Microsoft Word vesait fem doc



Yüklə 279,73 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.05.2018
ölçüsü279,73 Kb.
#43783
1   2   3   4   5   6   7   8   9   10   11

 

22 


edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb 

edilə bilər”.  

Müddəadan görünür ki, işçinin fərdi  əmək mübahisəsini həll 

etmək üçün təkbaşına tətil hüququndan istifadə etməsi onun iş 

yerini itirməsi ilə  nəticələnə bilər. Bu baxımdan fərdi  əmək 

mübahisəsinin həlli vasitəsi kimi təkbaşına tətil etmək risklidir 

və bu baxımdan digər vasitələrdən istifadə edilməsi daha 

məqsədəuyğundur. 

 

 



Məhkəmələr vasitəsi ilə fərdi əmək mübahisələrinin həlli 

 

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı 



maddəsində göstərilir ki, “Hər kəsin hüquq və azadlıqlarının 

məhkəmədə müdafiəsinə  təminat verilir. Hər kəs dövlət 

orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və 

digər ictimai birliklərin, vəzifəli  şəxslərin qərar və 

hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə  şikayət 

edə bilər”

Əmək Məcəlləsinin 294-cü maddəsinə  əsasən fərdi  əmək 

mübahisələrinə bilavasitə  məhkəmələrdə baxılır. Lakin 

yuxarıda  şərh olunduğu kimi fərdi  əmək mübahisəsinin 

tərəfləri mübahisənin məhkəmədən kənar həlli üsullarından da 

istifadə edə bilərlər. Lakin bütün hallarda birbaşa məhkəməyə 

müraciət etmək hüququ saxlanılır. 

Fərdi  əmək mübahisəsinin həlli məqsədi ilə  məhkəməyə 

müraciət, işçinin və ya onu təmsil edən tərəfin (məsələn, 

həmkarlar ittifaqı komitəsinin) işəgötürənin onun əmək 

funksiyalarını yerinə yetirməsi ilə bağlı  hərəkət və ya 

hərəkətsizliyi ilə razılaşmamasının nəticəsidir. Yuxarıda qeyd 

olunduğu kimi işçi və ya onu təmsil edən nümayəndə 

məhkəməyə yaranmış  fərdi  əmək mübahisəsi ilə bağlı və ya 

əgər fərdi  əmək mübahisəsinə  əmək mübahisəsi komissiyası 

baxmışdırsa, onun qərarı ilə razılaşmayaraq verilir. 




 23 

Fərdi  əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət 

aşağıdakı subyektlərdən daxil ola bilər: 

 



Hər hansı işəgötürənlə  əmək münasibətlərində olan və 

ya olmuş işçi tərəfindən. 

İşçi tərəfindən verilən iddianın əsasını aşağıdakılar təşkil 

edə bilər: 

-əmək müqaviləsinə  hər hansı səbəbdən xitam verilməsinə 

görə işçinin işə bərpa olunması ilə bağlı; 

-Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara 

dəyişikliklərin edilməsi (məsələn, maddənin düzgün tətbiq 

olunmaması və ya əmək müqaviləsinə xitam verilməsi 

qaydalarının pozulması səbəbindən); 

-Əmək haqqı üzrə ödənişlərlə bağlı; 

-Sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı; 

-Əmək Məcəlləsində göstərilən digər hallarla bağlı. 

 



İşə qəbul edilmək üçün müraciət etmiş şəxs tərəfindən. 

 



İş yerində ayrı-seçkilik və müxtəlif qısnamalara məruz 

qalan işçi tərəfindən; 

 

İşəgötürən tərəfindən 



İşəgötürən tərəfindən işçiyə qarşı iddianın verilməsi əsasən 

işçinin kommersiya sirrini pozması, işəgötürənən əmlakına 

qəsd etməsi və s. hallarda zərər vurması ilə bağlı olur. 

Bu vəsaitdə işəgötürənin işçiyə qarşı məhkəməyə iddia verməsi 

ilə bağlı şərhlərə yer ayrılmır. 

 

Fərdi  əmək mübahisələrinin həlli məqsədi ilə  məhkəməyə 



müraciət üçün iddia müddətləri 

 

Fərdi  əmək mübahisəsinin həlli məqsədi ilə  məhkəməyə 

iddianın verilməsi üçün Əmək Məcəlləsində müddətlər 

müəyyən edilmişdir. Bu müddətlərə  əməl etmək olduqca 

vacibdir.  Əks halda üzürlü səbəb olmadan məhkəməyə 

müəyyən olunmuş müddətlər başa çatdıqdan sonra verilən 

iddialara baxılmır. 



 

24 


Əgər işçi müəssisədə fəaliyyət göstərən Əmək Mübahisələrinə 

baxan Komissiyaya müraciət etməyibsə onda “qalan bütün 



hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün  işçi 

hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim 

ayı ərzində məhkəməyə müraciət edə bilər”. 

Hüquqlarının pozulmasının aşkar edildiyi gün. Məhkəmə 

praktikasında “hüquqlarının pozulmasını aşkar edildiyi gün”lə 

bağlı çoxsaylı anlaşılmazlıqlar ortaya çıxır. Baxmayaraq ki, 

Əmək Məcəlləsi buna nisbətən dəqiq anlayış verir. Əmək 

Məcəlləsinin 296-cı maddəsinə 

əsasən 


“Hüququnun 

pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, 

(sərəncamın, qərarın), 

əmək kitabçasının, haqq-hesab 

sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin)  verildiyi, 

həmçinin  əmək müqaviləsinin bu Məcəllədə  nəzərdə tutulmuş 

şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada 

sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 

İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi 

haqqında tələblərə iddia müddəti şamil edilmir” 

Diqqət yetirmək lazımdır ki, istehsalat zədələnməsi və ya peşə 

xəstəliyi ilə bağlı işçinin sağlamlığına dəymiş  zərərin 

ödənilməsi ilə bağlı məhkəməyə iddia verilməsi üçün 

müddətlər müəyyən edilmir. Bu o deməkdir ki, işçi 

sağlamlığına dəyən zərərin  əvəzini tələb etmək üçün 

məhkəməyə istənilən vaxt müraciət edə bilər. 

Qeyd: Praktikada belə hallar olur ki, işəgötürən işçi ilə  əmək 

münasibətlərinə xitam verir, lakin bununla bağlı işçiyə  zəruri 

sənədləri, o cümlədən  əmək kitabçasını, əmək müqaviləsinə 

xitam verilməsi ilə bağlı  əmrin surətini təqdim etmir. Burada 

məqsəd işçinin məhkəməyə müraciət etməsinin qarşısını 

almaqdır.Belə halda şəxsin məhkəməyə iddia verməsi zəruridir. 

İşçi iddiasında işgəötürənin onunla faktiki olaraq əmək 

münasibətlərinə xitam verməsini göstərməklə, həmçinin həmin 

sənədlərin məhkəmə vasitəsi ilə istənilməsini tələb edə bilər. 




Yüklə 279,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə