Bərabərlik tələbi uzun müddət ərzində qadınların, azlıqların və bütün təzyiqə məruz qalanların
əsas tələbi olub. Bu səbəbdən demokratiya və bərabərlik həmişə yaxın anlayışlar olub. Hətta cinslərin
bərabərliyi konsepsiyası da mahiyyətcə yeni deyil. Siyasi elmlər tarixində bərabərlik konsepsiyasının
onun bəsit şəkildə izahından indiyə kimi inkişafını izləmək olar ki, ilkin dövrdə o, T.Hobbs, J.lokk, C.-
C.Russonun «eynilik» terminində təqdim olunurdu: bütün insanlar bərabər doğulur və bu səbəbdən eyni
əqli imkanlara malikdirlər, müasir mənada, o cümlədən siyasi, sosial, iqtisadi və seksual aspektlərdə
idarəetmə qabiliyyətləri də bərabərdir. XIX əsrdə cinslərin bərabərliyini ingilis liberal J.Stuart Mill tələb
edib.
Bərabərlik probleminin çoxlu aspektləri var, amma bərabərlik konsepsiyasına qadın və ya daha
yaxşı desək, feminist əlavəsinin çox böyük təsiri var.
Bərabər hüquqlar uğrunda mübarizədə öz tələbləri
ilə milli və seksual azlıqlar kimi onlar da konsepsiyanın hüdudlarını ümumi şəkildə təsvir edir, burada
gizlənmiş ziddiyyəti aradan qaldırır və bu vaxta kimi əyilməz kişilərə aid edilən insan hüquqlarını bütün
demokratik cəmiyyətə yayırdılar.
Demokratik duyumu iddia edən cəmiyyətin mahiyyəti burada demokratiya ideyasının özünün nə
dərəcədə yaxşı başa düşülməsi, həmçinin bu ideyanı həyata keçirməli olan institutların xarakteri ilə
müəyyən edilir. Öz dövründə A.de Tokvil «Amerikada demokratiya» kitabında yazırdı: «bərabərliyə
əsaslanan azadlıq – ayrıca insanı bəşəriyyət tərəfindən toplanan əbədi dəyərlərə daxil olmasına imkan
verən yeganə vasitədir». (5)
Cinslərin tam bərabərliyi və onu necə əldə etməyə dair vahid rəyə gəlməyən feministlər hər halda
bərabərliyin tamamilə zəruri olması və qadınların hər bir azad fərdin olmalı olduğu hüquqlara malik
olmadıqları ilə razı idilər, bərabərliyin əsaslandırılması prosesi ciddi çətinliklərlə üzləşir. Belə ki,
«bərabərlik» anlayışının özü kifayət qədər ziddiyyətlidir. Liberalizm, sosializm, radikalizm – bərabərliyin
anlayış kimi müxtəlif feminist qruplar tərəfindən işlənildiyi müxtəlif istiqamətlərdir.
Bərabərliyin əsaslandırılması probleminin müxtəlif tərəfləri var. Bərabərliyin sovet dövründə necə
qəbul edilməsinə və başa düşülməsinə eləcə də postsovet dövründə bərabərlik konsepsiyasında hansı
dəyişikliklərin baş verdiyinə baxaq. Sosializmdə şəxsiyyət cəmiyyətə qarşı qoyulurdu. Belə ki, əsas siyasi
bərabərlik, hər şeydən əvvəl, sosial və siyasi bərabərlik hesab edilirdi: əsas məqsəd sinifsiz və mülkiyyət
fərqi olmayan cəmiyyətin qurulması idi. Beləliklə, bərabərlik anlayışının daralması baş verir: «bərabər»
anlayışı «eyni» anlayışı ilə əvəz edilir. «Bərabər münasibətlər» və «eyni münasibət» dixotomiyası sovet
qadınları üçün zərərli oldu, belə ki, qadın məsələsinin xüsusi məsələ olduğu və sinfi fərqləriin, aradan
çıxması ilə həll olunacağı güman olundu. Qadın azadlığı ideyası praktikada istismar forması ilə
pərdələndi. Qadınlar istehsalda və ictimai fəaliyyətdə öz üzərlərinə ağır iş yükü götürür, bununla ev
təsərrfatı yükündən azad olmur.
Qender bərabərliyinin elan olunması «köləlikdə bərabər» demək oldu, belə ki, dövlət öz
vətəndaşları üzərində praktiki olaraq tam nəzarət edirdi. O, cinslər arasında mövcud olan istənilən fərqi
yox etməyə çalışaraq hamını onun maraqlarına xidmət etməyə məcbur edirdi. Eyni zamanda dövlət
sosial, siyasi, demoqrafik nəzarət vasitəsilə paternalist funksiyanı yerinə yetirir, yalnız ölməyib sağ
qalmaq üçün əhəmiyyətli olan bəşər dəyərləri sistemini həyata keçirir, qender identikliyi isə tamamilə
yox edilirdi. İdeologiya dövlət və kollektiv kimi cəmiyyət naminə özünü qurban tələb edirdi.
Yenidənqurma postyenidənqurma dövrü bütövlükdə, cəmiyyətdə çoxlu dəyişikliklərə gətirib
çıxardı. Mövcud qadın sovetləri əslində yoxa çıxdı. Onlardan bəziləri müstəqil təşkilatlara çevrilərək
azad qadın hərəkatı yaratmağa çalışdılar. Bu vaxt daha çox tarazlaşdırılmış qender münasibətlərinin
yaranması baxımından qadınların cəmiyyətdəki mövqeyində çox şey dəyişməmişdi. Bərabərlik
konsepsiyasının əvvəlki kimi «eynilik» çərçivəsində nəzərdən keçirilməsinə baxmayaraq, qadınlara
kişilər kimi hüquqların verilməsi diqqəti cəlb edir.
Olimpiya de Quj hələ 1789-cu ildə özünün «Qadın hüquqları bəyanatı» kitabında yazırdı:
«Qadınlar azad və hüquqi cəhətdən kişilərlə bərabər anadan olur. Qadınların təbii hüquqldarından
istifadəni yalnız onların əleyhinə kişilərin həyata keçirdikləri əbədi istibdad üsul idarəsi məhdudlaşdıra
bilər. Bütün kişi və qadınlar qanun qarşısında bərabər olmalı və bu səbəbdən bacarıqlarına görə bütün
növ xidmət və peşələr üçün bərabər ixtiyarları olmalıdır, qadının eşafota getmək hüququ var və bu
səbəbdən tribuna getmək hüququ da olmalıdır».
XX əsrdə cəmiyyətdə baş verən dəyişikliklər qadınlara qender bərabərliyinə əsaslanan gələcəyə
ümid etməyə imkan verib. Onların ictimai istehsala çıxışı, təhsil imkanlarının yaxşılaşdırılması,
kontraseptlərin mövcudluğu, yaşamaq müddətinin çoxalması qadının cəmiyyətdə yerini kökündən
dəyişib.
Qadınların siyasi hüququnun onların insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi qəbul
edilməsi bu gün qadınların xeyrinə ciddi arqumentdir. Bu, istənilən demokratik sistemin fundamental
aspektidir. Demokratiyada növbəti arqument həm kişi, həm də qadınların strateji qərarlarını
formalaşdıran bütün qrupların müxtəlif baxışlarının nəzərə alınmasıdır. Və nəhayət, bəlkə də yeganə və
daha vacib arqument qadınların bütün bəşəriyyətin və istənilən ayrıca götürülmüş dövlətin bütün
əhalisinin yarısını təşkil etməsidir. Onlar azlıqlar kimi nəzərdən keçirilməməlidir, çünki bu mənada onlar
kişilər kimi azlıq təşkil edir.
Demokratiya qender cəhətdən cahil ola bilməz. O, qərarların qəbulunda və bu məqsədlərə nail
olmaq imkanında bərabərliyə və qadınların təmsil olunmasına çalışır. Qender «hakimiyyət, nüfuz,
mülkiyyət böl-güsündə qadın məsələsi» deyil. Qender mövqe bölgüsündə sırf qadın məsələsi deyil.
Qender mövqeyindən ictimai münasibətlərin inkişafının analizi kişi və qadınların sosial fərqlərinin,
funksiya və rollarının ayrılmasıdır. Bu nəzəriyyəyə görə insan fəaliyyətinin istənilən sferasında, o
cümlədən siyasi sferada həmişə iki baxış, iki növ yanaşma – kişi və qadın – mövcuddur. Onlar müxtəlif
şəkildə informasiyanı qəbul edir, başa düşür, müxtəlif şəkildə problemi həll edir, gerçəkliyi görür və
cəmiyyətə fərqli xidmət edirlər. Bu yanaşmalar həmişə birgə mövcuddurlar və konfrontasiyada
olmamalıdırlar.
Cinslərin bərabərliyi prinsipinin bölgüsü qadın və kişi arasında həqiqi əməkdaşlıq
münasibətlərinin qurulmasını ictimai və şəxsi həyatın bu sahəsində mövcud olan tarazlığın pozulmasını
aradan qaldırmaq üçün məsuliyyət bölgüsünü tələb edir. Söhbət hər bir vətəndaşın biliklərinin
istifadəsindən və qadınların da kişilər kimi bizim cəmiyyətin qurulmasında və ya yenidən qurulmasında,
mövcud sosial, iqtisadi və siyasi problemlərin həllində iştirakına nail olmaqdan gedir.
Alimlər öz konsepsiyalarında irəli sürdükləri bərabərlik prinsipləri, birincisi, kişilər və qadınlar, o
cümlədən onların cəmiyyətdə oynadıqları rolları arasındakı fərqi öyrənməyə imkan verir; ikincisi,
özündə xüsusi olaraq fərqlənmə hüququnu ehtiva edir ki, bu da bu və ya digər sosial sinifə, siyasi
baxışlara, dinə, etnik qrupa, irqi və ya seksual orientasiyaya mənsubiyyəti ilə bağlı olaraq qadın və kişilər
üçün xarakterik olan fərqləndirici əlamətləri nəzərə almağın zəruriliyini tələb edir; üçüncüsü, qadınlar və
kişilər arasında hakimiyyət və tarazlaşdırılmamış qarşılıqlı münasibətlərin mühafizəsinə və qorunub
saxlanılmasına kömək edən ictimai strukturların dəyişilməsində effektiv mexanizmlərin
aydınlaşdırılmasına yönələn və cinslərdən hər birinə xas olan müxtəlif dəyərlər və prioritetlər arasında
daha yaxşı tarazlığa nail olmaq üçün qərarların axtarışını stimullaşdırır.
Əvvəldə qeyd etdiyimiz kimi, cəmiyyətdə münaqişələr qaçılmazdır. Birgə ictimai və şəxsi həyat
prosesində insanlar arasında əks istiqamətlənmiş tələbatlar, maraqlar, məqsədlər, ideallar, rəylər və s.
əsasında onların qarşıdurması xarakterizə edilən münasibətlər formalaşır. Bütün cəmiyyətlərdə bu təbii
və normal hadisələr kimi qəbul edilib. Münaqişəyə yanaşmada xüsusi mövqeyi məşhur fransız sosioloqu
Alen Turen (1925-ci il) göstərir. Müəllif 80-ci illərin əvvəllərində yazdığı (rus dilinə 1998-ci ildə tərcümə
olunub) «Fəaliyyət göstərən insanın qayğısı» kitabında qeyd edir ki, postsənaye cəmiyyətinə keçid
şəraitində subyektin fəaliyyət göstərən şəxs kimi aktivliyi, cəmiyyətin münaqişələr vasitəsilə özünütəşkil
etmək bacarığı və ictimai hərəkat zəruridir. Sosioloq qeyd edir: «fəaliyyət göstərən şəxsin öz tərəfindən
öz qarşılıqlı təsir sahəsinin idarəsinə can atlığı dərəcədə münaqişə əhəmiyyət daşıyır və real ictimai
münaqişə kimi özünü təsdiq edir». Daha sonra o əlavə edir: «Konflkt nə ziddiyyət, nə də qiyam deyil,
cəmiyyətin özünüistehsal formasıdır, münaqişə sosial gerçəkliyin hər hansı bir sferası ilə bağlı deyil, o,
hər yerdədir və ictimai həyatın bütün sferalarında qəbul edilməlidir». Amma ictimai inkişaf prosesində
münaqişə həmişə əməkdaşlıq, partnyorluq və razılaşma ilə qarşılıqlı əlaqəli olub.
Əməkdaşlıq - münaqişə iştirakçıları tərəfindən maraqların reallaşmasına yönəlib, bütün tərəflərin
məqsədinə cavab verəcək qərarına birgə axtarışıdır. Münaqişənin cəmiyyət həyatının normal hadisəsi
kimi qəbul edildiyi, hər hansı tərəfə ziyan vurmadan bu və ya digər problemi həll etmək tələbatı kimi
qəbul edildiyi hallarda əməkdaşlıq stiilindən istifadə olunur. Münaqişə sitüasiyalarında, o cümlədən
qender münaqişə sitüasiyalarında əməkdaşlıq aşağıdakı hallarda mümkündür.
▪
fikir ayrılığı yaradan problem münaqişə tərəfləri üçün çox vacibdir, onlardan heç biri onun birgə
həllindən boyun qaçırmaq niyyətində deyillər;