda, arpa, vələmir və darının aprobasiyası. Buğda, ar-
pa və  vələmir bitkisində aprobasiya dənin mum yetişmə 
dövründə, darıda isə  dən öz rəngini aldıqda aparılır. 450 hek-
tardan çox olmamaq şərti ilə diaqonal üzrə bir dərz və  hər 
dərzdən ən azı 1000 ədəd, seleksiya stansiyaları və toxumçuluq 
təsərrüfatlarında isə iki dərz götürülür və  hər dərzdə azı 1500 
bitki olmalıdır. Dərzlər bərabər məsafəli 100 nöqtədən 
götürülməlidir.  
Hər bir bitki qrupu ayrıldıqdan sonra faizi tapılıb aprobasiya 
aktına yazılır. Nəticə sorttəmizliyinə, zibillənməsinə, xəstəlik 
və  zərərvericilərə tutulmasına görə verilir. Aprobasiyaya dair 
təlimata  əsasən mədəni alaqlarla zibillənmə 5%-dən, çətin 
seçilən alaqlarla 3%-dən yuxarı olduqda həmin sahələrin 
məhsulu toxum üçün çıxdaş edilir. Arpa və buğda sahələrində 
toz sürmə 2%-dən, bərk sürmə 5%-dən, vələmirdə bütün sürmə 
növləri cəmi 5%-dən, darıda toz sürmə 5%-dən çox yayıldıqda, 
həmin sahələrin məhsulu toxum üçün 
çıxdaş edilir.  
Seleksiya stansiyasında və elit-to-
xumçuluq təsərrüfatında buğda, arpa, 
vələmir, darı sahələri toz sürmə ilə 
0,1%-dən, bərk sürmə ilə buğdada 
0,05% və arpada 0,1%-dən yuxarı tu-
tulduqda bu sahələrdən yığılan məhsul 
toxum üçün yaraya bilmədikdə  çıxdaş 


255 
edilir. Yerli və hibrid sort əkin sahələrində sort təmizliyinin 
deyil, növ müxtəlifliyinin faizi tapılır.  
Payızlıq çovdarın aprobasiyası. Süd yetişmədən tez olma-
yaraq aprobasiya aparılır. Fermer təsərrüfatlarında aprobasiya 
apardıqda sort, səpilən toxumun sənədi üzrə  təyin edilir. 450 
hektara qədər olan əkindən bir dərz götürülür. Bu dərz bərabər 
nöqtədən götürülür. Götürülmüş aprobasiya dərzində 500-dən 
az bitki olmalıdır.  
Aprobasiya olunan çovdar sahəsində mexaniki zibillənmə 
olmadıqda, çətin seçilən alaqlar, sürmə ilə yoluxma normadan 
artıq olmadıqda həmin sahə cins əkin kimi qeyd edilir.  
Çətin seçilən alaqlarla zibillənməyə (buğda, arpa və sair) 
5%-ə  qədər (hər növ üzrə ayrıldıqda), gövdə sürməsi ilə 
yoluxmaya isə 5%-ə qədər yol verilə bilər, artıq olduqda sahə 
toxumluq üçün çıxdaş edilir. Sort dərəcəsi elitdən sonra alınan 
nəsillərin sayına görə müəyyən edilir. Çovdar sahəsindən 
götürülmüş dərz aşağıdakı qruplara ayrılır:  
a)  əsas bitkinin sağlam gövdələrinə;  
b)  əsas bitkinin gövdə sürməsinə, çovdar mahmızına və 
digər xəstəliklərə tutulmuş gövdələrinə; 
c)  çətin seçilən alaqların gövdələrinə;  
d)  karantin alaqlarına;  
e)  əsas bitkinin inkişaf etməmiş gövdələrinə;  
Çəltiyin aprobasiyası.  Çəltikdə 
aprobasiya bitkilər kökü üzərində 
olarkən, tam yetişmə dövründə, çi-
çək pulcuğu və dən öz rəngini aldıq-
da aparılır (buğdada olduğu qayda 
ilə).  
Çəltikdə aprobasiya dərzləri götü 
rüldükdə bitkilər oraqla kök boğa-
zından kəsilir. Çəltikdə aprobasiya 
apardıqda sahələr keçən ilki əkinlərə 
görə ayrılır. Keçən il müxtəlif sortlar 


256 
əkildikdə, hər sortun altında olan sahə ayrıldıqda götürülür. 
Götürülmüş aprobasiya dərzi aşağıdakı qruplara ayrılır: 
a)  əsas sortun normal inkişaf etmiş gövdələrinə; 
b)  başqa sort və növ müxtəlifliyinə (sort qarışığına);  
c)  əsas bitkinin sürməyə, pirikulyariya, nematoda tutulmuş 
gövdələrinə; 
d)  karantin alaqlarına; 
e)  zəhərli bitkilərə; 
f)  karantin zərərvericiləri ilə  zədələnmiş gövdələrə (düyü 
gövdə odlucası); 
g)  çətin seçilən alaqlara; 
h)  əsas bitkinin inkişaf etməmiş gövdələrinə. Gövdə sür-
məsi xarici karantin hesab olunur. Ona görə  də tapıldıqda 
karantin müfəttişliyinə göndərilməlidir.  
Nematod və sürmə ilə yoluxma faizi ayrıldıqda tapılır. Məh-
sulun ayrıca yığılmasına aprobator göstəriş verir. Məhsulun 
istifadə olunub-olunmamasına isə karantin müfəttişliyi icazə 
verir. Çəltik gövdə odlucası zərərvericisinə tutulduqda karantin 
müfəttişliyinə göndərilir. Çəltik  əkinləri karantin və  çətin 
seçilən alaqlarla zibilləndikdə  təmizlənməsi üçün göstəriş 
verilir.  
Dənli-paxlalı bitkilərin ap-
robasiyası (noxud, lobya, pax-
la, mərcimək, lərgə, maş  və 
lüt). Dənli-paxlalı bitkilərdə 
aprobasiya  əsas bitkidə  aşağı 
paxlalar yetişdikdə aparılır. 50 
hektara qədər olan əkin sahə-
sindən bir dərz götürülür və hər 
dərzdə 250 bitki olur. Dərz 
diaqonal üzrə 50 bərabər məsa-
fəli nöqtədən və  hər nöqtədən 
seçilmədən 5-6 bitki götürülür. Seleksiya stansiyalarında və 
elit-toxumçuluq təsərrüfatlarında 2 dərz götürülür. Aprobasiya 


257 
dərzi götürüldüyü gün, sahə  də  təhlil edilməlidir, çünki da-
şındıqda sınır və aprobasiya üçün yaramır.  
Paxlada və lobyada dərz götürmədən 250 bitkiyə baxılır və 
aprobator tarla jurnalına qeyd edir. Sahənin sorttəmizliyi 
bitkilərin sort əlamətləri  əsasında qeyd edilir. Məsələn, orta 
yarusda paxlanın forması  və ölçüsü (iri, orta, xırda), səthinin 
xüsusiyyəti, toxumun forması, ölçüsü, rəngi nəzərə alınır. 
Əlavə olaraq aşağıdakı əlamətlər də təyin edilir: 
a) noxudda-gövdənin xarakteri (dikgövdəli və ya sarınan), 
gövdədə paxlanın yerləşməsi, birinci paxlaya qədər buğum 
arasının sayı, gövdənin aşağı hissəsinin və yarpaqaltlığının 
rəngi;  
b) lobyada – bitkinin forması (sarınan kol formalı  və s.), 
yarpağın forması (yumru, iti uclu və s.) və paxlanın tipi; 
c) mərciməkdə - toxumun diametri və ləpə yarpağın rəngi; 
d) paxlada - salxımda paxlanın sayı, bitkinin hündürlüyü 
(yüksək boylu, orta boylu və s.) 
Xəstəliklərdən noxudun paxla-
sında – askoxitoz; lobyanın paxla-
sında – antraknoz və bakterioz 
qeyd edilir. Noxud sahəsində çöl 
ləpəsi (bicəyi), mərciməkdə hama-
var toxumlu çöl noxudu, tülkü-
quyruğu olarsa, elit toxum yararsız 
hesab olunur. Ümumi və toxumluq 
sahəsində çöl ləpəsi 3%-ə  qədər, 
mərciməkdə tülküquyruğu 2%-ə 
qədər ola bilər.  
Qarğıdalının aprobasiyası. Qarğıdalıda tarla aprobasiyası 
tam yetişmənin başlanğıcında aparılır. Sorttəmizliyi 50 hektara 
qədər olan sahədən normal inkişaf etmiş 250 qıca götürülərək 
təyin edilir. Qıcalar diaqonal üzrə 25 nöqtədən və hər nöqtədə 
seçilmədən 10 bitkinin hərəsindən bir dənə yuxarı  qıca 
götürülür. Qıcalar sahədə təhlil edilib sonra təsərrüfata verilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə