12
İşçinin pozulmuş hüquqlarının bərpası üçün fərdi əmək
mübahisəsinə başlamaq hüququ
İşəgötürənlə əmək münasibətlərində olan hər bir şəxsin öz
pozulmuş və ya pozulması ehtimal olunan əmək hüquqlarının
bərpası məqsədi ilə fərdi qaydada əmək mübahisəsinə
başlamaq hüququ vardır.
Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən “Məcəllənin 288-
ci maddəsində göstərilən məsələlərlə bağlı hüquqlarının və ya
qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu
Məcəllədə nəzərdə tutulmuş qaydada
fərdi əmək
mübahisələrini həll edən orqanlara müraciət edərək
pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər”.
İşçi fərdi əmək mübahisəsinə özü və ya qanunvericiliyn
müəyyən etdiyi qaydada vəkil etdiyi şəxs vasitəsi ilə başlaya
bilər.
Məcəlləyə görə fərdi əmək mübahisəsinə işçinin işlədiyi
vaxtdankənar zamanda baxılır. Bununla belə mübahisəyə
işçinin işlədiyi vaxt ərzində baxıldıqda onun həm əsas, həm də
əlavə iş yerində əmək haqqı saxlanılmalıdır.
13
FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNİN
HƏLLİ QAYDALARI
Məcəllənin 292-ci maddəsində göstərilir ki, “İşçi bu
Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı
hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu
aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi
əmək mübahisələrini həll edən orqanlara müraciət edərək
pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər”.
Məcəllədə fərdi əmək mübahisəsinin həlli yolları aşağıdakılar
göstərilmişdir.
•
Əgər müəssisədə kollektiv müqavilədə nəzərdə tutulmuşdursa
həmkarlar ittifaqları komitələri nəzdində əmək mübahisələrinə
baxan komissiya yaradıla bilər. Fərdi əmək mübahisəsi
yarandıqda işçi həmin komissiyaya müraciət edə bilər;
•
İşçi ilə bağlanmış əmək müqaviləsində əmək mübahisəsinin
məcəllədə nəzərdə tutulmayan həlli yolları nəzərdə tutula bilər;
•
İşçi məcəllədə göstərilən şərtlərə əməl etməklə 1 aya qədər
müddətdə təkbaşına tətil edə bilər.
•
Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə və Mülki
Prosessual Məcəllənin tələblərinə əməl etməklə məhkəmələr
vasitəsi ilə;
Göstərilən istənilən üsuldan istifadə etmədən işçinin birbaşa
məhkəməyə şikayət etmək hüququ vardır. Göründüyü kimi
fərdi əmək mübahisələrinin həlli üçün qanunvericilik qaydalar
və prosedurlar müəyyən etmişdir.
Fərdi Əmək Mübahisələrinə Əmək Mübahisələri
Komissiyalarında (ƏMK) baxılması
Kollektiv müqavilələrdə
nəzərdə tutulmuş hallarda
müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi
əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın
14
yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və
fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır (Əmək
Məcəlləsi 294-cü maddə 2-ci hissə).
Azərbaycan Respublikasının Əmək Məcəlləsində Əmək
Mübahisələri üzrə Komissiyaların yaradılmasına dair müddəa
imperativ norma deyildir. Belə komissiyanın yaradılması
işəgötürənlə əmək kollektivinin razılaşması əsasında və
kollektiv müqavilədə nəzərdə tutulan hallarda yaradıla bilər.
Rusiya Federasiyasının Əmək Məcəlləsində
Əmək
Mübahisələri üzrə Komissiyanın funksiya və səlahiyyətləri
daha genişdir və onun yaradılması əmək kollektivi ilə
işəgötürənin iradəsinin nəticəsi deyil normativ sənəd əsasında
həyata keçirilir, baxmayaraq ki, belə komissiyanın tərkibi
müəssisə adminstrasiyası ilə əmək kollektivi tərəfindən
formalaşdırılır.
Əslində müəssisələrdə fəaliyyət göstərməli olan Əmək
Mübahisələri üzrə Komissiyaları məhkəmədən kənar orqan
olmaqla fərdi əmək mübahisələrinin həllində ciddi rol oynaya
bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
Komissiyanın formalaşdırılması, tərkibi, səlahiyyətləri onun
qərarlarının qüvvəsi ilə bağlı müddəalar yoxdur. Rusiya
Federasiyasında isə belə komissiyaların fəaliyyəti ayrıca
əsasnamə ilə tənzimlənir (Rusiya Federasiyasının Əmək
Mübahisələri üzrə Komissiyanın əsasnaməsi əlavədə verilir).
Bununla belə Azərbaycan Respublikasının Əmək Məcəlləsində
belə komissiyanın fəaliyyət göstərdiyi halda fərdi əmək
mübahisəsinə başlayan işçi öz arzusu ilə məhkəməyə deyil
komissiyaya müraciət edə bilər. Əgər işçi ƏMK-ə müraciət
edirsə onda məhkəməyə müraciət etmək üçün
qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlər 1 aydan
artaraq 3 ay olur.
15
Əgər Komissiyanın qərarı işçini və ya işəgötürəni təmin etməsə
onda tərəflər məhkəməyə müraciət hüququndan istifadə edə
bilərlər.
Beləliklə, hətta əmək kollektivlərində belə komissiyalar
mövcud olsa belə onun qərarı son qərar deyildir və həm işçi,
həm də işəgötürən tərəfindən mübahisələndirilə bilər.
Əmək Məcəlləsi imkan verir ki, müəssisələrdə Əmək
Mübahisələri üzrə Komissiyanın yaradılmasına təşəbbüsü
işəgötürən və ya əmək kollektivi və ya onun adından çıxış edən
həmkarlar ittifaqı təşkilatı irəli sürsün. Əmək Kollektivi və ya
onu təmsil edən həmkarlar ittifaqı bunun üçün kollektiv
danışıqlara başlamalı və belə komissiyanın yaradılmasına dair
müddəanı kollektiv müqaviləyə daxil etməlidir.
İşəgötürən və əmək kollektivi Əmək Mübahisələri üzrə
Komissiyanın yaradılması şərtlərini, onun səlahiyyyətlərini
birbaşa kollektiv müqaviləyə də daxil edə bilər. Bununla belə
ölkə praktikasında Əmək Mübahisələri üzrə Komissiya
haqqında əsasnamələrin fəaliyyət göstərən sahələri mövcuddur.
“Metal iş”Həmkarlar İttifaqları Federasiyası tərəfindən Əmək
Mübahisələri üzrə Komissiya haqqında əsasnamə hazırlamışdır
(əsasnamə əlavədə verilir).
Əmək Mübahisələri üzrə Komissiyanın fəaliyyətinə dair
əsasnamənin Nazirlər Kabinetinin qərarı ilə təstiq olunması
daha məqsədəuyğun olardı.
Lakin belə komissiyaları bütün müəssisələrdə və bütün iş
yerlərində yaratmaq bütün hallarda mümkün deyildir. Belə ki,
işçilərinin sayı az olan kiçik və orta müəssisələrdə belə
komissiyaları yaratmaq işçilərin say tərkibi imkan vermədiyi
üçün mümkün deyildir. Cəmi bir neçə işçisi olan müəssisələrdə
belə komissiyaları yaratmaq mümkün deyildir. Bununla belə bu
cür komissiyalar sahələr üzrə yaradıla bilər. Bunun üçün
müvafiq sahənin həmkarlar ittifaqları respublika komitələri ilə
Dostları ilə paylaş: |