Microsoft Word vesait fem doc



Yüklə 279,73 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.05.2018
ölçüsü279,73 Kb.
#43783
1   2   3   4   5   6   7   8   9   10   11

 25 

Digər ciddi problem işəgötürənlə  işçi arasında əmək 

münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlıdır.  Əmək 

münasibətlərinin faktiki mövcud olmasına baxmayaraq işçi ilə 

əmək müqaviləsi bağlanmamışdırsa, bu işçinin məhkəməyə 

iddia vermək hüququnu məhdudlaşdırmır. Sadəcə belə halda 

işçi həmçinin həmin müəssisədə işləməsi, aldığı əmək haqqının 

miqdarını da təstiq edən sübutlar təqdim etməlidir. 

 

Əmək Məcəlləsinin 296-cı maddəsinə görə “pul və digər əmlak 



tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla 

bağlı yaranmış əmək mübahisələrinin həlli üçün 

işçi, 

hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 

il ərzində məhkəməyə müraciət edə bilər”. 

 

Məcəllədə göstərilən müddətlər yalnız üzürlü səbəblər olduqda 



uzadıla bilər. Üzürlü səbəb dedikdə  Məcəllədə iddiaçının 

xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda 

məzuniyyətdə olması,  yaxın  qohumunun ölməsi və digər 

obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi halları qəbul 

olunur. Belə olan halda mübahisəyə baxan orqan buraxılmış 

müddəti  bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.  



Qeyd: Bu  maddənin altıncı hissəsində iddiaçının «yaxın 

qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi,  əri 

(arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin 

(arvadının) valideynləri, qardaşları, bacıları başa 

düşülməlidir.  İşçinin digər qohumlarının vəfatı ilə  əlaqədar 

iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə 

bilər. 

 

Məhkəməyə müraciət üçün zəruri olan prosessual 

hərəkətlər 

 

Fərdi  əmək mübahisəsi zəminində  işçi məhkəməyə iddia 

təqdim etməlidir. İddianın forması, ona əlavə olunan sənədlərə 



 

26 


dair tələblər Azərbaycan Respublikasının Mülki Prosessual 

Məcəlləsində əks olunur. 

Mülki Prosessual Məcəllənin 149 və 150 –ci maddələri ilə 

müəyyən olunur: 

M a d d ə   1 4 9 .  İddia ərizəsinin forması və məzmunu  

149.1.  İddia  ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, 

iddiaçı və ya onun bunu imza etməyə  səlahiyyəti olan 

nümayəndəsi tərəfindən imzalanır. 

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 

149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 

149.2.2. işdə  iştirak edən  şəxslərin adları, onların poçt 

ünvanları; 

149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz 

tələblərini  əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə 

verildikdə isə onların hər birinə qarşı yönələn tələb;  

149.2.4. müqavilə ilə  və ya həmin kateqoriya işlər üçün 

qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin 

məhkəməyə  qədər (pretenziya) qaydada nizama salınmasına 

riayət edilməsinə dair məlumat; 

149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 

149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia 

ərizəsində birləşdirməyə haqlıdır. 

149.4.  Ərizədə mübahisənin düzgün həll edilməsi üçün 

zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri 

də göstərilir. 

M a d d ə   1 5 0 .  İddia ərizəsinə əlavə edilən sənədlər  

150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 

150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə 

iddia ərizəsinin surətləri; 



 27 

150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 

150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən 

etibarnamə və ya digər sənəd; 

150.0.4. iqtisadi mübahisələr üzrə  işdə  iştirak edən digər 

şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə 

edilmiş sənədlərin alınması haqqında sənəd; 

150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair 

sənədlər,  əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü 

şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin 

surətləri; 

150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın 

mətni; 

150.0.7. müqavilə ilə  və ya həmin kateqoriya mübahisələr 



üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin 

məhkəməyə  qədər və ya pretenziya qaydasında nizama 

salınmasına riayət edilməsini təsdiq edən sənəd. 

 

Məhkəmə xərcləri 



 

Əmək Məcəlləsinin 1999-cu ildə  qəbul olunmuş variantında 

fərdi  əmək mübahisələri üçün məhkəməyə müraciət edərkən 

dövlət rüsumu ödənilmirdi. Sonradan edilən bir neçə 

dəyişikliklə  məhkəmə  xərclərinin  əvvəlcədən ödənilməsi tələb 

olunmurdu. Hazırda isə ümumiyyətlə 298-ci maddə 

Məcəllədən çıxarılmışdır. Bu isə o deməkdir ki, fərdi  əmək 

mübahisəsi üzrə iddia verilərkən mülki iddiaların 

verilməsindəki ümumi prinsiplər tətbiq olunur. 

Məcəlləyə görə iddiada pul tələbinə  hər hansı miqdar 

məhdudiyyəti qoyula bilməz. 

 

 



 


 

28 


Məhkəmə qərarlarının nəticələri 

 

Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən 

tərəfindən  əməl olunmamasının hüquqi nəticələri.  Əmək 

Məcəlləsinin 300-cü maddəsinə görə  “Əgər, işəgötürən  əmək 

müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci 

maddələrində  nəzərdə tutulmuş  ləğv edilməsi  əsaslarını 

pozaraq və ya 71, 76-cı 

maddələri ilə müəyyən edilmiş 

qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində 

nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə  əmək 

münasibətlərinə xitam vermişdirsə,  əmək mübahisəsini həll 

edən məhkəmə iddia ərizəsini və  işin faktik hallarını 

araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı 

ödənilməklə  işçinin vəzifəsinə  bərpa edilməsi barədə  qətnamə 

və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin 

barışıq sazişinin təsdiq edilməsi barədə 

qərardad 

çıxarır.Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin 

məbləğinin işəgötürən tərəfindən ödənilməsini də  nəzərdə tuta 

bilər. 


 İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli 

prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, 

hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin 

icrasının təmin edilməsi barədə qərardad qəbul edir”. 



Qeyd: Bu  maddənin birinci hissəsində  nəzərdə tutulmuş 

«dəymiş  zərərin məbləği» dedikdə  işçinin işdən çıxarılması ilə 

əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi  əmək 

mübahisəsinə  məhkəmədə baxılması ilə  əlaqədar məhkəmədə 

hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə 

əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə  də  işçinin iddia 

ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar 

borc alması, şəxsi  əşyalarının satılması nəticəsində  çəkdiyi, 

habelə digər xərclərin məcmusu başa düşülməlidir. 

 


Yüklə 279,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə