B i b l i o q r a f i y a
29
X.Rza Qarabağ hadisələri
başlayanda bir ideoloq, mücahid
və azadxah olub. Onun siyasi-ideoloji fəaliyyətinin əsasları
“Lefortovo zindanında” adlı elmi-tarixi memuarda ifadə edilib.
Kitab şairin 1988-1993-cü illər həyatının tarixi əksidir.
Türk (o cümlədən Azərbaycan) ədəbi-bədii təcrübəsində
memuar janrının “tarixi xatirələr”, “siyasi xatirələr”, “mətbuat xa-
tirələri” (publisistik), “ədəbi xatirələr” (sənədli nəsr), “uşaq xati-
rələri”, “gənclik xatirələri” və başqalarından bəhs edilir. Elmi-
tarixi memuar janrı isə XX əsr Azərbaycan ədəbi-sosial fikrində
(ümumən, türk qövmlərində) Xəlil Rza Ulutürkün adı ilə bağlıdır.
Ümumiləşdiririk ki, Xəlil Rza Ulutürkün qüdrətli ictimai-
siyasi poeziyası, ədəbi-tənqidi görüşləri,
bədii tərcümə və publi-
sistikası, elmi-tarixi memuarları ədəbiyyatımızda, ictimai fikir
tariximizdə orijinal ədəbi hadisə olub, milli-bəşəri idealları, Azər-
baycan dövlətçiliyi və xalq taleyi problemlərini daha yüksək
səviyyədə təcəssüm etdirib, görkəmli şair, mütəfəkkir şəxsiyyət,
ictimai xadim və milli azadlıq hərəkatının mücahidi olan sənət-
karı daha çox fərdiləşdirib.
Əlizadə Əsgərli,
filologiya elmləri doktoru, professor
X ə l i l R za U l u t ü r k
30
Xəlil Rza Ulutürkün həyat
və fəaliyyətinin əsas tarixləri
Xəlil Rza Ulutürk 1932-ci ildə (bəzi mənbələrdə 1933)
oktyabr ayının 21-də Salyan qəzasının Pirəbbə kəndində anadan
olmuşdur.
1948
- “Abşeron” adlı ilk şeirini yazmışdır.
1949-1954
- ADU-nun filologiya fakültəsinin jurnalis-
tlika şöbəsində təhsil almışdır.
1950-1960
-
Azərbaycan Pedaqoji
Universitetində baş
müəllim işləmişdir.
1954 -
Azərbaycan Yazıçılar Birliyinə üzv seçil-
mişdir.
1955-1957 -“Azərbaycan qadını” jurnalının redaksiya-
sında işləmişdir.
1957 -
İlk dəfə “Bahar gəlir” adlı şeirlər kitabı
nəşr olunmuşdur.
1957-1959
- Moskvada M.Qorki adına Dünya Ədəbiy-
yatı İnstitutu nəzdində yazıçılar üçün açıl-
mış ikiillik Ali Ədəbiyyat kursunun müda-
vimi olmuşdur.
1958 -
V.Pasternakın “Doktor Jivaqo” əsərinə
görə SSRİ Ədəbiyyat Fondu üzvlüyündən
çıxarılması məqsədilə əleyhinə təşkil edil-
miş imzaatma komissiyasına etiraz etmişdir.
B i b l i o q r a f i y a
31
1963 -
“Müharibədən sonrakı Azərbaycan sovet
ədəbiyyatında poema janrı (1945-1950)”
mövzusunda
dissertasiya müdafiə edərək
fılologiya elmləri namizədi elmi dərəcəsinə
layiq görülmüşdür;
- N.Tusi adına Pedaqoji Universitetində
dosent vəzifəsində çalışmışdır.
1964-1994 -
Azərbaycan Elmlər Akademiyası Nizami
adına Ədəbiyyat İnstitutunda işləmişdir.
1967 -
Azərbaycan yazıçıları ilə birlikdə
Türkiyədə olmuşdur.
1985
- “Məqsud Şeyxzadənin bədii yaradıcılığı
və Azərbaycan-Özbək ədəbi əlaqələrinin
aktual problemləri” mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək, filologiya
elmləri doktoru alimlik dərəcəsi adını
almışdır.
1986 -
Azərbaycanın “Əməkdar
incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür.
1990
- 26 yanvarda Azərbaycan milli-azadlıq hə-
rəkatında fəal iştirakına görə
SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin əməkdaşları
tərəfindən məhkum edilmiş, Bakı, Moskva,
Rostov, Voronej zindanlarında 8 ay 13 gün
həbsdə olmuşdur.
1991 -
Azərbaycan Ali Sovetinə seçkilərdə iştirak
etmiş, millət vəkili seçilsə də, deputatlıqdan
məhrum edilmişdir.
- “Türk milləti” milli mükafatına layiq
görülmüşdür.
X ə l i l R za U l u t ü r k
32
-“Davam edir 37” şeirinə görə M.F.Axundov
mükafatı laureatı adına layiq görülmüşdür.
1992
- Azərbaycan Respublikasının “Xalq şairi”
fəxri adına layiq görülmüşdür.
1994
- İyun ayının 22-də vəfat etmiş, Fəxri Xiya-
banda dəfn edilmişdir.
1995 -
Ölümündən sonra, aprel ayının 15-də
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı ilə “İstiqlal” ordeni ilə təltif
edilmişdir;
- Anadan olmasının 60 illiyi dövlət səviy-
yəsində qeyd
olunmuşdur;
- “Türkiyə Respublikasının Milli şairi”
adına layiq görülmüşdür.
2001 -
“Gənclik” nəşriyyatında “Seçilmiş əsərlə-
ri” capdan çıxmışdır.
2002
- Noyabr ayının 14-də Azərbaycan Respub-
likasının Prezidenti “Xəlil Rza Ulutürkün
xatirəsinin əbədiləşdirilməsi haqqında”
Sərəncam imzalamışdır.
2004
- Anadan olmasının 70 illik yubileyi keçi-
rilmişdir.
2012 -
İyun ayının 4-də Azərbaycan Respub-
likasının Prezidenti “Xəlil Rza Ulutürkün
80 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncam imzalamışdır.
- -
Xatirəsinin əbədiləşdirilməsi
məqsədilə
Bakı və Salyan şəhərlərində küçə, Bakıda
kütləvi kitabxanalardan biri şairin adını
daşıyır.
B i b l i o q r a f i y a
33
Xəlil Rza poeziyasından sətirlər
Biz Türkləriz... Vətənimiz – başdan-başa Yer kürəsi. Bayra-
ğımız al günəşdir, çadırımız göy qübbəsi!
Məslək silahımsan sən poeziya.
Mən sənin üstündən qələm çəkərəm,
Xalqa çörək kimi gərək olmasan.
Misra işıqlanmır, yanmırsa ürək.
Yazıldı “Gülüstan müqaviləsi”,
Pozuldu yurdumun min gülüstanı.
Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Kim ki, sevmir öz dilini,
İtsin mənim gözlərimdən ilim-ilim.
Bu Azəri torpağının günəşidir mənim dilim
İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim
X ə l i l R za U l u t ü r k
34
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.
Şərqin sənət bayrağıdır
Füzulinin qəzəlləri.
Min dünyaya dəyişmərəm,
Sabirin bir sətrini mən.
Anladım ki, mənim dilim,
Ürəyimdən çıxmır mənim.
Mənim uşaq lüğətimdə sevgi sözü yoxkən hələ
Sevdim ana dilimi mən.
Xəlil - ərəb dilində... Rza - ərəb dilində...
Xəlil Rza Xəlilov-“ov”-da rus şəkilçisi...
Qəhrəman türklüyümdən...
Bircə nişanə varmı...
Ərzun ən böyük çayı Nilə bənzəyən türkəm.
Azərbycan türküyəm, bu soyun şah budağı.
Köksümü əlimdə yarıb sökərəm,
Zamanla birlikdə nəfəs almasam.
Deyirsən, çətindir mərdlik, mətinlik
Bəs necə, səadət gələrmi asan?