Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   81   82   83   84   85   86   87   88   89

292 
bioinformatika elmləri sayəsində  əldə edilən molekulyar 
məlumatlar da qeyd olunur. 
Materialın saxlanması  və istifadə olunması ilə bağlı bütün 
məlumatlar MBGEMK-nın məlumat bazasına daxil edilir. Bu 
zaman  pasport deskriptorlarından istifadə olunur. Pasport 
deskriptorlarının siyahısı beynəlxalq təşkilatlarla razılaşdırıl-
maqla  Elmi-Texniki Şura tərəfindən vaxtaşırı təsdiq edilir. 
Məlumat bazalarının istifadəçilər üçün əlçatan olması təmin 
edilməlidir. Məlumat bazasının hansı hissəsinin ümumi istifadə 
üçün açıq olması  məsələsinə Elmi-Texniki Şurada baxılır və 
qərar qəbul edilir. 
MBGEMK-nın məlumat bazasının hansı hissəsinin beynəl-
xalq sistemlərə inteqrasiya üçün açıq olması məsələsinə Elmi-
Texniki Şurada baxılır və müvafiq qərar qəbul edilir.  
 
MBGE-nin paylanması və mübadiləsi 
 
Toxumlar milli qanunvericiliyə, müvafiq beynəlxalq 
müqavilə və konvensiyalara uyğun olaraq mübadilə edilir və ya 
paylanılır.  
Mübadilə saziş bağlamaqla həyata keçirilir.  
Toxumların paylanması  və mübadiləsi üçün tələb olunan 
xərclər tərəflər arasında razılaşdırılmadıqda, bu xərclər 
istifadəçi tərəfindən ödənilməlidir. 
Ehtiyatlar tükəndikdə, istifadəçilərin tələbini təmin etmək 
üçün genbankdan nümunələr çoxaldılmaq üçün müvafiq 
laboratoriyalara təhvil verilməlidir (8 nömrəli əlavə).  
 
Təhlükəsizlik 
 
MBGEMK-da başqa hadisələrlə yanaşı, elektrik enerjisinin 
kəsilməsi, yanğın, subasma və  zəlzələ halları üçün risklərin 
idarə edilməsi strategiyası hazırlanmalıdır. 
Genbank  əməyin mühafizəsi və texniki təhlükəsizlik 


293 
sahəsində mövcud tələblərə cavab verməlidir.  
Saxlanma yerinin ərazisində qoruyucu paltarlardan istifadə 
olunmalıdır. Genbankda siqnalizasiya, qurutma kameraları  və 
soyuducuların qapılarının içəridən də açılması üçün qurğular 
da daxil olmaqla, xüsusi avadanlıqlar quraşdırılmalıdır. 
Genbankda  əsas elektrik təchizat  şəbəkəsi kəsildikdə, 
avtomatik işə düşən qəza generatoru olmalıdır. 
Qurudulma və saxlanma yerində faktiki parametrlərin 
izlənməsi üçün temperatura nəzarət sayğacları quraşdırılma-
lıdır.   
Genbankda yanğın siqnalizasiyası  və yanğınsöndürmə ava-
danlıqları olmalıdır. Tez-tez ildırım çaxması baş verən rayon-
larda genbank ildırım keçiricisi ilə təchiz edilməlidir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


294 
BƏZİ TERMİNLƏRİN QISA İZAHI 
 
1000  ƏDƏD TOXUMUN QRAMLA KÜTLƏSI – Bir 
qayda olaraq kondision nəmlikdə müəyyən olunur (bu həm də 
bütün təsərrüfat hesabatları üçün vacibdir). 
1000  ƏDƏD TOXUMUN MÜTLƏQ KÜTLƏSI  -  1000 
ədəd mütləq quru toxumun qramla kütləsi müvafiq düsturla 
hesablanır.  
ALAQ - Əkin sahələrində yayılmaqla onları zibilləyən və 
insanlar tərəfindən becərilməyən bitkilər  
APOQAMİYA –vegetativ hüceyrənin qametofitindən və ya 
sporofitindən mayalanmadan rüşeymin inkişafı. 
APOMİKSİS  - adi cinsiyyətli yolla deyil, hər hansı başqa 
yolla gedən çoxalmaya deyilir. 
APROBASİYA - bitkilərin sort təmizliyini və ya sort 
cinsliyini, sort əkinlərinin alaqlanma dərəcəsini, xəstəliklərə 
yoluxmasını  və  zərərvericilər tərəfindən zədələnməsini 
müəyyən etmək məqsədilə sort əkinlərinin müayinə edilməsi; 
APROBATOR  - kənd təsərrüfatı bitkilərinin toxumluq 
əkinlərində aprobasiya aparmaq hüququ olan və bunun üçün 
toxumçuluq sahəsində  səlahiyyətli Dövlət orqanı  tərəfindən 
attestasiya olunmuş fiziki şəxs; 
AVTOQAMİYA – eyni çiçəyin hazırladığı qametlərin 
birləşməsi nəticəsində baş verən mayalanma. 
BƏRK TOXUMLAR – şişməmiş  və xarici görünüşü 
dəyişməmiş toxumlardır.  
BİOARAŞDIRMA FƏALİYYƏTİ - kolleksiyaların zən-
ginləşdirilməsi məqsədi ilə bitki müxtəlifliyinin toplanması, 
əldə olunan hüceyrə plazmasının nəzarət edilən  şəraitlərdə 
qorunub-saxlanılması, elmi-tədqiqat, seleksiya, maarifləndirmə 
və digər fəaliyyətlərdə istifadəsi məqsədi ilə bitkilərin genetik 
ehtiyatlarının təbii areallarda axtarışının aparılması; 
BİOLOJİ MÜXTƏLİFLİK (BİOMÜXTƏLİFLİK) - 
canlı aləmi (bitki, heyvan, mikroorqanizm) təşkil edən bütün 


295 
orqanizmlərin növdaxili, növlərarası və ekosistem müxtəlifliyi 
(yerüstü, dəniz və digər su ekosistemləri və ekoloji 
komplekslər də daxil olmaqla); 
BIOLOJI UZUNÖMÜRLÜLÜK – toxumun optimal sax-
lanma  şəraitində partiyada yaxud nümunədə heç olmazsa bir 
dənəsinin həyat qabiliyyətini saxlaya bilməsi xüsusiyyətidir.  
CÜCƏRMƏMIŞ TOXUMLAR- şişmiş, cücərmənin 
hesablama aparılma müddətində həcmi böyümüş lakin, sağlam 
görünüşü olan toxumlardır.  
DESKRİPTOR – hər hansı sistematik obyekti təsvir edən 
məlumatların (verilənlərin) məcmusu. Hərfi tərcüməsi “təsvir 
edən” deməkdir. Bitkiçilikdə pasport deskriptorları (məsələn, 
nümunənin identifikatorları, elmi adı, toplandığı yer və bu 
yerin coğrafi koordinatları, toplanma və kolleksiyaya daxil-
edilmə ili, bioloji statusu və s.), xarakteristika deskriptorları 
(bitkinin ölçüləri, yarpağının forması, kollanma tipi, ilk 
budağın yerləşmə hündürlüyü, sünbüldə və ya paxlada dən sayı 
və s.), qiymətləndirmə deskriptorları (biokimyəvi, texnoloji, 
fizioloji parametrlər, keyfiyyət göstəriciləri, stress amillərinin 
təsirinə davamlılıq dərəcələri və s.) və digər deskriptorlar 
mövcuddur. Deskriptorları qeydə almaq üçün müxtəlif 
kodlaşdırma sistemlərindən istifadə edilir; 
EX SİTU mühafizə – bitki müxtəlifliyinin təbii həyat 
mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə 
səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı 
yerlərdən) kənarda nəzarət edilən şəraitdə mühafizəsi və idarə 
olunması; 
ELİT TOXUM - Super elit toxumun çoxaldılmasından 
alınmış toxuma deyilir. 
ENDOSPERM-çiçəkli bitkilərin toxumlarındakı toxumadır. 
Adətən, mərkəzi diploid nüvənin tozcuq borusunun iki 
spermisindən biri ilə mayalanması  nəticəsində  əmələ  gələn 
triploid nüvənin bölünməsi hesabına inkişaf edir. 
GEN –xromosomun müəyyən biokimyəvi funksiya daşıyan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə