35
Qeyd olunmalıdır ki, 1921-ci ildə Azərbaycan SSR XKS-nin sədri N.Nərimanovun
təşəbbüsü ilə RK(b)P MK-nın Qafqaz bürosunda Muğan düzündə suvarma sistemlərinin
bərpası, torpaqların meliorasiya olunması müzakirə edilmiş və mühüm qərarlar qəbul edil-
mişdir. Muğanda Rusiya Əmək və Müdafiə Şurasının tabeçiliyində Meliorasiya Tikintisi
İdarəsi (“Muğanmeltikinti”) yaradıldı. Moskvadan verilmiş sərəncamla “Muğanmeltikinti”
idarəsinin rəisi S.Boqdatiyev təyin olundu. Qısa vaxt ərzində Muğan düzü ümumxalq
tikintisinə çevrildi. Kür və Araz çaylarının sahillərində mühafizə bəndlərinin tikintisi dövlət
əhəmiyyətli obyektə çevrildi. Ətraf bölgələrdən 18-45 yaşlarında olan əməkqabiliyyətli əhali,
Rusiyadan və başqa respublikalardan gətirilmiş işçi qüvvələri, hərbi hissələrin əsgərləri də
Muğanda aparılan tikinti işlərinə cəlb olunmuşdurlar.
Suvarılan torpaqlarda traktorlardan istifadə edilməsinin əsası Muğanda qoyulmuşdur.
1923-1925-ci illərdə Amerikadan, Almaniyadan, Çexoslovakiyadan gətirilmiş traktorlardan
istifadə olunmaqla 18 min hektar sahə şumlanmışdır. Sovetlər ölkəsində ilk traktor bazası
Muğanda yaradılmışdır. 1926-ci ildə “Muğanmeltikinti” idarəsi, 1923-ci ildən fəaliyyət
göstərən Azərbaycan Su Təsərrüfatı Baş İdarəsinin tabeçiliyinə verildi. 1925-1930-cu
illərdə
Muğanda suvarma sistemlərində yararsız vəziyyətə düşmüş kanallar bərpa olunmuşdur. Sabir
adına kanal yenidən qurulmuş, suqəbuledicilər bərpa olunmuş, kanalların suaparma qabiliyyəti
artırılmış, torpaqların duzlardan təmizlənməsi və şorlaşmaya qarşı mübarizə tədbirləri həyata
keçirilmişdir.
XX əsrin əvvəlindən Muğan düzündə əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə
olunduğu bir vaxtda, becərilən bitkilərin məhsuldarlığının ilbəil azalması müşahidə olundu.
Bu məsələni araşdırmaq, torpaqlarda münbitliyi müəyyən etmək məqsədilə 1901-1904-cü
illərdə İ.A.Mayevski, M.F.Kalinin, E.A.Kamenetse, Kossoviç, Tulaykov, S.A.Zaxarov və
digər mütəxəssislərin daxil olduğu xüsusi komissiyalar yerlərdə tədqiqat-axtarış
işləri apara-
raq müəyyən etdilər ki, əkin sahələrində torpaqlar şorlaşmışdır. Şorlaşmanın səbəbi isə əkin
sahələrinin suvarılması ilə əlaqəlidir. Torpaqlarda şorluq dərəcəsi yüksəldikcə bitkilərin də
məhsuldarlığı aşağı düşmüşdür. Şorlaşmanı doğuran səbəb kimi qrunt suyunun səviyyəsinin
yer səthinə yaxın dərinlikdə olması göstərilmişdir. Beləliklə, Muğan düzündə şorlaşmış tor-
paqların meliorasiya olunması kimi, yeni, daha mürəkkəb və həlli çətin olan problem yarandı.
Şorlaşmış torpaqların meliorasiya olunması üçün hazırlanmış tədbirlər planını həyata
keçirmək məqsədilə 1914-cü ildə Şimali Muğanda sınaq-təcrübə sahəsinin yaradılması
nəzərdə tutulsa da, I Dünya müharibəsinin başlanması bu layihənin həyata keçirilməsini da-
yandırdı. Kollektor drenaj sistemi tikməklə qrunt sularının səviyyəsini nizamlamaq, torpaq-
ların meliorasiya olunma vəziyyətini öyrənmək məqsədilə Şimali Muğanda “Cəfərxan drenaj
sistemi” adlı, elmi ədəbiyyatlarda ilkin məlumatlar kimi daima istifadə olunmuş layihə 1928-
1931-ci illərdə həyata keçirildi. Cəfərxan kəndinin 700 hektar ərazisində orta dərinliyi 2,44-
4,0 m, ara məsafələri 328-814 m, ümumi uzunluğu 5,620 m olan 6 ədəd örtülü dren, orta
dərinliyi 2,15 m, uzunluğu 3077 m olan açıq dren və dren sularını ərazidən kənarldaşıran orta
dərinliyi 4,0 m, uzunluğu 7800 m olan kollektor tikildi.
Aparılmış elmi-tədqiqat işlərinin nəticəsində məlum oldu ki, qrunt sularının səviyyəsini
tələb olunan səviyyələrdə saxlamaq və şorlaşmış torpaqlarda duzların yuyulmasını təmin
etmək üçün Muğanda irriqasiya sistemləri ilə birgə, kollektor drenaj sistemləri də tikilməlidir.
Beləliklə, Kür-Araz düzənliyində və bütövlükdə Azərbaycan ərazisində su təsərrüfatı
sahəsində layihə-axtarış işlərini həyata keçirəcək bir təşkilatın yaranmasına tarixi şərait ya-
randı.
Muğan düzündə torpaqların öyrənilməsi məqsədilə 1926-cı ildə Moskvada, SSRİ Xalq
Komissarlar Sovetinin əmək və müdafiə komissarı yanında xüsusi komissiya yaradıldı. Ko-