“Dədə Qorqud”un möcüzələr dünyası
489
ğa” (tuğulğa – Ə.T.), “tuğulğa”nın da qarşısında “ışık” (işıq –
Ə.T.) yazıb (bu, müəllifin həmin sözlərlə bağlı verdiyi şərhlərin
bir qismidir) (İstanbul, 2000, səh.225, 295); dördüncüsü, hər ikisi
döyüşçünün başını zərbələrdən qoruyan geyimin adıdır.
Dizcik. “Kitab”da bir dəfə işlənib: “...geyimin geydi.
Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gökyay “dizcik” sözünün
izahını verməyib, daha dəqiqi, həmin sözün qarşısında “dizcik
bağlanmak” ifadəsini yazmaqla kifayətlənib (İstanbul, 2000,
səh.197). M.Erginə görə, “dizcik” diz bağı, dizlik mənasındadır
(Ankara, 1963, səh.94). Zeynalov-Əlizadə nəşrində belə sadələşdi-
rilib: “Dizlərinə, qollarına zireh qapaqlar bağlandı” (Bakı, 1988,
səh.210). “KDQ-nin izahlı lüğəti”ndə geniş bir izahata rast gəlinir:
“Dizcik=dizlik. Döyüş zamanı zərbədən qorunmaq üçün dizlərə
geyilən hərbi forma” (Bakı, 1999, səh.76). Bu izahlardan üçüncü-
sü (Zeynalov-Əlizadə) daha məntiqlidir: “dizcik” “dizlərə bağla-
nan zireh qapaq” mənasındadır.
Qarucıq. “Kitab”da cəmi bir dəfə həm də “dizcik” sözün-
dən sonra işlənib: “...Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gök-
yayın fikrincə, qarucıq bağlanmaq “qolbağı taxmaq”, “bazubənd
bağlamaq” mənasındadır (İstanbul, 2000). Zeynalov-Əlizadə nəş-
rində “...qollarına zireh qapaqlar bağlandı” şəklində sadələşdirilib
(Bakı, 1988,səh.210). Hər iki izahda “qarucıq”un “döyüşçü ge-
yimi” mənasında verilməsi düzgündür. Amma “qarucıq” sözünə
başqa bucaqlardan da yanaşmaq mümkündür: birincisi,“qaru-
cıq”sözünün kök morfemi Orxon-Yenisey abidələrində “karağ”
şəklindədir, əl, qol, qolun qarısı mənasını ifadə edir
1
; ikincisi, “qa-
rı” sözü Azərbaycan dilinin qərb şivələrində “qol”, “qolun qarısı”
mənasında işlənməkdədir; üçüncüsü, “Azərbaycan dilinin izahlı
lüğəti”ndə belə bir şərh verilib: “Qədim zamanlarda müharibələr-
də qollara taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlan-
mış geyim, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan
hər cür qoruyucu. Polad qolçaq qoluna //Dəlilər sağu soluma...
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.130.
“Dədə Qorqud”un möcüzələr dünyası
490
(“Koroğlu”)... Dəyərlidir qollarında olan polad qolçaqlar (A.Səh-
hət)”
1
. Bu mənada “Kitab”da işlənmiş “qarucıq” sözü “qolçaq”
mənasında sadələşdirilə bilər ki, bu da təkcə mətnin asan qavranıl-
ması deyil, həm də tarixi leksikologiya baxımından əhəmiyyət-
lidir.
Yaqa.İlk olaraq tərkibində “yaqa” sözü olan ifadələrin mə-
nasına diqqət yetirək: yaqa tutmaq (yaxasından tutmaq, əlbəyaxa
olmaq). “Yaqa tutub kafərlə uğraşayım səniη içün” (D-130); yaqa
tutmaq (bir-birinə həsrət qalanların qucaqlaşması, bir-birinin pal-
tarının yaxasından tutaraq sığallama). “Babasilə Yegnək gizli yaqa
tutuban yiləşdilər” (D-212); yaqa yırtmaq (paltarın yaxasını cırma,
həddindən artıq qəmlənmə, həyatda yaşamaq belə istəməmək).
“Tartdı, yaqasın yırtdı” (D-91); “Yaqanla boğazından tutayınmı?”
Bu misrada iki ifadənin sintez şəklində təzahürü müşahidə olunur:
yaqadan tutmaq (inadla tələb etmək, əl çəkməmək), boğazından
tutmaq (qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək). Bu
ifadələr müasir ədəbi dilimizdə, demək olar ki, eynilə işlənir:
yaxasından tutmaq, boğazından yapışmaq (tutmaq); “Uruz gen
yaqadan sügisin sancdı, turdı” (D-132). A.Əlizadə bu cümlədəki
“yaqa” sözünü belə səciyyələndirir: “bir şeyi yaxaya keçirmək,
qılıncı, bıçağı yaxaya sancmaq”
2
. Bu fikirlər mətnin semantik yü-
kü ilə ziddiyyət təşkil edir: birincisi, ona görə ki, mətndə “qılıc”
və “bıçaq” sözləri yox, “sügü” sözü işlənib; ikincisi, mətndə aydın
şəkildə ifadə edilir ki, süngü yaxaya yox, yerə sancılıb.
Göründüyü kimi, yuxarıdakı ifadələrin heç birində döyüş
geyimi anlamlı “yaqa” (yaxa) sözündən söhbət getmir. Amma
Drezden nüsxəsinin 129-cu səhifəsindəki “yaqa” sözü döyüşçü
geyimi, daha doğrusu, dəmir yaxa mənasındadır: “Əgni bəg dəmür
donum saqlardım bu gün içün//Güni gəldi, yeη-yaqalar dikdürə-
yim səniηçün” (D-129). Sonuncu cümlədəki “yeη-yaqa” (əslində,
yeηi yaqa) ifadəsi Zeynalov-Əlizadə nəşrində “qolçaq-yaxa”
1
Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.543
2
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.98.
“Dədə Qorqud”un möcüzələr dünyası
491
şəklində sadələşdirilib. Qeyd edək ki, bu cür sadələşdirmə Drez-
den nüsxəsinin 246-cı səhifəsindəki “yeηi-yaqa” ifadəsinə də
tətbiq olunub: “Əgni bəg dəmür tonuη maηa vergil//Yeηi yaqa
dikdirəyim sənüηçün!” – “Əynindəki dəmir donunu mənə ver.
Qolçaq, yaxa tikdirim mən səninçin!” (Bakı, 1988, səh.70, 107,
168, 205). Fikrimizcə, “yeηi yaqa” ifadəsinə tam başqa prizmadan
yanaşmaq lazımdır. İlk olaraq qorqudşünaslıqdakı fikirləri saf-
çürük edək: O.Ş.Gökyayın fikrincə, həmin yazılış şəkli geyimin,
paltarın qolu anlamlı “yeη” sözüdür (İstanbul, 2000, səh.310);
V.V.Bartold isə sonuncu nümunədəki “yeηi yaqa” ifadəsini belə
tərcümə edib: “новый ворот” (yeni yaxa) (göstərilən mənbə:
səh.86); “KDQ-nin izahlı lüğəti”ndə O.Ş.Gökyayın fikirləri,
demək olar ki, eynilə təkrarlanıb: “yeη – paltarda qolun ağzı, aşağı
tərəfi... Güni gəldi, yeη – yaqalar dikdürəyim səninçün...” (Bakı,
1999, səh. 107). Bəri başdan deyək ki, V.V.Bartoldun tərcüməsi
(новый ворот – yeni yaxa) mətnin semantik tutumu ilə daha çox
səsləşir. Belə ki, “dəmir dondan tikiləcək yeni dəmir yaxa” yeni
döyüşə, qələbəyə işarədir. Bu cəhət Bəkil oğlu Əmranın dilindən
verilmiş parçada obrazlı şəkildə ifadə olunub: Əmran atası Bəkilə
görə al ayğırı qan tərləyənə qədər çapmağa, süngünü düşmən
köksünə sancmağa, oxu bir igiddən digərinə keçirməyə, başlar
kəsməyə hazır olduğu kimi, atası Bəkilə yeni dəmir yaxa tikdir-
məkdə də israrlıdır: “yeηi yaqalar dikdirəyim səniηçün”. Bütün
bunlar onu deməyə əsas verir ki, “yeηi yaqa” birləşməsindəki
“yeηi” sözü təzə, köhnənin ziddi mənasındadır. Maraqlıdır ki,
“Kitab”ın dilində “sağır nun”la yazılmış “yeηi” sözü ədəbi dili-
mizdə “yeni” şəklində sabitləşsə də, şivələrimizdə ilkin forma və
semantikasını eynilə saxlamaqdadır. Məsələn, Azərbaycan dilinin
qərb şivələrində: yeηi il=yeni il; yeηi paltar=yeni paltar; yeηi
söz=yeni söz...
Cövşən. Fars mənşəli “cövşən” sözü “Kitab”da cəmi bir
dəfə həm də təhkiyəçi dilində işlənib: “Kim atın binər, kim cövşən
geyər” (D-142). Zeynalov-Əlizadə nəşrində “cövşən” sözü belə
tərcümə edilib: “zirehli paltar” (Bakı, 1988, səh.172). “Cövşən”lə
Dostları ilə paylaş: |