Microsoft Word vesait fem doc


İşçinin pozulmuş hüquqlarının bərpası üçün fərdi  əmək



Yüklə 279,73 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.05.2018
ölçüsü279,73 Kb.
#43783
1   2   3   4   5   6   7   8   9   10   11

 

12 


İşçinin pozulmuş hüquqlarının bərpası üçün fərdi  əmək 

mübahisəsinə başlamaq hüququ 

 

İşəgötürənlə  əmək münasibətlərində olan hər bir şəxsin öz 

pozulmuş  və ya pozulması ehtimal olunan əmək hüquqlarının 

bərpası məqsədi ilə  fərdi qaydada əmək mübahisəsinə 

başlamaq hüququ vardır.  

Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən “Məcəllənin 288-



ci maddəsində göstərilən məsələlərlə bağlı hüquqlarının və ya 

qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu 

Məcəllədə nəzərdə tutulmuş qaydada 

fərdi əmək 

mübahisələrini həll edən orqanlara müraciət edərək 

pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər”. 

İşçi fərdi  əmək mübahisəsinə özü və ya qanunvericiliyn 

müəyyən etdiyi qaydada vəkil etdiyi şəxs vasitəsi ilə başlaya 

bilər. 


Məcəlləyə görə    fərdi  əmək mübahisəsinə  işçinin işlədiyi 

vaxtdankənar zamanda baxılır. Bununla belə mübahisəyə 

işçinin işlədiyi vaxt ərzində baxıldıqda onun həm əsas, həm də 

əlavə iş yerində əmək haqqı saxlanılmalıdır. 



 

 


 13 

FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNİN  

HƏLLİ  QAYDALARI 

 

Məcəllənin 292-ci maddəsində göstərilir ki, “İşçi bu 



Məcəllənin 288-ci  maddəsində göstərilmiş  məsələlərlə bağlı 

hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu 

aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada  fərdi 

əmək mübahisələrini həll edən orqanlara müraciət edərək 

pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər”. 

Məcəllədə  fərdi  əmək mübahisəsinin həlli yolları aşağıdakılar 

göstərilmişdir. 

 



Əgər müəssisədə kollektiv müqavilədə  nəzərdə tutulmuşdursa 

həmkarlar ittifaqları komitələri nəzdində  əmək mübahisələrinə 

baxan komissiya yaradıla bilər. Fərdi  əmək mübahisəsi 

yarandıqda işçi həmin komissiyaya müraciət edə bilər; 

 

İşçi ilə bağlanmış  əmək müqaviləsində  əmək mübahisəsinin 



məcəllədə nəzərdə tutulmayan həlli yolları nəzərdə tutula bilər; 

 



İşçi məcəllədə göstərilən  şərtlərə  əməl etməklə 1 aya qədər 

müddətdə təkbaşına tətil edə bilər. 

 

Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə  və Mülki 



Prosessual Məcəllənin tələblərinə  əməl etməklə  məhkəmələr 

vasitəsi ilə;  

 

Göstərilən istənilən üsuldan istifadə etmədən işçinin birbaşa 



məhkəməyə şikayət etmək hüququ vardır. Göründüyü kimi 

fərdi əmək mübahisələrinin həlli üçün qanunvericilik qaydalar 

və prosedurlar müəyyən etmişdir.  

 

Fərdi Əmək Mübahisələrinə Əmək Mübahisələri 



Komissiyalarında (ƏMK) baxılması 

 

Kollektiv müqavilələrdə 



nəzərdə tutulmuş hallarda 

müəssisələrdə  həmkarlar ittifaqları təşkilatının nəzdində  fərdi 

əmək mübahisələrinə  məhkəməyə  qədər baxan orqanın 


 

14 


yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və 

fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır (Əmək 

Məcəlləsi 294-cü maddə 2-ci hissə). 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində  Əmək 

Mübahisələri üzrə Komissiyaların yaradılmasına dair müddəa  

imperativ norma deyildir. Belə komissiyanın yaradılması 

işəgötürənlə  əmək kollektivinin razılaşması  əsasında və 

kollektiv müqavilədə nəzərdə tutulan hallarda yaradıla bilər.  

Rusiya Federasiyasının Əmək Məcəlləsində 

Əmək 


Mübahisələri üzrə Komissiyanın funksiya və  səlahiyyətləri 

daha genişdir və onun yaradılması əmək kollektivi ilə 

işəgötürənin iradəsinin nəticəsi deyil normativ sənəd  əsasında 

həyata keçirilir, baxmayaraq ki, belə komissiyanın tərkibi 

müəssisə adminstrasiyası ilə  əmək kollektivi tərəfindən 

formalaşdırılır. 

Əslində müəssisələrdə  fəaliyyət göstərməli olan Əmək 

Mübahisələri üzrə Komissiyaları məhkəmədən kənar orqan 

olmaqla fərdi  əmək mübahisələrinin həllində ciddi rol oynaya 

bilər. 


Azərbaycan Respublikasının Əmək Məcəlləsində 

Komissiyanın formalaşdırılması, tərkibi, səlahiyyətləri onun 

qərarlarının qüvvəsi ilə bağlı müddəalar yoxdur. Rusiya 

Federasiyasında isə belə komissiyaların fəaliyyəti ayrıca 

əsasnamə ilə  tənzimlənir (Rusiya Federasiyasının Əmək 

Mübahisələri üzrə Komissiyanın əsasnaməsi  əlavədə verilir). 

Bununla belə Azərbaycan Respublikasının Əmək Məcəlləsində 

belə komissiyanın fəaliyyət göstərdiyi halda fərdi  əmək 

mübahisəsinə başlayan işçi öz arzusu ilə  məhkəməyə deyil 

komissiyaya müraciət edə bilər.  Əgər işçi  ƏMK-ə müraciət 

edirsə onda  məhkəməyə müraciət etmək üçün 

qanunvericilikdə nəzərdə tutulan  prosessual müddətlər 1 aydan 

artaraq 3 ay olur.  



 15 

Əgər Komissiyanın qərarı işçini və ya işəgötürəni təmin etməsə 

onda tərəflər məhkəməyə müraciət hüququndan istifadə edə 

bilərlər.  

Beləliklə, hətta  əmək kollektivlərində belə komissiyalar 

mövcud olsa belə onun qərarı son qərar deyildir və  həm işçi, 

həm də işəgötürən tərəfindən mübahisələndirilə bilər. 

Əmək Məcəlləsi imkan verir ki, müəssisələrdə  Əmək 

Mübahisələri üzrə Komissiyanın yaradılmasına təşəbbüsü 

işəgötürən və ya əmək kollektivi və ya onun adından çıxış edən 

həmkarlar ittifaqı təşkilatı irəli sürsün. Əmək Kollektivi və ya  

onu təmsil edən həmkarlar ittifaqı bunun üçün kollektiv 

danışıqlara başlamalı və belə komissiyanın yaradılmasına dair 

müddəanı kollektiv müqaviləyə daxil etməlidir.  

İşəgötürən və  əmək kollektivi Əmək Mübahisələri üzrə 

Komissiyanın yaradılması şərtlərini, onun səlahiyyyətlərini 

birbaşa kollektiv müqaviləyə  də daxil edə bilər. Bununla belə 

ölkə praktikasında Əmək Mübahisələri üzrə Komissiya 

haqqında əsasnamələrin fəaliyyət göstərən sahələri mövcuddur. 

“Metal iş”Həmkarlar  İttifaqları Federasiyası tərəfindən  Əmək 

Mübahisələri üzrə Komissiya haqqında əsasnamə hazırlamışdır 

(əsasnamə əlavədə verilir). 

Əmək Mübahisələri üzrə Komissiyanın fəaliyyətinə dair 

əsasnamənin Nazirlər Kabinetinin qərarı ilə  təstiq olunması 

daha məqsədəuyğun olardı.  

Lakin belə komissiyaları bütün müəssisələrdə  və bütün iş 

yerlərində yaratmaq bütün hallarda mümkün deyildir. Belə ki, 

işçilərinin sayı az olan kiçik və orta müəssisələrdə belə 

komissiyaları yaratmaq işçilərin say tərkibi imkan vermədiyi 

üçün mümkün deyildir. Cəmi bir neçə işçisi olan müəssisələrdə 

belə komissiyaları yaratmaq mümkün deyildir. Bununla belə bu 

cür komissiyalar sahələr üzrə yaradıla bilər. Bunun üçün 

müvafiq sahənin həmkarlar ittifaqları respublika komitələri ilə 



Yüklə 279,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə