Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   81   82   83   84   85   86   87   88   89

280 
məşğul olan təşkilat və müəssisələr ciddi əməl etmə-lidir. To-
xum materialının standartlara müvafiq olması mütləq yoxla-
nılmalı və səpinə yararlılığı müəyyən edilməlidir.  
Dənli, dənli-paxlalı  və s. bitkilərin dövlət standartlarında 
normalaşdırılan  əsas göstəriciləri aşağıdakılardır: - əsas bitki 
toxumlarının miqdarı (təmizlik), mədəni və alaq bitkiləri 
toxumlarının qarışığı; xəstəlik törədicilərinin və soyulmuş 
dənlərin (örtülü toxumlu bitkilər üçün) miqdarı; nəmlik, 
cücərmə  və s. göstəricilər. Bu göstəricilərə görə toxumlar 3 
sinfə bölünür. 
Təsərrüfatdaxili toxum nəzarətinin aparılmasında məqsəd 
istehsalatı standartların tələbinə uyğun yüksək keyfiyyətli 
toxumla təmin etməkdən ibarətdir. Toxuma nəzarət edən şəxsin 
aşağıdakı hüquq və vəzifələri vardır: 
 
Təsərrüfatın istehsal planlarının tərtibatında iştirak etmək
Toxum yetişdirilməsində bütün aqrotexniki tədbirlərin 
optimal müddətdə həyata keçirilməsini təmin etmək; 
Toxumluq  əkinlərində sort alağının və aprobasiyanın 
aparılmasında iştirak etmək ; 
Yığım müddətini və texnologiyasını müəyyənləşdirmək ; 
Toxumların təmizlənməsi, qurudulması və çeşitləşdirilməsi 
texnologiyası və rejimini müəyyən etmək
Toxum anbarının yeni məhsulu qəbul etməyə hazır 
olmasını  təşkil etmək, toxumun keyfiyyətinin qorunub 
saxlanmasını təmin  etmək; 
Orta nümunənin götürülməsinin və analiz üçün dövlət 
toxum müfəttişliyinə təqdim edilməsini təmin etmək; 
Toxumların səpinqabağı hazırlanmasını təşkil etmək; 
Toxum üçün müvafiq sənədlərin tərtib edilməsinə nail 
olmaq; 
 
 
 


281 
Toxumların dövlət standartlarında normalaşdırılan göstəriciləri 
                                                                           Cədvəl 29     
                      
Bitkilə 
rin adları 
Sinifl
ər 
Ə
sas bi
tkinin 
toxum
u
 z 
olm
al
ı 
d
ır  (%-l
ə) 
Cüc
ərm
ə si ol
mal
ıd
ır  
(%-l
ə) 
Başqa bitki 
toxumlarının 
miqdarıçox 
olmamalıdır 
(1 kq-da ədədlə) 
Dövlət standart
larının 
şifri 
Cəmi 
O cümlədən
alaq 
oxumları 
Yumşaq 
buğda 
1 99  95 
10 

10467-76 
2 98  92 
40 
20 
3 97  90  200 
70 
Bərk buğda 
1 99  90 
10 

10467-76 
2 98  87 
40 
20 
3 97  85  200 
75 
Arpa, 
vələmir 
1 99  95 
10 

10469-76 
2 98  92 
80 
20 
3 97  90  300 
70 
Qarğıdalı 
(dən üçün) 
1 99  96 


20582-75 
2 98  92 


3 97  88 


 
Təsərrüfatdaxili toxum nəzarətinin səmərəli aparılması üçün 
hər bir təsərrüfatda (xüsusilə, toxumçuluq təsərrüfatlarında) 
kiçik nəzarət (1-2 laborant və bir aqronom), toxum labora-
toriyasını təşkil edilməsi məqsədəuyğundur.  
Toxumların səpin keyfiyyətinin sənədləşdiriliməsi. Təsər-
rüfatlarda kombayndan xırmana daxil olan hər bir toxum 
partiyası qeydə alınır. Qaytanlanmış kitabda müəyyən olunmuş 
qaydada toxumun miqdarı və keyfiyyəti göstərilir, onların daxil 


282 
olması və sərfi qeyd olunur, toxuma edilən bütün qulluq işləri 
yazılır. 
Düzgün uçotun aparılması  və toxumdan istifadə edilməsi 
üçün onların səpin keyfiyyətinin xüsusi qaydalara əsasən 
sənədləşdirilməsi qəbul edilmişdir. Dövlət toxum müfət-
tişliyinə ixtiyar verilmişdir ki, orta nümunənin analizi əsasında 
toxum sahibinə “Toxumun kondisiyalılığı haqqında vəsiqə” və 
ya “Toxum analizinin nəticələri” sənədini versin. Birinci sənəd 
DÜST –in tələbinə uyğun olaraq toxumun bütün göstəriciləri 
yoxlandıqdan sonra verilir.  Yığıldığı il səpin üçün istifadə 
edilən toxumlar üçün cücərməsi təyin edilmədən, yalnız 
həyatilik qabiliyyətinin öyrənilməsi əsasında sənəd verilə bilər. 
Böyük toxum partiyaları üçün verilən vəsiqələrdə toxumun 
keyfiyyəti orta nümunənin göstəriciləri  əsasında qeyd olunur. 
Vəsiqənin verildiyi gündən etibarlılığı laboratoriya cücərmə-
sinin göstəricilərindən asılı olaraq, dənli və  dənli-paxlalı bitki 
toxumları üçün 4 ay, zavod üsulu ilə dərmanlanmış və kisələrə 
doldurulmuş qarğıdalı toxumları üçün 1 il, ziyankar bağacıq-
larla zədələnmiş  dənlər üçün 2 aydır.  Əgər təkrar yoxlama 
vaxtı toxumların kondisiyaya uyğun olmadığı  aşkar edilərsə 
onda “Toxumların kondisiyalı olması haqqında vəsiqə” 
sənədlər verilir. 
Keyfiyyətə görə standartlara uyğun olmayan, yaxud bütün 
keyfiyyət göstəriciləri yoxlanılmayan, eləcə də təkrar yoxlama 
vaxtı yalnız cücərməsi təyin edilən toxuma “Toxumların 
kondisiyalı olması haqqında vəsiqə”-nin vaxtı qurtardıqda 
dövlət toxum müfəttişliyi “Toxumların analizinin nəticələri” 
adlı sənəd verir. 
Karantin alaqları, zərərverici və  xəstəlikləri olan toxumlar 
üçün “Karantin toxumların daşınması    və  səpilməsi qadağan 
edilir” adlı  sənəd verilir. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə