təqibindən yaxa qurtarmaq üçün qarlı Murovdağın keçilməz yollarına üz
tutmuş və daha çox itki vermişdilər.
Danışıqlar vaxtı erməni numayəndəsinin həyasızlıqla dediyi: “bunlar nədir
ki, görün hələ sizi qabaqda nələr gözləyir”- sözləri bu vəhşiliklərin planlı qaydada
aparıldığına dəlalət etmirdimi? Sənədlərin birində oxuyuruq “... dekabrın 2-də
Gülyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hücum edib, 122 baş
qaramal və 45 keçi aparmışlar. Həmin quldur dəstəsi Gülyataq, Canyataq, Kasapet
ermənilərindən ibarət daha üçlü tərkiblə iki dəfə Qalayçılar kəndinə hücum etmiş
və 105 baş qaramal sürüb aparmışlar, belə bir şayiə gəzir ki, Andronik Şuşa
tərəfdən öz qoşunları ilə hücuma keçir, ermənilər isə bu qüvvələr peyda olana kimi
buraları darmadağın etməklə müsəlmanları dağlıq hissədən sıxışdırıb erməni
rayonu yaratmaq fikrindədir, bununla da buranı Azərbaycandan ayırmaq
istəyirlər... Quldur dəstəsinin başçıları siyahısına Cavanşir qəzasının üçüncü sahəsi
üzrə keçmiş xalq komissarı (kursiv bizimdir-K. M.) Karapet, ağdərəli Andresbek,
Moses qardaşları və sairə daxil idi. Bu quldur dəstələrində Andronik tərəfindən
göndərilmiş Türkiyə və İrəvan erməniləri də vardı” (“Gənclik”, 1989, № 3, səh. 5-
6). Bu sənəddə, zənnimizcə, hər şey deyilmişdir.
Qarabağın aran kəndləri də daşnakların quldur hərəkətlərindən böyük ziyan
görmüşdülər. Cavanşir. qəzasında onlar Tərtərsu hovuzuna tökülən kiçik çayların
yolunu bağlayaraq axarını dəyişmiş, nəticədə azərbaycanlı kəndlərinin nəinki
tarlaları və bağları suvarmaq üçün lazım olan sudan, hətta içməli sudan belə
məhrum etmişdilər, su dəyirmanları dayanmışdı.
Ermənilər, həmçinin, azərbaycanlı kəndlərinə öz mal-qarasını yaylaqlara
çıxarmağa imkan verməmiş, Şuşa şəhərinə və qəzasına gedən yolu bağlayaraq aran
zonasının əhalini daim gərginlikdə saxlamışdılar, təsərrüfat işləri tamam
pozulmuşdu. Qəribə də olsa, azərbaycanlıları belə gərgin vəziyyətdə yaşamağa
məcbur edən ermənilər özləri azərbaycanlı kəndlərindən sərbəst keçib gedir, hər
həftə Tərtər bazarında ticarət edir, hətta azərbaycanlıların özlərindən oğurladıqları
mal-qaranı onlara satmağı da unutmurdular (Azərb. EA Xəbərləri, 1989, № 3,
səh. 132).
Cəbrayıl qəzasında da ermənilərə inam bəslənilməsi onun sakinlərini çətin
vəziyyətdə qoymuşdu. Beləki, cəbrayıllılar hər dəfə qonşu qəzalarda erməni
vəhşilikləri barədə məlumatlar alanda, burada yaşayan ermənilər onları arxayın
salırmışlar. Bu arxayınçılıq əhval-ruhiyyəsi 1918-ci ilin dekabrına kimi davam
etmişdi. Dekabrda isə ermənilər vahid mərkəzdən verilən komanda ilə qəzanın
azərbaycanlı kəndlərinə basqınlar etməyə, talanlar düzəltməyə, adamları
öldürməyə, yandırmağa, mal-qaranı sürüb aparmağa başlamışdılar.
Dekabrın 2-də erməni silahlı quldur dəstəsi Aşıq Məlikli kəndini yandırmış,
kənd əhalisinin əmlakını talan etmiş, mal-qarasını isə sürüb aparmışdılar;
dekabrın 5-də Qarakollu kəndinə basqın edilmiş və kənd sakinlərinin qoyunları
sürülüb aparılmışdı; dekabrın 7-də Arış kəndi belə bir hücuma məruz qalmışdı;
dekabrın 18-də Sirik kəndi dağıdılmış və yandırılmışdı. Əlbəttə, bu siyahını
uzatmaq mümkündür. Lakin, zənnimizcə, erməni riyakarlığına misal üçün bunlar
da kifayətdir.
Sənədlər erməni quldurlarının Qarabağ torpaqlarında törətdikləri qanlı
cinayətlər barədə də müfəssəl məlumat verir. Məsələn, Cavanşir qəzasının Umudlu
kəndində ermənilər Süleyman Qazaxaslan oğlunu, Məmməd Məşədipaşa oğlunu və
Kazım Atam oğlunu öldürmüş və tikə-tikə doğramışdılar, həmkəndliləri onları bu
vəziyyətdə tapmışdılar, Hacı Qərvənd kənd sakini Zeynəb Şirin qızının meyidi
döşləri kəsilmiş halda tapılmışdı. Sırxəvənd Bollu Qaya kənd sakini Soltanəli İman
oğlu Qazançı kəndi yaxınlığında saxlanmış, vəhşicəsinə öldürülmüş və
yandırılmışdı; güney Qaya Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb
Novruzəli oğlunun başları kəsilmiş və aparılmışdı; Cəbrayıl qəzasına
mənsub Hadrutun Muxan və Noromanik kəndlərinin erməniləri Balyand kənd
sakinləri Cəfər Ələkbər oğlunu və Nəsir Məhərrəmoğlunu qarət etmiş, sonra isə
öldürmüşdülər, ölənlərin meyidləri çılpaq vəziyyətdə tapılmışdı; Axıllu kəndində
2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1 kişi yaralanmışdı; Evatlı kəndində 1 kişi,
Məzrə kəndində 6 kişi, Sirik kəndində isə 11 kişi, 10 qadın və 14 uşaq
öldürülmuşdü... Əlbəttə, erməni quldurları öz arxalarında Ermənistan Respublikası
rəhbərlərinin və tayqulaq general Andronikin nəfəsini duymasaydılar, belə qanlı,
niyətlər törətməyə heç vaxt çəsarət etməzdilər. Bunu sübut edən faktlar isə
istənilən qədərdir.
Məlumdur ki, hələ 1918-ci il avqustun əvvəllərində Andronik öz
başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torlaqlarında görünmüş və dinc
azərbayçanlı əhaliyə qanlı divan tutmağa başlamışdı. Bu münasibətlə Azərbaycan
mokratik Respublnkası hökuməti özünün 1918-ci il 15 qust tarixli 461 №-li
rəsmi məktubu ilə Erlmənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara
son qoymağa və Andronikin quldur dəstəsini Azərbaycan ərazisindən geri
çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında
riyakarlıqla bildirmişdi ki,”...general Andronik, həm də onun dəstəsi artıq çoxdan
erməni qoşunlarının tərkibindən və siyahısındandır, bundan sonra onlar
Ermənistan rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər.
Beləliklə, general Andronik və onun dəstəsinin Ermənistanın milli
qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan
Respublikasının hökuməti
onların
məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir”
(“Gənclik”, 1989, № 11, səh. 5).
Bu çavab həqiqətən də riyakarlıq nümunəsi sayıla bilər. Əgər Androniklə
rəsmi Ermənistan arasııda doğrudan da heç bir əlaqə yox idisə, bəs o zaman niyə
Azərbayçan torpaqlarına basqın edərək günahsız adamların qanını axıdan bu
tayqulaq quldurun azərbaycanlılara ilk müraciəti Ermənistan Respublikasına
tabe olmaqdan ibarət olurdu? Axı, sirr deyildir ki, məhz tabe olmayanlar ilk
növbədə təhqir olunur, qətlə yetirilir, yaxud da ən yaxşı halda doğma yurdlarından
qovulurdular.
Digər tərəfdən, Azərbaycan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini
təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə başlayan kimi, bunlar
Ermənistanda böyük narazılıqla qarşılanır və onun ərazi hüquqlarına qəsd kimi
qiymətləndirilirdi? Məsələn, 1919-cu ilin əvvəli üçün Azərbaycan hökuməti öz
ərazi bütövlüyünü vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə Şuşa,
Cəbrayıl və Zəngəzurda general-qubernatorluq təsis etmişdi. Onun fəaliyyəti
ermənilərin işğalçılıq və seperatçılıq planları qarşısında ciddi sədd yarada bilərdi.