Microsoft Word vesait fem doc


Məhkəmənin fərdi  əmək mübahisəsi ilə bağlı qərarının və



Yüklə 279,73 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.05.2018
ölçüsü279,73 Kb.
#43783
1   2   3   4   5   6   7   8   9   10   11

 29 

Məhkəmənin fərdi  əmək mübahisəsi ilə bağlı qərarının və 

qətnamələrin icrası qaydaları 

 

Əmək Məcəlləsinin 301-ci maddəsinə  əsasən fərdi  əmək 

mübahisəsi ilə bağlı məhkəmənin çıxardığı qərarda başqa hal 

nəzərdə tutulmayıbsa, onda o qərar qanuni qüvvəyə mindiyi 

gündən dərhal icra edilməlidir. Bu o deməkdir ki, birinci 

instansiya məhkəməsinin qərarı (qətnaməsi) Mülki Prosessual 

Məcəllədə  nəzərdə tutulmuş müddətdən sonra qüvvəyə minir. 

Bu müddət qərarın (qətnamənin) tərəflərə təqdim edilməsindən 

sonra bir ay təşkil edir. Lakin cavabdeh tərəf apellyasiya 

şikayəti verərsə onda birinci instansiya məhkəməsinin qərarı 

apellyasiya instansiyasının qərarından asılı olaraq qüvvəyə 

minir. Yəni Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlasa, 

qismən qüvvədə saxlasa və ya ləğv edib mahiyyəti üzrə başqa 

qərar qəbul etsə onda həmin qərar tətbiq edilir. 

Əgər birinci instansiya məhkəməsinin qərarı (qətnaməsi) işçini 

təmin etmirsə onda o qərarı (qətnaməni)  əldə etdikdən 1 ay 

müddətində birinci instansiya məhkəməsi vasitəsi ilə 

apellyasiya şikayəti verə bilər. 

Apellyasiya məhkəməsinin qərarı tərəflərə təqdim edilən andan 

icra olunmalıdır.  

Əgər apellyasiya məhkəməsinin qərarı işçini təmin etmirsə o 

kassasiya qaydasında Ali Məhkəmənin Mülki İşlər üzrə 

Məhkəmə Kollegiyasına şikayət verə bilər. 

Ali Məhkəmənin Mülki İşlər üzrə  Məhkəmə Kollegiyasının 

qərarı işçini təmin etmədikdə o, Ali Məhkəmənin Plenumuna 

əlavə kassasiya şikayəti verə bilər. Lakin artıq Ali 

Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının Qərarı 

çıxdıqdan sonra şəxs 6 ay müddətində  İnsan Hüquqları üzrə 

Avropa Məhkəməsinə  şikayət verə bilər. Lakin bu zaman 

nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsi sosial iqtisadi və 

mədəni hüquqların pozulması ilə bağlı  şikayətlərə baxmır. 



 

30 


İstisna mülkiyyət hüquqları təşkil edir ki, bu da İnsan 

Hüquqlarının və  Əsas Azadlıqların Müdafiəsinə dair Avropa 

Konvensiyasına  əlavə olunan 1 saylı Protokolun 1-ci maddəsi 

ilə tənzimlənir. 

Əmək hüquqları pozulmuş  şəxs yalnız bu halda Avropa 

Konvensiyasının 6-cı maddəsinin -ədalətli məhkəmə 

hüququnun pozulması ilə  əlaqədar  İnsan Hüquqları üzrə 

Avropa Məhkəməsinə şikayət verə bilər. Şəraitdən asılı olaraq 

şikayət zamanı Konvensiyanın 13 və 14-cü maddələrinə  də 

istinad etmək olar. 

Əgər işçi hesab etsə ki, onun əmək hüquqlarının pozulması hər 

hansı normativ hüquqi aktın tətbiq edilməsi ilə bağlıdır və bu 

akt onun konstitusion hüquqlarını pozur, bu zaman o daha bir 

hüquq müdafiə mexanizmdən istifadə edə bilər. Bu mexanizm 

də konstitusiya Məhkəməsinə şikayət verməkdən ibarətdir. 

Lakin məhkəmyə iddia verən  hər kəs yadda saxlamalıdır ki, 

pozulmuş hüquqların təmin olunmasında məhkəmə  ən effektiv  

mexanizm olsa da belə, ondan istifadə etməyin bir sıra 

çətinlikləri vardır. Belə ki, məhkəməyə iddia və  şikayətlər 

qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmalıdır, 

ikincisi iddia və  şikayətlər hüquqi baxımdan savadlı və 

məntiqli olmaldır, üçüncüsü yaxşı olar ki, məhkəmədə  vəkilin 

xidmətindən istifadə edilsin. Nəzərə almaq lazımdır ki, Ali 

Məhkəməyə  və Konstitusiya Məhkəməsinə  şikayət yalnız 

vəkillər kollegiyasının üzvü olan vəkil vasitəsi ilə verilməlidir.  

Məhkəmə prosesləri həmçinin məhkəmə  xərcləri tələb edir. 

Odur ki, məhkəməyə müraciət etmək istəyən hər bir kəs, 

əvvəlcədən şanslarını düzgün qiymətləndirməlidir. 



 

 

 



 

 



 31 

Məhkəmə  qərarının icrasından sonra icraya dönüşün 

məhdudlaşdırılması 

 

Əmək Məcəlləsinin 302-ci maddəsinə  əsasən fərdi  əmək 

mübahisələri üzrə icrada dönüşə  məhdudiyyət qoyulmuşdur. 

Maddədə göstərilir ki, “Fərdi  əmək mübahisələri üzrə 

məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş  qərarı, 

qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət 

icraatı qaydasında işçinin zərərinə  ləğv edilə bilməz. 

Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu 

qərar yalnız işçinin, işəgötürənin,  şahidlərin verdiyi yalan 

məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə  əsaslanaraq 

qəbul edildiyi hallarda yol verilə bilər”. 

Qeyd: «İcrada dönüş» dedikdə, məhkəmə  qətnaməsinin, 

qərarının icraya yönəldilməməsi, icraya yönəldilmiş 

qətnamənin, qərarın icrasının dayandırılması və ya icra 

edilmiş 

qətnamənin, qərarın ləğv edilərək tərəflərin 

münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin 

əmək mübahisəsi ilə  əlaqədar iddia verilən andakı vəziyyətə 

qaytarılması başa düşülməlidir. 

 

Əmək Məcəlləsi ilə müəyyən olunan fərdi  əmək 

mübahisəsinin həlli qaydalarının şamil edilmədiyi şəxslər 

Əmək Məcəlləsinin 303-cü maddəsinə görə  “Əmək Məcəlləsi 

 ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli 

qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında 

nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin 

olunan şəxslərə şamil edilmir”. 

 



 

32 


ƏLAVƏLƏR 

 

Əlavə 1.  

 

 ƏMK haqqında əsasnamə (Azərbaycan Nümunəsi) 

 

Müəssisələrin, idarələrin, təşkilatların 

həmkarlar ittifaqları kоmitələri nəzdində   

Fərdi  əmək mübahisələrinə  baхılması 

haqqında

2

 

                            

Ə S  A  S  N  A  M  Ə 

 

I.Ümumi müddəalar 

 

1.1. Fərdi əmək mübahisələri - işəgötürənlə işçi arasında əmək 



müqaviləsinin (kоntraktın), kоllеktiv  əmək müqaviləsinin 

(sazişin)  şərtlərinin,  əmək qanunvеriciliyinin tətbiqi zamanı 

anlaşıqlı danışıqlar yоlu ilə aradan qaldırıla bilinməyən, 

Azərbaycan Rеspublikası qanunvеriciliyində  nəzərdə tutulmuş 

fərdi  əmək mübahisələri  оrqanlarında araşdırılmalı  оlan və 

yalnız nоrmativ - hüquqi və ya lоkal aktlar ilə həll еdilən fikir 

ayrılığıdır. 

1.2. Işçinin məhkəməyə  müraciət еtmək hüququ saхlanılmaqla 

müəssisələrin kоllеktiv müqaviləsində  nəzərdə tutulmuş 

qaydada həmkarlar ittifaqı kоmitəsinin nəzdində  məhkəməyə 

qədər əmək mübahisələri kоmissiyaları yaradılır. (FƏMK) 

1.3. HIK nəzdində FƏMK-nin yaradılması və fəaliyyət qaydası 

qüvvədə  оlan Azərbaycan Rеspublikası qanunvеriciliyinə 

müvafiq  оlaraq tərtib  еdilmiş, Fеdеrasiyanın Icraiyyə 

                                                 

2

 Azərbaycan Mеtal Işçiləri Həmkarlar Ittifaqı Fеdеrasiyası tərəfindən 



hazırlanmışdır 


Yüklə 279,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə